Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-432/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı MMC-nin direktoru X15 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda "xxxx" MMC və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X5 ilə aralarında bağlanmış müqavilə əsasında “Qismət” klinikasının layihəsi hazırlanmış və birbaşa Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X5nin iştirakı ilə inşa olunmuşdur. İnşa olunmuş klinikada birinci və ikinci mərtəbələrdə diaqnostik, üçüncü və dördüncü mərtəbələrdə doğuşa yardım, beşinci və altıncı mərtəbələrdə ginekoloji və ümumi cərrahiyyə şöbələri nəzərdə tutulmuşdur. Klinikanın inşası və avadanlıqların təchizatı üçün tərəflərindən bir neçə milyon manat xərclənmişdir. Baxmayaraq ki, layihə Səhiyyə Nazirliyi tərəfindən verilib, lakin bir neçə ildir ki, həmin nazirliyin işçiləri tərəfindən böyük haqsızlıqlarla qarşı-qarşıya gəlmişlər. Belə ki, onlara verilmiş lisenziyaya bir neçə sahələr üzrə, o cümlədən on bir növ əməliyyat sahələri üçün (baxmayaraq onlar bu sahələrdən istifadə etmirlər) əlavələr olunduğu halda, doğuşa yardım və ginekoloji stasionar üçün əlavələrə aid müraciətlərinə hər dəfə bir bəhanə ilə imtina cavabları verilmişdir. İddiaçı onların göstərdiyi nöqsanları aradan qaldırdıqları halda belə, yenə də, bu sahələrin onlara verilməsinin mümkün olmayacağını bildirmişlər. Onlar məcburiyyət qarşısında qalaraq lisenziyaya əlavənin verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2- 1(81)374/2018 saylı qərarı ilə iddiaçı “Qismət Firması'’ MMC-nin iddiası qismən təmin edilmiş, "xxxx" MMC-yə verilən xx.xx.2016-cı il tarixli İN/i-890/2016 saylı Lisenziyaya mamaginekologiyaya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması qərara alınmışdı. Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2-1(103)-1430/18 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli. 2-1(81)374/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2018ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 İyun 2018-ci il tarixli, 2-1(103- 1430/18 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdı. İşə yenidən baxan apellyasiya instansiyasının məhkəmə kollegiyası yerində baxış keçirərək Klinikada imtinada göstərilən hansı nöqsanların olduğunu, hansıların aradan qaldırıldığını özünün 01 may 2019-cu il tarixli qərarında qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarı edilən qərarı artıq qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd edilən qərarda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra lisenziyaya əlavənin veilməsi ilə bağlı yenidən inzibati orqana müraciət etmək hüquqlarının olduğu da göstərilmişdir. Onlar qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarında göstərilən nöqsanları (xəstələrin soyunması üçün ayrılmış ayrıca otağın, anafilaktik şok əleyhinə dərmanların, doğuş üçün nəzərdə tutulmuş alətlərin olmaması, yeni doğulmuşlar üçün nəzərdə tutulmuş süni nəfəs sisteminin yararsız olması) aradan qaldırdıqdan sonra yenidən lisenziyaya əlavənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etdlər. Lakin bu dəfə həm yeni nöqsanlar, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında artıq aradan qaldırılan nöqsanları yenidən göstərməklə lisenziyaya əlavənin verilməsindən imtina etdilər. İqtisadiyyat Nazirliyi 10 oktyabr 2019-cu il tarixli 2019-cu il tarixli imtinasında Bakı Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasının yerli baxış zamanı aradan qaldırıldığını müəyyən etdiyi nöqsanları yenidən göstərdi. İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilməsinə dair 10 oktyabr 2019-cu il tarixli imtinasından sonra onlar 1 saylı Bakı İnzibati İqtisadı Məhkəməsinə müraciət etdilər. İş üzrə yerli baxış keçirildi. İş üzrə yerli baxış keçirilərkən yerli baxış zamanı iştirak edən mütəxəssislərin tövsiyyələrinə əməl etmək və bəzi işlərin yenidən görülməsi üçün iddia ərizələrini geri götürdülər. Onlar bəzi işləri yenidən gördükdən sonra lisenziyaya əlavənin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etdilər. Lakin İqtisadiyyat Nazirliyi 07 fevral 2020-ci il tarixdə onlara imtina məktubu verdi. Bu dəfə imtina məktubunda aşağıdakı nöqsanlar göstərildi: - yenidoğulmuşlar üçün nəzərdə tutulan intensiv reanimasiya bölməsinin otaqlarında quraşdırılmış arakəsmələrin hermetikliyi pozulmuşdur; -6-cı mərtəbədə yerləşən prosedur, iynə və sarğı otaqlarının divarları rütubətə və dezinfeksiyaedici məhlulların təsirinə davamlı olan hamar səthli materiallar ilə (kafel) tavana qədər üzlənməmişdir (təqdim olunan sertifikatlar bu tələblərə cavab vermir); -həkimneonatoloq işə götürülmədiyindən kadrlar ilə təminat tam olmamışdır; -obyektin sanitargigiyenik vəziyyəti qeyri-qənaətbəxşdir, belə ki, ventilyasiya sistemlərinin otaqlarda qurulmuş qəfəslərin (havasorucu, havaverici) qeyri-kafi texniki vəziyyətdədir, bir neçə yerdə qəfəslər quraşdırlımamış, bəzi sahələrdə təmir-tamamlama işləri keyfiyyətsiz aparılmışdır; inşaat materiallarının tibb müəssisələrində tətbiqə yararlı olduğunu təsdiq edən Sənədlər (sertifikatlar və s.) baxılmağa təqdim edilməmişdir; - əsas və yardımçı otaqlarda bəzi mühəndis xətlərinin (su, kanalizasiya, ventilyasiya, elektrik) təhlükəsiz çəkilməsi təmin olunmamışdır; - uzun müddət istifadəsiz qaldığından obyektin bəzi sahələrində cari təmir və təmizlik işlərinə ehtiyac yaranmışdır; - ginekoloji şöbənin müalicə və müayinə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar normativlərə və qaydalara uyğun quraşdırılmadığından (ventilyatorlar birbaşa bayıra açılır), havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitinin yaradılması təmin edilməmişdir; - obyektin bəzi əsas və yardımçı otaqlarında quraşdırılmış əlüzyuyanların ətrafı rütubətə və dezinfeksiyaediçi məhlulların təsirinə davamlı olan hamar səthli materiallar ilə (kafel) ilə üzlənməmiş, otaqlar isti və soyuq su ilə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə verilən 07 aprel 2016-cı il tarixli, İN/i- 890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi barədə müraciətinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş; aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 200 (iki yüz manat) manat pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən 100 manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ayrı-ayrılıqda apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-680/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 20 noyabr 2021-ci il tarixdə bölünmə balansı əsasında hüquqi varisi olmaqla “Qismət Firması" MMC-nin nəzdində İddiaçı MMC yaradıldığı, bununla da “Qismət Firması" MMC-nin tibb sahəsi üzrə bütün əmlak və hüquqi öhdəlikləri tam olaraq İddiaçı MMC-nin səlahiyyətinə verilmişdir ki, bu da “Dəniz Hospital" MMC-nin nizamnaməsində öz əksini tapmışdır. Bu bölünmə balansı əsasında xx.xx.2016-cı il tarixdə “Qismət Firması" MMC-yə tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 089113 nömrəli lisenziya, xx.xx.2022-ci il tarixdə İN/L-109/2022 saylı lisenziya ilə İddiaçı MMC-in adına dəyişdirilmişdir. Bütün bunları nəzərə alaraq iddiaçı hazırkı işdə "xxxx" MMC-nin "Dəniz Hospital” MMC ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı "xxxx" MMC İddiaçı MMC ilə əvəz edilmiş, "xxxx" MMC-nin iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 07 aprel 2016-cı il tarixli, İN/i- 890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, inşa olunmuş klinikada birinci və ikinci mərtəbələrdə diaqnostik, üçüncü və dördüncü mərtəbələrdə doğuşa yardım, beşinci və altıncı mərtəbələrdə ginekoloji və ümumi cərrahiyyə şöbələri nəzərdə tutulmuşdur. Klinikanın inşası və avadanlıqların təchizatı üçün tərəflərindən bir neçə milyon manat xərclənmişdir. Baxmayaraq ki, layihə Səhiyyə Nazirliyi tərəfindən verilib, lakin bir neçə ildir ki, həmin Nazirliyin işçiləri tərəfindən böyük haqsızlıqlarla qarşı-qarşıya gəlmişlər. Belə ki onlara verilmiş lisenziyaya bir neçə sahələr üzrə, o cümlədən on bir növ əməliyyat sahələri üçün (baxmayaraq onlar bu sahələrdən istifadə etmirlər) əlavələr olunduğu halda, doğuşa yardım və ginekoloji stasionar üçün əlavələrə aid müraciətlərinə hər dəfə bir bəhanə ilə onlara imtina cavabları verilmişdir. Onların göstərdiyi nöqsanları aradan qaldırdıqları halda belə, yenə də, bu sahələrin onlara verilməsinin mümkün olmayacağını bildirmişlər. 2018-ci ildən bu günə qədər “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə "xxxx" MMC arasında Lisenziyaya mama-ginekologiya (ginekologi stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi” tələbinə dair məhkəmə çəkişməsi gedir. Lakin İqtisadiyyat Nazirliyinin mövqeyi ondan ibarətdir ki, tələb olunan sahə üzrə lisenziyaya əlavənin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müsbət rəyin verilməsi mütləqdir. Səhiyyə Nazirliyi tərəfindən lisenziyaya əlavənin verilməsi üçün hər hansı bir nöqsanın olmaması barədə rəy verilmədiyi təqdirdə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaya əlavənin verilməsi mümkün deyil. İş üzrə üç dəfə məhkəmə ekspertizası keçirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərində cavabdeh orqanın lisenziyaya əlavənin verilməsindən imtina məktublarında göstərdikləri nöqsanların aradan qaldırıldığı qeyd olunmuşdur. İş üzrə keçirilmiş 27 aprel 2022-ci il tarixli ekspert rəyində də ünvan 2 ünvanında yerləşən ’’Qismət Firması' MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114 və 03 fevral 2021-ci il tarixli xx/xx-11025 (əvvəlki) məktublarında və 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli (sonrakı) məktubunda qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığının müəyyən olunduğu göstərilmişdir. Belə olan halda hesab edirlir ki, Lisenziyaya əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə öz qərarında lisenziyaya əlavənin verilməsi üçün müsbət rəyin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olduğu üçün Səhiyyə Nazirliyinin mütəxəssislərinin rəyinin olmasının zəruriliyini vurğulasa da, məhkəmə əsassız olaraq, Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd edilən iradların xəstəxana tərəfindən tam şəkildə aradan qaldırılması qənaətinə gəlmişdir. Lakin xüsusilə qeyd etmək lazımdır ki, müəssisənin əksər hissəsində tamamlama işləri aparılsa da, natamam və keyfiyyətsiz formada aparılmışdır. Belə ki, bəzi əsas və yardımçı otaqlarda su və kanalizasiya xətlərinin təhlükəsiz çəkilməsi təmin olunmamış, əksinə onlar açıq və təhlükəli yerlərdə çəkilmişdir. Həmçinin, palatalarda sanitar qovşaqlarla, yəni döşəmə hissəsində kəskin hündürlüklər vardır ki, bu da xərəkdə olan xəstələrin həmin sanitar qovşağa daxil edilməsini qeyri-mümkün edir. Eyni zamanda, bəzi əsas və yardımçı otaqların da döşəmə hissəsində hündürlüklər mövcuddur, qeyri-yaşayış binasının anbarında divar bütövlüyü pozulmuş və oksigen balonları kobud formada qırağa çıxarılmışdır, həmçinin, divarlarda istifadə olunmuş sulu boyaların tibb müəssisəsində istifadəsinə yararlı olmasına dair sənədlər də təqdim olunmamışdır. Hansı ki, bu tip oxşar pozuntuların əhatə dairəsini genişləndirmək olar, buna görə də, göründüyü kimi adı çəkilən tibb müəssisəsi qeyd edilən bu pozuntuları aradan qaldırmadığı üçün mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım sahəsi üzrə xidmət göstərməyə hazır deyildir. Qeyd etmək vacibdir ki, gələcəkdə həmin tibb müəssisəsində ana-uşaq ölümləri baş verəcəyi təqdirdə bu neqativ hala kim cavab verəcəkdir? Bu ölümlər olacağı halda bütünlükdə ölkənin səhiyyə sisteminə xələl gələcək, hər hansı bir gənc ailə belə texniki qüsurların qurbanı olacaqdır, çünki bu ölkənin ümumsəhiyyə siyasətidir. Qeyd edilən ölüm hallarının səbəbləri və statistikası nəinki ölkəmizdə, hətta beynəlxalq səviyyədə aparılır, bu hallara hüquqi qiymət verilir. Eyni zamanda, uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinin 1-ci hissəsində də göstərilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmçinin, göstərilən halların tənzimlənməsi Səhiyyə Nazirliyinin diskresion səlahiyyətinə daxildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmçinin, əlavə olaraq, qısa statistik məlumatı da nəzərə çatdırılır ki, iddiaçı təşkilat imtina aldıqdan sonra imtinasında nəzərdə tutulmuş nöqsanları aradan qaldırmaq əvəzinə eyni vəziyyətdə yenidən müraciətlər etmişdir. Bu cür iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət tarixlərinə diqqət yetirdikdə də, bunun əyani şahidi oluruq. Belə ki, xx.xx.2016-cı il tarixli müraciətinə xx.xx.2016-cı il tarixdə imtina alan “Qismət Firması" MMC xx.xx.2016-cı il tarixdə yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Bu minvalla 2016-cı ilin 3 ayında 4 dəfə, 2017-ci il də isə 2 dəfə müraciətlər edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı təşkilatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciəti əsasında aradan qaldırılmalı olan nöqsanlar barədə ona tövsiyələr də verilmişdir. Növbəti dəfə 2019 və 2020-ci il tarixlərində də daha 2 dəfə müraciət edilmiş və Səhiyyə Nazirliyi tərəfindən nöqsanlar aşkar edilmiş və sözügedən nöqsanlar barədə iddiaçıya tövsiyələr verilmişdir. Lakin göründüyü kimi müəssisə Səhiyyə Nazirliyinin dəfələrlə verdiyi tövsiyələri nəzərə alıb sözügedən nöqsanları aradan qaldırmaq əvəzinə məsələni məhkəmə mübahisəsinə qədər gətirib çıxarmışdır. Həmçinin iddiaçı təşkilatın özü de etiraf etmişdir ki, sonuncu imtinadan sonra müəssisədə düzəlişlər edilmişdir, yəni prosessual baxımdan bu o deməkdir ki, onlar imtina verdikləri anda haqlı olmuşlar, sonradan iddiaçı təşkilatın bu nöqsanları aradan qaldırmağı onların üzərinə məhkəmə qaydasında onlara müsbət rəy vermək üçün öhdəlik qoyulması anlamına gəlməməlidir. Əgər bu iddiaçı təşkilata göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, müraciət edən zaman yenidən imtina veriləcəyi təqdirdə məhkəməyə müraciət etməli idi. Eyni zamanda məhkəmə bu qərarı qəbul edərkən, ciddi prosessual pozuntulara yol vermişdir. Belə ki, lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi Səhiyyə Nazirliyinin deyil, Səhiyyə Nazirliyinin "X5” ilə İqtisadiyyat Nazirliyinin birgə fəaliyyətinə aiddir, belə bir rəyin yalnız Səhiyyə Nazirliyinə həvalə olunması qanunsuz və əsassızdır. Həmçinin, tələb olunan rəyin tərtib olunması üçün əsas götürülən qiymətləndirmə sənədi inzibati akt deyildir, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən hazırkı mübahisə üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin imtina barədə verdiyi qərar inzibati aktdır. Həmçinin, işin təkrar birinci instansiya məhkəməsində baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin bu barədə məhkəmə bildirişi Səhiyyə Nazirliyinə gec təqdim olunduğundan Səhiyyə Nazirliyinin mütəxəssislərinin ekspertizada iştirakını təmin etmək mümkün olmamışdır və nəticədə ekspertiza Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı olmadan keçirilmişdir. Yuxarıda göstərilən bir sıra nöqsanlar gələcəkdə dövlətin səhiyyə siyasətinə, o cümlədən, "Əhalinin sağlamlığının qorunması haqqında" AR Qanununa zidd olaraq əhalinin həyat və sağlamlığına xələl gətirə biləcək pozuntulardır. Lakin məhkəmə bu pozuntuları gözardı edərək iddiaçının iddia tələbinin təmin edilməsi barədə əsassız qərar çıxarmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddiaçıya verilmiş lisenziyaya əlavədə İddiaçı MMC-yə Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsi, məhəllə 2942 A (ünvan 3 ünvanında özəl tibb fəaliyyətin ambulator və stasionar tibbi xidmətləri üzrə örülməsinə icazə verilən işlərin siyahısında ambulator tibbi xidmət kimi 2.23. mama-ginekologiya: 2.23.1 ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) nəzərdə tutulmuşdur. İddiaçı hazırda mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım sahəsinə dair lisenziyaya əlavə üçün müsbət rəyin (razılığın) verilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərardadı ilə təyin edilmiş ekspertizanın nəticəsində təqdim edilmiş ekspert rəyinə əsasən Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 147 ünvanında yerləşən qeyri-yaşayış binasında Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunmuş çatışmazlıqlar üzrə baxış keçirilmiş və baxış zamanı əldə olunmuş məlumatlar aşağıdakı kimi müəyyən olunmuşdur: -müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılaraq divarlara şpaklyovka çəkilərək sulu boya ilə rənglənərək səliqəsiz və keyfiyyətsiz aparılmış işlər aradan qaldırılmışdır; -baxış zamanı istifadə olunmuş inşaat materiallarının yəni istifadə olunmuş su əsaslı antibakterial boya Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən Dövlət reyestrində AZ031 xx.xx.00294 20 saylı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış uyğunluq sertifikatlarına uyğun olduğu göstərilmişdir; -əsas və yardımçı otaqlarda su xətlərinə krantları, ventilyasiya, elektrik sistemlərinə elektrik açarı quraşdırıldığını, elektrik xətlərinin üzərləri açıq şəkildə olmadığını nəzərə alaraq, həmin xətlər təhlükəsiz çəkildiyi təmin olunmuşdur; -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmişdir; -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin olunması tikinti ekspertinin səlahiyətlərinə aid deyildir; -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqavilənin olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir; -müəssisədə işıq generatorun işlək vəziyyətdə olduğu müəyyən edilmişdir; -obyektin sanitar-gigiyenik vəziyyətinə dair baxış keçirilərkən bütün otaqlarda ventilyasiya sistemləri quraşdırılmış, həmin ventilyasiya sistemlərinin qəfəslərinin hava sorucu, hava verici sistemləri ayrı-ayrılıqda quraşdırılıaraq normal işlək vəziyyətdə olduğu, eyni zamanda ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar, normativlərə və qaydalara uyğun (ventilyator sistemi “TÜV NORD” şirkəti tərəfindən verilmiş sertifikata uyğun olduğunu nəzərə alaraq) quraşdırıldığından, havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitinin yaradılması təmin edilmişdir. Eləcə də, baxış zamanı binada aparılmış tikinti-təmir işləri keyfiyyətli olduğu müəyyən olunmuşdur; - bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkaların olduğu müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilməsinə dair imtinasında göstərilən Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldığı müəyyən olunmuşdur. Lisenziyaya əlavə verilməsinə dair imtinasında göstərilən Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd edilən iradlar yerində müayinə zamanı tərəflərin (eləcə də Səhiyyə Nazirliyi tərəfindən cəlb olunmuş mütəxəssislərin) iştirakı ilə yoxlanmışdır. Ekspert rəyi ilə əhatə olunmayan müəssisədə mövcud tullantıların utilizasiya müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Ekspertin rəyi aydın və ya tamdır. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, məhkəmədə tədqiq olunmuş və yerində müayinə zamanı rəydə göstərilənləri təkzib edən hər hansı hal müəyyən edilməmişdir və məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd etmişdir ki, mama-ginekologiya (ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım) sahəsinə dair müsbət rəyin verilməsindən imtinaya səbəb olan çatışmazlıq məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, müvafiq rəyin (razılığın) verilməsi zamanı Səhiyyə Nazirliyinin istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtlərinin özünün qiymətləndirməsinə əsasən müəyyən olunması və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı Səhiyyə Nazirliyinə qiymətləndirmə azadlığı verilməsi məhkəmə araşdırmasının nəticəsində istisna edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh qurumun imtinası (mənfi rəyi) iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədə Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında 2-ci bənddə özəl tibb fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda (2. Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər) Mamaginekologiya: 2.23.1. ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) və 2.23.2. doğuşa yardım nəzərdə tutulmuşdur. “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1.8-ci maddəsinə əsasən qanunvericiliyin pozulmasına və bu pozuntular nəticəsində sahibkara dəyən zərərə görə lisenziya və icazə verən orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərindən biridir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hər hansı hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilir. Həmin Qanununun 12.3-cü maddəsinə əsasən sahibkar lisenziya və icazə məsələlərinə dair metodiki yardım göstərilməsi, məsləhət almaq və müvafiq sahədə vəziyyəti qiymətləndirmək üçün lisenziya və icazə verən orqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir. Həmin Qanunun 19.6-cı maddəsinə əsasən lisenziya və icazə verən orqan təqdim edilən ərizəyə baxarkən: 19.6.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır; 19.7. Bu Qanunun 19.6.1-ci maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Aidiyyəti dövlət orqan və müəssisələrinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır. Aidiyyəti dövlət orqan və müəssisələrinin rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bu müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmiş və imtinaya səbəb kimi texniki nöqsanların olduğu bildirilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsi olaraq ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114 nömrəli məktubunda (əvvəlki) və 03 fevral 2020-ci il tarixli 03/19-110 nömrəli məktubunda (sonrakı) qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığı müəyyən olunmuşdur. Səhiyyə Nazirliyi “X5” publik hüquqi şəxsi xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki (iş materialları İ cild, səh. 182-183), 22 yanvar 2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 147 ünvanında "xxxx" MMC-yə məxsus tibb müəssisəsinə yerli baxış həyata keçirilmişdir. Baxış zamanı kommissiyanın üzvü Rövşən Vəliyev, cəlb olunan mütəxəssislər Cavad Orucov, Eldar Abdullayev, Cəmilə Ağazadə, Toğrul Ələsgərov və Ərəf Nəsrullayev iştirak etmişdir. Məhkəmənin qərarı ilə yerli baxışda Ədliyyə nazirliyinin tikinti üzrə mütəxəssisi də iştirak etmişdir. Əvvəlki rəylərdə qeyd olunan əksər nöqsanların aradan qaldırılmadığı müəyyən olundu və əlavə nöqsanlar aşkar edildi. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin əvvəlki mənfi rəylərində qeyd olunmuş texniki nöqsanların aradan qaldırılıb-qaldırılmamasını müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən aşağldakılar müəyyən olunur: Tədqiqat ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinika üzrə aparılır. Tədqiqat obyektinə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Qərarın təsvir hissəsindən görünür ki, İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilməsinə dair 10 oktyabr 2019-cu il tarixli imtinasından sonra iddiaçı tərəf 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmişdir. İş üzrə yerli baxış keçirilərkən baxış zamanı iştirak edən mütəxəssislərin tövsiyələrinə əməl etmək və bəzi işlərin yenidən görülməsi üçün iddia ərizəsi geri götürülmüşdür. İddiaçı tərəf bəzi işləri yenidən gördükdən sonra lisenziyaya əlavənin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Lakin Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə aşağıdakı çatışmazlıqlar qeyd olunmuşdur. Bu dəfə imtina məktubunda aşağıdakı nöqsanlar göstərilmişdir: -müəssisənin əksər yerlərində tamamlama işləri yenidən aparılsa da çox səliqəsiz və keyfiyyətsiz aparılmışdır; -təqdim olunmuş sertifikatlarda sulu boyanın tibb müəssisələrinin hansı sahələrində istifadə edilməsi qeyd olunmamışdır. Eyni zamanda təqdim olunmuş sertifikatların divarlarda istifadə olunmuş sertifikatların divarlarda istifadə olunmuş emulsiyaya aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır; bəzi əsas və yardımçı otaqlarda mühəndis xətlərinin (su, kanalizasiya, ventilyasiya, elektrik) təhlükəsiz çəkilməsi təmin olunmamışdır; -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmir; -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin edilməmişdir; -qəbul bölməsində bəzi divar səthlərin tamlığı pozulub; -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqavilə təqdim olunmadı; -müəssisədə işıq generatorun işlək vəziyyətdə olub-olmamasını dəqiqləşdirmək mümkün olmadı; -ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda yenidən qurulmuş havalandırma sistemləri qüvvədə olan normativlərə və qaydalara uyğun təşkil edilməmişdir; -bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkalar nəzərə alınmayıb. Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 147 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikanın İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş imtina məktubunda Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunmuş çatışmazlıqlar üzrə baxış keçirilmiş və baxış zamanı əldə olunmuş məlumatlar aşağıdakı kimi müəyyən olunmuşdur: -müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılaraq divarlara şpaklyovka çəkilərək sulu boya ilə rənglənərək səliqəsiz və keyfiyyətsiz aparılmış işlər aradan qaldırılmışdır; -baxış zamanı istifadə olunmuş inşaat materiallarının yəni istifadə olunmuş su əsaslı antibakterial boya Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən Dövlət reyestrində AZ031 xx.xx.00294 20 saylı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış uyğunluq sertifikatlarına uyğun olduğu göstərilmişdir; -əsas və yardımçı otaqlarda su xətlərinə krantları, ventilyasiya, elektrik sistemlərinə elektrik açarı quraşdırıldığını, elektrik xətlərinin üzərləri açıq şəkildə olmadığını nəzərə alaraq, həmin xətlər təhlükəsiz çəkildiyi təmin olunmuşdur; -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmişdir; -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin olunması tikinti ekspertinin səlahiyətlərinə aid deyildir; -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqavilənin olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyətlərinə aid deyildir; -müəssisədə işıq generatorun işlək vəziyyətdə olduğu müəyyən edilmişdir; -obyektin sanitar-gigiyenik vəziyyətinə dair baxış keçirilərkən bütün otaqlarda ventilyasiya sistemləri quraşdırılmış, həmin ventilyasiya sistemlərinin qəfəslərinin hava sorucu, hava verici sistemləri ayrı-ayrılıqda quraşdırılıaraq normal işlək vəziyyətdə olduğu, eyni zamanda ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar, normativlərə və qaydalara uyğun (ventilyator sistemi “TÜV NORD” şirkəti tərəfindən verilmiş sertifikata uyğun olduğunu nəzərə alaraq) quraşdırıldığından, havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitinin yaradılması təmin edilmişdir. Eləcə də, baxış zamanı binada aparılmış tikinti-təmir işləri keyfiyətli olduğu müəyyən olunmuşdur; - bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkaların olduğu müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilməsinə dair imtinasında göstərilən Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldığı müəyyən olunmuşdur. Beləliklə yuxarıda göstərilənlərə əsasən, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114, 03 fevral 2020-ci il tarixli 03/19- 11025 nömrəli məktublarında (əvvəlki) və 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubunda (sonrakı) qeyd olunmuş texniki nöqsanlar aradan qaldırıldığı müəyyən olunmuşdur. Tədqiqatın nəticəsi olaraq ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114, 03 fevral 2020-ci il tarixli xx/xx-11025 nömrəli məktublarında (əvvəlki) və 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubundakı (sonrakı) qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığı müəyyən olunmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən 3995 kv.m. qeyri-yaşayış binasına Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, hospital 6 mərtəbədən ibarət olmaqla bütünlükdə doğuşa yardım və ginekoloji əməliyyatlar və 150-200 nəfərlik işçi heyəti üçün nəzərdə tutulmuşdur. Binanın birinci və üçüncü mərtəbəsi doğuşa yardım üçün nəzərdə tutulmuşdur. Birinci mərtəbə həm xəstənin ilkin qəbulu üçün hazırlanmaqla həm də diaqnostika üçün təchiz olunmuşdur, ikinci mərtəbə isə bütünlükdə diaqnostik əhəmiyyətli hazırlanmışdır. Üçüncü mərtəbədə manipulasiya otağı, yeni doğulmuşlar otağı, peyvənd otağı və palatalar, dördüncü mərtəbədə doğuş zalı, əməliyyat bloku, reanimasiya, çirkli alətlərin daşınması otağı yerləşir. Xəstəxana eyni anda 1 keysəriyyə və 2 təbii doğuş qəbul etmək imkanına malikdir. Həmçinin xəstəxanada ağır vəziyyətdə olan yeni doğulmuşlar üçün 4 ədəd küvez nəzərdə tutulmuşdur. Binanın beşinci mərtəbəsi bütünlükdə ginekologi əməliyyatlar üçün ayrılmışdır, həmin mərtəbə əməliyyat blokundan və 3 əməliyyat otağından ibarət olmaqla ginekoloji əməliyyatlar üçün nəzərdə tutulmuşdur. Həmçinin beşinci mərtəbədə anesteziologiya otağı vardır. Binada işıq generator vardır. Binanın sonuncu – altıncı mərtəbəsində ginekoloji əməliyyatlar üçün ayrılmış palatalar yerləşir. Yerində müayinə zamanı Səhiyyə Nazirliyi tərəfindən bildirilən iradlar tərəflərin iştirakı ilə nəzərdən keçirilmişdir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMCyə məxsus ünvan 4 ünvanında yerləşən 3995 kv.m. qeyri-yaşayış binasında İddiaçı MMCnin direktoru X15, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X9 və cavabdehin tərəfindən təhkim edilmiş Kommunal Gigeyena Bölməsinin bölmə müdiri X4, mütəxəssis ekspert (neonotoloq) X1, SN mütəxəssisi (Ainestezoloq və Reanimotoloq) X10, layihəçi mühəndis X11, X5nin tibb-nəzarət şöbəsinin müdir müavini X14, tibb-nəzarət şöbəsinin baş mütəxəssisi X7, X5nin baş hüquq məsləhətçisi X18, mama-ginekolog X12, X6, aparıcı ekspert X8 iştirakı ilə yerli baxış keçirilmiş, inzibati orqan tərəfindən mənfi rəylərdə qeyd olunmuş texniki nöqsanlar yerində yoxlanılmış, lakin çatışmazlıqlar müəyyən olunmamışdır. İşin hallarından göründüyü kimi mama-ginekologiya (ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım) sahəsinə dair müsbət rəyin verilməsindən imtinaya səbəb olan çatışmazlıq müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddianın dəyişdirilməsi barədə ərizədən görünür ki, iddiaçı 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mamaginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun 19.6.1-ci maddəsinə əsasən Lisenziya və icazə verən orqan təqdim edilən ərizəyə baxarkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır. Göründüyü kimi qeyd olunan normada müsbət rəyin alınması ifadəsi göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı qərara aldı hissəsində müsbət rəy ifadəsi çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı qərara aldı hissəsində “müsbət rəy” ifadəsi çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərarı qərara aldı hissəsində “müsbət rəy” ifadəsi çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-432/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-432/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver