Məhkəmə qərarları › İş №2-1(103)-4329/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4329/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4329/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentilinə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X2 Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentilinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X2 Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1nə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Sarzalı hərbi Xəstəxanasının forma 27-də göstərilən xəstəliklərinə görə II qup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı * №-li klinik psixiatriya xəstəxanasının təqdim etdiyi göndəriş əsasında Agentlik tərəfindən iddiaçı İddiaçı barəsində ##.##.2024-cü il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1964-cü il tarixdə Ağdam rayonu, Maxsudlu kəndində doğulmuşdur. İ Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon hərbi komissarlığı 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Aprel ayı 1992-ci il tarixdən, 1993cü ilin, yanvar ayına qədər 836/N saylı hərbi hissədə Siravi Döyüşçü vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixili *** saylı qərarına əsasən Nəsimi rayon hərbi komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı və ##.##.1993-cü ilə kimi 836/N saylı hərbi hissənin tibb bölüyündə müayinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: Odlu silah ” Qranat mərmisinin partlayışı nəticəsində orta ağırlıq dərəcəsində baş nahiyəsində yaralanmış və kontuziya” ##.##.1993- cü ildə aldığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi Ağdam rayonunun, Sarzalı hərbi xəstəxanasında müyinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanı nəticələri - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı qəlpənin təsirindən yaranmış başın arxa yuxarı təpə nahiyyəsində bir ədəd başın alın nahiyyyəsində bir ədəd, sağ baldırın aşağı 3/1-nin öniç səthində bir ədəd köhnə çapıq toxumaları” və ##.##.2018- cü il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin olunmuş travmanın nəticəsi-diaqnoz: “odlu silah mərmi partlayışından sonrakı qəlpənin təsirindən yaranmış başın arxa yuxarı təpə nahiyyəsində bir ədəd basin alın nahiyyyəsində bir ədəd, sağ baldırın aşağı 3/1-nin ön-iç səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nın Nəsimi rayon şöbəsinin ##.##.2017-ci il tarixli ** nömrəli göndərişi. ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli *** nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, Azərbaycan Respublikası Ağdam rayonun Sarzalı hərbi xəstəxanası tərəfindən verilmiş ##.##.1993-cü il tarixli xəstəlik tarixindən çıxarışlar. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın hərbi həkim komissiyasının ##.##.2018-ci il tarixli 467saylı qərarı və HHK-nın iclas protokolları kitabından çıxarışlar. MN MHHK-nin həkim mütəxəssisinin-cərrahın rəyi ilə təsdiq edilir) “hərbi travmadir. Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmişdir”. Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. Ağdam rayon Sarzalı hərbi Xəstəxanasının forma 27-də göstərilən digər diaqnozlar ona təyin edilmişdir. O, özünü həmin vaxtdan narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr alımışdır. Bu zaman bir sıra müalicələr də almışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. Ağdam Rayon Sarzalı hərbi Xəstaxanası tərəfindən Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 27) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona ##.##.2024-cü ildə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona ağırlaşmalar, o cümlədən adına rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə birinci halda diaqnozun öz təqsirini tapmaması ikinci halda isə diaqnozun əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbindən təyinat aparmaq mümkün olmaması, səbəbindən ikinci dərəcə əlillik təyinatına uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtina qərarı kifayət qədər əsassızdır. Müvafiq qərar verilmişdir, lakin o hələ də haqqı olan əlilliyi cavabdehin əsassız imtinası nəticəsində ala bilmir. Bu hərəkət isə ona həm mənəvi, həm də maddi ziyan vurur.

4. Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlilliyin təyin olunmasından imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək ##.##.2024-cü il tarixdən qəbul edilmiş qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması faizi 35-60% olmaqla iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək ##.##.2024-cü il tarixdən qəbul edilmiş qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması faizi 35-60% olmaqla iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli, *** №-li qərarında göstərilmişdir ki, Bakı şəhəri Nəsimi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında aldığı və ##.##.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı qəlpənin təsirindən yaranmış başın arxa yuxarı təpə nahiyyəsində bir ədəd, başın alın nahiyyəsində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön-iç səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin ##.##.2017-ci il tarixli ** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli k/*** nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli, *** №-li protokolu.

13. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X1nin “Həkim Psixiatr Komissiyasının” ##.##.2024-cü il tarixli, **** №-li rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*- *-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə F 07.0

14. İddiaçı aid: ##.##.2019-cu il tarixli *******001 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Keçirilmiş Kəllə-Beyin travmasının qalığı .asteno-nevrotik sindrom; Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin. ##.##.2019-cu il tarixli *******004 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar : => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Keçirilmiş kəllə-beyin travması davamlı qalıq əlamətləri, postramatik ensefalopatiya. Epilepsiya. Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, ayda 7-8 dəfə. Psixi-fiziki inkişafın ləngiməsi ilə. Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnozu təsdiq edən instrumental müayinələr qeyd edilməyib.KT, MRT. ##.##.2019-cu il tarixli *******007 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar : => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Keçirilmiş Kəllə-Beyin travması davamlı qalıq əlamətləri,postermatik ensefalopatiya. MSS-nin üzvü xəstəliyi nəticəsində əmələ gələn kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu. Epilepsiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, ayda 7- 8 dəfə. psixi-fiziki inkişafın ləngiməsi ilə. Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 1993-cü ildən xəstə olmasına baxmayaraq, stasionar müalicələri ancaq son illərə təsadüf edir. Əlavə stasionar müalicə təyin edilir. ##.##.2019-cu il tarixli *******0010 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar : => Y36 - Hərbi əməliyyatlar => Y36.9 - Dəqiqləşdirilməmiş hərbi əməliyyatla...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Kəllə-Beyin travması davamlı qalıq əlamətləri, postermatik ensefalopatiya. Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicəsi davam etsin. ##.##.2021-ci il tarixli *******0013 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Kəllə-Beyin travması davamlı qalıq əlamətləri,postermatik ensefalopatiya. Epilepsiya, Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, ayda 7-8 dəfə, psixi-fiziki inkişafın ləngiməsi ilə. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin üzvü xəstəliyi nəticəsində əmələ gələn, kəsgin nəzərə çarpan, şəxsiyyət və davranış pozuntusu.; Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. ##.##.2022-ci il tarixli *******0014 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş KBT-davamlı qalıq əlamətləri posttravmatik ensefapatiya. MSS-nin üzvi xəstəliyi nəticəsində əmələ gələn kəskin nəzərə çarpan davranış pozuntusu; Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. ##.##.2024-cü il tarixli *******0015 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə.; Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ##.##.2024cü il tarixli, 3-17-4/3-3-****/**** №-li qərarında göstərilmişdir ki; “- Bakı şəhər sakini ##.##.1964-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2021-ci il tarixli *******AAD*Z nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli İ********QEP nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 22420392653). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlayışından sonrakı qəlpənin təsirindən yaranmış başın arxa yuxarı təpə nahiyəsində bir ədəd, başın alın nahiyəsində bir ədəd, sağ baldırın aşağı 1/3nin ön-iç səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, arterial təzyiqin yüksək olmasından şikayətlənmiş, başın təpə nahiyəsində çapıq izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli baş beyin instrumental müayinə sənədi təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tarix müəllimi olduğunu, əsəbilik, insanlarla yola gedə bilməməsi səbəbindən 1995-ci ildən işdən ayrıldığını qeyd etmişdir. Medikamentoz preparatlardan səhərlər Depakin, axşam Novarin (eyni molekula), 1/4 tablet Amitriptilin, Klonozepam, Vaskolin, Konkor və s. qəbul etdiyini söyləmişdir. Şikayətlərində tez-tez qorxu, həyəcan hissi gəldiyini, dəyişkən arterial təzyiqdən, bəzi hallarda ürəkgetmələrdən əziyyət çəkdiyini bildirmişdir. Ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsi təqdim etməmiş, qıcolma tutmaları barədə heç bir şikayət bildirməmiş, Depakin preparatını qorxu və həyəcana görə qəbul etdiyini söyləməsi epilepsiyanı anamnestik olaraq inkar etmişdir. Müayinə zamanı həyəcan, təşviş müşahidə edilsə də əlillik təyinatına əsas verəcək psixi pozuntu qeyd edilməmiş, sualları adekvat cavablandırmış, baxış zamanı başın təpə nahiyəsində çapıq izlənilmişdir. - Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən həyəcanlı, geyimi səliqəli, mimikası canlı izlənmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, verilən suallara ümumi məzmunlu dolğun cavablar vermişdir. Emosional labil, intellektual amnestik funksiyaları yaşına, təhsilinə uyğun müşahidə edilmişdir. Hal-hazırda klinik əlamətlərə, anamnestik məlumatlara və təqdim etdiyi tibbi sənədlərə əsasən əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi dəyişikliklər aşkar edilməmişdir. - Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli ***/** nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. - Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuş, öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2024-cü il tarixli Baş beynin MRT müayinəsinin nəticəsi “Baş beynin kəskin atrofik dəyişikliyi. Çoxsaylı, müxtəlif ölçülü qliotik ocaqlar. Hər iki hipokampusların atrofik və sklerotik dəyişiklikləri. Mülayim pansinusit” kimi qeyd olunmuş, yaşla əlaqədar dəyişikliklər kimi dəyərləndirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

16. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, № **** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində keçirilmiş epileptiform tutmalar və koqnitiv funksiyalarin enməsilə (F07.0) aşkar olunur Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri -tibbi sənədlərə əsasən döyüş bölgəsində travma alması, bir müddətdən sonra psixi pozuntuların özünü büruzə verməsi, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də “Üzvi (İ Qarabağ müharibəi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq “Üzvi (İ Qarabağ müharibəi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. Yoxlanılan şəxs İddiaçı Üzvi (tarvma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində koqnutiv funksiyaların enməsi və epileptiform tutmalarla (F07.0) aşkar olunur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

19. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

20. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06; üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 faizlə 2 il müddətinə;

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik. 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

24. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.

25. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

26. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.

28. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.

29. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

30. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

31. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə əliliyin təyin edilməsilə bağlı tibb müəssisəsiləri tərəfindən “Forma 88” göndərişi göndərilmiş və Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni göndərişlərin qiymətləndirilməsi zamanı müxtəlif səbəblərlə iddiaçıya əlillik təyinatından imtina edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

33. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

34. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, göndərişin göndərildiyi dövrdə və halhazırda 35.qüvvədə olan Meyarlarda üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi F07.0 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, istər həmin xəstəliyin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının əlilliyinin təyinatına əsas olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozun patoloji vəziyyəti nəticəsində meydana gəldiyini və hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir.

36. Birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir.

37. Məhkəməyə daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində keçirilmiş epileptiform tutmalar və koqnitiv funksiyalarin enməsilə (F07.0) aşkar olunur Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri -tibbi sənədlərə əsasən döyüş bölgəsində travma alması, bir müddətdən sonra psixi pozuntuların özünü büruzə verməsi, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq “Üzvi (İ Qarabağ müharibəi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı - təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir.

38. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

39. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müyyən edilməsidir.

40. Göründüyü kimi iddiaçıda olan xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.

42. Bununla belə, onu da vurğulamaq zəruridir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir.

43. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir.

44. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

45. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli, *** №-li qərarına əsasən iddiaçıya “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu qoyulduğundan və əlillik səbəbi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borcludur.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilməlidir və ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə orqanizmin funksiyalarının pozulmasl faizi 35-60% olmaqla iki il müddətinə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilsin. İddiaçı ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə orqanizmin funksiyalarının pozulmasl faizi 35-60% olmaqla iki il müddətinə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar