Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-433/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “sərəncamın, tikintiyə icazənin və layihənin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X5, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın və tikintiyə icazənin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-683/2022 saylı 08 iyul 2022-ci il tarixli qərarından cavabdeh və 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Cavabdeh Başçısının 196 saylı 21 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq "xxxx" Mənzil Tikinti Kooperativinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016- cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyriyaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-6456 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə sözügedən ərazi üçün şəhərsalma əsaslandırılmasının yeni variantı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmışdır. Bununla əlaqədar xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktub öz qüvvəsini itirmiş hesab edilmişdir. 01 saylı xx.xx.2020-ci il tarixli Obyektin tikintisinə icazəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində 1,21 ha ərazidə yaşayış binasının tikintisinə Cavabdeh tərəfindən icazə verilmişdir. Hazırda İddiaçı Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Cavabdeh 196 saylı xx.xx.2016-cı il tarixli sərəncamının, Obyektin tikintisinə dair 01 saylı xx.xx.2020-ci il tarixli icazənin və bu inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK cavabdehlər İddiaçı və qeyrilərinə qarşı MTK-ya ayrılmış torpaq sahəsindəki Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində və digər küçələrdə yerləşən məzillərdən cavabdehlər İddiaçı və qeyrilərinin gələcəkdə yaşayış sahələrinə 20% əlavə edilərək "xxxx" MTK-nin vəsaiti hesabına cavabdehləri təmirli mənzil sahəsi ilə təmin etmək şərti ilə çıxarılması, yeni mənzillə təmin edilənədək "xxxx" MTK-nin vəsaiti hesabına (300-500 manat) aylıq kirayə haqqı olaraq müavinətlərin verilməsi və həmin mənzillərin sökülməsinin "xxxx" MTK-nə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda isə həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. "GLORİA PALACE” MTK-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilə tanış olduqdan sonra MTK-nin iddia tələbinin hüquqi əsası kimi Bakı şəhəri Cavabdeh 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamına istinad edilməsi məlum olmuşdur. Belə ki, Bakı şəhəri Cavabdeh 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamı birbaşa iddiaçı İ.lbrahimovanın xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid olsa da, iddiaçının həmin sərəncamın mövcud olmasından ümumiyyətlə məlumatı olmamışdır. Halbuki, qeyd olunan sərəncam iddiaçının qanunla qorunan maraqlarının və konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərarın 1.1- ci bəndinə əsasən mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndində qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması digər rayonlarla yanaşı Cavabdehnə həvalə edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarın icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Cavabdeh tərəfindən “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncam qəbul edilmişdir. Adıçəkilən Sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-ya torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib edilmişdir. Adıçəkilən Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Bakı şəhəri Cavabdeh hazırda mübahisə predmeti olan sərəncamı qəbul edərkən AR Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə düzgün əməl etməmiş, ümumiyyətlə sökülməsi nəzərdə tutulmuş binaların əhatə dairəsindən kənara çıxmışdır. Nazirlər Kabinetinin 86 nömrəli qərarının məzmunundan görünür ki, bu qərarın əhatə dairəsinə yalnız şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binaları və yararsız vəziyyətdə olan digər binalar, obyektlər aid edilmişdir. Başqa sözlə desək, sözügedən qərarla sökülməsi nəzərdə tutulan yaşayış binaları ya XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilməli, ya da ki yaşayış üçün yararsız vəziyyətdə olmalıdır. Lakin Bakı şəhəri Cavabdeh “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncam qəbul edərkən iddiaçının qanuni əsaslarla xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evinin ərazisini də "Gloria Palace” MTK-ya ayrılmış sahənin layihəsinə daxil etmişdir. Halbuki, iddiaçıya məxsus olan fərdi yaşayış evi nə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, nə də ki yararsız vəziyyətdə olmuşdur. İddiaçı xüsusi mülkiyyətində ünvan 4 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evi mövcud olmuşdur. Daha sonra, iddiaçının müraciətinə əsasən Bakı şəhəri İcra Hakmiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə ona məxsus olan köhnə evin sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş və yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı həmin fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni evin layihələndirilməsi və tikintisi ilə bağlı aidiyyəti dövlət qurumlardan razılıqlar alınmışdır. İddiaçıya məxsus olan yeni fərdi yaşayış evin tikintisi müasir tələblərə uyğun aparılmış və 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir. Eyni zamanda, qeyd edilir ki, iddiaçı 0,045 ha torpaq sahəsi üzərində ümumi sahəsi 536,40 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyəti hüququnu xx.xx.2019-cu il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətindən qeydiyyatdan keçirərək bununla bağlı mülkiyyət huququna dair müvafiq çıxarış əldə etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus olan fərdi yaşayış evi İXX və ya XX əsrlərdə deyil, XXİ əsrdə tikilmiş və yararsız vəziyyətdə olmamış, bu səbəbdən də AR Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarı ilə sökülməsi nəzərdə tutulan binaların əhatə dairəsinə daxil edilməmişdir. Lakin təəssüflər olsun ki, Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamı qəbul edərkən Nazirlər Kabinetinin 86 nömrəli qərarın tələblərini düzgün icra etməmiş və iddiaçıya məxsus olan və müasir tələblərə uyğun XXİ əsrdə inşa edilmiş fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini də əsassız və qanunsuz olaraq "xxxx" MTK-ya yaşayış binaların tikintisi üçün sonuncunun layihəsinə daxil etmişdir. Digər tərəfdən, Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamın əsassız və qanunsuz olmasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 5 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli akt təsdiq edir. Belə ki, hazırda mübahisə predmeti olan Bakı şəhəri Cavabdeh sərəncamı 21 oktyabr 2016-ci il tarixdə qəbul edilsə də, həmin sərəncamla sökülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin guya yararsız olması faktı, sərəncamın qəbul edilmə tarixindən sonra yalnız 19 iyun 2017-ci il tarixdə müvafiq akt tərtib edilməklə müəyyən edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 86 nömrəli qərarının icrasını düzgün təmin etmək məqsədi ilə Nəsimi Rayon İcra Hakmiyyəti ilkin olaraq yaşayış üçün yararsız və istismar müddəti keçmiş fərdi yaşayış evlərini müəyyən etdikdən sonra həmin evlərin sökülməsinə dair müvafiq sərəncam qəbul etməli idi. Başqa sözlə desək, ilkin olaraq Nəsimi rayonu ərazisi üzrə əvvəlki əsrlərdə tikilmiş və yaşayış üçün yararsız olan evlərə baxış keçirərək onların əhatə dairəsi müəyyən edilməli idi və daha sonra müvafiq sərəncam qəbul edilməli idi. Yəni, evlərin yayarsız olmasına dair akt hazırda mübahisə predmeti olan sərəncamın tarixindən əvvəlki tarixdə tərtib edilməli idi. Bundan başqa, sözügedən aktın məzmununa nəzər yetirdikdə belə həmin aktın formal əsaslarla tərtib edilməsi aydın şəkildə görünür. Belə ki, aktda digər evlərlə yanaşı iddiaçıya məxsus olan fərdi yaşayış evi də əks edilmişdir. Aktda göstərilmişdir ki, güya vizual baxş keçirilmiş və müəyyən edilmişdir ki, ərazidə yerləşən tikillilər XX əsrin əvvəllərində inşa edilmişdir. Eyni zamanda, evlərin yararsız vəziyyətdə olması və tikinti qaydalara və normalara ümumiyyətlə cavab vermədiyi qeyd edilmişdir. Bununla bağlı bildirilmişdir ki, ümumiyyətlə iddiaçıya məxsus olan fərdi yaşayış evinə heç bir dövlət qurumu tərəfindən baxış keçirilməmişdir. Çünki, əgər reallıqda baxış keçirilsə idi, ən azından iddiaçının qanuni əsaslarla mülkiyyətində olan fərdi yaşayış evinin XX-ci əsrdə deyil, XXİ-ci əsrdə tikildiyini və bütün mövcud olan tikinti qayda və normalara cavab verdiyini görərdilər. Həmçinin qeyd edilmişdir ki, iddiaçı uzun müddət öz ailəsi ilə həmin evdə yaşamış, hazırda da həmin evdə qeydiyyatdadır və artıq 2 noyabr 2015-ci il tarixdən isə yoldaşı X2 adına “ŞƏMS” Körpələr Evi-Uşaq Bağçanı təsis edərək həmin fərdi yaşayış evində həmçinin baxça kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin baxçanın rəhbərliyini iddiaçı özü həyata keçirir. Yəni, iddiaçı yaşadığı fərdi yaşayış evində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bununla əlaqədar olaraq yeni müştərilərin cəlb edilməsi üçün baxçanın yerləşdiyi fərdi yaşayış evində hər il müəyyən yaxşılaşdırmalar edir və təmir işləri görür. Məlum məsələdir ki, hər bir valideyn öz övladlarını yaxşı təmirli və şəraiti olan baxçaya buraxır ki, məhz bu tələblərə uyğun olmaq üçün iddiaçı mütəmadi olaraq baxçaya təmir və digər yaxşılaşdırmalarla bağlı zəruri xərclər çəkir. Belə olan təqdirdə isə qeyd olunan fərdi yaşayış evinin yararsız və istismar müddəti keçmiş olması gülüncdür və heç bir məntiqə uyğun gəlmir. Beləliklə, qeyd olunanlar bir daha Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 5 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktının formal əsaslarla tərtib edilməsinə dəlalət edir və həmin aktın həqiqiliyi ümumiyyətlə şübhə altındadır. Bundan başqa, qeyd olunmalıdır ki, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən digər fərdi yaşayış evlərin demək olar ki, hamısının yerləşdiyi torpaq sahələri evlərin mülkiyyətçilərinin deyil, dövlətin mülkiyyətindədir. Lakin onlardan fərqli olaraq iddiaçıya məxsus olan fərdi yaşayış evinin yerləşdiyi 4,5 sot torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan faktı isə daşınmaz əmlakın dövlət reyestr xidmətindən əldə edilmiş çıxarış təsdiq edir. Ən təəccüblüsü də odur ki, bir tərəfdən hazırkı mübahisə üzrə 3-cü şəxs olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnu tanıyaraq həmin hüququn dövlət qeydiyyatını keçirirək iddiaçıya buna dair müvafiq çıxarış verir, digər tərəfdən isə cavabdeh orqan xx.xx.2016-cı il tarixində iddiaçıya məxsus olan fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini sonuncunun xəbəri və məlumatı olmadan "xxxx" MTK-ya ayırır. Eyni zamanda, iddiaçıya məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ona Cavabdeh tabe olduğu Bakı şəhəri İcra Hakimiyyətinin 30 avqust 2001ci il tarixli sərəncamı ilə ayrılmışdır. Belə olan halda, cavabdeh orqanın tabe olduğu Bakı şəhər İcra Həmiyyətinin sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi daha sonra Nazirlər Kabinetinin qərarının icrasının təmin edilməsi adı ilə cavabdeh orqan tərəfindən əsassız və qanunsuz olaraq "xxxx" MTK-ya ayrılması iddiaçının mülkiyyət hüququnun kobud pozulmasına səbəb olur və qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun deyil. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. 3-cü şəxs "xxxx" MTK tərəfindən iddiaya yazılı etirazın dəlilləri: İddiaçının mübahisə etdiyi xx.xx.2020-ci il tarixli İcazə tikinti obyektinə dair müvafiq qurumlardan rəylər alındıqdan sonra Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində yerləşən və "xxxx" MTK-nin istifadəsinə verilən 1,21 ha torpaq sahəsində yaşayış binaların tikintisinə verilmişdir. Həmin İcazənin verilməsinə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə rəy - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli xx/xx-6456 №-li, xx.xx.2020ci il tarixli xx/xx-3338 Rəylər, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi - AR FHNnin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin xx.xx.2020-ci il tarixli 29643 №-li Rəyi və tikinti obyektinə dair alınmış rəylər olmuşdur. Göründüyü kimi, İcazənin verilməsinə bütün zəruri sənədlər təqdim edilmişdir. Odur ki, icazənin ləğv edilməsinə heç bir qanuni əsası yoxdur. İddiaçı öz əmlak hüququndan sui-istifadə etməklə digər mülkiyyətçilərinin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına şərait yaradır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsaslanmışdır. Qərarda qeyd olunmuşdur ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın”. Bundan əlavə, bildirilmişdir ki, qeyd edilən layihədə dəyişiklik aparılması qeyri-mümkündür. Belə ki, İddiaçı mülkiyyətindəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində 8 mərtəbəli B-blokunun tikintisi nəzərdə tutulmuşdur. Təqdim edilən layihədən və şəkillərdən də layihədə dəyişikliklərin aparılmasının qeyri-mümkünlüyü müəyyən olunur. Layihəyə əsasən tikilməli olan binaların yanğınsöndürmə, kommunikasiya sistemləri, yanğın signalizasiya xəttləri (Avtomatlaşdırılmış sprinkler sistemi) bir-biri ilə bağlıdır. Xüsusən də, həmin B-bloku tikilmədiyi halda, digər D və H bloklara çıxışları olmayacaq. Ona görə də, layihənin iddiaçıya məxsus evi hissəsində ləğv edilməsi tələbi də tamamilə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-683/2022 saylı 08 iyul 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında olan fərdi yaşayış evi hissəsində ləğv edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-683/2022 saylı 08 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbinin “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında cavabdeh Bakı şəhəri Cavabdeh 196 saylı 21 oktyabr 2016-cı il tarixli Sərəncamının və Bakı şəhəri Cavabdeh 01 saylı xx.xx.2020-ci il tarixli Obyektin tikintisinə icazənin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi hissəsində etibarsız hesab edilərək ləğv edilməsi” hissəsində təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Məhkəmə qərar qəbul edərkən komitənin mövqeyini nəzərə almamış, baxmayaraq ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İddiaçının mübahisə etdiyi xx.xx.2020-cı ıl tarixli İcazə tikinti obyektinə dair müvafiq qurumlardan rəylər alındıqdan sonra Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinskı, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində yerləşən və "xxxx" MTK-nin istifadəsinə verilən 1,21 ha torpaq sahəsində yaşayış binaların tikintisinə verilmişdir. Həmin İcazənin verilməsinə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə rəy - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli xx/xx-6456 №-li, 21 08.2020-ci il tarixli, xx/xx-3338 saylı Rəyləri, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi - AR FHN-nin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin 24 07.2020-ci il tarixli 29643 №-li Rəyi və tikinti obyektinə dair alınmış rəylər əsas olmuşdur. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, iddiaçının “xx.xx.2020-ci il tarixli İcazənin ləğv edilməsi” tələbinə dair ərizənin AR İPM-nin 49.1 -ci maddənin pozulması ilə təqdim edilməsinə görə ərizə baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə tərəfindən şifahi məhkəmə baxışında qəbul edilmiş və araşdırılmadan həmin gün qərar qəbul etmişdir. Halbuki, iddiaçı öz ərizəsində İcazənin hansı əsaslarla ləğv edilməli olduğunu ümumiyyətlə göstərməmişdir. Məlum olduğu kimi, mübahisəli Nəsimi RİH-nın Sərəncamı AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə bağlı olmuş və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai. Nərimanov, Nizami, Yasamal, Səbail, Pırallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li 25 fevral 2016-cı il tarixli Qərarın 1.1-ci bəndində müəyyən edilmişdir ki, “mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini Bakı şəhəri Cavabdeh tərəfindən 5 il müddətinə həyata keçirilməlidir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarında müəyyən edilir ki, AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixlı 86 nömrəli Qərarı ləğv edilmişdir. Həmin Qərarın 4.5-ci bəndini təmin etmək məqsədi ilə Cavabdeh 1-2378, xx.xx.2019-cu il tarixli məktubu ilə Nəsimi rayonu ərazisində tikintiyə icazə icraatına başlanmış layihələndirilməsi barədə sərəncam qəbul edilmiş obyektlərə dair, o cümlədən "xxxx" MMC tərəfindən aparılmış işlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat təqdim edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetindən və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-in ünvanına irad bildirilməmişdir. Beləliklə, Cavabdeh tərəfindən tikintinin layihələndirilməsi barədə mübahisəli 196 nömrəli Sərəncamı 21 oktyabr 2016-cı il tarixdə artıq qəbul edildiyindən, AR Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarının tələbləri qüvvədə olmuşdur. 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayətinin dəlilləri: Mübahisəli Cavabdeh xx.xx.2016-cı il tarixli 196 saylı Sərəncamı sakinlərin, o cümlədən iddiaçının, mülkiyyət hüququndan məhrum edilməsinə və ya xüsusi mülkiyyətlərindən məhrum olunmalarına deyil, onların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. İcra hakimiyyəti tərəfindən üçüncü şəxs "xxxx" MTK-yə sakinlərin mənzillərinin yerləşdiyi torpaq sahəsinin istifadəyə verilməsi həmin mənzillərin qəzalı vəziyyətdə olması, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, həm də məhəllənin və ümumiyyətlə səhərin müasir memarlıq üslubunun müasirləşdirilməsi məqsədi ilə olmuşdur. Həmin sakinlərin mənzillərindən çıxarılması heç də onların mülkiyyətlərindən mərhum olması anlamına gəlmir. Onlarla bağlanacaq müqavilənin şərtinə görə sökülmüş hər mənzilin sahəsinə əlavə 20% faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda mülkiyyət hüququ müəyyən müddət məhdudlaşdırılmış olsa da, faktiki olaraq bağlanmış müqavilə onların müasir tələblərə cavab verən yeni daha şəraitli mənzillərlə təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binaların sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tilintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Cavabdehnə tapşırılmışdır. Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəv Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsisməsindəki məhəllədə yerləşən ərazinin 1.21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" Mənzil Tikinti Kooperativinə istifadəyə verilmişdir. Qeyd edilən Sərəncam əsasında ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilmişdir. Daha sonra, Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində yerləşən və "xxxx" MTK-nin istifadəsinə verilən 1,21 ha torpaq sahəsində yaşayış binaların tikintisinə İcazə verilmişdir. Tikinti obyektinə dair müvafiq qurumlardan rəylər alınmışdır. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olmasına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli rəyləri də verilmişdir. Mübahisəli Nəsimi RlH-nin Sərəncamı AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə bağlı olmuş və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li 25 fevral 2016-cı il tarixli Qərarın 1.1-ci bəndinə əsasən, digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə səhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən 226 yaşayış binasının və digər tikililərinin sökülməsi nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Qərarın 1,2-ci bəndində “hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki Qanunvericiliyə uyqun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması” da təsbit edilmişdir. Cavabdeh ərazinin planlaşdırılması hüququna malik müvafiq səlahiyyətli orqan kimi sərəncam qəbul etmişdir. Həmin Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li 25 fevral 2016-cı il tarixli Qərarına zidd olmamış və həmin Qərarın 1.3cü bəndinin tələblərinə uyğun olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li 25 fevral 2016- cı il tarixli Qərarın 1.4-cü bəndində “tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması” nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2016-cı il tarixli 196 №-li Sərəncamı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktuba əsasən qəbul edilmiş və Sərəncamda göstərilən ərazi üçün təqdim olunmuş şəhərsalma əsaslandırılması layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 02/07- 6456 №-li məktubu ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarının 1.2-ci bəndinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması müvafiq yerli icra hakimiyyəti orqanına tapşırılmışdır. Odur ki, işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz. "xxxx" MTK tərəfindən İddiaçı mülkiyyətindəki fərdi yaşayış evi uşaq bağçası kimi fəaliyyət göstərildiyindən ona Abbas Səhhət küçəsində inşa edilən yeni yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində hər iki obyektin ümumi sahəsi 536,40 kv.m. olmaqla qeyri-yaşayış obyektləri təklif olunmuşdur. Bundan əlavə, mülkiyyətində olan 4,6 sot torpaq sahəsinin əvəzinə bazar dəyərinə uyğun kompensasiya da təklif olunmuşdur. Lakin, İddiaçı ilk əvvəl çox yüksək məbləğdə kompensasiyanın verilməsini tələb etmiş və bu səbəbdən razılıq əldə olunmamışdır. İddiaçı mülkiyyətindəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində 8 mərtəbəli Bblokunun tikintisi nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim olunan layihədən və şəkillərdən də layihədə dəyişikliklərin aparılmasının qeyri-mümkünlüyü müəyyən olunur. Layihəyə əsasən tikilməli olan binaların yanğın-söndürmə, kommunikasiya sistemləri, yanğın signalizasiya xəttləri (Avtomatlaşdırılmış sprinkler sistemi) bir-biri ilə bağlıdır. Xüsusən də, həmin B-bloku tikilmədiyi halda, digər D və H bloklara çıxışları olmayacaq. Məhkəməyə ekspert rəyində olan ziddiyyətləri ilə bağlı ekspertin dindirilməsi zəruri olduğu bildirilsə də hakim əsassız olaraq bundan imtina etmiş və digər sübutlarla qiymətləndirəcəyini bildirmişdir. Lakin, məhkəmə bilə-bilə bu ziddiyyətləri görməzdən gələrək rəyin nəticələrini əsas götürmüş və bununla kobud şəkildə AR MPM-nin 101.6-cı, 101.7-ci və 103.1-ci maddələrin tələblərini pozmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı zaman birinci instansiya məhkəməsinin hakimi məhkəmə təcrübəsinə və İPM-nin 13-cü maddəsinə istinad edərək iddiaçının nümayəndəsinə təklif etmişdir ki, iddiaçı iddia tələblərinə əlavə ərizə təqdim edərək həmçinin xx.xx.2020-ci il tarixli icazənin və sərəncamın icrası ilə bağlı təsdiq edilmiş layihənin ləğv edilməsi tələbi irəli sürsün və cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini cəlb etsin (s.232-233). Hesab edilir ki, hakim tərəfindən iddiaçıya əlavə iddia tələbinin təqdim edilməsinə təklif edilməsi AR İPM-nin 13-cü maddəsində nəzərdə tutulmamış, iddiaçıya bunu təklif edilməsi hakimin bilavasitə işin nəticəsinə maraqlı olduğunu göstərir. Həmçinin, İPM-nin 13-cü maddəsində nəzərdə tutulan yardım etmək vəzifəsini hakim tərəfindən İPM-nin 49.1-ci maddəsində qeyd edilən qaydada yerinə yetirilməlidir. Artıq 3 hazırlıq iclasları keçirilmiş, həmçinin bu işlə bağlı müvəqqəti təminat tədbiri ilə əlaqədar bir neçə proseslər keçirilmiş, həmin iclaslarda hakim tərəfindən iddia tələblərinin dəqiqləşdirilməsinə zərurət olduğuna dair hər hansı təklif olunmamış və birdən şifahi məhkəmə iclası zamanı iddiaçıya yardım etmək vəzifəsindən istifadə etmək qərarına gəldi. Ona görə də, iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizəni elektron məhkəmə portalından “şəxsi kabineti” vasitəsi ilə təqdim etmiş və ‘‘Bakı Şəhəri Cavabdeh xx.xx.2016-cı il tarixli 196 nömrəli Sərəncamının, Obyektin tikintisinə dair 1 nömrəli xx.xx.2020-ci il tarixli icazənin və bu inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi hissəsində ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Həmin ərizədə sadəcə yeni tələblər qoyulmuş, lakin heç biri əsaslandırılmamışdır. Həmin ərizə prosessual pozuntularla verildiyindən baxılmamış saxlanılmalı olduğu halda məhkəmə onu qəbul etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə baxışları cavabdehin iştirakı təmin olmadan keçirilmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddia tələblərinin artırılması ilə bağlı ərizənin cavabdehə təqdim edilməsi və cavabdehdən həmin tələblərə qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə məhkəməyə bildirilməsi barədə Sərəncam göndərilməlidir. Lakin məhkəmə bu prosessual hərəkətləri etmədən, cavabdehin iştirakını təmin etmədən qanunsuz qərar qəbul etmişdir. İş materiallarında cavabdehə göndərilən bildirişin surəti olmasına baxmayaraq, həmin bildirişin lazımi qaydada göndərilməsi və çatdırılması (xəbərnaməli) barədə heç bir təsdiqedici sənəd yoxdur. Həmçinin 49.1-ci maddənin tələblərindən göründüyü kimi, iddia tələblərinin artırılması ilə bağlı verilmiş ərizə şifahi məhkəmə baxışı başlayana qədər verilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələblərinin dəyişdirilməsi ilə bağlı ərizənin şifahi məhkəmə baxışı zamanı qəbul edilərək, həmçinin iddia tələblərinin dəyişdirilməsi ilə bağlı ərizənin cavabdehə təqdim edilməsi və cavabdehdən həmin tələblərə qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə məhkəməyə bildirilməsi barədə Sərəncamı göndərilməməsi, bütün zəruri tədbirlər görülmədən və hazırlıq sənədləri tamamlamadan şifahi məhkəmə baxışı təyin edərək, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.1-ci və 47.2-ci və 49.1- ci maddələrin tələblərini kobud şəkildə pozulmuşdur. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 683/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin qərardaddan sonra xx.xx.2022-ci il tarixdə sonuncü şifahi məhkəmə iclası keçirilmiş və qərar elan edilmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilən bildirişin surəti olmasına baxmayaraq, həmin bildirişin lazımi qaydada göndərilməsi və çatdırılması (xəbərnaməli) barədə heç bir təsdiqedici sənəd yoxdur. Göründüyü kimi, məhkəmə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində formal olaraq cəlb etmiş, lakin iştirakını lazımi qaydada təmin etməyərək, onun hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqlarını pozaraq, iştirakı olmadan işə baxmış və qərar vermişdir. Bununla da, məhkəmə Ali Məhkəməsinin İK-nın qeyd edildiyi Qərardadın göstərişlərinə riayət etməməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək hər iki şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X7 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək hər iki şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X10 və digər nümayəndə və Vəkil hər iki apellyasiya şikayətini qəbul etməyərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 3-cü şəxs statusları ləğv edilmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 30 yanvar 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı mübahisələndirdiyi sərəncam və tikintiyə icazə sənədi barədə "xxxx" MTK-nin ona qarşı Nəsimi rayon Məhkəməsində qaldırdığı iddia ilə bağlı mülki işə baxılarkən məlumatlı olmuş və dərhal inzibati məhkəmə icraatı qaydasında hazırki iddianı qaldırmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi sənədlər barədə məlumatlı olduğu vaxtdan qanunla müəyyən edilmiş müddət daxilində iddia qaldırdığı üçün onun iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi “Bakı şəhəri Cavabdeh 196 saylı xx.xx.2016-cı il tarixli sərəncamının və Obyektin tikintisinə dair 01 saylı xx.xx.2020-ci il tarixli icazənin onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin iddia tələblərinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinin (köhnə evin) sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş, yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı həmin fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni fərdi yaşayış evinin tikintisi 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, tədqiq olunan ünvanda 0,045620 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 536,4 kv.m. olan yaşayış evi İddiaçı mülkiyətindədir. Baxış aparılmış ölçü işləri nəticəsində tədqiq olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri həmin idarə tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərarın 1.1-ci bəndinə əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndində qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması digər rayonlarla yanaşı Cavabdehnə həvalə edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarının icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Cavabdeh tərəfindən “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncam qəbul edilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-ya torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib edilmişdir. Adıçəkilən Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Nazirlər Kabinetinin qeyd edilən qərarının məzmunundan görünür ki, həmin qərarın əhatə dairəsinə yalnız şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binaları və yararsız vəziyyətdə olan digər binalar, obyektlər aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarından:
3. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilsin.
4. Bakı şəhərinin digər icra hakimiyyətləri ilə yanaşı Cavabdeh bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını. Hazırda mübahisələndirilən Bakı şəhəri Cavabdeh “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamı ilə iddiaçıya məxsus (xüsusi mülkiyyətində olan) torpaq və üzərindəki (xüsusi mülkiyyətində olan) tikilinin də daxil olduğu ərazi mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-ya torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırmanı X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə olan araşdırma sxeminə uyğun şəkildə apararaq hesab etmişdir ki, mübahisələndirilən sərəncamın iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş tikinti-texniki ekspertizasının 10/6872 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən baxış zamanı aşağıdakılar müəyyən olunmuşdu: ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi zirzəmili, 2 mərtəbəli, mansardlı olub 2004-cü ildə inşa edilmişdir. Fərdi yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 13,5 x 12,9 metrdir. Ev karkas tipli olub əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-betondandır. Damı çardaq tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Baxış zamanı fərdi yaşayış evinin əsas yükdaşıyan konstruksiyalarında çat və deformasiyalar müşahidə edilmədi. Fərdi yaşayış evi halhazırda qeyri-yaşayış obyekti kimi istismar edilir. 1-ci, 2-ci və 3-cü suallar üzrə bildirilmişdir ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi karkas (əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-beton sütun, rigel, örtük tavası və s.) tipli inşa edilmişdir. Fərdi yaşayış evinin 2004-cü ildə (evin xx.xx.2019 - cu il tarixli, 04/331 nömrəli texniki pasportuna əsasən) edildiyini nəzərə alsaq ev yeni inşa edilmiş tikililərə aiddir. ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir. 4-cü və 5-ci suallar üzrə bildirilmişdir ki, bu suallar inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün cavablandırılmayıb. Məhkəmə tikinti-texniki ekspertizası çərçivəsində mütəxəssisin ayrılması və müvafiq rəyin verilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, sözügedən ünvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının icrası çərçivəsində "xxxx" MTK tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilməkdədir. Təqdim olunmuş məhkəmə qərarının 4-cü və 5-ci bəndlərinin cavablandırılması ilə əlaqədar olaraq bildirilmişdi ki, sözügedən fərdi yaşayış evinin sökülmədən "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyil və həmin ev məhəllənin yenidən planlaşdırılması baxımından mövcud şəhərsalma tələblərinə cavab vermir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun həyata keçirilir. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunmuşdu ki, qərardadın birinci dördüncü sualları üzrə: Tədqiqat ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi üzrə aparılır. Tədqiqatın aparılması tədqiq olunan ünvana baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə İddiaçı xüsusi mülkiyyətində ünvan 4 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinin köhnə evin sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş və yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı həmin fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni fərdi yaşayış evin tikintisi 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli çıxarışa əsasən tədqiq olunan ünvanda 0,045620 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 536,4 m2 olan yaşayış evi İddiaçı mülkiyətindədir. Baxış aparılmış ölçü işləri nəticəsində tədqiq olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri həmin idarə tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Bakı şəhəri Cavabdeh Başçısının 196 saylı xx.xx.2016-ci ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə "xxxx" MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün 1,21 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əlavə olunmuş 1/4 saylı ayrıc aktına əsasən, "xxxx" MTK-ya yaşayış binalarının tikintisinə ayrılmış 1.21 ha torpaq sahəsi Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşməklə eni 75,25m(75,37m), uzunluğu 158,94m (160,74m) təşkil edir (Müvafiq sxem əlavə olunmuşdur) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli XO-xx.xx.2021-07551 saylı məktubundan görünür ki, ünvan 10 ünvan-74 yerləşən, X4 məxsus fərdi yaşayış evi barədə Məhkəmənin icraatında olan 2- 1(112)-4636/2021 nömrəli iş üzrə xx.xx.2021 -ci il tarixli müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmış və sözügedən ünvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının icrası çərçivəsində "xxxx" MTK tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilməkdədir. Təqdim olunmuş məhkəmə qərarının 4-cü və 5-ci bəndlərinin cavablandırılması ilə əlaqədar olaraq bildirilmişdir ki (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən), sözügedən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyil və həmin ev məhəllənin yenidən planlaşdırılması baxımından mövcud şəhərsalma tələblərinə cavab vermir. Ekspertizaya təqdim olunmuş, "xxxx" MMC tərəfindən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə "xxxx" MTK-a tərəfindən inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının eskiz layihəsi hazırlanmış və həmin layihəsi 25 noyabr 2019-ci il tarixdə Bakı şəhəri Cavabdeh ilə razılaşdırılmışdır. Eskiz layihəsinə əsasən "xxxx" MTK-a tərəfindən ayrıc aktı ilə ayrılmış sahədə inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının zirzəmisi qaraj kimi və Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsinə paralel binalar nəzərdə tutulmuşdur. Layihə üzrə binaların həyətyanı sahəsinə əsas giriş Abbas Səhhət, Xan Şuşiski küçələrindən nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının evi qəzalı vəziyyətdə olmadığından (əksinə iş materiallarına əsasən müəyyən edilir ki, istismara yararlı, işlək vəziyyətdə olan yeni tikilidir) Nazirlər Kabinetinin müvafiq qərarın tələbləri ona şamil oluna bilməz. Odur ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,045620 ha torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin icarə əsasında digər şəxsin istifadəsinə verilməsinin qanuniliyinin əsaslandırılması mümkün deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 11 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın məzmunu elə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi, eləcə də iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib edilmişdir. Odur ki, məhkəmə cavabdehin istinad etdiyi həmin aktın sərəncamdan sonra tərtib edilməsinə, eləcə də mötəbərliliyinə dair iddiaçının dəlillərinə münasibət bildirməyə prosessual qənaət prinsipindən çıxış edərək ehtiyac duymur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sözügedən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün olmaması və həmin ev məhəllənin yenidən planlaşdırılması baxımından mövcud şəhərsalma tələblərinə cavab verməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hal bir tərəfdən mötəbərliyi hər hansı şəkildə təkzib edilməyən ekspert rəyi ilə təkzib olunur, digər tərəfdən vaxtilə mübahisələndirilən sərəncamın qəbul edilməsi üçün əsas hesab olunan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktub elə Komitə tərəfindən sözügedən ərazi üçün təqdim olunmuş şəhərsalma əsaslandırılmasının yeni variantı razılaşdırılmaqla əlaqədar olaraq, öz qüvvəsini itirmiş hesab edilmişdir. Qeyd edilən hal həmin layihədə dəyişiklik aparılmasının mümkünsüzlüyünə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəlilini təkzib edir. Tikintiyə icazə sənədinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir: Şəhərsalma və Tikinti Məcəlləsindən: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarına 19 fevral 2018-ci il tarixli 56 nömrəli Qərarla dəyişiklik edilmiş redaksiyasına əsasən, müvafiq yerli icra hakimiyyəti orqanına, o cümlədən Cavabdehnə: 1.4. tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsinin həyata keçirilməsi tapşırılmışdır. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli № 226 Fərmanının 4.7-1.2.1-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1 və 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyətinin səlahiyyətləri Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Hazırki işdə inzibati orqan tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçının mülkiyyət hüququna toxunur, iddiaçı həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş sərəncamın və tikintiyə icazə sənədinin onun evinə aid olan hissədə ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbi yuxarıda da qeyd olunduğu kimi, müvafiq sərəncam və tikintiyə icazə sənədinin onun evinə aid olan hissədə ləğv edilməsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsi qərarının nəticəvi hissəsində həmin iddia tələblərinin təmin olunması qənaətinə gələrkən adı çəkilən sərəncam və obyektin tikintisinə icazənin iddiaçıya məxsus fərdi yaşayış evi hissəsində “etibarsız hesab edilərək ləğv edilməsi”ni göstərmişdir. Hazırki işdə iddiaçının tələbinə uyğun olaraq mübahisələndirilən aktların etibarsız hesab edilməsi deyil, onların ləğv edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin aktlar iddiaçının mübahisələndirdiyi hissədə, yəni onun evinə aid olan hissədə ləğv edilməsi yetərlidir, həmin aktların “etibarsız hesab edilməklə ləğv olunması”nın məhkəmə qərarının nəticəvi hissəsində göstərilməsi isə kobud pozuntu hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv olunması üçün də əsas yaratmır. Apellyasiya şikayətlərində qeyd etdiyi dəlillərə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-683/2022 saylı 08 iyul 2022-ci il tarixli qərarı mübahisələndirilən sərəncam və obyektin tikintisinə icazə sənədinin iddiaçının evinə aid hissədə “etibarsız hesab edilməsi” istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Bakı şəhəri Cavabdeh və 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-683/2022 saylı 08 iyul 2022-ci il tarixli qərarı mübahisələndirilən sərəncam və obyektin tikintisinə icazə sənədinin iddiaçının evinə aid hissədə “etibarsız hesab edilməsi” istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov