Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4302/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, XN0 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- NN34N/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində güzəştli mənzil uçotuna siyahıya alınması və güzəştli mənzil növbəsi əsasında mənzilin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.N99N-ci ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuşdur. xx.xx.2009-cu ildən xx.xx.20NN-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.20N4-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşviyyatçı vəzifəsində xidmət etmişdir. xx.xx.20N7-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursuna daxil olmuşdur. N saylı hərbi hissənin N-ci tağım N-ci kəşfiyyat qrupunun kəşfiyyat qrup komandiri vəzifəsində işləmişdir. 20N8-ci ilin may ayında Xüsusi Təyinatlıların Sat kursuna daxil olmuş, həmin kursu bitirdikdən sonra 20N8-ci ilin dekabr ayında 20N8-saylı hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat dəstəsinin N-ci tağım 2-ci manqanın kəşfiyyatçı vəzifəsində çalışmışdır. 2020-ci ilin iyul ayının 5-i N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci tağım 2-ci manqasının qrup komandiri təyin edilmişdir. İddiaçı 44 günlük Vətən müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında erməni quldur birləşmələrinə qarşı Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa rayonlarında döyüşmüş və torpaqların işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatları zamanı düşmən tərəfindən atılan snayper mərmisindən, digər növ partlayışlardan, qəlpələrdən törənmiş zədələnmələr, buynuz qişanın tam qlasseriyası, partlayış travması, sol üst göz qapağının kəsilmiş yarası, sağ aşağı ətrafın dərin parezi, hərəkət məhdudlu diaqnozları və digər ağır dərəcəli xəsarətlər almış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, Forma-88 nömrəsi—********** nömrəli arayışı ilə İddiaçı diaqnoz:-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Hərbi əməliyyatlar nəticəsində “Odlu silah yaralanması nəticəsində sağ oturaq sinirinin zədələnməsi, Sol üst göz qapağının kəsilmiş yarası, Oturaq sirinin hissəvi zədələnməsi, Partlayış travması qəlpə zədələnmələri və əlil və ya sağlamlıq imkanlarının məhdudluğu: ikinci dərəcə əlillik dərəcəsi verilməklə pensiya təyin olunmuşdur. İddiaçı Vətən müharibəsində iştirak etdiyimə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin N8 dekabr 2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalına (medalın vəsq. № İ- 640)”; Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Fizulinin azad olunmasına görə” medalına (medalın vəsq. №N-2N20); Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2364 nömrəli Sərəncamı ilə (Xocəvəndin azad olunmasına görə” medalına (medalın vəsq. №N-NNN7); 24 iyun 202Nci il tarixli, 27N6 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalına (medalın vəsq.№İ-5377): Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalına (medalın vəsq.№İ-203N)və Azərbaycan Respublikası Baş Nazirinin 2N aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə (medal vəsq№İ-2N842) təltif edilmişdir. Həmçinin əlavə olaraq Xüsusi təyinatlıların Qaziləri, Şəhid ailələri və veteranları ictimai birliyinin (vəsiqə N9233), Beylaqan rayon Ağsaqqallar Şurasının (vəsiqə №N05) və “X8” İctimai Birliyinin üzvüdür. İddiaçı 2023-cü ilin fevral ayından halhazıradək, ünvan N ünvanda yaşadığından mənzil növbəsinin Bakı şəhəri Binəqədi rayon ərazisinə dəyişilməsini və bu barədə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməyi ilə əlaqədar Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2L04.2025-cü il tarixli, 5-N0/2-Ə63-068/2025 saylı cavab məktubunda, “Beyləqan rayon ərazisi Bakı şəhərinin inzibati ərazi vahid tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsi, hüquqi baxımdan mümkün deyildir” kimi bildirilmiş və iddiaçının Binəqədi rayon İcra Hakimiyyətində güzəştli mənziluçot siyahısına götürülməyindən və mənzil verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti İddiaçı qarşı haqsızlıq etmiş və iddiaçının hazırkı səhhətini və sağlıq durumunu nəzərə almır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının tələblərini kobud surətdə pozur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixli 5-N0/N-Ə-63-068/2025 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, müharibə əlili kimi mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciət araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin N saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli elektron arayışa əsasən Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən və ümumi birgə paylı mülkiyyətdə olan 0.N8 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN:57A nömrəli 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Həmçinin təqdim olunan xx.xx.2023-cü il tarixli elektron arayışdan sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Bununla yanaşı, vətəndaş İddiaçı təqdim etdiyi sənədlərdən Bakı şəhəri, Binəqədi rayonuna xx.xx.2023-cü il tarixindən qeydiyyata düşdüyü müəyyən olunmuşdur. Sözügedən müraciətə baxılmasının nəticəsi olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan xx.xx.2025-ci il tarixli 5-N0/2-Ə-63- 068/2025 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci və 53.N.3-cü maddələrinə, Bakı Şəhər X4 xx.xx.N989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə istinad edilərək, mülkiyyətində olmuş təyinatı yaşayış məntəqələrinin torpaqları olan torpaq sahəsini özgəninkiləşdirməsindən 5 il və Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyata düşməsindən 7 il müddət keçmədiyindən mənzil növbəsinə götürülməsinin mümkün olmadığı ətraflı izah edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi əsassız olduğu üçün onun iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN34N/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (cavabdeh tərəfindən imtina üçün əsas olaraq qeyd olunan halın aradan qaldırılması məqsədi ilə) iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş hesab edilməsi ilə nəticələndiyindən müvafiq hərəkət vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnən niyyətli hərəkət kimi qəbul edilməlidir. Belə olan təqdirdə cavabdeh orqan daşınmaz əmlakın özgəninkiləşdirildiyi tarixdən etibarən 5 il ərzində İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə haqlı hesab edilə bilər. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə düzgün qiymət verməmiş, ona qarşı haqsızlıq etmiş, onun hazırki səhhətini və sağlıq durumunu nəzərə almadan və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının tələblərini kobud surətdə pozmuş və cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin mövqeyindən çıxış etməklə qanunvericiliyin tələblərini pozmaqla əsassız və ədalətsiz qərar qəbul etmişdir. İddiaçı qanuni əsaslarla yaşayış yerini dəyişərək, ünvan 3 ünvanına daimi pasport qeydiyyatına düşmüş və bu hüquqlar ona Azərbaycan Respublikasının Konstitusiyası və Qanunları əsasında verilmişdir. Bakı İnzibati Məhkəməsi bu halları belə nəzərə almadan cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin mövqeyindən çıxış etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı “güzəştli mənzil növbəsinə götürülmə öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-N (NN2)-NN34N\2025 nömrəli əsassız, ədalətsiz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan qərar qəbul etmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin gəldiyi qənaət düzgün deyil və ziddiyətlidir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.N), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzil növbəsinə götürülmə barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3N.N-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 20N2-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.N-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.N-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 50.N-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.N.N. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.N.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.N.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.N.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 5N.N-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 5N.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 5N.2-N-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 5N.2-N-ci maddəsinə görə bu Məcəllənin 48.N-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. - 5N.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 5N.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.N-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.N.N. bu Məcəllənin 5N.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 5N.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.N.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.N.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 55.N-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.N.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Azərbaycan SSR Nazirlər Sovetinin N983-cü il N4 oktyabr tarixli, 4N8 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” N. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli X4 icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.
2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.
4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X4 icraiyyə komitəsində uçota götürülürlər. XX çağırış Bakı şəhər X9 4-cü sessiyasının N988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”
4. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır.
7. Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər.
8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. N7. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X4 İcraiyyə Komitəsinə ərizə verir. Ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
İşin araşdırılmış hallarından görünür ki, İddiaçı Vətən müharibəsi əlilidir. İddiaçı Əliyev X6 Rayon İcra Hakimiyyəti başçısının 0N sentyabr 202N-ci il tarixli 77 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüş, daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 4 ünvanına qeydiyyata düşmüşdür. Hazırkı iş üzrə iddiaçı qeydiyyatda olduğu ünvan üzrə ünvan 5r. İş materiallarında olan: - AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 07 fevral 2023-cü il tarixindən Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 39, mənzil N25 evə qeydiyyata düşmüşdür. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur. - Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 330 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən Xocəsən bələdiyyəsi tərəfindən ünvan 6 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Ərşini oğlunun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qarar, müqavilə qeydə alınmamışdır. - Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 04/N62 nömrəli xx.xx.2023cü il tarixli arayışa əsasən İddiaçı adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. - Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 02/Ə-N64 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı adına Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən onun adına torpaq sahəsi ayrılmamışdır. - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş 04/24 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2023-cü il tarixli ********** nömrəli Əlillik haqqında Arayışa əsasən İddiaçı “Hərbi əməliyyatlar nəticəsində diger növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partalış travması (xx.xx.2020)sol üst göz qapağının kəsilmiş yarası, buynuz qişanın tam qalasserasiyası, travmatik kataraktaya görə aparılmış FAKO+İOL implantasiyasından sonrakı artifikasiyası, buynuz qişanın diffuz stromal bulanması nəticəsində görmə itiliyinin 0.0N-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi N.0 olmaqla Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın derin distal parezi ilə nəticələnmiş sağ oturaq sinirin posttravmatik neyropatiyası. Partlayış travması(xx.xx.2020)sağ aşağı ətrafın dərin distal parezi ilə nəticələnmiş sağ oturaq sinirin posttravmatik neyropatiyası.Sağ aşağı ətrafın dərin parezi,hərəkət məhdudluğu,qoltuq ağacı ile hərəkət” diaqnozu ilə xx.xx.202N-ci il tarixdən müddətsiz 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti N saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan müəyyən edilir ki, İddiaçı adına ümumbirgə mülkiyyətdə olan JN-93 qeydiyyat nömrəsi ilə xx.xx.N993-cü il tarixdə qeydiyyatdan keçmiş Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə qalan hissəsi və JN: 57A 2005 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 0.N8 ha torpaq sahələri (daşınmaz əmlaklar) aşkar edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan müəyyən edilir ki, İddiaçı adına ümumbirgə mülkiyyətdə olan ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmiş Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən N.00 ha k/t təyinatlı torpaq sahəsi (daşınmaz əmlak) aşkar edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 3-2N-3-45/2-5/83/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. - İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanladığı 5- N0/2-Ə-63-068/2025 nömrəli 2N aprel 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin N saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli elektron arayışından mülkiyyət hüququ əsasında ümumbirgə əsaslarla Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən N8 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN : 57A nömrəli 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş xx.xx.2023cü il tarixli elektron arayışdan sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.N.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Mülkiyyətdə olmuş yaşayış məntəqələri torpaq sahəsinin özgəninki ləşdirmə tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyinizlə bağlı məsələyə müraciətiniz əsasında yenidən baxıla bilər. Eyni zamanda bildirilir ki, qüvvədə olan Bakı Şəhər X4 xx.xx.N989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları" əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Belə ki, Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Vətəndaş İddiaçı təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatının Beyləqan rayonunda olduğu, lakin Bakı şəhəri. Binəqədi rayonunda xx.xx.2023-cü il qeydiyyata düşdüyü müəyyən edilmişdir. Vətəndaş İddiaçı Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qantınvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracəti əsasında məsələyə yenidən baxıla bilər. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi müharibə əlili kimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində güzəştli mənzil növbəsinə salınması və nəticə etibarilə həmin növbə əsasında Bakı şəhərində mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir. Apellyasiya baxışı zamanı hazırki işin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu ünvanlanaraq İddiaçı adına hazırda daşınmaz əmlakların olub-olmaması, həmçinin əvvəllər adına olmuş və özgəninkiləşdirilmiş daşınmaz əmlaklar barədə ətraflı məlumatın, o cümlədən qeydiyyat tarixi xx.xx.N999-cu il və qeydiyyat nömrəsi JN-93 olan Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 4.09 ha torpaq sahəsinə və qeydiyyat tarixi 2005-ci il və qeydiyyat nömrəsi JN-57A olan Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 0.N8 ha yaşayış məntəqələrinə dair arxiv məlumatlarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 3-2N-3-02/2-748/2026 nömrəli 2N yanvar 2026-cı il tarixli məktubunda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən, İddiaçı adına Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.N999-cu il tarixli, JN-93 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 4,09 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi 3 hissəyə bölünmüş, N,0 ha torpaq sahəsi 3 mart 2009-cu il tarixli alqı-satqı müqaviləsi və 8İ-2992 reyestr nömrəli “Bölgü planı” əsasında XN adına, 2,09 ha torpaq sahəsi 2 aprel 20N9-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan N,0 ha torpaq sahəsinə XN mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı adına Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən 0,N8 ha həyətyanı topaq sahəsi xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır, həmin torpaq sahəsi 2N fevral 2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında X5 (paylı) adına özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 0N sentyabr 202N-ci il tarixli 77 nömrəli Sərəncamından Çıxarışa əsasən rayonda yaşayış sahəsinə ehtiyacı olan bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili gələcəkdə mənzillə təmin olunmaq üçün rayon İcra hakimiyyətində mənzil növbəliliyinə qeydiyyata alınmışdır.Lakin iddiaçı Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 0N sentyabr 202N-ci il tarixli 77 nömrəli Sərəncamından Çıxarışı təqdim etmiş olsa da, həmin sərəncam da onu adı qeyd edilməmiş və sərəncamın ona ünvanlanması barədə əlavə sübutlar təqdim edilməmişdir. Hətta Beyləqan Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 202N-ci il tarixində mənzil növbəsinə götürülmüş olsa belə həmin növbədən çıxması barədə də sənədlər təqdim edilməmişdir. Bundan əlavə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, göründüyü kimi, xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində ümumbirgə əsaslarla qeydiyyata alınmış Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 0.N8 ha həyətyanı topaq sahəsi mövcud olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçı birgə mülkiyyətdə olan daşınmaz əmlakı, yəni Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən 0,N8 ha həyətyanı topaq sahəsini bağışlanma müqaviləsi əsasında X5 (paylı) adına özgəninkiləşdirmiş və nəticədə yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar kateqoriyasına daxil olmuşdur. İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə xx.xx.2025-ci il tarixdə müraciət edərək mənzil uçotuna alınmasını xahiş etmişdir. Yuxarıda istinad olunan qanunvericilik normalarından müəyyən edilir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahəsinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) aid yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi və ya mənzil varsa, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. Mənzil Məcəlləsinin 52-ci maddəsinin tətbiqi üçün uçota alınmaq istəyən vətəndaşın mənzil şəraiti müraciətdən öncə uçota alınmasına mane olacaq dərəcədə qanunla nəzərdə tutulan minimal səviyyə və ondan yuxarı əlverişli vəziyyətdə olmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmağa xidmət edən müvafiq hərəkətlər etməklə (əmlakı satmaq, bağışlamaq və s.) şəxs öz əlverişli mənzil şəraitini pisləşdirmiş olsun. Belə olan halda Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının mülkiyyətində olan əmlakı özgəninkiləşdirməsi (bağışlamanın) iddiaçının mənzil vəziyyətini qəsdən pisləşdirdiyi hal kimi qəbul edilir və bu halda iddiaçının vəziyyəti bilavasitə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşür. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək məqsədi ilə niyyətli hərəkətlərə yol vermiş vətəndaşlar üçün qanunvericiliklə müəyyən edilmiş 5 illik müddət iddiaçıya münasibətdə başa çatmamışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Mənzil Məcəlləsinin 5N.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Sözügedən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. İddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan cəmiyyətində şəhid və qazi anlayışı müqəddəsdir. Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Lakin bu müdafiənin reallaşdırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin hər bir üzvünə münasibətdə ali hörmət hissinin hüquqla uyğunlaşdırılması bəzən mümkünsüz dilemmalarla nəticələnir. Burada qarşı-qarşıya dayanan iki ali dəyər mövcuddur: N. Cəmiyyətin həssas kateqoriyasından olan, sosial müdafiəyə ehtiyacı olan şəxslərə hörmət və sosial qayğı borcu; 2. Qanunun aliliyi və bərabər tətbiq prinsipi. Hər bir hüquqi dövlət bu iki anlayışı uzlaşdırmağa çalışır. Lakin praktiki vəziyyətlərdə bu, hər zaman mümkün olmur. Əgər hazırki halda müharibə əlili üçün istisna edilərsə, bu, digər həssas qruplardan olan şəxslərdə suallar doğura və belə hallar sosial narazılıq və hüquqi bərabərliyə inamın itməsi ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaçının hazırkı vəziyyətdə mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik olmaması barədə qanuni qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- NN34N/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır (İPM- 87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 8N, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN34N/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli