Məhkəmə qərarları › İş №2-1(103)-430/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-430/2020

23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-430/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsinin və vəkili XN iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iş üzrə N saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin N-N(8N)-N659/N0N saylı xx xxxxxxx N0N-cu il tarixli qərarından cavabdeh tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N9N-ci ildə Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N9N-ci ildə Əlibayramlı şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. xx.xx.N9N-ci ildə Ağdərə bölgəsində yerləşən N7N saylı döyüşən hərbi hissəyə göndərilmiş və Ermənistan işğalçı qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. N94-cü ilin yanvar ayında Ağdam rayonu Əhmədağalı kəndində yerləşən N saylı hərbi hissəyə keçirilmiş və döyüş əməliyyatlarına qatılmışdır. xx.xx.N94-cü ildə Ermənistan işğalçı ordusuna qarşı aparılan döyüşdə ağır yaralanmış və helikopterlə Bakı şəhərinə gətirilərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilmişdir. Bir ay hospitalda müalicə olunduqdan sonra evə buraxılmışdır. Lakin, sağlamlığı tam bərpa olunmadığı üçün hərbi hissəyə qayıda bilməmişdir. N97-ci ildə Binəqədi rayon Hərbi Komissarlığına müraciət etmiş və ona hərbi bilet verilmişdir. Hərbi biletində onun xx.xx.N96-cı ildə tərxis olunduğu qeyd edilmişdir. Lakin onun müharibə zonasında, döyüş əməliyyatlarında iştirak etməsi hərbi biletində qeyd edilməmişdir. Halbuki, Mərkəzi Hərbi Hospitaldan ona verilən xx.xx.N94-cü il tarixli arayışlarda o, N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı Azərbaycan Respublikasının ərazisinin müdafiəsi zamanı yaralanması bildirilmişdir. O, cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh onun müraciətindən imtina etmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, işə N-ci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi iddiaya qarşı «Etiraz» təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. İmtina məktubunda bildirilmişdir ki, hərbi biletin 4-cü səhifəsində olan qeyd arxiv arayışı ilə təsdiq olunmadığından və müalicədən sonra qayıtmadığından (qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından), sənədlər geri qaytarılmışdır. Həmçinin ərizəçiyə bildirilmişdir ki, MHHK qərarı təqdim olunduğu halda ərizəsinə baxılaraq qərar qəbul oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0N8-ci il tarixli, 4NN nömrəli Qərarına əsasən: «...Əsasnamə»nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra «(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)» sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, «Müharibə veteranı» adı və vəsiqəsini almaq üün döyüş əməliyyatları aparan nizami hsisə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar mütləq təqdim edilməlidir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin N-N(8N)-N659/N0N saylı, xx xxxxxxx N0N-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçına «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalaniş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, AR İPM-nin NN.N -ci maddəsinə əsasən «Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur». Məhkəmə qərar qəbul edərkən iddiaçının hərbi biletinin 4-cü səhifəsində olan qeydin arxiv arayışı ilə təsdiq olunmadığını və müalicədən sonra qayıtmadığını (qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından) və bunun əsasında Komissiyanın cavab məktubunun tərtib olunduğunu nəzərə almamışdır. Həmçinin Komissiya tərəfindən ərizəçiyə bildirilmişdir ki, MHHK qərarı təqdim olunduğu halda ərizəsinə baxılaraq qərar qəbul oluna bilər. İddiaçı xx.xx.N94-cü il tarixdən sonra hərbi hissəyə qayıtmamışdır. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli NN6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən: «N88-ci il fevralın N-dən N94-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün e`zam olunmuş hərbi qulluqçulara N94-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e`zamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6.-cı bəndindən görünür ki, «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar mütləq təqdim edilməlidir. İşə apellyasiya instansiyasında baxılarkən, məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişcavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi QuliyevaElnarə Tahir qızı iddiaya qarşı verilmiş «Etiraz»a uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarının qanunsuz və əsassız olduğundan ləğv edilərək iş üzrə iddianın təmin olunmaması barədə yeni Qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat vermiş və apellyasiya şikayətini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx xxxxxxx N0N-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarındaolan, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı (əvvəlki Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalı) tərəfindən verilmiş 743 saylı arayışlar yuxarıda qeyd edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.N0N8-ci il tarixli, 863 nömrəli arayışı təsdiq edir. İş materiallarındaolan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X4i tərəfindən verilmiş xx.xx.N0N8-ci il tarixli, 9/N-NN879 nömrəli arxiv arayışının surətindən görünür ki, Əliyev XN paliqonundan gəlmiş, Bakı şəhəri Binəqədi RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü İddiaçı N0 №-li hərbi hissə komandirinin xx xxxxxx N94-cü il tarixli N8 №-li əmrilə (əsas: §N, sıra- N06, səh-5N) şəxsi heyətin siyahısına, xx.xx.N94-cü il tarixdən bütün növ təminatlara salınmışdır. Stasionar müalicə üçün hərbi hospitala göndərilmiş sıravi İddiaçı N0 №-li hərbi hissə komandirinin xx xxxx N94-cü il tarixli 88 №-li əmrilə xx xxxx N94-cü il tarixdən qazan təminatın çıxarılmışdır. N0 №-li hərbi hisssənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli 4N6 №-li əmrinə əsasən komandirin xx.xx.N95-ci il tarixli N7 №-li əmrilə (əsas: sıra – 964, səh- 84) şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N0 №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli N7 №-li əmri, 3N7 №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, N7N №-li hərbi hissə komandirinin N9N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarındangörünürki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçınınmüraciətinə cavabolaraq verilmiş N/7-9585 saylı xx.xx.N0N8-ciiltarixliimtina məktubundaqeydolunmuşdurki, iddiaçının hərbi biletinin 4-cü səhifəsindəki qeydlərin Mərkəzi Arxivin xx.xx.N0N8-ci il tarixli, 9/N-NN879 nömrəli arayışı ilə təsdiqlənmədiyindən və hospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmadığına görə ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilmsəi məqsədəuyğun deyildir. Bu səbəbdən, göstərilən sənədləri təsdiq edən məlumatları və Mərzəzi Hərbi Həkim Komissiyasının rəyi təqdim edildikdən sonra komissiyanın iclasında yenidən baxıalraq müvafiq qərar qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin iş materiallarının araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətində, biletin 4-cü səhifəsində onun N9N-ci il tarixdə xidməti ilə bağlı məlumatlar olmuş, N94-cü il tarixdəki xidməti ilə bağlı isə hərbi biletdə qeydlər mövcud deyildir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilən hallara və iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək qeyd etmişdir ki, cavabdeh öz imtinasında və etirazında iddiaçının hərbi biletinin 4-cü səhifəsində əks edilmiş məlumatların, arxiv arayışında öz əksini tapmamasına, eləcə də, iddiaçının hospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmadığına istinad etsə də, faktiki olaraq cavabdeh tərəfindən verilmiş arxiv arayışları və iddiaçı tərəfindən verilmiş digər mötəbər sübutlarla (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş arayışlar, Müdafiə Nazirliyi İşlər X4 İdarəsi tərəfindən verilmiş arayışlarla) iddiaçının xx xxxx N94-cü il tarixdə, N0 №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, həmin döyüş əməliyyatlarında yaralanması, «döş qəfəsinin dəlib keçən odlu güllə yaralanması, pnevmotoraks» diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşməsi və xx.xx.N94-cü il tarixədək Torakoabdominal cərrahiyə bölməsində stasionar müayinə və müalicə olması, eləcə də, onun Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli №-li əmrinə əsasən komandirin xx.xx.N95-ci il tarixli N7 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması sübuta yetirilir. Bu səbəbdən də, cavabdehin etirazında və imtinasında göstərdiyi həmin hallar iddiaçının müharibədə iştirak etməməsi faktını təsdiq etmir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki,iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya «müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş «Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli NN6 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə «Müharibə veteranı» adı verilə bilməz. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N0N8-ci il tarixli 4NN №-li Qərarına əsasən: «...Əsasnamə»nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra «(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)» sözləri əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Ağdam rayonu Əhmədağalı kəndində yerləşən N saylı hərbi hissənin tərkibində qulluq etdiyi zaman döyüş əməliyyatları zamanı yaralandığını bildirsə də, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X4i tərəfindən verilmiş xx.xx.N0N8-ci il tarixli, 9/N-NN879 nömrəli arxiv arayışına əsasən iddiaçının N0 №-li hərbi hissə komandirinin xx xxxxxx N94-cü il tarixli N8 №-li əmrilə şəxsi heyətin siyahısına, xx.xx.N94-cü il tarixdən bütün növ təminatlara salınması və N0 №-li hərbi hissə komandirinin xx xxxx N94-cü il tarixli 88 №-li əmrilə xx xxxx N94-cü il tarixdən qazan təminatın çıxarılmasıqeydolunsada, iddiaçınınməhkəməyətəqdimetdiyiNZseriyalı5945549 nömrəli hərbi biletin 4-cü səhifəsində onun N9N-ci il tarixdə xidməti ilə bağlı məlumatlar olmuş, N0 №-li hərbi hissədə N94-cü il tarixdəki xidməti ilə bağlı isə hərbi biletdə qeydlər mövcud deyildir. Eyni zamanda, həmin hərbi biletin 9-cu vərəqəsinin NN-ci bəndində iddiaçının döyüşlər zamanı yaralanması ilə əlaqədar məlumatlar öz əksinin tapmamışdır vəiddiaçı yuxarıdaqeydolunanuyğunsuzluqlarınvəhərbi hissəsinin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumatın (müvafiq əmrin, arayışın və s.) təqdim olunmamasının səbəbləri izah edə bilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.N94-cü ildə döyüşdə ağır yaralanmış və helikopterlə Bakı şəhərinə gətirilərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilmiş, bir ay hospitalda müalicə olunduqdan sonra evə buraxılmış, lakin, sağlamlığı tam bərpa olunmadığı üçün hərbi hissəyə qayıda bilməmişdir. Göründüyü kimi, iddiaçı özü də etiraf edir ki, Hərbi Hospitalda müalicə olunduqdan sonra evə buraxılsa da, hərbi hissəyə qayıtmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin N-N(8N)-N659/N0N saylı, xx xxxxxxx N0N-cu il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddiatələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin N-N(8N)-N659/N0N saylı, xx xxxxxxx N0N-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.N4, NN3-cü məh. AZN0N5) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar