Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-43/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « Qərarın və onun hüquqi nəticələrinin ləğv edilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyində X11 keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli X11 aktı ilə rəsmişləşdirlmişdir.
2. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri-rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır.
3. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərarqəbul edilməsinixahiş etmişdir.
6. İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia tələbini onunla əsaslandırmışdır ki, "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daim vergi hesabatlarını vaxtlıvaxtında təqdim etmişdir. İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi 2021-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir.Bundan sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********146569 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə aprel 2018-mart 2021-ci il dövrü üzrə X11 təyin edilmişdir. Vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq pulu 20 gün ərzində qaytarmalı olduğu halda, növbədənkənar səyyar vergi yoxla ması keçirməklə vaxtı uzatmış, əsassız olaraq əlavə vergi hesablanması aparmışdır.Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə Qaydaların 4.8-ci maddəsinə əsasən, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. xx.xx.2021-ci ildən davam edən növbədənkənar X11 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır.Nəhayət yoxlamanın nəticəsinə dair **********146576 saylı növbədənkənar X11 aktı tərtib edilmişdir. Cavabdeh orqan tərəfindən Qərar iddiaçıya təqdim edilmədən, elektron qaydada göndərilmədən şəxsi hesab vərəqəsinə 1804740.99 manat hesablama aparmış, 902370.50 manat maliyyə sanksiyaları tətbiq etmişlər.Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci ildə “Verqi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********409900 saylı tələbnamə İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən sonra xx.xx.2022-ci ildə xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı iddiaçıya elektron sistem üzərindən göndərilmişdir. Yoxlama ərəfəsində bütün zəruri sənədlər, alqı-satqı sənədləri, invoyslar yoxlamaya təqdim edilmişdir. O da qeyd edilir ki, yoxlamanın istinad etdiyi dövr üzrə Rusiya Federasiyasının “X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi eyni fəaliyyətlə məşğul olmur, alqısatqı ilə məşğuldur. Azərbaycan Resublikasında heç bir məhsul ixraca verməmişdir. Hesab edirik ki, bu göstərici əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Keçirilmiş vergi yoxlamaları vergi orqanının öz təşəbbüsü ilə deyil, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə iddiaçının təqdim etdiyi ərizə əsasında başlanılmış və keçirilmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə şəxsi vərəqəyə əsasən 856,254.50 manatın geri qaytarılması xahiş olunmuşdur. Həmçinin vergilərin yenidən hesablanması ilə bağlı qiymətlərinə istinad edildiyi digər şirkət olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) də 428,594.79 manat artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. O cümlədən "xxxx" MMM (**********) də 3,817,686.82 artıq ödəmənin geri qaytarılması barədə müraciət etmişdir. Hər 3 təşkilatda növbədənkənar X11 keçirilmiş və bütün bu yoxalamaların nəticəsində eyni tarixdə verilmiş yoxlama aktları ilə qanunsuz olaraq vergi hesablanmışdır.Hər üç şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından aşağıdakı qaydada silinmələr aparılmışdır: "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində olan artıq ödəmədən xx.xx.2022-ci il tarixdə 870,912.20 manat silinmişdir, Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. "xxxx" MMM-nin xx.xx.2022-ci ildə şəxsi vərəqəsindən artıq ödəmə hissəsindən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir Müvafiq yoxlama aktında və vergi orqanının xx.xx.2022ci il tarixli Qərarında istinad edilən Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilsxməsi haqqında” ərizəsi əsasında keçirilmiş xx.xx.2018-ci il tarixli X11 aktına əsasən təsdiqlənmiş artıq ödəmə məbləği 2.014.350.04 bu günədək ödənilməmişdir, əksinə 1.864.930.70 manat məbləğ güya tələb etmə müddəti keçdiyinə görə qanunsuz silinmişdir. Bununla bağlı vergi orqanının qanunsuzluğu və tələblərimizin düzgünlüyü məhkəmə qaydasında bir neçə dəfə təsdiq edilmişdir. İddiaçıda xx.xx.2021-ci ildən başlayan növbədənkənar X11 xx.xx.2021-ci ilədək, qanunvericiliyə zidd olaraq 137 gün ərzində davam etmişdir. Daha sonra xx.xx.2021-ci ildən etibarən xx.xx.2021-ci ilədək yenə də qanunsuz olaraq dayandırılmışdır. Vergi yoxlaması üzrə akt xx.xx.2021-ci ildə tərtib edilmiş və bu aktın əsasında xx.xx.2022-ci ildə qərar qəbul edilmişdir. Vergi yoxlaması xx.xx.2021-ci ildə bitsə də, onun müddəti qanunsuz olaraq dayandırılmışdır, hər 3 dayandırma qərarında Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə, yəni X11 aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halına istinad olunmuş və buna əsasən yoxlama dayandırılmışdır. Qeyd edilən halda aşağıdakı qanun pozuntuları edilmişdir: (1) vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halını təsdiqləyən hər hansı fakt yoxdur; (2) müvafiq qərarlar əsaslandırılmamışdır, belə ki, hətta rəhbər əmək qabiliyyətini itirsə belə, bunun yoxlamanın nəticələrinə təsiri qeyd edilməli və nəyə görə dayandırma barədə qərar verilməsinə ehtiyac olduğu əsaslandırılmalıdır; (3) VM-in 38.7.2-ci maddəsi ilə dayandırmanın əmək qabiliyyəti bərpa olunanadək maksimal müddəti təyin olunmuşdur, deməli dayandırma qərarının müddəti özbaşına yox, müvəqqəti olaraq əmək qabiliyyətinin itirılməsi barədə müvafiq təsdiqləyici sənəddə qeyd edilmiş əmək qabiliyyətinin itirilmə müddətinə əsasən müəyyən edilməli idi. İkincisi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. İş materiallarına əlavə olunmuş yoxlama reyestrindən çıxarışa əsasən Prezidentin Fərmanı ilə təsdiq edilmiş bu tələb də pozulmuşdur, belə ki, dayandırılma barədə qərar və məlumat yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl, yəni xx.xx.2021ci il tarixdə reyestrə daxil edilməli idi. Dayandırma barədə qərar isə 1 gün gecikmə ilə sistemə daxil edilmişdir. Vergi yoxlamasının bitdiyi son gündə onun dayandırılması da məntiqsizdir.xx.xx.2021-ci il tarixində vergi yoxlaması aktı Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq tərtib olunmalı və daha sonra Vergi Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, X11nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən müvafiq prosedurlara əməl edilməli idi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 7.3-cü maddəsinə görə, yoxlayıcı yüksək peşəkarlıq tələblərinə cavab verməlidir. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim keçməlidirlər. Təlim yoxlayıcı orqan tərəfindən yoxlayıcıların peşəkarlığının artırılması məqsədi ilə ildə ən azı bir dəfə təşkil edilir. Yoxlamanın kobud qanun pozuntuları ilə keçirilməsi, onun nəticələrinə dair aktın və qərarın olduqca qeyri- peşəkarcasına və qanunvericiliyin maddi və prosessual tələblərinə zidd olaraq tərtib edilməsi, həmçinin elementar iqtisadi və hüquqi əsaslandırmaların mövcud olmaması, yoxlayıcıların yoxlama sahəsində bilik, təcrübə və vərdişlərinə ciddi şübhələr yaratmışdır. Məhz bu məqsədlə əlaqədar şirkət olan “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Bakı İnzibati Məhkəməsində olan işi üzrə yoxlayıcı Anar Mollayevin yoxlama sahəsində təcrübəsi və habelə müvafiq təlimlərdə iştirak edib-etməməsi barədə təsdiqləyici sənədlər tələb olunmuşdur. Təəssüf ki, müsbət cavab verilməmişdir. Anar Mollayev məhkəmə baxışı zamanı bildirmişdir ki, o, vergi yoxlaması sahəsinə nisbətən yeni gəlmişdir, əvvəllər uzun müddət digər vergi sahələrində işləmişdir. Hər hansı sertifikatının (bu sahəyə gələndə keçdiyi təlim və illik təlimlər barədə) olub-olmaması sualını isə ümumən cavabsız qoymuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.4.8-ci maddəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddəsinə görə, adı qeyd edilmiş Qanun vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) üçün də məcburi qüvvəyə malikdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri müəyyən edən Azərbaycan Respublikasının qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və vergi yoxlaması materiallarına baxılması ilə bağlı məcburi tələblər vergi orqanı tərəfindən pozulmuş, əsassız olaraq xx.xx.2021-ci ildə dayandırılmış yoxlama yenilənmədən, müddəti uzadılmadan, iş təzələnmədən xx.xx.2021-ci ildə səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Bu aktın əsasında tələbnamə göndərilmiş və xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin şəxsi vərəqəsində olan artıq ödəmədən 870,912.20 manat silinmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən, pulun silinməsindən sonra xx.xx.2022-ci ildə isə xx.xx.2022-ci il tarixli **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar iddiaçıya elektron sistem vasitəsilə göndərilmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq qərar (inzibati akt) müvafiq silinmələr edildikdən sonra göndərilmişdir. Hərçənd ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununa görə, (maddə 64.1.) inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Göründüyü kimi, silinmələr inzibati akt qüvvəyə minmədən edilmişdir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.2-ci maddəsi ilə müəyyən edilən vergi borclarının alınması üzrə məcburi tələblər pozulmuşdur. Belə ki, vergi orqanı vergi borcu ilə bağlı ilkin olaraq bildiriş göndərməlidir və bank hesablarına və ƏDV depozit hesablarındakı vəsaitlərə borcun 105 faizi məbləğində dondurulma sərəncamı qoya bilər.Cavabdeh isə mənfəət vergisi üzrə qanunsuz olaraq müəyyən etdiyi vergi borcunu ƏDV depozit hesabında olan vəsait hesabına qanunsuz olaraq silmişdir.Eyni zamanda mübahisələndirilən qərarda hansı mühasibat uçotu qaydalarının pozulduğu, pozuntunun verginin yenidən hesablanmasına necə təsir etdiyi, kontragentlərin hansi göstəricilərinə əsasən qarşlıqlı əlaqəsi və bunun əməliyyatın məzmununu necə dəyişdiyi, nümunə üçün istinad məlumatları, təhlillər və s. qeyd edilməmiş və əsaslandırılmamışdır. Yoxlama aktında və qərarda Vergi Məcəlləsinin 14.9-cu maddəsinə (Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir) istinad edilsə də, bazar qiyməti olaraq, vergi ödəyicisi və oxşar fəaliyyətlə məşğul olan digər şirkətin tutuşdurulan qiymətləri, bu qiymətlərin hansı zaman kəsiyində müqayisə edildiyi, hər iki şirkətin hansı müqavilələri, hansı konkret əməliyyatları, malları və s. yəni heç bir məlumat qeyd edilməmişdir. Akt və qərar ziddiyyətli məlumatlar əsasında tərtib edilmişdir. Bir tərəfdən kontragentlərin qarşlıqlı əlaqəli olması verginin yenidən hesablanması üçün əsas olaraq götürülmüşdür, digər halda vergi ödəyicisinə qarşlıqlı əlaqəli olan başqa şirkətin (“X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin) qiymətləri əsas götürülərək bazar qiyməti əsasında vergi yenidən hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, “yoxlama dövründə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri-rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyrirezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır.” Bu məqamda nəzərə alınmayıb ki, adı istinad edilən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) bu şirkətə aidiyyəti olan şəxsdir və həmin nümayəndəlikdə də yoxlama keçirilmiş və əlavə vergi hesablanmışdır. Bu nümayəndəliyin X11 dövründə hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş, buna baxmayaraq hətta ekspert belə qiyməti müəyyən edə bilməmişdir. Bu hal "xxxx" MMM-yə münasibətdə təkrarlanmışdır. Başqa sözlə, vergi orqanının vergi ödəyicisinin qiymətlərinə şübhəsi yarandığına görə yoxlama təyin olunmuş, qiymətləri ekspertizaya cəlb olunmuş, ekspert rəy verməkdən imtina etmiş və bu iş üzrə vergi özü “Bazar qiyməti” təyin etmiş və özünün təyin etdiyi “qiyməti” digər vergi yoxlamasında istifadə etmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyində X11 keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli X11 aktı ilə rəsmişləşdirlmişdir.Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir.Mənfəət vergisi üzrə: yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilen kisələrin) ixracı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2018, 2019, 2020) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyrirezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X15" MMCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “TOO «KASXİM”, "xxxx" MMC və “X13 Müəssisəsi ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.Rusiya Federasiyasının "X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci il üzrə ümumi gəliri 10622177,93 manat, xərcləri 10651988,7 manat, zərər 29810,77 manat, 2019cu il üzrə ümumi gəlir 6163301,23 manat, xərclər 6 092 338,65 manat olmaqla mənfəət vergisi 14192,52 manat və 2020-ci il üzrə ümumi gəlir 3993471,63 manat, xərclər 5546175,95 manat olmaqla 1552704,32 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci il üzrə ümumi gəlirləri 15 540 932,50 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 977 788,76 manat, 2019-cu il ümumi gəlirləri 8 481 102,67 manat, həmin gəlirdən mənfəət vergisi 477752,80 manat, və 2020-ci il üzrə ümumi gəlirlər 7363135,71 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 363391,95 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Hesablamanın əsasını təşkil edən yük gömrük məlumatlarına əsasən malların “RAM BEYNƏLXALQ NƏQLİYYAT VƏ TİCARƏT LTD" MMM tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından tərtib olunmuşdur. İxrac edən müəssisənin "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olması iddia ərizəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, X11 mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X11nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.X11nın keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və son 3 illik dövrün yəni, 2020, 2019, 2018-ci illərin mənfəət vergisi yoxlanılmışdır.Eyni ilə, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə əsasən həmin maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X11nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Belə olan təqdirdə, vergi orqanı tərəfindən vergilərin hesablanması və hesablanmış vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi tam əsaslı olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və onun hüquqi nəticələri ləğv edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan **********140171 nömrəli X11 aktından görünür ki, cavabdeh vergi orqanı tərəfindən “X15” MMC-də də vergilərin və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar vergi yoxlaması aparılmış və vergi yoxlamasının nəticələrinə əsasən həmin cəmiyyətdə digər vergilərlə yanaşı 20172019-cu illər ərzində mənfəət vergisinin azaldılması nəticəsinə gələrək əlavə mənfəət vergisi hesablanmışdır,həmin X11 aktının 1.9.4-cü bəndindən göründüyü kimi qeyd edilən vergi ödəyicisinin təqdim etdiyi (satdığı) malların qiymətiin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən ekspert dəvət edilmişdir, yəni vergi orqanı “X15” MMC-nin məhsullarının bazar qiymətlərinin həqiqiliyini və düzgünlüyünü şübhə altına almışdır, belə olan halda vergi orqanının özü tərəfindən həqiqiliyi və düzgünlüyü vergi şübhə altına alınan qiymətlərin əsas götürülərək hər hansı başqa bir vergi ödəyicisinə vergilərin hesablanması məntiqsizdir, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarında da vergi orqanının qeyri-dürüst hesab etdiyi qiymətlər əsas götürülməklə hər hansı bir vergi ödəyicisinə əlavə mənfəət vergisinin hesablanması imkanı nəzərdə tutulmamışdır.
10. Eyni zamanda yoxlamanın aparılması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarına əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən X11 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X11nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.Qeyd edilən normaya xx.xx.2021-ci ildə dəyişiklik edilənə qədər qeyd edilən müddət iş günü ilə deyil sadəcə gün ilə hesablanırdı. İş materiallarından göründüyü kimi İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyində növbədənkənar X11 xx.xx.2021-ci ilə başlamış və xx.xx.2021-ci ilə qədər davam etmişdir, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər 3 dəfə növbədənkənar X11nın aparılması dayandırılmış, daha sonra yenidən davam edərək xx.xx.2021ci ildə başa çatmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “TOO «KASXİM”, "xxxx" MMC və “X13 Müəssisəsi ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.Rusiya Federasiyasının "X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər yenidən hesablanmışdır. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) və “ТОО «КасХим” , "xxxx" MMC Krasnodar şəhəri, Mayskiy PR.,14/6, (Rusiya Federasiyası) və X13 Müəsisəsi (iran İslam Respublikası) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.Həmçinin, Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda və 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci il üzrə ümumi gəliri 10622177,93 manat, xərcləri 10651988,7 manat, zərər 29810,77 manat, 2019-cu il üzrə ümumi gəlir 6163301,23 manat, xərclər 6 092 338,65 manat olmaqla mənfəət vergisi 14192,52 manat və 2020-ci il üzrə ümumi gəlir 3993471,63 manat, xərclər 5546175,95 manat olmaqla 1552704,32 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci il üzrə ümumi gəlirləri 15 540 932,50 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 977 788,76 manat, 2019-cu il ümumi gəlirləri 8 481 102,67 manat, həmin gəlirdən mənfəət vergisi 477752,80 manat, və 2020-ci il üzrə ümumi gəlirlər 7363135,71 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 363391,95 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki,cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının tutuşdurulan qiymətlərinin “X15” MMC-nin hansı dövrdəki fəaliyyəti üzrə qiymətləri ilə müqayisə etdiyini, müqayisə edən zaman konkret hansı sənədlərə istinad etməsini xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarda və həmin qərarın qəbul edilmə üçün əsas olmuş xx.xx.2021-ci il tarixli**********146576 nömrəli “X11 aktı”nda göstərməmişdir ki, bu da məhkəmənin gəldiyi qənaətə görə İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə əlavə mənfəət vergisinin hesablanmasının qanunauyğunluğunda və düzgünlüyündə aradan qaldırılmaz şübhələr yaradır.Qeyd edirlər ki, X11 aktında və məsuliyyət qərarında qeyd olunur ki, eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə, İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər 2018-2020-сi illər üçün yenidən hesablanmışdır.Qeyd edilən faktı X11nı həyata keçirən yoxlayıcı Anar Mollayev də Bakı İnzibati Məhkəməsində şahid qismində iştirak edərkən ifadəsində bildirmişdir. Birinci instansiya məhkəməsinin Qərarında göstərilmişdir ki, İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyində növbədənkənar X11 xx.xx.2021-ci ilə başlamış və xx.xx.2021-ci ilə qədər davam etmişdir, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən 18.11 2021-ci ilə qədər, xx.xx.2021 -ci ildən xx.xx.2021-ci ilə qədər 3 dəfə növbədənkənar X11nın aparılması dayandırılmış, daha sonra yenidən davam edərək xx.xx.2021- ci ildə başa çatmışdır.Qeyd edirlər ki, Vergi Məcəlləsinin 38.7 və 38.7.2-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X11 X11 aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək dayandırılır (təxirə salınır).Apellyasiya şikayətinə əlavə edilmiş, vergi ödəyicisi tərəfindən Baş İdarəyə ünvanlanmış xx.xx.2021-ci il,xx.xx.2021- ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarda “KASXİM" MMO-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X1 ilə əlaqədar yoxlamanı dayandirmağı xahiş edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, X11 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq X11nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. xx.xx.2021-ci ildə dəyişiklik edilənə qədər qeyd edilən müddət iş günü ilə deyil, sadəcə gün ilə hesablanırdı.Bununla bağlı qeyd edirlər ki, Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda 01 yanvar 2017-ci il tarixindən qüvvəyə minmişdir.Bu qaydadan fərqli olaraq Məcəllənin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2 və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilvasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir.Beləliklə, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən X11 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Odur ki, “X11nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********146569 nömrəli qərarda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili, həmçinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
16. Vergi Məcəlləsinin: 18-ci maddəsinə əsasən vergi i məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. 14-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında, qeyri- rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyrirezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında, o cümlədən Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbäycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında aparılan əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. 14.3.1-ci maddəsinə əsasən, barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda və 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. 14.9-cu maddəsinə əsasən, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyiciiərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X11 aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). ...... 38.7.2. X11 aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək:
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.
21. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın 16-ci bəndi) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
22. Belə ki, işin hallarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyində X11 keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli X11 aktı ilə rəsmişləşdirlmişdir.
23. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir.
24. Mənfəət vergisi üzrə: yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilen kisələrin) ixracı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2018, 2019, 2020) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyrirezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X15" MMCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır.
25. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “TOO «KASXİM”, "xxxx" MMC və “X13 Müəssisəsi ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.Rusiya Federasiyasının "X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər yenidən hesablanmışdır.
26. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci il üzrə ümumi gəliri 10622177,93 manat, xərcləri 10651988,7 manat, zərər 29810,77 manat, 2019-cu il üzrə ümumi gəlir 6163301,23 manat, xərclər 6 092 338,65 manat olmaqla mənfəət vergisi 14192,52 manat və 2020-ci il üzrə ümumi gəlir 3993471,63 manat, xərclər 5546175,95 manat olmaqla 1552704,32 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci il üzrə ümumi gəlirləri 15 540 932,50 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 977 788,76 manat, 2019-cu il ümumi gəlirləri 8 481 102,67 manat, həmin gəlirdən mənfəət vergisi 477752,80 manat, və 2020-ci il üzrə ümumi gəlirlər 7363135,71 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 363391,95 manat müəyyən edilmişdir.
27. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
28. Həmçinin, müəyyən olunmuşdur ki, hesablamanın əsasını təşkil edən yük gömrük məlumatlarına əsasən malların “RAM BEYNƏLXALQ NƏQLİYYAT VƏ TİCARƏT LTD" MMM tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından tərtib olunmuşdur.İxrac edən müəssisənin "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olması iddia ərizəsində də öz əksini tapmışdır.
29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, X11 mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X11nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.
30. X11nın keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və son 3 illik dövrün yəni, 2020, 2019, 2018-ci illərin mənfəət vergisi yoxlanılmışdır.Eyni ilə, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə əsasən həmin maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X11nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.
31. İddiaçı "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində cavabdehin xx.xx.2022-ci il tarixli **********154500 nömrəli qərarının ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7176/2022 nömrəli qərarı ilə məhkəmə Kollegiyası razılaşmayaraq daha sonra qeyd edir ki, tətbiq edilən hüquq normasının tələbinə əsasən (Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən) Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyrirezident şəxslər arasında, qeyri- rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında, o cümlədən Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbäycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında aparılan əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.
32. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) və “ТОО «КасХим” , "xxxx" MMC Krasnodar şəhəri, Mayskiy PR.,14/6, (Rusiya Federasiyası) və X13 Müəsisəsi (iran İslam Respublikası) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.
33. Həmçinin, Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda və 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
34. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki,cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının tutuşdurulan qiymətlərinin “X15” MMC-nin hansı dövrdəki fəaliyyəti üzrə qiymətləri ilə müqayisə etdiyini, müqayisə edən zaman konkret hansı sənədlərə istinad etməsini xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarda və həmin qərarın qəbul edilmə üçün əsas olmuş xx.xx.2021-ci il tarixli**********146576 nömrəli “X11 aktı”nda göstərməmişdir ki, bu da məhkəmənin gəldiyi qənaətə görə İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə əlavə mənfəət vergisinin hesablanmasının qanunauyğunluğunda və düzgünlüyündə aradan qaldırılmaz şübhələr yaradır.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, X11 aktında və məsuliyyət qərarında qeyd olunur ki, eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə, İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər 2018-2020-сi illər üçün yenidən hesablanmışdır.Qeyd edilən faktı X11nı həyata keçirən yoxlayıcı Anar Mollayev də Bakı İnzibati Məhkəməsində şahid qismində iştirak edərkən ifadəsində bildirmişdir.
36. Qeyd olunmalıdır ki, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyiciiərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.( Vergi Məcəlləsinin 14.9-cu maddəsinə)
37. Məhkəmə Kollegiyası onu da vurğulayır ki, hesablamanın əsasını təşkil edən yükgömrük məlumatlarına əsasən malların RAM BEYNƏLXALQ NƏQLİYYAT VƏ TİCARƏT LTD" МММ tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından tərtib olunmuşdur.
38. Belə ki, invoys beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, işlərin) siyahısını, onarın miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s.), çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir.
39. Qeyd olunan hallar, yəni ixrac edən müəssisənin "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olması iddia ərizəsində də öz əksini tapmışdır.
40. Daha sonra birinci instansiya məhkəməsi Qərarında göstərilmişdir ki, İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyində növbədənkənar X11 xx.xx.2021-ci ilə başlamış və xx.xx.2021-ci ilə qədər davam etmişdir, xx.xx.2021-ci ildən xx.xx.2021ci ilə qədər, xx.xx.2021-ci ildən 18.11 2021-ci ilə qədər, xx.xx.2021 -ci ildən xx.xx.2021-ci ilə qədər 3 dəfə növbədənkənar X11nın aparılması dayandırılmış, daha sonra yenidən davam edərək xx.xx.2021- ci ildə başa çatmışdır.
41. Məhkəmə Kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 38.7 və 38.7.2-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X11 X11 aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək dayandırılır (təxirə salınır).
42. Apellyasiya şikayətinə əlavə edilmiş, vergi ödəyicisi tərəfindən Baş İdarəyə ünvanlanmış xx.xx.2021-ci il,xx.xx.2021- ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarda “KASXİM" MMO-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X1 ilə əlaqədar yoxlamanı dayandirmağı xahiş edilmişdir.(iş materiallarının 3-cü cildi, i/v-160)
43. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin müraciətlərini nəzərə almaqla, müvafiq olaraq. xx.xx.2021- ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildənxx.xx.2021- ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər X11nın aparılmasını dayandırmışdır. Məhkəmə tərəfindən göstərilən faktlar nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir.
44. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2020- ci il tarixli 2-1(102)-06/20 saylı qərarında da qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının aparılması qaydalarını tənzimləmiş və həmin maddədə ayrı bənd kimi vergi yoxlamasının iş günü və iş vaxtında aparılması göstərilməmişdir. Bu səbəbdən 01 yanvar 2017-ci il tarixinə qədər olan maddənin redaksiyasında kameral vergi yoxlamaların 30 gün ərzində aparılması onu ehtiva edirdi ki, bu günlər təqvim günləri kimi hesablanmalıdır.
45. Həmçinin, iddiaçının cavabdeh tərəfindən icraatın aparılması qaydalarını pozmasına istinad etməsi ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
46. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə Kollegiyası hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz.
47. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
48. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
49. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdeh qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
50. Bundan başqa apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il Rəyi daxil olmuşdur.
51. Ekspert Rəyinə əsasən birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarında və bu qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli X11 AKT-nda qeyd edilən fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrdəki ixrac qiymətləri ilə müqayisədə İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ixrac qiymətlərinin neçə faiz aşağı qiymət təşkil etməsi aşağıdakı kimi müəyyən edilir. 2018ci il üzrə: Vergi ödəyicisinin bəyan etdiyi ixrac dəyəri---10.622.177,93 manat Vergi orqanının müəyyən etdiyi ixrac dəyəri---15.540.932,50 manat Fərq----------------------31,65 % ((15.540.932,50-10.622.177,93) /15.540.932,50 x 100%) 2019-cu il üzrə: Vergi ödəyicisinin bəyan etdiyi ixrac dəyəri-------- 6.163.301,23 manat Vergi orqanının müəyyən etdiyi ixrac dəyəri------- 8.481.102,67 manat Fərq-------------------------27,33% ((8.481.102,67 -6.163.301,23) / 8.481.102,67 x 100%) 2020ci il üzrə: Vergi ödəyicisinin bəyan etdiyi ixrac dəyəri-------- 3.993.471,63 manat Vergi orqanının müəyyən etdiyi ixrac dəyəri------- 7.363.135,71 manat Fərq-------------------------45,76% ((7.363.135,71 -3.993.471,63) / 7.363.135,71 x 100%) İkinci sual üzrə:
52. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və bu qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli **********146576 №-li X11 Aktı ilə İddiaçı X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyin hesablanmış vergilərinin düzgünlüyü müəyyən edilmir.
53. Məhkəmə Kollegiyası hazırkı halda iş üzrə digər sübutlar əsasında birgə qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmağa əsaslar görmür.
54. Belə ki, ekspert Rəyindən göründüyü kimi Rəydə suallar cavablandırılarkən nəzəri biliklərə əsaslanılmış, normativ hüquqi-akta istinad edilmədən ekspertin mülahizəsinə uyğun rəy tərtib edilmişdir.
55. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
56. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
57. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
58. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.