Məhkəmə qərarları › İş №2-1(103)-429/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-429/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-429/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 saylı 13 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 xx.xx.1956-cı il təvəllüdlüdür. Həsənov Əliməmməd Əliağa oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və 12 iyul 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Əliağa oğluna pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi iddiaçının pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifə üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi hissəsində əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2- 1(103)-1166/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2016/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı dövlət qulluğu vəzifəsində işlədiyi illər nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsi hərbi qulluqçu kimi pensiyanın yenidən hesablanması vəzifəsini cavabdehə həvalə etmiş, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Apellyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, iddia tələbi ilə bağlı İPM-in 13-cü maddəsinin müddəalarına uyğun qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103) 561/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq, iddianı qismən təmin etmişdir. Belə ki, iddia ərizəsi və apellyasiya şikayətindən məlum olduğu kimi, iddia faktiki cəhətdən əmək pensiyasının dövlət qulluqçularının pensiya güzəştləri nəzərə alınmaqla yenidən hesablanması ilə əsaslandırılmış, məhkəmə isə tələbə hərbi qulluqla bağlı pensiya qanunvericiliyinin normalarını tətbiq edərək hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1065/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-561/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə daxil olmuş müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş 8 may 2014-cü il tarixli 79 nömrəli məlumat vərəqəsinə əsasən 12 iyun 2014-cü il tarixində İdarə tərəfindən iddiaçıya 23 il 10 ay 10 gün xidmət müddəti üçün yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən vəzifə maaşı 286,00 manat, rütbə maaşı 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-127,20 manat, digər növ əlavə 507,09 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 32.00 manat olmaqla cəmi təminat xərcliyi 1090,29 manat təşkil etmişdir. Əmək pensiyanın təminat xərcliyi 59 faizi-643,27 manat məbləğində müəyyən edilmişdir. Ona əmək pensiyası təyin olunduğu tarixdən sonrakı dövrdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin yalnız 2018-ci il 10 mart tarixli 3776 nömrəli Sərəncamı olmuşdur. Həmin Sərəncama əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 315.00 manata artırılması ilə əlaqədar olaraq, rütbə maaşının 138,00 manat, xidmət illərinə görə 30 faiz əlavənin-135,90 manat, digər növ əlavənin-507,09 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 32,00 manat olmaqla, cəmi təminat xərcliyi 1127,99 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı xidmət illərinin güzəştli sayılan hissəsi ilə birlikdə hər il üçün təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (23 il 10 ay 10 gün xidmət müddətinə görə) 665,01 manat məbləğində əmək pensiyası müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, ona təminat xərcliyindəki dəyişikliklər nəzərə alınmaqla əmək pensiyasının ödənişi ötən müddət ərzində aşağıdakı cədvəldə qeyd olunan qaydada həyata keçirilib: 2014-cü il 2015-ci il 2016-cı il 2017-ci il 2018-ci il 2019-cu il Aylar məbləğ (AZN) məbləğ (AZN) məbləğ (AZN) məbləğ (AZN) məbləğ (AZN) məbləğ (AZN) Yanvar 643,27 643,27 643,27 643,27 665,01 Fevral 643,27 643,27 643,27 643,27 665,01 Mart 643,27 643,27 643,27 643,27 665,01 Aprel 643,27 643,27 643,27 643,27 665,01 May 643,27 643,27 643,27 643,27 665,01 İyun 643,27+879,14 643,27 643,27 643,27 643,27 665,01 İyul 643,27 643,27 643,27 643,27 665,01+86.95 Avqust 643,27 643,27 643,27 643,27 665,01 Sentyabr 643,27 643,27 643,27 643,27 665,01 Oktyabr 643,27 643,27 643,27 643,27 665,01 Noyabr 643,27 643,27 643,27 643,27 665.01 Dekabr 643,27 643,27 643,27 643,27 665,01 Daha sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, onun pensiya hüququnun 2014-cü ildən yarandığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin 7-ci bəndinə, Mülki Məcəllənin 7-ci maddəsinə əsasən 10 ay, 10 gün əmək stajına görə əlavələrin təminat xərcliyinin 3%-i miqdarında hesablanaraq (50+3+3+3+3) pensiya məbləğinə əlavə edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı X1 tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edilmədiyindən o, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiysının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə hərbi xidmətdən sonra S.M.Kirov adına maşınqayırma zavodunda başlamışdır, 1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur, 1987-ci ilə oranı bitirərək hüquqşünas peşəsinə yiyələndikdən sonra xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə şöbəsi”nə böyük inspektor vəzifəsinə təyin edilmişdir. Bundan sonra əmək fəaliyyətini həmin idarədə davam etdirmişdir, Komitənin müxtəlif şöbələrində rəis müavini və rəis vəzifələrində əmək fəaliyyətini davam etdirərək, 19.04.214-cü il tarixdə pensiya çıxmaq hüququnun yaranması ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir və ona 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təminat xərcliyinin 59 faizi məbləğindən hesablanmaqla 643,27 manat pensiya təyin olunmuşdur. Pensiyaya çıxarkən 23 il 10 ay 10 gün əmək stajının 10 ay 10 günü nəzərə alınmamışdır. Pensiya hüquqlarının pozulduğu üçün cavabdeh təşkilata müraciət edərək, pensiyaya əlavənin əmək stajının 10 ay 10 gününə uyğun olaraq əmək pensiyasına 3 faiz əlavənin hesablanaraq pensiya məbləğinə əlavə edilməsini xahiş etmişdir. Cavabdeh təşkilata yuxarıda qeyd olunan məsələ ilə əlaqədar xx.xx.2021-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir, lakin müraciəti ilə əlaqədar iddiaçıya heç bir cavab verilməmişdir. Cavabdeh təşkilata xx.xx.2021-ci il tarixdə müraciətinə cavab verilməsi xahişi ilə təkrarən xx.xx.2021ci il tarixdə rəsmi qaydada müraciət etmişdir, lakin ona heç bir cavab verilməmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə cavab verilməməsi onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Ona görə də, iddiaçı hesab edir ki, qeyd olunan məsələ məhkəmə qaydasında həll olunmalıdır. İddiaçıya pensiya təyin edilərkən pensiya məbləğinə əlavənin hesablanmamasını onunla izah etmişlər ki, 2014-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində 20 ildən artıq hər il üçün təminat xərcliyin 3% miqdarında əlavələrin hesablanması nəzərdə tutulmuşdur. Ona görə də il tamam olmadığı üçün iş stajının 10 ay 10 günü nəzərə alınmamışdır. Vətəndaşların haqlı irad və şikayətlərindən sonra Milli Məclis 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən dəyişiklik edərək, maddəyə il tamam olmadıqda isə natamam illərdəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. İddiaçının pensiya hüququ 2017-cü ildən yarandığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə, Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən onun vəziyyətini yüngülləşdirən qanun kimi geriyə qüvvəsi vardır və onun münasibətdə tətbiq edilməlidir. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə göndərərək bildirmişdir ki, onun iddia tələbi üzrə iş məhkəmənin icraatında olduğu zaman cavabdeh tərəfindən onun müraciəti ilə bağlı məktub göndərilmişdir. İddiaçı 20 ildən yuxarı hər il üçün təminat xərcliyinin 2%-dən hesablanmasını və pensiya məbləğinin 59%-dən 57,66%-ə endirilməsini əsassız və qanunsuz hesab edir. Belə ki, 2014-cü ildən iddiaçı pensiyaya çıxanda “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinin tələbinə görə 20 ildən yuxarı hər il üçün təminat məbləğinin 3%-i miqdarında əlavə hesablanırdı. İddiaçının gömrük orqanlarında 23 il 10 ay 10 gün xidmət illərinə görə təminat xərcliyinin 59% (20 il üçün 50% və hər ilə görə 3x3=9%) pensiya məbləği hesablanmışdır. Göründüyü kimi, pensiya məbləği hesablanarkən 10 ay 10 gün stajı nəzərə alınmamışdır. Ona göndərilmiş məktubda isə göstərilir ki, nəzərə alınmamış 10 ay 10 gün stajı da hesablanaraq pensiya məbləği 59%- dən 57,66%-ə enmişdir. Cavabdeh tərəf bunu onunla əsaslandırmağa çalışır ki, 2017-ci ildə “Əmək pensiyalar haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilən dəyişikliyə görə əlavələr 3%-dən 2%-ə endirilmişdir. Bunu Prezidentin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanı ilə təsdiq edilmiş “Əlavələrin yenidən hesablanması haqqında” Qaydalara istinad etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Lakin cavabdeh tərəf unudur ki, əlavələrin 3%-dən 2%-ə endirilməsi Qanunun müvafiq maddəsində edilən dəyişiliklərdən sonra pensiyaya çıxan şəxslərə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və Mülki Məcəllənin 7-ci maddəsinə əsasən hansı hallarda qanunun geriyə qüvvəsi olduğu göstərilmişdir. İddiaçının pensiya hüququ 2014-cü ildə yarandığı üçün 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində edilən dəyişikliyə görə əlavələrin 3%-dən 2%-ə endirilməsi ona şamil edilə bilməz. 20 ildən yuxarı xidmət illəri ilə bağlı hər il üçün əlavələrin 3%-dən 2%-ə endirilərək hesablanması Mərkəzi Filialın ona qarşı törətdiyi qanun pozuntusudur. Qeyd edilənləri nəzərə alaraq 2014-cü ilin aprel ayında pensiyaya çıxarkən hesablanmayan 10 ay 10 gün əmək stajı da nəzərə alınaraq belə hesablanmalıdır. 20 il xidmət illərinə görə 50% və hər xidmət ili üçün 3%, yəni 50%+3%+3%+3%+3%=62%. İddiaçı yuxarıda qeyd olunanlara əsasən, cavabdeh tərəfindən 20 ildən yuxarı xidmət illərinə görə əlavələrin təminat xərcliyinin 3%- dən 2%-ə endirilməsi nəticəsində pensiya məbləğinin 59%-dən 57,66%-ə endirməklə hesablanması əsassız və qanunsuz hesab edilməsi; 2014-cü ilin aprel ayında əmək pensiyasına çıxarkən hesablanmamış 10 ay 10 gün əmək stajının Qanuna uyğun olaraq mütənasib hesablanaraq pensiya məbləğinin təminat xərcliyinin 62%-i (50%+12%) miqdarında müəyyən edilməsi; hesablanmamış 10 ay 10 gün staja görə əlavələr iddiaçı pensiyaya çıxarkən işlədiyi vəzifəyə hal-hazırda bərabər hesab edilən vəzifə tutan fəaliyyətdə olan əməkdaşın təminat xərcliyindən hesablanması; əlavələrin hesablanması iddiaçı pesiyaya çıxdığı 2014-cü ilin aprel ayından hesablanması cavabdehə həvalə edilməsi; hüquqlarının pozulmasına görə cavabdehin məsul vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması haqqında” 2-1(112)-3050/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və 2014-cü ildən sonra keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı X1 iddiası əsassız hesab olunur və təmin edilməməlidir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona 2014-cü ildə Dövlət Gömrük Komitəsindən pensiyaya çıxarkən hesablanmış əmək stajının 10 ay 10 gününün nəzərə alınmadığı və həmin müddət üçün əlavələrin hesablanmadığını bildirmiş və həmin dövrün onun əmək stajına daxil edilərək 20 ildən artıq xidmət müddətinin hər ili üçün təminat xərcliyinin 3%-i miqdarında əlavənin hesablanmasını xahiş etmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumatlara əsasən 20 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq 23 il 10 ay xidmət müddətinə görə ona təminat xərcliyinin (1.090,29 manat) 59 faizi (20 ilə görə 50 faiz, 3 ilə görə 9 (3x3) faiz) – 643,27 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun 1 mart 2018ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 315 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 135,90 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.127,99 manat təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. İddiaçının əmək pensiyasını müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,66 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1.090,29 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (1.127,99 manat) arasındakı fərq məbləğinin (37,70 manat) 57,66 faizi – 21,74 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (643,27 manat) üzərinə əlavə olunmaqla 665,01 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən etibarən iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 398 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 167,10 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.263,19 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun olaraq 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (1.127,99 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1.263,19 manat) arasındakı fərq məbləğinin (135,20 manat) 57,66 faizi – 77,96 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyası (665,01 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 742,97 manat müəyyən edilməklə ona ödənilmişdir. 1 yanvar 2020-ci il tarixdən etibarən onun sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 895 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 316,20 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.909,29 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun olaraq 1 yanvar 2020-ci il tarixədək olan təminat xərcliyi (1.263,19 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı təminat xərcliyi (1.909,29 manat) arasındakı fərq məbləğinin (646,10 manat) 57,66 faizi 372,54 manat 1 yanvar 2020-ci il tarixədək olan pensiyasının (742,97 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1.115,51 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 59 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (57,66 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla ona «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 111,55 manat maddi yardım ödənilir. Göründüyü kimi, iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 59 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (57,66 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Odur ki məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı yazılı etirazına əlavəsində bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.14.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. Sözügedən Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləğv edilmiş və bu Fərman 2023-cü il 1 yanvardan qüvvəyə minmişdir. Görünüyü kimi, iddiaçının iddia tələbi pensiya təyinatı aparılarkən nəzərə alınmayan dövrün staja daxil edilərək yenidən hesablanması olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə, «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 59 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (57,66 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. Yəni, «Əmək pensiyaları haqqında» Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulan şəxslərə Qanunun 20.14.1-ci maddədə qeyd olunan əlavələr həmin şəxslərə pensiya təyinatı aparılarkən nəzərə alınaraq hesablanır. Həmçinin, sözügedən Qanunun 20.1.11-ci maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyasına sonrakı artımların əlavə olunmaqla yenidən hesablanması qaydası nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası» Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləqv edilmişdir. Əlavə olaraq, 2023-cü il 1 yanvar tarixədək bu Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 saylı 13 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı X1 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçı X1 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən ləğv olunması və 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ilinin 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə 20 ildən artıq 9 il 2 ay (01 iyul 2017-ci ilədək müddət) əlavə xidmət illərinin hər ilinin 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyanın yenidən hesablanmasına dair tələbi təmin edilmədiyindən sözügedən qərarın maddi hüquq normalarının pozulması şəraitində çıxarıldığı, mövcud inzibati işin hallarına uyğun gəlmədiyi qənaətində olmaqla qərarı əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. 2020-ci ilin fevral-sentyabr aylarında pensiya məbləğinin artaraq 2406,62 manat, sonradan 2020-ci ilin oktyabr ayından hazırki müddətə kimi pensiya məbləğinin 190,77 manat azalaraq 2215,85 manat təyin edilməsinə əsas verən sənədlərin, həmçinin sonuncu xidmət keçdiyi vəzifə və həmin vəzifəyə uyğun aylıq vəzifə maaşının məbləği barədə Dövlət Gömrük Komitəsindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş sonuncu məlumatların təqdim olunması üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilməsi üçün 30 avqust 2021-ci il tarixdə məhkəməyə vəsatət versə də, belə sorğu verilməmiş, eyni zamanda Dövlət Gömrük Komitəsi tərəfindən sözügedən Filiala göndərilən sənədlər Filialı təmsil edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməmişdir. 12 iyul 2021-ci il tarixli müraciətinə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 avqust 2021-ci il tarixli **********7 saylı cavab məktubunun 4-cü bəndində təminat xərcliyinin qanunamüvafiq qaydada 50+27+2+0.83+79,83 faiz (burada 9 il 2 ay 3 faizə vurulmaqla hesablanmışdır) hesablanıldığı göstərilsə də, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanına istinad edilməklə 20 ildən artıq xidmət müddətinin hər ili üçün 2 faiz – cəmi 71,17 faiz hesablanıldığı göstərilmişdir. Sözügedən məktubun məzmunundan görünür ki, xidmət etdiyi Dövlət Gömrük Komitəsi tərəfindən aidiyyəti məlumatların “məlumat vərəqəsi”ndə göstərildiyi sübut olunur – ilkin hesablama zamanı (50+27+2+0.83+79,83 faiz) qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Apellyasiya şikayətinə etiraz və ona əlavənin dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, 2014-cü ildə əmək pensiyasına çıxarkən hesablanmayan 10 ay 10 gün əmək stajına görə ödənilməli olan məbləğin hesablanaraq pensiya məbləğinə əlavə edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərdiyi xx.xx.2021-ci il tarixli müraciətə və xx.xx.2021-ci il tarixli xatırlatma məktubuna cavab verilmədiyi üçün xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən göndərilən məktubda pensiyaya çıxarkən təminat xərcliyinin 59%-i ilə hesablanmış pensiya məbləğinin ölkə başçısının xx.xx.2018-ci il tarixli 142 №-li Fərmanı ilə təsdiq edilmiş Qaydaları əsas gətirərək hesablanmayan 10 ay 10 gün əmək stajın da hesablanaraq pensiya məbləğinin təminat xərcliyinin 57,66%-ə endirilməsi barədə məlumat gördükdə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vətəndaşın sosial müdafiəsinə “həssaslıqla” qayğısının şahidi olmamışdır. Mərkəzi Filialın rəhbərliyi- 2017-ci ildə qəbul edilmiş Qaydaların Azərbaycan Respublikasının Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə zidd olaraq vətəndaşın zərərinə olan dəyişikliyi tətbiq etmək səlahiyyətini haradan mənimsəyibdir. Belə çıxır ki, Mərkəzi Filialın rəhbərliyinin qəbul etdiyi qərar ümümxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyadan üstün hüquqa malikdir. Prezidentin Fərman və Sərəncamlarının layihəsi hüquqi ekspertizadan keçirildikdən və mütəxəsislərin rəyi alındıqdan sonra ölkə başçısının imzasına təqdim olunur. Deməli Prezidentin imzaladığı hər hansı Fərman və Sərəncam Azərbaycan Respublikasında qüvvədə olan qanunlara və Konstitusiyaya zidd ola bilməz. Təqribi hesablamalara görə 2014-cü ildə pensiyaya çıxarkən hesablanmayan 10 ay 10 gün əmək stajına görə pensiya məbləğinin artımı 100 manatdan çox deyil. Təkcə hesablanmayan 10 ay 10 gün əmək stajına görə əmək haqqından (2014-cü ildən sonrakı illər üzrə infilyasiya faizləri nəzərə alınmadan). Məcburi sosial sığorta ödənişlərinin miqdarı 5 min manatdan çoxdur (Sosial sığorta haqqında məlumat etiraza əlavə edilir). İddianın təmin edilməsi pensiya məbləğinin təqribən 100 manat artacağı ehtimal olunur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi «cavabdeh tərəfindən onun əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, onun əmək pensiyasının xidmət illərinə görə ələavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və 2014cü ildən sonra keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə araşdırma apararaq, iddiaçı X2 Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajına malik xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin olunarkən əmək pensiyasının xidmət illərinə əlavənin onun təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9%, 10 ay 10 günə görə 2,58%) miqdarında hesablanmasından DSMF orqanının imtinasını və iddiaçının müvafiq müraciətindən sonra cavabdeh inzibati orqanın onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılmaqla yenidən hesablanması hərəkətlərini qanunazidd qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 142 saylı 25 iyun 2018-ci il tarixli Fərmanı iddiaçının əmək pensiyası hüququ yarandığı və pensiya təyin olunduğu tarixdən sonrakı dövrdə qəbul olunduğu üçün vəziyyətini ağırlaşdıran normativ hüquqi akt kimi ona münasibətdə tətbiq oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X4 23 il 10 ay 10 gün Azərbaycan Respublikasının gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmiş və 19 aprel 2014-cü il tarixdə pensiyaya çıxmaq hüququ verən xidmət illəri nəzərə alınaraq onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Həmin dövrdən ona «Əmək pensiyaları haqqında» Qanunun 7 və 20-ci maddələri rəhbər tutularaq, yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı pensiyanın məbləği onun gömrük orqanlarında 23 il xidmət dövrü nəzərə alınaraq, xidmət illərinə görə hər ilə 3% əlavə, yəni xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59% hesablanmaqla aparılmışdır. İddiaçı bununla razılaşmamış və bir müddət sonra, yəni 23 iyul 2019-cu il tarixdə DSMF orqanına (hazırkı cavabdeh həmin qurumun müvafiq funksiyalarını həyata keçirir) müraciət edərək, onun əmək pensiyasının əlavə 10 ay 10 gün iş stajı və həmin dövrə görə illik 3%-in mütənasib məbləği nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Həmin ilkin müraciətə cavab verilməmiş, lakin iddiaçının sonrakı dövrlərdə təkrar müraciətindən sonra onun əmək pensiyasının xidmət illərinə görə əlavəsi təminat xərcliyinin 59%-dən 57,66%-ədək azaldılmaqla yenidən hesablanmışdır. İddiaçı cavabdehin bu hesablaması ilə razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin- 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faiz miqdarında əlavə olunmaqla. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən normanın icrası olaraq Azərbaycan Respublikası Prezidentinin (xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir) 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. İş materiallarından görünür ki, 20 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 23 il 10 ay xidmət müddətinə görə təminat xərcliyinin (1.090,29 manat) 59 faizi (20 ilə görə 50 faiz, 3 ilə görə 9 (3x3) faiz) – 643,27 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun 1 mart 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 315 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 135,90 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla, cəmi təminat xərcliyi 1.127,99 manat təşkil etmişdir. İddiaçının 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1.090,29 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (1.127,99 manat) arasındakı fərq məbləğinin (37,70 manat) 57,66 faizi – 21,74 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (643,27 manat) üzərinə əlavə olunmaqla 665,01 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən etibarən iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 398 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 167,10 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.263,19 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun olaraq 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (1.127,99 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1.263,19 manat) arasındakı fərq məbləğinin (135,20 manat) 57,66 faizi – 77,96 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyası (665,01 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 742,97 manat müəyyən edilməklə ona ödənilmişdir. 1 yanvar 2020-ci il tarixdən etibarən onun sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 895 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 316,20 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.909,29 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun olaraq 1 yanvar 2020-ci il tarixədək olan təminat xərcliyi (1.263,19 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı təminat xərcliyi (1.909,29 manat) arasındakı fərq məbləğinin (646,10 manat) 57,66 faizi 372,54 manat 1 yanvar 2020-ci il tarixədək olan pensiyasının (742,97 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1.115,51 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Yəni, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 59%-i miqdarında müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (57,66%) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59% həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Lakin iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılan hesablama ilə narazıdır və onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin 10 ay 10 gün staj əlavə olunaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanmasını tələb edir. Məhkəmə kollegiyası bu barədə bir daha qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 % miqdarında əlavə olunmaqla hesablanır. Oxşar işlər üzrə inzibati məhkəmələrin təcrübəsində 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 % miqdarında əlavə olunmaqla hesablanmasına dair qərarlar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18 aprel 2023-cü il tarixli 2-1(102)-316/2023 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1417/2021 nömrəli qərarını qüvvədə saxlayaraq apellyasiya məhkəməsinin “iddiaçının xx.xx.2018-ci ildə ehtiyata buraxıldığı üçün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləğinin Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanması” mövqeyi ilə razılaşmışdır. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydası Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 saylı Fərmanı ilə ləğv edilmişdir. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin yanvanı 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolununların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcəkdir. Adı çəkilən sərəncama əsasən 2023-cü il 1 yanvar tarixədək bu Qanunun 20.14.1ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən edilən faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Hazırki işdə iddiaçıya inzibati orqan tərəfindən 19 aprel 2014-cü il tarixdən pensiya təyin olunan zaman qüvvədə olan qanunvericiliyin, yəni yuxarıda adı çəkilən Fərmanla təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının inzibati orqan tərəfindən tətbiqi düzgün olmuşdur və bu zaman iddiaçıya münasibətdə “bərabərlik” və “mütənasiblik” prinsipləri pozulmamışdır. Bu əsaslandırma oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin yuxarıda adı çəkilən qərarlarında da öz əksini tapmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən iddia tələbinin qismən təmin olunması qənaətinə gələrək hüququn tətbiqində səhvə yol vermişdir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7964/2023 saylı 13 iyun 2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 saylı 13 iyun 2023-cü il tarixli qərarı ləğv olunsun. İddia tələbi təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar