Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-432/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X2rşı diplomun tanınması və şəhadətnamənin verilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 2521/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2521/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, B18 № 069625 nömrəli diplomun tanınması və şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh X11 Agentliyi ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə xx.xx.2020-ci il tarixdə cavabdehi əsl cavabdehlə əvəz etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, 2004-cü ildə Bakı şəhərində fəaliyyət göstərən Dnepropetrovski Milli Universtitetinin X9 fakültəsinə qəbul olunmuşdur. 2008-ci ildə məlum olmayan səbəbdən üçüncü kürsda təhsil aldığı vaxt Universtitet bağlanmışdır. O təhsilini 2015-ci ildə Xarkov Milli X1 İşinin Təşkili fakültəsinə üçüncü kursuna qəbul olunmaqla qiyabi əsaslarla qəbul olunmuşdur. Ali təhsil üçün tələb olunan 5 (beş) il müddəti müvəffəqiyyətlə başa vuraraq 2018-ci-cü ildə “nəqliyyatın texnologiyaları” ixtisası üzrə həmin ali məktəbi bitirmiş və ona bununla bağlı İnstitut tərəfindən müvafiq diplom verilmişdir. Qeyd edir ki, xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunaraq, sözügedən diplomun tanınması və müvafiq şəhadətnamənin verilməsi xahiş olunmuş, lakin, Təhsil Nazirliyi tərəfindən xx xxxxxx 2019cu il tarixli Ş-778/04-ANİ saylı məktubla “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 3.7-ci bəndi rəhbər tutularaq diplomun tanınması mümkün hesab olunmamışdır. Məktubda bildirilmişdir ki, iddiaçının “Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edmişdir ki, Ukraynanaın Xarkov Milli Avtomobil -Yol Univerdtitetinin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi mümükün deyil”. Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmaların ədalətsiz və birtərəfli olduğunu xüsusilə vurğulayaraq, bunun sübutu kimi qeyd etmək istəyir ki, tərəfindən dərs yükünnün çatdırılması üçün universitetin rektorunun adına ərizə ilə müraciət edərək 14 gün ərzində imtahanlarının verilməsinə icazə verilməsini xahiş etmiş və rəhbərlik tərəfindən ona razılıq verilmiş və o müvəfəqqiyyətlə imtahanlarını başa çatdırmışdır. Yuxarıda qeyd edilən əsaslarla Təhsil Nazirliyinin diplomumu tanımaması onun bir vətəndaş kimi təhsil hüququqmu pozur. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını hərtərəfli araşdırmadan, iş üzrə sübutlara düzgün qiymət verilmədən, iş üçün əhəmiyyətli olan və cavabdehdə saxlanılan sübutlar tələb olunmadan maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o, Bakıda təhsil aldığı müddətdə Universitet mövcud olmuş, hər gün tələbə yoldaşları ilə bərabər dərsə getmiş, mülahizə və seminarlarda iştirak etmişlər. Eyni zamanda həmin universitet fəaliyyətini dayandıran zaman oradan alınan göndərişlə Ukrayna Respublikasının Xarkov Milli Nəqliyyat və Yol Universitetinə qəbul edilmişdir. təhsil aldığı müddət hər ssesiya zamanı sərhədi keçməklə 02 ay 09 gün, 13 gün və İİİ tədris ilində 13 gün müddətində Ukrayna Respublikasına gedib gəlmişdir. Sonuncu il isə universitetin rektoruna ərizə ilə müraciət edərək, 14 gün ərzində imtahanlarının verilməsinə icazə verilməsini xahiş etmiş və rəhbərlik tərəfindən ona razılıq verilmişdir. İddiaçı imtahanlarını müvəffəqiyyətlə başa çatdırmışdır. Məhkəmənin heç bir araşdırma aparmadan yalnız cavabdehin əsassız etirazını əsas götürməklə qəbul etdiyi qərar iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxx 2018-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-munun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X13 xx.xx.2015-ci ildə Xarkov Milli Avtomobil-Yol Universitetinə daxil olmuş, xx.xx.2018-ci ildə həmin Universitetini bitirmiş, Nəqliyyat texnologiyaları hazırlıq istiqaməti bakalavr dərəcəsinə yiyələnmiş və nəqliyyat və infrastruktura peşə dərəcəsi verilmişdir. X14 və Elm Nazirliyi tərəfindənxx xxxx 2018-ci il tarixdə A-70671-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxxx 2018-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-muna əlavənin azərbaycan dilinə tərcümə olun-maqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X3 2015-ci ildən 2018-ci ilə kimi olan dövrdə oxuduğu müddət ərzində nəqliyyat və infrastruktura ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət imtahanı və kurs işlərindən (layihələr) kafi, məqbul və yaxşı qiymətlər almış, nəqliyyat və infrastruktura dərəcəsi üzrə dövlət imtahanı vermişdir. Diploma əlavə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx xxxx 2018-ci il tarixdə A-70671-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış Ş-778/04-ANJ saylı, xx.xx.2019-cu il tarixli məktub əsasında iddiaçıya xx.xx.2019-cu il tarixdə elektron cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumatın verildiyi bildirilmişdir. Qeyd olunan Əlavədən müəyyən olunur ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Xarkov Milli Avtomobil-Yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi araşdırması dövründə İddiaçı 2015-2018-ci illər ərzində Azərbaycan Respublikasının sərhədlərinin giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məhkəməyə təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı 2015- 2018-ci illər ərzində dövlət sərhəddində hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən xx.xx.2015 Ukrayna Respublikasından, xx.xx.2015- xx.xx.2015-ci ildə Ukrayna Respublikasına, xx.xx.2016-cı ildə Ukrayna Respublikasına, xx.xx.2016-cı ildə Gürcüstan Respublikasından, xx.xx.2016-cı ildə Gürcüstan Respublikasına, xx.xx.2017-ci ildə Ukrayna Respublikasından, xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyasına, xx.xx.2018-ci ildə Ukrayna Resublikasından, xx.xx.2018-ci ildə Gürcüstan Respublikasına gedibgəlmişdir. Həmin məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçı İ tədris ilində 02 ay 09 gün, İİ tədris ilində 13 gün, İİİ tədris ilində 13 gün müddətində Ukrayna Respublikasına gedib-gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”- ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddə-sinə görə bu Konvensiyanın məq-sədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittiham-çı-sın-dan (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər;b) inzibati sənədlər;c) nota-rial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəy-yən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaş-dırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxxx 2018-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-mu verilmiş, həmin diplom Unkrayna Respublikasının səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinanı isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Ekvivalentlik haqqında Şəhadətnamə təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu əsasında verilir. Bu əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. (bənd 1.2, 1.6, 3.3, 3.6, 3.7) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. (bənd 1.5, 1.6, 2.3, 2.8, 2.9) İddiaçıya məxsus Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxxx 2015-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-mdan, eyni zamanda həmin diploma əlavədə məlum olur ki, iddiaçı 2015-2018-ci illərdə 3 il müddətində təhsil almışdır. Sərhədkeçmə haqqında hesabatdan isə görünür ki, iddiaçı təhsil aldığı müddət qarşılığında təhsil aldığı ölkədə İ tədris ilində 02 ay 09 gün, İİ tədris ilində 13 gün, İİİ tədris ilində 13 gün müddətində Ukrayna Respublikasında olmuşdur. Halbuki, iş materiallarına əlavə edilmiş Diploma Əlavənin ixtisasın səviyyəsi barədə məlumat qrafasında təhsil proqramının 4 il 10 ay qiyabi təhsil, 240.00 ECTS olduğu qeyd olunmuşdur. İşin qeyd edilən hallarını və cavabdeh orqanın imtinasını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsi, təcrübə keçməsi və dövlət imtahanları verməsi qeyrimümkündür. “Təhsil haqqında” Qanuna görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəхslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir. (maddə 27.1, 27.3) Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil forması kimi qəbul edilsə belə, qiyabi təhsil forması ən az 5 il müddətində müəyyən oldunduğu halda, iddiaçı qiyabi formada 2015-2018-ci illərdə cəmi 3 il müddətində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nda isə bu hal, yəni xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi ekspert rəyinin verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətində göstərilən dəlillərini qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2521/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-432/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-432/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver