Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4283/2025 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmçinin sözügedən fərdi yaşayış evinin texniki pasportunda həyətyanı torpaq da müəyyən edilmiş ölçülərdə mövcuddur, onun planı və ölçüsü həmin evin texniki pasportunda əks olunmuşdur. Həyətyanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə iddiaçının qanuni istifadəsində olub, bu gün də qanuni istifadəsindədir. Bu səbəbdən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hüquqi qeydiyyata alınmaqla mülkiyyətinə keçməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, sözügedən daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evinə keçirilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən M.K.Atatürk pr.28 a nömrəli ünvan mənzil kimi Nərimanov rayon Icra Hakimiyyəti başçısının ***/** nömrəli, ##.##.1994-cü il tarixli sərəncamı əsasında F.L.Pankova şəxsi mülkiyyət kimi verildiyi, ##.##.1994-cü il tarixli müqavilə əsasında F.L.Pankov tərəfindən iddiaçıya satıldığı müəyyən edilir. Qeyd edilən əmlaka dair mənzil kimi texniki pasportlar tərtib edilmişdir. Işin faktiki hallarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehin imtinası əsaslı hesab edilməlidir. Belə ki, mübahisəli yaşayış sahəsinin –mənzilin altında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdehə, hazırda isə məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmiş və həmin torpaq sahəsinin üzərinə yerləşən tikili mənzil kimi dövlət qeydiyyatına alınmışdır. Odur ki, cavabdehin imtinası qanuni olmuşdur və iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Nərimanov rayon Icra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli **** nömrəli Sərəncamından açıqca görünür ki, söhbət mənzildən deyil, evdən gedir. Iddia tələbində də fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının ilkin hüquqi qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişlər. Məhkəmə Nərimanov rayon Icra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli **** nömrəli Sərəncamını görməzdən gələrək hesab etmişdir ki, iddiaçının fərdi yaşayış evi əslində mənzildir, buna görə də "Torpaq islahatı" haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmənin bu mövqeyini qanunsuz və əsassız hesab edir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2- *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: X2 (məruzəçi), X6 və X1) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Əlavə olaraq iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mənzilin fərdi yaşayış evinə keçirilməsi, altında yerləşən və həyətyanı torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin (bundan sonra IPM) 82ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. IPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» ##.##.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki: “...32. Başqa sözlə, cavabdeh inzibati orqan mülkiyyətdə olan mənzili fərdi yaşayış sahəsi kimi qəbul etmiş və bu xüsusat müvafiq texniki pasportla təsdiq edilmişdir. Odur ki, daşınmaz əmlak fərdi mənzil fonduna aid olduğundan dövlət reyestrində mənzil kimi qeydə alınması əsası ilə iddianın təmin edilməsindən imtina qanuni sayıla bilməz. ...
35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı məxsus “Fərdi yaşayış fondunda daxil olan özəlləşdirilmiş mənzilin” Texniki pasportunda həyətyanı sahənin planı öz əksini tapmışdır (planın həyətyanı sahəsinin sxemi əlavə edilir).
36. Yuxarıda sxemdən də göründüyü kimi texniki pasportda torpağın ümumi sahəsi ilə bağlı qeyd olmasa da, həmin texniki pasportun “həyətyanı torpaq sahəsinin planı” hissəsində daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin perimetrik ölçüləri, eni, uzunu göstərilmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən həmin sənəd tədqiq olunmamış, ölçülər araşdırılmamış və nəticədə əsassız qərar qəbul edilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı fərdi yaşayış evinin altında yerləşən həyətyanı torpaq sahəsinin ölçüləri texniki pasportda qeyd edilmiş ölçülərlə birlikdə müqayisəli şəkildə araşdırılmalı, həyətyanı sahənin texniki pasport əsasında ümumi ölçüsünün müəyyən edilməsi istiqamətində zəruri addımlar atılmalıdır.” Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli, iddia təmin edilməlidir.
Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:
Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır.
Məhkəmə kollegiyası işin hallarını hərtərəfli araşdıraraq qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı iddiadır.
Məhkəmə kollegiyası iddianın əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8) də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin qərarda əksini tapmış hüquqi mövqeyə uyğun araşdırma aparmışdır. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir: - Bakı şəhər Icra Hakimiyyəti Başçısının X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən yaşayış sahəsi iddiaçı İddiaçı adına ##.##.1994-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhər Icra Hakimiyyəti Başçısının X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən ##.##.1996-cı il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyətində olan mənzilin texniki Pasportu”na əsasən, İddiaçı şəxsi mülkiyyətində olan mənzilin planı, sahələrin xüsusiyyətləri, konstruktiv elementləri və mühəndis avadanlıqlarının texniki vəziyyəti və mənzilin özəlləşdirilməsi barədə müvafiq məlumatlar və qanunvericiliyə istinadlar əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikasında dövlət mənzillərinin vətəndaşların şəxsi mülkiyyətinə əvəzsiz verilməsi və təmir-tikinti xərclərinin ödənilməsinin onların öz hesabına keçirilməsi haqqında Əsasnamədən çıxarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1989-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi barədə ## ###### 1993-cü il qanuna əsasən mənzillərin şəxsi mülkiyyət kimi vətəndaşlara verilməsi haqqında icra hakimiyyəti başçısı aparatının, həmçinin mənzil fondunun aid olduğu idarə, təşkilat və müəssisələrin rəhbərliyi tərəfindən sərəncam verilir. Mənzillərin vətəndaşların şəxsi mülkiyyətinə verilməsi notariat idarələrində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında yerinə yetirilir. Şəxsi mülkiyyətə keçirilmiş mənzillərin istismarı və təmiri vətəndaşların öz hesabına olmaqla dövlət mənzil fonduna daxil olan binaların istismarı və təmiri üçün müəyyən edilmiş vahid norma və qaydalar əsasında həyata keçirilir. Dövlət evlərinin və ictimai fonda daxil olan binaların vətəndaşların şəxsi mülkiyyətinə keçirilmiş hər bir mənzili üçün vətəndaşın adına müəyyən edilmiş formada texniki pasport verilir. - Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli, 3-21-3-30/2-A-0845/02-8/2023 ************ nömrəli məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixli, 3-21-3-30/2-9820/2024 ************ nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən yaşayış sahəsinə dair arxiv qovluğunda saxlanılan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. - ## ####### 1999-cu ildə Atatürk prospekti 28 a ünvanına dair Bakı şəhər Icra Hakimiyyəti Başçısının X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu tərtib edilmiş və texniki pasportda mənzilin planı, mənzilin texniki göstəriciləri, otaqların təyini, binanın (tikilinin) texniki təsviri ümumi məlumatlar və mənzilin və qurğuların təsviri göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunu ## ###### 1993-cü il tarixindən qüvvəyə minmişdir. Özəlləşdirilmiş mənzillər qanunvericiliyin fərdi mənzil fondu evləri (mənzilləri) üçün müəyyən etdiyi qaydada texniki inventarlaşdırma orqanlarında dövlət qeydiyyatından keçirilməli, onlara texniki pasport tərtib olunmalı və fərdi yaşayış fonduna daxil edilərək uçotu aparılmalıdır. - Məhkəmə sorğusuna əsasən təqdim edilmiş arxivdə saxlanılan ##.##.1994-cü il tarixli Nərimanov rayon Icra Hakimiyyəti başçısının 235/11 ##.##.1994-cü il tarixli sərəncamına əsasən, Bakı şəhəri Atatürk prospekti, 28 a Yerli Sovetə məxsus , sahəsi 26,0 kv.m olan 1 mərtəbəli, evin 1-ci mərtəbəsində yerləşən, tam kommunal şəraitli, 2 otaqlı mənzil, kirayəçisi X5 şəxsi mülkiyyət kimi verilməsi qərara alınmışdır. - ##.##.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında ##.##.1993-cü il tarixli qanuna əsasən, Bakı şəhəri Atatürk prospekti, 28 a ünvanda yerləşən mənzil 6400 manat qiymətləndirilmiş və əvəzsiz olaraq F.L.Pankovun mülkiyyətinə verilmişdir. - ##.##.1994-cü il tarixli müqaviləyə əsasən sözügedən mənzil X3 tərəfindən İddiaçı 2000000 manat məbləğinə satmışdır. - Nərimanov Rayon Icra Hakimiyyəti Başçısının **** nömrəli, ##.##.1994-cü il tarixli sərəncamından görünür ki, Atatürk küçəsi, 28 a nömrəli evdə yaşayan şəxsi mülkün sahibi İddiaçı öz hesabına, layihəyə uyğun, texniki pasporta əsasən yeni ev tikməyə icazə verilmişdir. Inzibati işin araşdırılmış hallarından görünür ki, hazırkı iddia tələbini qaldırmaqla iddiaçının hüquqi marağı və istəyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən daşınmaz əmlakın növünün mənzildən fərdi yaşayış evinə dəyişdirilərək altındakı və həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə yönəlmişdir. Cavabdeh inzibati orqan imtinasında, habelə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi bağlı gəldiyi nəticədə o hallara istinad etmişdir ki: - mübahisəli daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydə alınması; - fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsi. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndi təşkil edir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) əlavə edildiyi halda həmin sahələr üzərində hüquqlar tanınır. Cavabdehin imtinasının birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, inzibati iş materiallarından görünür ki, mülkiyyətdə olan mənzillə bağlı iki texniki pasport mövcuddur. ##.##.1996-cı il tarixdə tərtib edilmiş texniki pasportda tikilinin adı şəxsi mülkiyyətdə olan mənzil kimi (cavabdeh məhz bu halı əsas tutaraq tikilinin mənzil olduğunu bildirir) qeyd edilsə də, eyni qurum tərəfindən daha sonra, yəni ##.##.1999-cu il tarixdə tərtib edilmiş texniki pasporta tikilinin növünün fərdi yaşayış sahəsi olduğu qeyd edilmişdir. Həmin texniki pasport tam olaraq “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin” Texniki pasportu kimi adlandırılmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqan mülkiyyətdə olan mənzili fərdi yaşayış sahəsi kimi qəbul etmiş və bu xüsusat müvafiq texniki pasportla təsdiq edilmişdir. Odur ki, daşınmaz əmlak fərdi mənzil fonduna aid olduğundan dövlət reyestrində mənzil kimi qeydə alınması əsası ilə iddianın təmin edilməsindən imtina qanuni sayıla bilməz. Hazırda da iddiaçı məhz reyestrdə mövcud olan qeydin dəyişdirilərək daşınmaz əmlakın növünün fərdi yaşayış evi kimi qeyd edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsi həyətyanı torpaq sahəsinə münasibətdə qərarında qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı fərdi yaşayış evinin altında yerləşən həyətyanı torpaq sahəsinin ölçüləri texniki pasportda qeyd edilmiş ölçülərlə birlikdə müqayisəli şəkildə araşdırılmalı, həyətyanı sahənin texniki pasport əsasında ümumi ölçüsünün müəyyən edilməsi istiqamətində zəruri addımlar atılmalıdır. Təkrar apellyasiya baxışı zamanı qeyd edilən bütün göstərişlər üzrə araşdırma həyata keçirildi. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert vəsatətinə əsasən mütəxəssis rəyi cavabdeh inzibati orqan tərəfindən *-**- *-**/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub ilə məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 428.5 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində texniki pasporta əsasən ümumi sahəsi 292.19 kv.m olan (7 otaq yaşayış sahəsi 144.95 kv.m) yaşayış evi və əlavə 27 5 kv.m tikili mövcuddur. Belə ki, təqdim olunmuş texniki pasporta əsasən yaşayış evinin 1-ci mərtəbəsinə bitişik sahəsi 27.5 kv.m əlavə tikili və təqribən sahəsi 19.5 kv.m olan talvar sahəsi texniki pasportda öz əksini tapmamışdır. Torpaq sahəsində yerləşən tikilinin tikintialtı sahəsi 226.2 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi var. Bundan əlavə ərazidə su anbarının baza məlumatı mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *- **-**-**/*-****/**** nömrəli ## #### 2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: Qərardadın birinci sualı üzrə: Iddiaçı İddiaçı iddia etdiyi fərdi yaşayış evinin altında yerləşən həyətyanı torpaq sahəsinin ölçüləri Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28a ünvanına dair İddiaçı adına tərtib olunmuş "Fərdi yaşayış fondunda daxil olan özəlləşdirilmiş mənzilin" Texniki pasportunda qeyd edilmiş həyətyanı sahənin ölçüləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Iddiaçı İddiaçı iddia etdiyi fərdi yaşayış evinin altında yerləşən həyətyanı torpaq sahəsinin Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28a ünvanına dair İddiaçı adına tərtib olunmuş "Fərdi yaşayış fondunda daxil olan özəlləşdirilmiş mənzilin" Texniki pasportun əsasında ümumi ölçüsü (sahəsi) 375 kv.m təşkil edir. (həyətyanı torpaq sahəsinin sxemi rəyin tədqiqat hissəsində göstərilmişdir) Həmçinin, məhkəmə kollegiyası tərəfindən cavabdehin imtinasının və iddiaçının apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə tərəflərin (mütəxəssisin) iştirakı ilə yerli baxış təşkil olunmuş, məhkəmə tərkibi tərəfindən mübahisəli iddia olunan daşınmaz əmlaka baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, sözügedən daşınmaz əmlak çoxmənzilli yaşayış binasının tərkib hissəsi deyil, əksinə müstəqil formada evdir. Evin həyətyanı sahəsi İddiaçı adına tərtib olunmuş "Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin" Texniki pasportunda qeyd edilmiş həyətyanı sahənin konfiqurasiya quruluşu və ölçüləri ilə üst-üstə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə keçirilmiş ekspertiza rəyinin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla, mütəxəssis rəyləri ilə dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Göründüyü kimi yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda hüquqmüəyyənedici sənəd sayıldığı üçün hazırki iş üzrə də tədqiq olunan texniki pasportda qeyd olunan tikilinin yerləşdiyi torpaq və həyətyanı torpaq sahəsinin perimetrik ölçüləri, eni, uzunu ilə faktiki ölçülər üst-üstə düşdüyü üçün hüquqmüəyyənedici sənəd hesab edilir. O da qeyd edilməlidir ki, hazırda qüvvədə olan mənzil qanunvericiliyində əvvəllər mənzil olan daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyatdan keçirilməsi proseduru ilə bağlı qaydalar müəyyən edilməmişdir, kollegiya hesab edir ki, qanunvericilikdəki boşluqlar hazırkı işdə iddiaçının ziyanına şərh edilə bilməz, çünki iş materiallarından da görünür ki, iddiaçının qanuni istifadəsində olan daşınmaz əmlak fərdi yaşayış evi tiplidir, təsadüfi deyil ki, cavabdehin özü tərəfindən tərtib edilmiş texniki pasportda da evin sərəncamında həyətyanı torpaq sahəsinin olması və onun planı qeyd edilmişdir. Texniki pasportda qeyd olunan sxemdən göründüyü kimi, torpağın ümumi sahəsi ilə bağlı qeyd olmasa da, həmin texniki pasportun “həyətyanı torpaq sahəsinin planı” hissəsində daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin perimetrik ölçüləri, eni, uzunu göstərilmişdir. Yuxarıda qeyd edilənləri məcmu halda qiymətləndirərək, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan əmlakın mövcudluğu, mənzil kimi qeydiyyatdan keçməsinə baxmayaraq, yuxarıda sadalanan mənzil qanunvericiliyinin normalarına əsasən çoxmənzilli binanın ayrıca sahəsi olmadığı, fərdi yaşayış (həyət) tipli olması, həmçinin yerləşdiyi və həyətyanı torpaq sahəsinin ##.##.1999-cu il tarixdə tərtib edilmiş texniki pasporta əksini tapan torpaq sahəsi ilə eynilik təşkil etməsi iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirildiyindən, cavabdeh inzibati orqanın əmlakın fərdi yaşayış evi olaraq vahid əmlak şəklində qeydiyyatından imtinası əsassız olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Iddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 100 manat cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən mənzilin iddiaçı İddiaçı adına fərdi yaşayış evi kimi qeyd edilməklə altında yerləşən və həyətyanı torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat cavabdeh Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli