Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4301/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11196/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 fevral 2025-ci il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətdə olmuşdur. 2020-ci il "44" günlük müharibədə iştirak etmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində döyüşlərdə olan zaman yaranlanmış və travma almışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-59/2-1047/2024 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli, 11649 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən ona aşağıdakı diaqnoz və xəsarətin, xəsətəliyin səbəbli əlaqəsi haqqında qərar verilmişdir: F07.0, F06.2, F06.3 Partlayış travması (xx.xx.2020 və xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə; F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi; G93, G90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizmlər ilə; Y36.2, S62.6 Partlayış yaralanması. Sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu; S00.0 Partlayış travması (xx.xx.2020) alın nahiyyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə); S83.2 Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası; Y34.2 Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi; D56.3 İrsi hemoqlobinopatiya, hetroziqot beta talassemiya geninin daşıyıcısı; K00.0 36-cı dişin adentiyası. İddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə ərizə ilə müraciət edilərək əlliyin təyin edilməsi və ona görə müavinətin hesablanaraq ona ödənilməsi xahiş olunsa da, Agentlik tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bundan imtina edilmişdir. Hesab edir ki, heç bir əsaslı səbəb göstərmədən cavabdeh tərəfindən imtinanın edilməsi tamamilə qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-11196/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu tibbi göndərişin verildiyi xx.xx.2025-ci il tarixdən (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 11649 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020, xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizmlər ilə. Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu. Partlayış travması (xx.xx.2020) alın nahiyyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumların yad cismi (metal qəlpə)” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. İrsi hemoqlobinopatiya, heteroziqot beta talassemiya geninin daşıyıcısı. 36-cı dişin adentiyası” diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8561/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 3-4 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11926/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 2 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5854/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (şöbədə 4 dəfə) (İİ Qarabağ müharibəsində)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12938258 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 226 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 9025/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu. Anamnezində qıcolma tutmaları və psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2025-ci il tarixli 11879/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsində aldığı kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, halsızlıqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilmədiyini qeyd etmişdir. Həyat yoldaşı müayinədən öncə yoldaşına Depakin içirdiyini bildirmişdir. Zahirən süst olmuş, sanki dərman təsirində olmuşdur. Emosinal-süst, affektiv olaraq küt olmuşdur. Sol saiddə 7-8 ədəd səthi, gözlə görünməyən cızıq izləri izlənilmişdir. Ayağa qalxdıqda müvazinətini itirmişdir. Ailəli, 1 yaşında övladı olduğunu bildirmişdir. Hərbi xidməti 6 il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müavinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəlik və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə və MHHK qərarında qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07- Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Buna baxmayaraq, bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq, eyni klinik instrumental müayinə nəticələri əsasında MTE PAB əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, dövlət tibb müəssisəsinin göndərişi və iddiaçının müraciəti əsasında o, xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından xx.xx.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 10 dekabr 2024-cü il tarixli 11649 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14a, 17a, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-c il 29 fevral tarixli 59 nömrəli qərarına edilmiş 13 may 2024-cü il tarixli 256 nömrəli dəyişikliyə “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən «Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır» qərarı qəbul edilmişdir. İş materiallarında olan İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 10 dekabr 2024-cü il tarixli 11649 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, DİAQNOZ: F07.0, F06.2, F06.3 Partlayış yaralanması (xx.xx.2020, xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. G93, G90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizimlər ilə. Y36.2, S62.6 Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi birtişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu. S00.0 Partlayış taravması (xx.xx.2020) alın nahiyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə) - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; DİAQNOZ: S83.2 Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası - “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”; DİAQNOZ: Y34.2 Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. D56.3 İrsi hemoqlobinopatiya, heteroziqot betta talassemiya geninin daşıyıcısı. K00.0 36-cı dişin adentiyası - “Ümumi xəstəlikdir” səbəb əlaqələri ilə “Təsdiq olunur”. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2025-cü il tarixli, 3-17-4/3-3-2437/2025 nömrəli qərarından görünür ki, Tərtər rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 11649 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020, xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizmlər ilə. Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu. Partlayış travması (xx.xx.2020) alın nahiyyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumların yad cismi (metal qəlpə)” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. İrsi hemoqlobinopatiya, heteroziqot beta talassemiya geninin daşıyıcısı. 36-cı dişin adentiyası” diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8561/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 3-4 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11926/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 2 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5854/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (şöbədə 4 dəfə) (İİ Qarabağ müharibəsində)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12938258 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 226 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 9025/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu. Anamnezində qıcolma tutmaları və psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2025-ci il tarixli 11879/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsində aldığı kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, halsızlıqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilmədiyini qeyd etmişdir. Həyat yoldaşı müayinədən öncə yoldaşına Depakin içirdiyini bildirmişdir. Zahirən süst olmuş, sanki dərman təsirində olmuşdur. Emosinal-süst, affektiv olaraq küt olmuşdur. Sol saiddə 7-8 ədəd səthi, gözlə görünməyən cızıq izləri izlənilmişdir. Ayağa qalxdıqda müvazinətini itirmişdir. Ailəli, 1 yaşında övladı olduğunu bildirmişdir. Hərbi xidməti 6 il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Əlillik Altsistemindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2023-cü ildə müayinə olunmuş, Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Diaqnoz: Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar tez-tez təkrarlanan funksional tutmalarla (ayda 2 dəfə). Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sağ əlin İİİ barmağının falanqasının arxa səthinin sıyrılmış qəlpə yarası (xx.xx.2020). Partlayış travması sol əlin V barmağının proksima falanqasının açıq qəlpəli sınığı ilə müşayiət dəlib keçən. Sağ əlin İİ barmağının kor qəlpə yaralanması (xx.xx.2020). İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Əlillik Altsistemindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2025-ci ildə müayinə olunmuş, Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsində aldığı QKBT nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünükəsmələrlə. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 226 nömrəli xx.xx.2024-cü il tarixli Həkim Psixiatrik Komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət F 07.0. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə Bakı 2 nömrəli X3 tərəfindən xx.xx.2025-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçının xəstəlikləri aşağıdakı kimi olmuşdur: əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qrabağ müharibəsində aldığı QKBT nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünükəsmələrlə (Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi); ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli [affektiv] pozğunluğu; T.90 Başın travmalarının nəticələri (Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi); Yanaşı xəstəliklər S62.6 Əlin digər barmağının sınığı, Bilək və əl səviyyəsində sınıq; G44.3 Xroniki posttravmatik baş ağrısı, Xroniki posttravmatik baş ağrısı; Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar; G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Xoşxassəli kəllədaxili hipertenziya; G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları (Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 226 nömrəli xx.xx.2024-cü il tarixli Həkim Psixiatrik Komissiyasının rəyinə əsasən İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur, diaqnoz - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət F 07.0 müəyyən edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 10 dekabr 2024-cü il tarixli 11649 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən diaqnoz - F07.0, F06.2, F06.3 Partlayış yaralanması (xx.xx.2020, xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. G93, G90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizimlər ilə. Y36.2, S62.6 Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi birtişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu. S00.0 Partlayış taravması (xx.xx.2020) alın nahiyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə), səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; diaqnoz - S83.2 Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası, səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”; diaqnoz - Y34.2 Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. D56.3 İrsi hemoqlobinopatiya, heteroziqot betta talassemiya geninin daşıyıcısı. K00.0 36-cı dişin adentiyası, səbəb əlaqəsi “Ümumi xəstəlikdir” müəyyən edilmişdir. Lakin iddiaçı sonuncu dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2025-ci ildə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qərarın iddiaçıya hansı tarixdə rəsmi olaraq tam şəkildə təqdim olunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2025-ci il tarixli məktuba əsasən əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
7. Psixi və davranış pozuntuları. 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0. 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60; 2 il. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0) əziyyət çəkməsi xx.xx.2025-ci il tarixli tibbi göndərişlə təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. Göründüyü kimi, iddiaçıda əlilliyin müəyyən edilməsinə əsas olan diaqnozun hazırda da mövcud olması səhiyyə müəssisəsinin göndərişi ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Psixiatr Komissiyasının rəyi rəyi ilə öz təsdiqini tapır. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarına əsasən iddiaçıda müşahidə olunan həmin diaqnozunun səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən edilmişdir. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2021-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də təsdiqlənmişdir. İddiaçıda olan xəstəliyin qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.1-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 35- 60 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində xx.xx.2025-ci il tarixli müayinə nəticəsində əlillik təyinatının aparılmasından imtina edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq iddiaçıya müvafiq əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35-60% pozulmasına uyğun olaraq) sonuncu imtina tarixindən - xx.xx.2025-ci il tarixdən təyin edilməli, yəni orqanizmin funksiyalarının pozulmasının təyini tarixi xx.xx.2025-ci il tarixli tibbi göndəriş əsasında iddiaçının müayinə olunduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlilliyin təyin olunması iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı qiymətləndirildiyi xx.xx.2025-ci il tarixdən iki il müddətinə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz (səbəbli əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11196/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2025-ci il tarixdən iki il müddətinə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz (səbəbli əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.