Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-431/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə mülkiyyət hüququnun qeydiyyatına alınması və bu barədə daşınmaz əmlaka dair çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2348/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 395 kv.m. olan “B” tipli 11 saylı iki mərtəbəli kotec üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh əvvəl ondan apellyasiya şikayəti vermiş, daha sonra ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya şikayətini geri götürmüşdür. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizəni müdafiə etmiş, iddiaçının vəkili və nümayəndəsi ərizəyə etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi qanunazidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli və şikayətlə bağlı icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM): 86.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayətin geri götürüldüyü hallarda birinci instansiya məhkəməsi şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir; 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər; 88.3-cü maddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 88-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2348/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayətini geri götürməsi qəbul edilsin və şikayət üzrə icraata xitam verilsin. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-431/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-431/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver