Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-43/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X19 və nümayəndəsi vəkil X15, cavabdehin nümayəndəsi X16, üçüncü şəxs X41 oğlunun nümayəndəsi vəkil X20 iştirakı ilə, İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, X41 oğlu, X28, X8, X21, X17, X29, X30) üçüncü şəxslərin “torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair” inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3197/2018 saylı qərarından cavabdeh və üçüncü şəxs Ə.Cəfərov tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «Azərbaycan» Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər qismində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə və X41 oğlu cəlb olunmuşlar) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ə.Cəfərova verilmiş **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərinin və onların verilməsinə əsas olmuş X9, X22, X3, X10, X11, X23 və X24 əvvəllər verilmiş torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «… Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X18 X45” verilmişdir. X44 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. Yardımçı təsərrüfatı Sabunçu rayonunun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X41 oğlunun X2, X12, X1, X5, X6, X13 və X14 aldığı torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Çıxarışlarda torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd edilmişdir. Lakin X41 oğluna və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olmuş X7, X22, X4, X10, X11, X23 və X24 verilmiş torpaq sahəsinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər torpaq sahəsinin mülkiyyətçiləri olmuş qeyd olunan şəxslərə verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. İddiaçı 19 mart 2018-ci ildə yenidən cavabdeh orqana müraciət edilərək, sözügedən torpaq sahəsindən müxtəlif ölçülərdə ayrı-ayrı fiziki şəxslərə (o cümlədən hazırki iş üzrə üçüncü şəxs X41 oğluna) mülkiyyət hüququ əsasında torpaq sahələrinin verildiyi göstərilmiş, buna dair çıxarışların ləğv edilməsi xahiş olunmuşdur. Həmin müraciətə cavabdeh tərəfindən **********97 saylı, 09 aprel 2018-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır …» 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 2-1(82)- 3197/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh və üçüncü şəxs Ə.Cəfərov apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, cüzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının müvafiq torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması ilə bağlı idarəyə xx.xx.2018-ci il tarixdə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat alqı-satqı müqaviələləri əsasında aparılmış və müvifq olaraq reyestrdən çıxarışlar və plan ölçü tərtib olunraq onlara verilmişdir. İdarə tərəfindən həmin torpaq sahələrinin ilkin və təkrar qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər (icra hakimiyyəti orqanının qərarı, yerləşmə cizgisi və keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölsüsü) əsasında aparılmışdır. Üçüncü şəxs Ə.Cəfərov isə apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən **********59, **********88, **********85, **********7,**********56, **********17 və **********58 reyestr nömrəli çıxarışlarla rəsimiləşdirilən torpaq sahələrini təkrar bazardan alqı-satqı müqavilələri əsasında almışdır. 15 ha torpaq sahəsinin iddiaçıya məxsus olması barədə məhkəmə qərarı olsa da, həmin qərarda, eləcə də qeydiyyat idarəsi tərəfindən verilmiş hər hansı bir sənəddə Nəşriyyatın torpaq sahəsinin koordinatları nəzərdə tutulmayıb. İddiaçı mübahisəli torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının istifadəsində olan 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyünü sübut kimi əsas götürüdüyü "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi, digər mütəxəssis "xxxx" MMC tərəfindən verilmiş rəylə təkzib olunduğundan iddiaçı tərəfindən üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrini mübahisələndirilməkdə subyektiv hüququ olmamışdır. Abşeron rayonu Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi iddiaçıya aid 15 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyini müəyyən edən yeganə sübutdur. Həmin layihəyə əsasən südçülük-tərəvəzçilik sovxozu Nardaran ərazisində yerləşir və sovxoz sovxoz ərazsinin konturunun şimal hissəsi dəmir yolu xətti ilə sərəhdlənərək Bilgəh Nardaran sərhddindən qərbə doğru 950 m enə malikdir. Layihə üzrə iddiaçıya məxsus torpaq sahəsinin yerləşiyi ərazi sovxozun ən şimal konturunda paraleloqram şəklində yerləşdiyi əks olunur. "xxxx" MMC-nin mütəxəssis rəyinin əsassızlığının sübut edən amil odur ki, iddiaçıya məxsus torpaq sahəsi “Hüseyniyyə Məscidi”nə gedən yoldan şərqə doğru 218 m aralı məsafədə yerləşərək düzbucaq şəklində əks olunduğu göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində sovxozun şərq sərhəddi Nardaran –Bilgəh sərhəddi ilə 19-cu dalana təsadüf edir. İddiaçıya aid torpaq sahəsinin paraleloqram şəklində yerləşməsinə səbəb olan, həmin torpaq sahəsinin qərb sərhəddi Hüseyniyyə Məscidinə gedən yol ilə paralel olmasıdır. Mütəxəssis rəyinə əlavə əlavə olunmuş peykdən çəkilmiş 2001-ci ilə aid kosmik şəkili ilə bu xüsusatlar öz təsdiqini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmədən, mütəxəssis dəvət edilmədən əsassız olaraq iddianın təmin edərək onun hüquqlarını pozmuşdur…» İş apellyasiya məhkəməsinin icraatına daxil olduqdan sonra, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-366/2019 saylı qərardadı ilə X17, X28, X8, X25, X21, X29 və X30 üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 366/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır Həmin qərarından üçüncü şəxs X41 oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)- 2352/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1333/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndislik-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli 10/576 saylı məktubu ilə təyin olunmuş mütəxəssis rəyi verilmədiyindən ekspertizanın icra olunmasından imtina olunmuşdur. xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin xx.xx.20220ci il tarixli məktubu ilə mütəxəssis rəyi Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Bundan sonra, işə baxılması üçün 07 iyul 2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş və bu barədə işdə iştirak edən şəxslərə 12 may 2022-ji il tarixli məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə kollegiyasının həmin (yəni hazırkı) iclasında iştirak edən apellyator cavabdehin nümayəndəsi Ə.Abbaslı şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, apellyator üçüncü şəxs Ə.Cəfərovun nümayəndəsi vəkil S.Bağırov apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, mütəxəssis rəyi ilə Ə.Cəfərov tərəfindən əldə olunmuş torpaq sahələrinin yaşayış mənqəqəsi kateqoriyasına aid torpaq olmasının öz təsdiqini tapmışdır. İddiaçı uzun müddətdir üzərində həbs qoyulmuş torpaq sahələrində mülkiyyət hüquqlarından istifadə edə bilmir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır rədd olunmalıdır. (Nümayəndənin təmsil etdiyi Ə.Cəfərova məxsus **********06, **********07 reyestr nömrəli torpaq sahələri üzərindən həbsin götürülməsi barədə ərizəsi hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini təşkil etmədiyi, həm də istinad olunan müvəqqəti xarakterli təminat tədbiri ayrı icraat çərçivəsində birinci instansiya məhkəməsində həyata keçirildiyi nəzərə alanmaqla, eləcə də, İPM-in 44.4-cü maddəsinininzibati aktın mübahisələndirə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayıldığına görə protokol qaydasında baxılmamış saxlanılmışdır). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil A.Heydərov, eləcə də digər nümayəndəsi A.Qasımov apellyasiya şikayətlərinə etirazlarını bildirərək iddia olunan torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq olduğunu və yardımçı kənd təsərrüfat torpağı kimi iddiaçının istifadəsinə verildiyini və üçüncü şəxsin torpaq sahələrinə dair tərtib olunmuş plan və ölçülərinin kordinatlarının iddia olunan topaq sahəsinin hüdudlarına düşdüyünü qeyd edərək hesab etmişlər ki, cavabdeh tərəfindən həmin plan və ölçülərin tərtib edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilərək, həmin plan-ölçülər etibarsız olması apelyasiya qaydasında təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, apellyasiya şikayətləri aşağıdakı əsaslara görə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. İddiaçının iddia ərizəsinin məzmununa və onun hazırkı məhkəmə iclasında iştirak edən nümayəndələrinin məhkəməyə verdiyi izahatlarından göründüyü kimi, cavabdeh tərəfindən üçüncü şəxs Ə.Cəfərovun adına tərtib olunmuş, habelə, əvvəlki mülkiyyətçilərin adına tərtib olunmuş planı və ölçüləri verilməsi ilə bağlı hərəkətləri mübahisələndirilərək qanunsuz hesab edilməsini və həmin plan və ölçülərin etibarsızlığını tanınmasını məhkəmədən tələb edirlər. «İnzibati icraat haqqında» 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İPM-in 34.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının istinad etdiyi əsaslar ondan ibarətdir ki, “Azərbaycan” Nəşriyyatına (əvvəlki: “Kommunist” Nəşriyyatına) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə yardımçı təsərrüfat yaradılması üçün ayrılaraq bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “X18 X45” verilmiş və Maştağa Südçülük- Tərəvəzçilik sovxozunun torpağından istifadə etməsinə dair yerquruluşu layihəsi tərtib olunmuş, bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə həmin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olunmuşdur. İddiaçı qeyd edilən əsaslardan çıxış edərək üçüncü şəxs X41 oğlunun digər üçüncü şəxslərdən aldığı torpaq sahələrinn planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatına yardımçı təsərrüfat yaradılması üçün verilmiş 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Lakin iddiaçının istinad etdiyi həmin əsasların hər biri ayrı-ayrılıqda tədqiq olunduqda, iddia tələbində haqlı olduğu təkzib olunur. Birincisi, iddiaçının istinad etdiyi. Sözügedən “X18 X45”nda - Bilgəh dəmir yolu ilə paralelikdə yerləşən düzbucaqlı (dörtərəfli) formasında, eni 300 m uzunluğu isə 500 m olan plan-cizgidə mübahisəli torpaq sahəsinin konkret olaraq döncə nöqtələrinin koordinat göstəriciləri mövcud olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşdüynü qətiyyən müəyyən edilməsi mümkün deyil. Qeyd edilməlidir ki, iddiaçı ona ayrılmış həmin 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kadastr göstəricilərini özündə əks etdirən plan-ölçünün tərtib olunaraq baza məlumatlarına işlənilməsində hərəkətsizlik nümayiş etdirmiş, bu isə ona gətirib çıxarmışdır ki, konkret halda üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrinin həmin 15 ha kənd təsərrüfatı təyinatlı torpaq ərazisinin hüdudları çərçivəsində yerləşdiyini sübuta yetirə bilmir. İşə əlavə olunmuş "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş iki mütəxəssis rəyləri bir-biri ilə ziddiyyət təşkil etdiyindən həmin rəydlərdə əldə olunan nəticələrin inandırıcılıq sarıdan mötəbər məlumatlar kimi qəbul edilməsi isə mükünsüzdür. Çünki, ən azından qürumlar sistemləşdirilmiş baza məlumatlarına malik deyillər, həm də onların kadastr və yerquruluşu sahəsində müvafiq akkreditasiya və sertifikata malik və məhkəmə praktikasında kifayət qədər təcrübəli mütəxəssis olmaları müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına gəldikdə isə, birincisi, hazırkı mübahisənin cavabdeh tərəfi və üçüncü şəxsləri həmin mülki işdə iştirak edən şəxslər olmamışlar, deməli, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallar (faktlar) onlara münasibətdə sübuta yetrilmiş hallar kimi qəbul oluna bilməz. Belə ki, MPM-in 82.3-cü maddəsinin imperativ tələbi isə onu nəzərədə tutur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, sözügedən məhkəmə qərarında işin halları da hazırkı işin halları ilə tamamilə fərqlidir. Belə ki, həmin qərarda mübahisələndirilən torpaq sahəsinə dair həmin iş üzrə cavabdehin hüquqmüəyyənedici sənəd-sübutu mövcud olmadığından subyektiv hüquqa malik olmadığı müəyyən edilməmişdir. Konkret halda isə hazırkı işin üçüncü şəxslərinin mülkiyyətində olan torpaq sahələri isə onlara - torpaq qanunvericiliyinin tələblərinə uyğun olan sənədlər əsasında ayrılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunan göstərişləri çərçivəsində təkrar apellyasiya mərhələsində qeyd olunan ziddiyyətli halların aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardının icrası olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin xx.xx.2020-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci il tarixində təqdim olunmuş mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: “1. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 195 saylı qərarı ilə təsdiq edilmiş Torpaq istifdəçiliyinin planı əsasında Abşeron rayon ZDS İK tərəfindən Komitəsi tərəfindən «Kommunist» nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X18 aid dövlət aktlarının qeydiyyatı xx.xx.1981-ci il tarixdə 64 № ilə qeydə alınmış B000369 №-li «X18 aid Dövlət Aktında göstərilən iddia edilən,15ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən, sözügedən 15 ha torpaq sahəsinin,ümumi ərazinin yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlər daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. «Kommunist» nəşriyyatına ayrılmış torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən hazırda mübahisələndirilən ərazi olub-olmamasını da müəyyən etmək mümkün olmamışdır.
2. X41 oğluna məxsus, **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 reyestr №-li sahələrinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatları üst-üstə düşür. 3... «X18 aid Dövlət Aktında göstərilən iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyən edilməsinin mümkün olmaması, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən, sözügedən 15 ha torpaq sahəsi ilə X41 oğluna məxsus - **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələrinin də üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. 4…İddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyən edilməməsi səbəbindən 15 ha torpaq sahəsinin ayrıldığı vaxt hansı kateqoriya torpaqlara aid olmasını müəyyən etmək mümkün olmamışdır.
5. X41 oğluna məxsus **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələri faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir, kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar edilməmişdir. Həmin “torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınan vaxtlarda yerləşdyi ərazinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aid olmuşdur.” Həmin “torpaq sahələrinin ayrıldığı dövlət mülkiyyətində olmuşdur və hal-hazırda xüsusi mülkiyyətdədir.» Göründüyü kimi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin mütəxəssis tədqiqatı ilə - iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, dövlət aktının koordinatlarının iddiaçı tərəfindən təqdim edilməməsi səbəbindən - ümumi ərazinin yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlər daxilində yerləşib-yerləşməməsini və hazırda mübahisələndirilən ərazi olub-olmamasını, habelə ayrıldığı vaxt həmin torpağın hansı kateqoriya torpaqlara aid olmasını, bununla da üçüncü şəxs X41 oğluna məxsus, **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 dövlət reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Əksinə, həmin mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, üçüncü şəxsin Ə.Cəfərova – həmin **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 dövlət reyestr nömrəli torpaq sahələri - faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir, onların kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar olunmamış, həmin torpaq sahələrinin ayrıldığı və bundan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınan vaxtlarda yerləşdyi ərazinin kateqoriyası da “yaşayış məntəqəsi” kateqoriyalı dövlət mülkiyyətinə aid torpaq sahələri olmuşdur. Məhkəmə kollegiyası tədqiq olunan mütəxəssis rəyinin nəticələrinə inandırıcı yanaşır və həmin nəticələrdə göstərilənləri sübut həmiyyətli məlumatlar kimi qiymətləndirir. Çünki, birincisi, həmin mütəxəssis rəyini veriən qürum kadastr və yerquruluşu tədqiqatı sahəsində müvafiq sistemləşdirilmiş baza məlumatlarına malik olan və məhkəmələr tərəfindən təyin olunan torpaqşünaslıq tədqiqatlarında kifayət qədər təcrübəyə malik olan bir qürum olmaqda, verdiyi mtəxəsis rəyi kifayət qədər dolğun şəkildə əsaslandırılmışdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, iddia edilən üçüncü şəxs Ə.Cəfərova məxsus - **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 dövlət reyestr nömrəli torpaq sahələrinin plan və ölçüsünün verilməsinə əsas olmuş əvvəlki mülkiiyyətçilərin (digər üçüncü şəxsələrin) adına verilmiş plan və ölçülər qüvvədə olan inzibati aktlar (qərar və sərəncamlar, çıxarışlar) əsasında tərtib olunmuşdur. Azərbaycan respublikasının Torpaq Məcəlləsinin əvvəlki mülkiyyətçilərin torpaq sahələri ayrılarkən qüvvədə olan (xx.xx.1991-ci il 254 Xİİ №-li Qanunla) 23-cü maddəsi ilə də nəzərdə tuturdu ki, torpaq sahələrinin verilməsi yer quruluşu sənədləriən uyğun torpaqayırma qaydasında həyata keçirilir və torpaqayırma aktında torpağın məqsədli təyinatı göstərilir. Eyni zamanda, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşə əlavə olunmuş arxiv sənədlərinə əsasən müəyyən olunur ki, fərdi yaşayış evinin tikintisi üçün əvvəlki mülkiyyətçilər olan üçüncü şəxslərin hər birinə 1200 kv olmaqla, aşağıdakı qərar və sərəncamlarla torpaq sahəsi ayrılmışdır.: -Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon İcraiyyə Komitəsinin 26/155 №-li xx.xx.1991-ci il tarixli qərarı və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxaminə əsasən X3 və ; Bakı şəhəri Sabunçu rayon İcrra Hakimiyyətinin: - 26/154 №-li xx.xx.1991-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X9; - 1032 №-li xx.xx.1992-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X24; - 1411 №-li xx.xx.1992-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X23; - 210 №-li 02.021993-cü il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X10; - 1040 №-li xx.xx.1992-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib edilmiş yerləşmə sxeminə əsasən X22; - 210 №-li xx.xx.1993-cü il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X11. İşdən görünür ki, həmin qərar və sərəncamlar əsasında verilmiş torpaq sahələri üçüncü şəxslər tərəfindən özəlləşdirilib reyestr qeydiyyatından keçdikdən sonra üçüncü şəxs Ə.Cəfərov onları satın alaraq öz adına daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmiş və həmin torpaq sahələrinə dair ona torpaqlara dair plan və ölçülər (№ **********85, **********88, **********59, **********58, **********57, **********56, **********17) tərtib olunub verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hikimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmax əmlakın özgəninkiləşdirilməsinə , icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar; - 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəzadətnamələr, mənzil sertifikatı , daşınmaz əmlak üzərinəd hüqşuqun əmələ gəlməsi üçün əsalardır. Həmin Qanunun 10.2-ci maddəsinin tələbində də məhz qeyd olunur ki, qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən üçüncü şəxslərin adına verilmiş plan və ölçülər qanunvericiliyi tələblərinə uyğun verilmiş, qanunsuz hərəkətlərə yol verilməmişdir. İPM-in 14.3-cü maddəsinin təlbinə görə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məcəllənin qeyd olunan tələbi baxımından, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəqiq yerini müəyyənləşdirməyə imkan verən sənədləri, o cümlədən, kadastr və coğrafi göstəricilərini əks etdirən plan və ölçünün təqdim edilməklə, üçüncü şəxslərə verilmiş plan və ölçülərin onun istifadəsinə ayrılmış 15 ha torpaş sahəsinin hüdularına aid koordinatlar çərçivəsində yerləşdiyini sübut etmək vəzifəsi onun üzərinə düşdüyü halda, həmin hallar (faktiki şərtlər) onun tərəfindən sübuta yetirilmir. Belə olan halda, cavabdeh orqan tərəfindən üçüncü şəxslərin adına tərtib olunmuş adıçəkilən reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərinin verilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələbrinə uyğun olmuşdur. Ona görə də iddiaçının 19 mart 2018-ci il tarixdə üçüncü şəxslərə mülkiyyət sənədlərinin, bununla da dolayısı ilə də onların adına verilmiş plan-ölüçünün ləğv edilməsini (etibarsılığını) tələb etməkdə haqlı hesab oluna bilməz. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın təmin olunması barədə əsassız qərar qəbul olunmuşdur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin (Ə.Cəfərovun) apellyasiya şikayətlərinin birinci instansiya məhkəəsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3197/2018 saylı qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh və üçüncü şəxs Ə.Cəfərovun apellyasiya şikayətləri təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 3197/2018 saylı qərarı ləğv ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı “Azərbaycan” Nəşriyyatının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Azər Hüseynov