Məhkəmə qərarları › İş №2-1(103)-4290/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4290/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4290/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı SOCAR İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Rayonu Gürgən Bələdiyyəsinə qarşı (üçüncü şəxs X3) “qərarın etibarsızlığının tanınması tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Gürgən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov Rayon Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixində keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə “Azneft” İB-nin “28 May" Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn, xx.xx.1986-cı il tarixdə istismara verilmiş DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin Pirallahı rayonu Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə - kəmərlərin mühafizə zonasında xx.xx.2021-ci il tarixində vətəndaş X3 tərəfindən təxminən 1 metr hündürlüyündə hasar tikildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarının 4.1-ci bəndinə əsasən “Neft boru kəmərləri marşrutu boyunca – boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xəritlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqsinə gələn DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmaqla vətəndaş həmin qərarın tələblərini pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim edərək, qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərardadından şikayət vermə müddəti buraxıldığından, ona bu barədə məhkəmə bildirişi göndərilməklə müddətin bərpası barədə ərizə vermək hüququ izah edilmiş və xx.xx.2023-cü il tarixinə, yəni, hazırkı günə iddiaçının həmin şikayəti üzrə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Lakin məhkəmə kollegiyası hazırkı iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər, o cümlədən iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərii nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs V.Hüseynov məsələnin həllini məhkəmənin səlahiyətinə buraxdığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının surəti e-məhkəmə vasitəsi ilə xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçı “Azneft” İB-nın elektron kabinetinə xx.xx.2023-cü il tarixində rəsmi qaydada yerləşdirilmişdir (i.v.144). İddiaçının işə əlavə olunmuş apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayti poçt-daşıma xidmətinə (“AzəriExpress”) vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Belə olan halda, iddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixində aldığı qərardadından, İPM-in 85.1-ci maddəsi ilə müəyyən edilən şikayət vermə müddətini 3 (üç) gün ötürmüş olur. İddiaçının məhkəmə iclasına gəlmədiyi və onun müddətin bərpası barədə ərizəsi məhkəməyə daxil olmadığı nəzərə alınmaqla apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayıla bilməz. Çünki, İPM-in 1.2-ci və 81.2 maddəlrinin göndərişi nəzərə alınmaqla MPM-in 130.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə glir ki, iddiaçının apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş iddiaçıya qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2023 nömrəli iş üzrə xx.xx.2023cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar