Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-429/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhəri 13 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı (xx.xx.1963-cü il tarixdə Salyan rayonunun Arbatan kəndində anadan olmuş, ünvan 1 mən. 9 ünvanında qeydiyyatadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X2rşı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3972/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X2rşı iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Salyan rayonunda anadan olmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək SOCARın “Kompleks qazma işləri” trestinin “Kürsəngi” X11 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azneft” İB “xxxxxxxx” Kəşfiyyat X7 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “Qum adası” Dəniz X7 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “Neft Daşları” Dəniz X7 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixdən hal-hazıradək “Neft Daşları” İstehsalat bölümü, 2585 saylı dəniz stasionar özülündə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi vəzifəsində işləyir. Ümumilikdə 38 il ümumi, 36 il xüsusi stajı vardır. Cavabdehdən güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2015-ci il tarixdə 52 yaşının tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddia ərizəsində qoşma qeydi yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3972/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3972/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a" bəndinin iddiaçıya tətbiqi mümkün deyildir. İddiaçının əmək kitabçasından göründüyü kimi, o, xx xxxx 1983-cü ildən xx xxxxxx 2005-ci ilədək (21 il 06 ay 02 gün) “Kürsəngi” X7, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək “xxxxxxxx” X7 çalışıb. Məhkəmənin mövqeyinə görə iddiaçı dənizdə işləyib, əks halda, 10 il deyil, 12 il yarım güzəştli iş stajı tələb edilirdi. Halbuki həm '’Kürsəngi”, həm də ’’xxxxxxxx” X14 dənizdə deyil, quruda fəaliyyət göstərirlər. Nazirlər Kabinetinin 1997-ci il tarixli 29 sentyabr tarixli, 111 nömrəli Qərarı ilə “Ölkənin iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən dövlət müəssisələrinin Siyahısı” təsdiqlənib. (Qərar Nazirlər Kabinetinin x xxxxxx 2009-cu il tarixli. 21 nömrəli Qərarının 15-ci bəndinə əsasən qüvvədən düşüb). Siyahıdan görünür ki, “Kürsəngi” və “xxxxxxxx” X12 Dövlət Neft Şirkətinin “Quruda neft və qazçıxarma” istehsalat birliyinin tərkibində olublar. Bir sözlə, hər iki idarə dənizdə neft hasilatı ilə məşğul olmayıb. Məlum olduğu kimi, 320 nömrəli Qərarla təsdiqlənmiş 1 saylı Siyahının 10-cu bəndi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanır. Lakin həmin bənd yalnız dəniz neftçilərinə aiddir. Digər neftçilərə münasibətdə isə 2 saylı Siyahı var və “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin “a” bəndinin iddiaçıya tətbiqi iddiaçı dəniz neftçisi olmadığından qeyri-mümkündür. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, məhkəmənin iddiaçıya 52 yaşdan pensiya təyin etdiyini, Nazirlər Kabinetinin İ nömrəli siyahısının dənizdə işləyənlərə aid edildiyini, Nazirlər Kabinetinin qərarında iddiaçının işlədiyi Kürsəngi quruda neft-qaz çıxarmaya aid olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz təqdim edərək, müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, iddiaçının 52 yaşının 2015-ci ildə tamam olduğunu, iş yerindən də arayış təqdim olunduğunu, iddiaçının peşəsinin qazmaçı köməkçisi olduğunu, siyahıda isə yalnız qazmaçı nəzərdə tutulduğunu, lakin, iddiaçının qazmaçı ilə eyni işi gördüyünü bildirdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarına əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na daxil olan vəzifələrdə çalışmışdır. Hazırda o, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəməyə müraciət etməmişdən öncə iddaçı hazırkı tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətindən onun peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10-cu bölmə) nəzərdə tutulmasına baxmayaraq, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 10 il xüsusi stajı olmadığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olmamasına istinad edərək imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirinin müavini Anar Kərimov tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu və Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Aparatının rəhbərəi Hidayət Abdullayev tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 saylı cavab məktubu ilə iddiaçının müraciətinə imtina verilmişdir. İş materiallarında olan SOCAR “Kompleks qazma işləri” trestinin cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ünvanladığı xx.xx.2020-ci il tarixli, SOCAR**********30490075X00006 nömrəli cavab məktubunda iddiaçının “Kompleks qazma işləri” trestində müxtəlif idarələrində işlədiyi, təqdim olunmuş xx.xx.2018-ci il tarixli, SOCAR**********81200598X00025 saylı arayışa əsasən iddiaçının iş stajının xx.xx.1983xx.xx.2010-cu illər 2-ci siyahı ilə, xx.xx.2010-cu il tarixdən hal-hazıradək olan iş stajının isə 1-ci siyahı ilə tənzimlədiyi qeyd edilmişdir. (Trestin müdiri Əliş Həsənov) İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş SOCAR “Kompleks qazma işləri” trestinin iddiaçıya verdiyi SOCAR**********81200599X00003 saylı, xx.xx.2020-ci il tarixli arayışda iddiaçının “Kompleks qazma işləri” trestində müxtəlif idarələrində işlədiyi, “Kompleks qazma işləri” tresti “xxxxxxxx” X8 üzrə xx.xx.1983-xx.xx.2009-cu ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi; X17 Qazma İdarəsi üzrə xx.xx.2009-xx.xx.2010-cu ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi; “Kompleks qazma işləri” tresti, X16 Qazma İdarəsi üzrə: xx.xx.2010-xx.xx.2014-cü ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi – xx.xx.2014-cü il tarixdən hal-hazıradək “Kompleks qazma işləri” tresti “Neft Daşları” İstehsalat bölümünün özülündə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi peşəsində işlədiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə güzəştli iş stajının 36 il olduğu qeyd edilmişdir. ( Trestin müdiri Ə.R.Həsənov) İş materiallarında olan İT-İ seriyalı, ******* nömrəli, xx.xx.2000-ci il tarixində doldurulmuş əmək kitabçasının surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 96/k nömrəli əmrlə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X1 X9 möhürü mövcuddur) Kürsəngi X7 işə qəbul edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ № ******* seriya və nömrəli əmək kitabçasının surətinə əsasən əmək kitabçası xx.xx.2000-ci il tarixdə açılmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, əmək kitabçası 1983-cü ildə açılmalı olsa da, 2000-ci ildə açılmış və üzərində dublikat qeydi olmamışdır. Bu barədə iddiaçı heç bir açıqlama verməmiş və iş materiallarında öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2015-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : xx.xx.2017-ci il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun 9.8-ci maddəsinin müddəalarına əsasən hazırkı iş üzrə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının çalışdığı peşə “qazmaçı köməkçisi" 2 nömrəli Siyahıda da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda da öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışda bu barədə hər hansı qeyd yoxdur. Halbuki Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Həmçinin Qaydalara 2 nömrəli əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. Həmin Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar 45 yaşa çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçının xx.xx.1983-xx.xx.2006-cı illər üzrə stajı 22 il 05 ay 02 gün təşkil edir. İddiaçı 2 il 10 gün, xx xxxxx 1981-xx xxxxx 1983-cü il tarixlərdə hərbi xidmətdə olub. İddiaçının ümumi əmək stajı cəmi 24 il 05 ay 12 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndi isə 25 illik ümumi əmək stajı tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahının 10-cu bəndi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanır. Lakin həmin bənd yalnız dəniz neftçilərinə aiddir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş və eyni şəxs tərəfindən imzalanmış arayışlarda ziddiyyətlər mövcuddur. Belə ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş, “Kompleks qazma işləri” tresti tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli, SOCAR**********30490075X00006 nömrəli cavab məktubunda iddiaçının “Kompleks qazma işləri” trestində müxtəlif idarələrində işlədiyi, xx.xx.2018-ci il tarixli, SOCAR**********81200598X00025 saylı arayışa əsasən iddiaçının iş stajının xx.xx.1983xx.xx.2010-cu illər 2-ci siyahı ilə, xx.xx.2010-cu il tarixdən hal-hazıradək olan iş stajının isə 1-ci siyahı ilə tənzimlədiyi qeyd edilsə də, iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş, SOCAR “Kompleks qazma işləri” trestinin iddiaçıya verdiyi SOCAR**********81200599X00003 saylı, xx.xx.2020-ci il tarixli, SOCAR**********81200599X00003 saylı arayışında isə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə güzəştli iş stajının 36 il olduğu qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkilinə təqdim edilmiş cavab məktubunda iddiaçının xx.xx.2010-cu il tarixdən hal-hazıradək olan iş stajının isə 1-ci siyahı ilə tənzimlədiyi qeyd edilmiş, iddiaçıya təqdim edilmiş arayışda isə iddiaçının 1 nömrəli siyahı üzrə güzəştli iş stajının 36 il olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı xx xxxxx 1963-cü il təvəllüdlüdür, yəni “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə qədər pensiya hüququnu qazanmamışdır. Belə ki, həmin tarixədək iddiaçının 57 yaşı tamam olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3972/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3972/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X2rşı “ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-429/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-429/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver