Məhkəmə qərarları › İş №2-1(103)-4306/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4306/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4306/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X11 üçüncü şəxs qismində cəlb olunmaqla) “mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi”nə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 16/2018 saylı, 08 may 2018-ci il tarixli qərardadından üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (3-cü şəxs X11 işə cəlb olunmaqla) İddiaçı Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 1225 sayla ayrılan 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-16/2018 saylı, 08 may 2018-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iş üzrə üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli 2-1(81)-16/2018 saylı qərardadının ləğv edilib icraatı təzələməklə mahiyyəti üzrə davam etdirilməsi barədə qərardad qəbul edilməsi, torpağını X1, X3, X2 adından saxta sənədlərlə ələ keçirən və keçirməyə cəhd edən, saxta sənədlərdən istifadə edənlər, məhkəmələrə saxta sənədlər təqdim edənlər və bilə-bilə saxta sənədlərdən istifadə yolu ilə xüsusi ilə külli miqdarda pul ələ keçirən X7 və qeyrilərindən ibarət mütəşəkkil cinayətkar dəstə haqqında xüsusi qərardad çıxarıb prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin mümkün hesab edilib baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin mümkünlük məsələsini yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qanunvericiyiliyin tələbindən görünür ki, məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə isə üçüncü şəxs X6 hər hansısa tələbi olmamış, ümumiyyətlə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-16/2018 saylı, 08 may 2018-ci il tarixli qərardadı ilə onun hansısa hüquqlarına toxunulmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X11 üçüncü şəxs qismində cəlb olunmaqla) “mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi”nə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-16/2018 saylı, 08 may 2018-ci il tarixli qərardadından üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X11 üçüncü şəxs qismində cəlb olunmaqla) “mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi”nə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 16/2018 saylı, 08 may 2018-ci il tarixli qərardadından üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar