Məhkəmə qərarları › İş №2-1(103)-4318/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4318/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4318/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 iştirakları ilə, İddiaçılar İddiaçı18 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və X6) «torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportların verilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-29/2019 saylı qərardadından iddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayətlərinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizələrə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı18 və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahələrinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. İşə mahiyyəti üzrə 1 may 2012-ci il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözügedən 1 may 2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 26 fevral 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan sonra iş üzrə ekspertiza təyin edilmiş və iş materialları ekspertiza həvalə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən ekspertiza keçirilmədən iş materialları məhkəməyə qaytarıldıqdan sonra iş üzrə icraat təzələnmişdir. İddiaçı15 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, hazırkı işdən onun tələbinin ayrılmasını və onun iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitam verilməsini, torpaq sahəsi ilə bağlı prosessual məhdudiyyətin götürülməsini xahiş etmişdir. Məhkəmənin 7 may 2019-cu il tarixli qərardadı ilə hazırkı işdən İddiaçı15 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı18 və digərlərinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (qurum DƏDRX Bakı şəhər Ərazi İdarəsinin bazasında yaradılmışdır) qarşı «torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (planölçünün) verilməsi» barədə iddia tələbləri üzrə işdən İddiaçı6 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, iddiaçı X1 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı5 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı2 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı8 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı3 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı12 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı7 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, iddiaçı X2 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı13 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi» barədə iddia tələbi, İddiaçı9 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi üzrə icraatların ayrılması qərara alınmışdır. İddiaçılara göndərilmiş 26 noyabr 2019-cu il tarixli sərəncamda məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması iddiaçıya bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)- 29/2019 saylı qərardadı ilə İddiaçı18 və digərlərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahələrinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi» tələbinə dair iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 həmin qərardaddan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 apelyasiya şikayətləri vermək üçün müddətin bərpasına dair eyni məzmunlu ərizələr ilə ayrı-ayrılıqda müraciət edərək, mübahisələndirilən qərardadla bağlı son bir həftəyə kimi məlumatlarının olmadığını, həmin qərardadın rəsmi qaydada onlara təqdim edilmədiyini bildirməklə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-29/2019 saylı qərardadından apelyasiya şikayətləri vermək üçün nəzərdə tutulan prosessual müddətin bərpa olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 apelyasiya şikayətlərini vermək üçün müddətin bərpasına dair ərizələrini müdafiə etdiklərini bildirərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barəsində heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-29/2019 saylı qərardadından İddiaçı5 tərəfindən 02 oktyabr 2024-cü il tarixdə, İddiaçı8 tərəfindən 03 oktyabr 2024-cü il tarixdə və İddiaçı9 tərəfindən isə 01 noyabr 2024-cü il tarixdə apelyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası iddiaçıların “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətlərinə hüquqi qiymət verərək hesab edir ki, ərizə buraxılmış müddətin üzrlü olması barədə hər hansı əsas gətirilmədən ümumi sözlərdən istifadə etməklə əsaslandırılmışdır. Bu səbəbdən də qeyd olunanlar buraxılmış müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işin materiallarından mübahisələndirilən qərardadın iddiaçılara rəsmi qaydada təqdim olunması müəyyən olunmamasına baxmayaraq, 5 ilə yaxın müddət ərzində onların verdikləri iddia ərizələri ilə bağlı məhkəmə tərəfindən hansı prosessual qərar çıxarılması barədə məlumatsız olmaları ağlabatan və inandırıcı sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-29/2019 saylı qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizələri təmin edilməməli və apellyasiya şikayətləri mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 prosessual müddətin bərpası barədə ayrıayrılıqda verilmiş ərizələri təmin edilməsin. İddiaçılar İddiaçı8, İddiaçı5 və İddiaçı9 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-29/2019 saylı qərardadından verdikləri apellyasiya şikayətləri mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar