Məhkəmə qərarları › İş №2-1(103)-433/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-433/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-433/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X39 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X36 qızının katibliyi katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, cavabdehin nümayəndələri X2 və X24 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-1(112)- 520/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********137136 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X37 Departamentinin xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarına əsasən İddiaçı MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli, **********6189514 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı zəruri olan sənədlərin təqdim olunması üçün xx.xx.2019-cu il tarixli, **********187059 nömrəli tələbnamə verilmişdir. Həmin tələbnamə əsasında vergi müfəttişlərinə kassa sənədləri (mədaxil və məxaric orderlərin surəti, dövriyyə cədvəlləri), debitor və kreditor borclar haqqında arayış (yoxlama dövrünün əvvəlinə və sonuna olan qalıqlar), göndərilmiş hesab-fakturalar və aktlar, xidmət müqaviləsi ilə işləyən sürücülərin xidmət haqqı cədvəli, yoxlanılan dövr ərzində sifarişlərin siyahısı, vergi auditi tədqiqinin sorğu anketi, balansda olan nəqliyyat vasitələri haqqında məlumat, balansda olan nəqliyyat vasitələrini idarə edən sürücülər haqqında məlumat icarəyə götürülmüş nəqliyyat vasitələri və onları idarə edən sürücülər haqqında məlumat, əmək haqqının hesablanması cədvəlləri, debitor və kreditorlarla bağlanmış müqavilələrin surəti, daxil olmuş SMS-lərin təyinatı barədə izahat, 2018-ci ilin balansı, 2019-cu ilin balansı, direktorun və sürücülərin izahatları təqdim olunmuşdur. Həmin sənədlər əsasında vergi müfəttişləri bu nəticələrə gəlmişdirlər. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişlərinin gəldiyi nəticələr: müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası: İddiaçı MMC tərəfındən taksi sifarişlərinin "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Technologies” MMC tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün vergi müfəttişləri tərəfindən İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, İddiaçı MMC ilə ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə “X47 Marketing Technologies” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17-06/12 nömrəli müqaviləyə əsasən, ******* ədəd sms alındığı, eyni zamanda İddiaçı MMC ilə “Softline" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə İddiaçı MMC tərəfindən yuxarıda göstərilən şirkətlərdən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Technologies” MMC-yə vergi müfəttişləri tərəfindən məktublar ünvanlanmış, lakin sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. İddiaçı MMC direktoru tərəfindən təqdim edilmiş xx.xx.2019- cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4,94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4,94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4,94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1210973*4,94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilmişdir. Sürücülərin izahatları əsasında mövcud olmayan fəaliyyətin müəssisəyə aid edilməsi: Səyyar vergi yoxlaması ilə bağlı İddiaçı MMC-nin direktoru tərəfindən verilmiş izahata əsasən müəssisə tərəfindən taksi sifarişlərinin yalnız nağdsız qaydada korporativ və goldenpay müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə müəssisə tərəfindən nağdsız (goldenpay və korporativ) müştərilərə deyil, eyni zamanda nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Taksi sürücüləri 189 taksi ilə bağlı (189 taksi platforması vasitəsilə taksi xidməti göstərən şirkətlər İddiaçı MMC və “Call Center" MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə PayPoint, Milliön və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Digər vergi ödəyicilərinin vergi öhdəliklərinin müəssisənin vergi öhdəliklərinə aid edilməsi: Sürücülər tərəfindən göstərilən taksi xidmətiərinin müqabilində balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək 189 taksi xidmətinin hesabına yığılır, o hesabdan isə 189 taksi xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda İddiaçı MMC, "xxxx" MMC) müəssisələrin hesabına deyil, 189 taksi ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddin oğluna (VÖEN **********, İddiaçı MMC-nin direktoru) 227908,41 manat, X27 (VÖEN **********, İddiaçı MMC-nin əməkdaşı) 216882,98 manat, X10 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 219016,75 manat, X19 (VÖEN **********, “Ağ Taksi" MMC-nin əməkdaşı) 13030,78 manat, X20 (VÖEN **********) 251039,36 manat, X21 (VÖEN **********, ''Call Center” MMC-nin əməkdaşı) 198934,14 manat, X22 (VÖEN **********, İddiaçı MMCnin əməkdaşı) 140402,85 manat, X12 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 78878 manat, X23 (VÖEN **********) 98911,33 manat, X5 (VÖEN **********, “Enar Taksi" MMC-nin əməkdaşı) 141591,23 manat və X3 (VÖEN **********) 83553,77 manat, cəmi 1670149,6 manat vəsait köçürülmüşdür. Bu məbləğlərin heç biri 189 taksi ilə bağlı şirkətilərin dövriyyələrində əks etdirilməmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fiziki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də yoxlama ilə müəssisə tərəfindən 1192 fiziki şəxsinin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyəri cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən müəssisənin xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərini bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfindən 72621 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 33509 (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil, eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Yuxarıda qeyd olunmuş nəticələrə əsaslanaraq, vergi müfəttişləri yoxlama aktında yoxlama dövrü üzrə "Bizim Taksi” MMC tərəfindən vergilərin 281659,59 manat (mənfəət vergisi 94095,25 manat, ƏDV 168890,54 manat, sadələşdirilmiş vergi 4583,8 manat, ödəmə mənbəyində tutulan vergi 14090,0 manat) azaldıldığı, sadələşdirilmiş verginin 2268,49 manat artıq hesablandığı qeyd edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 140829,81 manat maliyyə sanksiyası və VM-nin 57.1-ci maddəsinə əsasən 680,0 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur və cəmi hesablama (2816xx.xx- 140829.81-2268.49+680.0) = 420900.91 manat məbləğində olmuşdur. Səyyar vergi yoxlamasının aktı əsasında xx.xx.2020-ci il tarixdə **********137136 saylı qərar və **********443400 saylı tələbnamə İddiaçı MMC-yə təqdim olunmuşdur. Həmin qərardan verilmiş inzibati şikayətə baxılması əsasında xx.xx.2021-ci il tarixli, **********952700 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli, **********952700 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət olunmuş və şikayət üzrə bu günədək heç bir qərar qəbul edilməmişdir. Qərarın ləğv olunması məqsədi ilə yoxlama üzrə əldə olunmuş nəticələrin yanlış olması barədə İddiaçı MMC tərəfindən təqdim olunan izahatlar və dəlillər: müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası üzrə: İddiaçı MMC nağdsız taksi sifarişlərinin yerinə yetirilməsini həyata keçirir və bu məqsədlə istifadəsinə olan avtonəqliyyat vasitələri ilə taksi xidmətini göstərir. İddiaçı MMC yalnız nağdsız qaydada sifarişlərin qəbulunu həyata keçirir ve onları icra edir. İddiaçı MMC tərəfindən taksi sifarişlərinin yerinə yetirilməsi zamanı istifadə olunan SMS-lər müxtəlif istiqamətlər üzrə göndərişləri mümkündür və bunlara aiddir: sifarişin təsdiqi, sifarişin dəqiqləşdirilməsi, sifariş məbləğinin və marşrutunun dəyişməsi, sifarişin ləğv olunması, kampaniya və aksiyalar barədə məlumat, xidmət keyfiyyətinin qiymətləndirilməsi, bayram təbrikləri, sürücülərə göndərilən sifariş sms-ləri, sürücülərə göndərilən və sifarişlə əlaqəli olmayan sms-lər. İddiaçı MMC-nin mühasibat uçotunun qurulması və aparılması qaydası icra olunmuş sifarişlərə bağlıdır və bu səbəbdən SMSlərin uçotu aparılmır və göndərilməsinə nəzarət mövcud deyil. SMS-lərin hansı istiqamət üzrə göndərilməsi İddiaçı MMC-nin əməkdaşları tərəfindən həyata keçirilir və bu barədə müstəqil qərar qəbul edilir. Misal üçün: bayram təbriki SMS-lərinin kütləvi şəkildə bütün abonentlerə göndərilməsi və s.. Bu tip göndərişlər barədə qərarı öncədən planlaşdırmaq olmur və SMS-lərin göndərişləri faktiki hal və zərurət üzrə həyata keçirilir. Bundan əlavə olaraq qanunvericilikdə xidmətin təşkilində istifadə olunan SMS-lərin dəqiq uçotunun aparılmasına dair heç bir tələb mövcud deyil. "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Technologies” MMC ilə müqavilələr bağlandığı zaman İddiaçı MMC-nin direktoru X13 olub və müqavilənin hansı şərtlərlə bağlanılması (hədiyyə olaraq müəyyən sayda SMS-lərin pulsuz olaraq təqdim edilməsi və s.) tərəflər arasında müstəqil qaydada müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişlərinin dəlil kimi qeyd etdikləri pulsuz SMS-lərdən əlavə pullu SMS-lərin hansı səbəbdən alınması barədə (cəmi ******* ədəd SMS) bu da bildirilir ki, xidmətin təşkilində istifadə olunan SMS-lərin kifayət etməməsi, biznesin genişləndirilməsi kimi səbəblər əlavə pullu SMS-lərin alınmasını zəruri etmişdir. Bundan əlavə olaraq, müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülməsinin mümkünlüyü barədə ekspert rəyinin alınması üçün "Bizim Taksi” MMC tərəfindən “X9”nə müraciət olunmuşdur. “X9”nin xx.xx.2020-ci il tarixli cavab məktubunda ekspert rəyi kimi bildirilmişdir ki, “SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib SMS-lər əsasında müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablama metodu kimi əsas götürülə bilməz”. Buna baxmayaraq vergi müfəttişləri SMS-lərin cəmi sayından yalnız reklama sərf olunan 35%-i çıxaraq, İddiaçı MMC-nin əldə etdiyi mənfəətin hesablanması üçün xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarının hesablanması metodunda SMS-lərin 65%-ni nəzərə almışdır. Bu hesablama metodun nəticəsi kimi vergi müfəttişləri tərəfindən yalnış olaraq İddiaçı MMC tərəfindən göstərilən 1 taksi gedişinin orta qiymətinin 4,94 manat olduğu və bunun əsasında yanlış olaraq İddiaçı MMC “sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən" (İddiaçı MMC sifarişlərin ötürülməsi xidmətləri ilə məşğul deyil və yalnız taksi fəaliyyəti üzrə işləyir) əldə etdiyi gəlirin 1131047,1 manat olması müəyyən edilmişdir. Sürücülərin izahatları əsasında mövcud olmayan fəaliyyətin müəssisəyə aid edilməsi: Səyyar vergi yoxlaması zamanı vergi müfəttişləri tərəfindən 3 nəfər sürücüdən izahatlar götürülmüşdür. İzahatlar götürülən zaman vergi müfəttişləri sürücülərə seçici və məqsədyönlü suallar verərək yalnız lazımı cavabın əldə edilməsinə nail olmuşlar. Belə ki, sürücü qarşısında sual qoyulan zaman “Bizim Taksi" MMC-nin adı çəkilməyərək, onların “189 taksi”-yə aid fəaliyyətlərinə dair suallar verilirdi. Bildirilir ki, “189 taksi“ kimi fəaliyyət göstərən qurum mövcud deyil, bu 189 bir brenddir və bu brend altında bir çox müstəqil və bir-birinin fəaliyyətinə, yaxud vergi öhdəliyinə heç bir aidiyyəti olmayan müəssisələr çalışır. Sıravi sürücü bu barədə ətraflı məlumata malik olmaması səbəbindən izahatında "Bizim Taksi” MMC-nin fəaliyyətinə aid olmayan fəaliyyət barədə səhv izahat verib. Belə ki, bütün fəaliyyət dövrü ərzində İddiaçı MMC heç vaxt nağd taksi sifarişlərini nə qəbul edib, nə də icra edib. İddiaçı MMC-nin izahatda sürücülər tərəfindən səhv qeyd olunan kimi heç bir ofisində sürücülərdən nağd pulun qəbulu həyata keçirilmir və İddiaçı MMC sürücülər ilə hesablaşmaları nağdsız qaydada aparır. Buna baxmayaraq vergi müfəttişləri sürücülərin izahatlarını yoxlamayaraq, yaxud bu barədə heç bir sübut və təsdiq əldə etmədən səyyar vergi yoxlaması üzrə müəyyən əsassız və səhv nəticələrə gəliblər. Digər vergi ödəyicilərinin vergi öhdəliklərinin müəssisənin vergi öhdəliklərinə aid edilməsi: Vergi müfəttişləri səyyar vergi yoxlaması aktında 11 nəfər fərdi sahibkar olan fiziki şəxslərin fəaliyyətləri zamanı yaranmış dövriyyəni, bu şəxslərlə heç bir hüquqi və faktiki fəaliyyət yaxud əlaqənin olmadığı halda, yalnış olaraq İddiaçı MMC-nin əldə edə biləcəyi gəlir kimi tanımışdır və bunu “189 taksi xidməti ilə bağlı olan şirkətlər” kimi əsaslandırmışdılar. Bununla əlaqədar bildirilir ki, nə Əskərov Ağa-Kərim Fəxrəddin oğlunun (VÖEN **********), nə X25 (VÖEN **********), nə X7 (VÖEN **********), nə X14 (VÖEN **********), nə X15 (VÖEN **********), nə X16 (VÖEN **********), nə X17 (VÖEN **********), nə X11 (VÖEN **********), nə X18 (VÖEN **********), nə X4 (VÖEN **********), nə də X1 (VÖEN **********) İddiaçı MMC-nin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur (müqavilə yaxud digər hər hansı əsas). "Bizim Taksi” MMC-nin müstəqil vergi ödəyici olmasına baxmayaraq vergi müfəttişləri qanunvericilkdə nəzərdə tutulmamış qaydada və öz fərziyələrinə əsaslanaraq və bu barədə heç bir təsdiq yaxud sübut olmadığı halda digər vergi ödəyicilərin müstəqil öhdəliklərini İddiaçı MMC-yə aid edirlər. Əsassız hesablama metodun tətbiqi nəticəsində əldə edilmiş yalnış məlumatlar üzərində vergilərin hesablanması və sanksiyaların tətbiq edilməsinin əhəmiyyətsiz və səhv olması səbəbindən səyyar vergi aktının və qərarın bütün digər hissələri əhəmiyyətsiz və səhvdir. Yuxarıda qeyd olunanlardan əlavə bildirilir ki, nə səyyar vergi yoxlaması aktından verdikləri etiraza, nə qərara mahiyyəti üzrə baxılmışdır. Belə ki, kifayət qədər tutarlı əsasların gətirilməsinə, əlavə ekspert rəyinin təqdim olunmasına baxmayaraq, nə etiraza cavabda (qərar), nə də qərardan şikayətə olan cavabda mahiyyəti üzrə dəlillərə baxılmamış və bununla bağlı ciddi araşdırma aparılmamışdır. Həmin cavabların mətnlərinə diqqət yetirilsə aydın olar ki, cavabdeh yalnız və yalnız səhv və yalnış olan səyyar vergi yoxlaması aktında göstərilən məlumata dəfələrlə istinad edir və hətta tərəflərindən verilən yeni izahat və cavablara baxmayaraq onların heç birini qəbul etmirlər. Tərəflərindən təqdim edilən bir sıra məlumatlar (izahatlar, əlavə sənədlər və s.) ümumiyyətlə nəzərə alınmamış, yaxud inkar edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə tərəflərindən təqdim olunan bəzi sənədlərin nüsxələrini yenidən elektron qaydada sorğu edilməsinə baxmayaraq, onlara bir cavab verilməmişdir. Sadə bir nümunə olaraq o da qeyd olunur ki, sifarişlər barədə ətraflı məlumat bir çox qutuları əhatə edən vərəqlərdə çap olunmuş və vergi müfəttişlərinə təqdim olunmuşdur. Lakin buna baxmayaraq vergi müfəttişləri, çox güman ki, təqdim olunmuş materialın çoxluğunu nəzərə alaraq, heç nəzərdən onu keçirməmiş və yalnız baxılması rahat olan və redaktə edilə bilən formatda sənədləri şifahi tələb etmişdirlər və bununla əlaqədar əllərindən gələn köməyi etmişdirlər. Yoxlama zamanı, bəzi yerlərdə, bizə hətta sənədlərin götürülməsi barədə heç bir təhvil-təslim aktı təqdim edilməmişdir, xüsusən də “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla və “Sənədlərin qismən yoxlamaya təqdim edilməsi barədə” aktla tanış olmamışlar və nüsxələri onlara verilməmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərara əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bidiriş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs mühasibat uçotu sənədlərini, o cümlədən elektron və (və ya) kağız formatda məlumatları tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmadığı halda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. (67.1.9). Vergi ödəyicisi tərəfindən mühasibat uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmadığına görə yoxlama qarşılıqlı əlaqələrə dair sənədlərə, bank sənədlərinə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə, müəssisə rəhbəri və sürücülər tərəfindən verilmiş izahatlara və digər sənədlərə əsasən aparılmışdır. Yoxlanılan dövrdə cəmiyyət özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin 189 taksi xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin sifarişlərinin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə 189 taksi xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının İddiaçı MMC-yə əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10,15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 faiz dəyərində xidmət haqqı tutulur. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri İddiaçı MMC-yə ödənilir və sifarişin dəyərinin 20 faizi cəmiyyətdə saxlanılaraq yerdə qalan 80 faizi icraçıya xidmət haqqı kimi ödənilir. Yoxlama ilə bağlı cəmiyyətin direktoru tərəfindən verilmiş izahatda taksi sifarişlərinin yalnız nağdsız qaydada korporativ və goldenpay müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə cəmiyyət tərəfindən nağdsız (goldenpay və korporativ) müştərilərə deyil, eyni zamanda nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Taksi sürücüləri 189 taksi ilə bağlı (189 taksi platforması vasitəsilə taksi xidmətləri göstərən şirkətlər İddiaçı MMC və "xxxx" MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə Pay Point, Milliön və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Sürücülər tərəfindən göstərilmiş taksi xidmətləri müqabilində isə balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək 189 taksi xidmətinin hesabına yığılır, o hesabdan isə 189 taksi xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda İddiaçı MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), müəssisələrin hesabına deyil, “189” taksi ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddin oğluna (VÖEN **********, İddiaçı MMC-nin direktoru) 227908,41 manat, X27 (VÖEN **********, “İddiaçı MMC-nin əməkdaşı) 216882,98 manat, X10 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 219016,75 manat, X19 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 13030,78 manat, X20 (VÖEN **********) 251039,36 manat, X21 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 198934,14 manat, X22 (VÖEN **********, İddiaçı MMC-nin əməkdaşı) 140402,85 manat, X12 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 78878 manat, Vəliyev llham Kamran oğluna (VÖEN **********) 98911,33 manat, X6 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 141591,23 manat və X3 (VÖEN **********) manat, cəmi 1670149,6 manat vəsait köçürülmüşdür. Bu məbləğlərin heç biri “189” taksi ilə bağlı şirkətlərin dövriyyələrində əks etdirilməmişdir. Bundan əlavə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fizki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də yoxlama ilə müəssisə tərəfindən 1192 fiziki şəxsinin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyəri cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən müəssisənin xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fizki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfındən 72621 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 33509 manat (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil, eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Bundan əlavə yoxlama zamanı taksi sifarişlərinin "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və “X47 Marketing Technologies” MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, İddiaçı MMC ilə ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli, 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə “X47 Marketing Technologies” MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17-06/12 nömrəli müqaviləyə əsasən ******* ədəd sms aldığı, eyni zamanda Cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X47 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış, lakin sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1210973*4,94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda yoxlanılan dövrdə vergi ödəyicisinə məxsus və icarəyə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326971,0 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən ümumilikdə 5982206,60 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alınmaqla, müəssisə ilə xidmət müqaviləsi bağlanmış sürücülər tərəfindən (5982206,60- 326971) 5655235,60 manat dəyərində xidmət göstərildiyi aşkar edilmişdir. Xidmət müqavilələrinə və xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%-nin İddiaçı MMC-yə xidmət haqqı formasında ödənildiyi nəzərə alınmaqla müəssisənin sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərin (5655235,60*20%) 1131047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə müəssisə 110000,0 manat (ƏDV ilə) dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla, 2018-ci ilin fevral ayında 201605,8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yarandığından vergi ödəyicisi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə sadələşdirilmiş vergi bəyannamələrindəki 2018-ci ilin 2-ci rübü üçün 20753,78 manat, 3-cü rübü üçün 19485,7 manat və 4-cü rübü üçün 16472,86 manat dövriyyə məbləği və müvafıq olaraq 2-ci rüb üçün 830,15 manat, 3-cü rüb üçün 779,43 manat, 4-cü rüb üçün 658,91 manat sadələşdirilmiş vergi məbləği azaldılmışdır. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin 1-ci rübünün yanvar ayında 98821,5 manat, fevral ayında 35054,3 manat gəlir əldə etdiyi və bu rübdə sadələşdirilmiş vergi bəyannaməsində 19280,64 manat əks etdirildiyi nəzərə alınmaqla, 114595,16 manat dövriyyənin və ya 4583,8 manat sadələşdirilmiş verginin azaldılması müəyyən edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq yəni 201605,8 manat olduğu müəyyən edilmiş bu səbəbdən vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə cəmiyyətin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə ƏDV bəyannamələrinin təqdim edilmədiyi nəzərə alınmaqla (1107171,3/1.18*18%) 168890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir (ƏDV qeydiyyatsız). Taksi xidmətlərinin göstərilməsi məqsədilə sifarişlərin ötürülməsindən əldə edilmiş gəlirlərin 2018-ci ilin mənfəət vergisinə cəlb edilməli olan hissəsinin ƏDV-siz məbləği 633850,52 manat, avtomobil satışından ƏDV-siz 11864,41 manat olmaqla, ümumilikdə ƏDV-siz gəlirinin 645714,93 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə vergi ödəyicisinin xərcləri cəmi 175238,69 manat təşkil etmişdir ki, əmək haqqı xərcləri 41493,98 manat, sosial sığorta və işsizlikdən sığorta xərcləri 9336,15 manat, sığorta haqları 1997,65 manat, bank xərcləri 1467,90 manat, rabitə, sms, təmir və s. xərclər 120943,01 manat təşkil etmişdir. Beləliklə, 2018-ci ildə müəssisənin mənfəət vergisinə cəlb edilməli olan ümumi gəlirləri 645714,93 manat, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən ümumi xərcləri 175238,69 manat olmuş və müəssisə tərəfındən (645714,93- 175238,69) 470476,24 manat mənfəət əldə edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi dərəcəsinin 20% olduğu nəzərə alınaraq, (470476,24*20%) 94095,25 manat mənfəət vergisinin azaldılması aşkar edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən, Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək, həmin məbləği dövlət büdcəsinə ödəməli olduğu halda, müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli 8 və 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı “Kassa kitabı”nın uçot qeydində xx.xx.2018-ci il tarixdə MMC-nin təsisçiləri olan X28 70450,0 manat, X8 70450,0 manat dividend verildiyi müəyyən edilsə də həmin məbləğlər barədə ödəyici tərəfindən vergi orqanına bəyannamə təqdim edilməmişdir. Yoxlama ilə ümumi 140900,0 manat təqdim edilmiş dividendə görə 14090,0 manat ödəmə mənbəyində vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə 2018-ci il üçün 94095,25 manat mənfəət vergisi, 2018-ci il üçün 4583,80 manat sadələşdirilmiş vergi, 2018-ci il üçün 14090,00 manat ÖMV və 2018 və 2019-cu illər üçün 168890,54 manat ƏDV (qeydiyyatsız) (2018-ci il üçün 116228,69 manat; 2019-cu il üçün 52661,86 manat) hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********189514 nömrəli akt əsasında "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC-nin direktoru A.Əskərovun səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********952700 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə cəmiyyətin direktoru A.Əskərovun inzibati şikayətləri təmin edilməmiş, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********189514 nömrəli səyyar vergi yoxlaması aktı etibarlı hesab edilmiş və həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında xx.xx.2020-ci il tarixdə cinayət işi başlanmışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-1(112)-520/2022 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş İddiaçı vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar ləğv edilmişdir.

6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-490/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-520/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(102)- 1369/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-490/2023 saylı qərarı ləğv edilirək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

10. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri H.Baloğlanov və A.Əlizadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. İş materiallarında olan Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2012ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN: **********).

14. İş materiallarında olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdən qanuni təmsilçisi Əskərov Ağa-Kərim Fəxrəddin oğludur.

15. İş materiallarında olan İddiaçı xx.xx.2012-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin əsas fəaliyyət növü taksi fəaliyyətidir.

16. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri X37 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********187043 №-li qərarın surətindən görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2018-may 2019 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır.

17. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2019-cu il tarixli, KY191326859 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçındə (VÖEN **********) yoxlamanın müddəti: xx.xx.2019-xx.xx.2019; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2019 il, yoxlamanın predmeti və hüquqi əsasları: vergi qanunvericiliuinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla); yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması, yoxlamanın tipi: plan üzrə (növbəti).

18. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X37 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********187059 №-li “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamənin surətindən görünür ki, İddiaçı səyyar (kameral)vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq nəzarət kitabçasının, yoxlama dövrü üzrə mühasibat kitablarının, uçot registləri və dövriyyə cədvəlləri, sifarşçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr), malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələrin, icarə müqavilələrinin, bank, NKA, POS terminal, çek və xəzinə sənədləri, digər və s. xərclərin çəkilməsinə dair sənədlərin, mühasibatlıqda müxabirləşmənin verilməsini əks etdirən sənədlərin, tender sənədlərin, smetaların, quraşdırma, təmir və digər görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qəbul-təhvil aktları (Forma-2, Forma-3), aylıq texniki və əmtəəmaterial hesabatları (malların çeşidləri üzrə), xüsusi razılıq (lisenziya), hesab fakturalar, xidmət müqavilələri, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, yoxlanılan dövrün əvvəlinə və sonuna balans hesabları üzrə qalıqlar barədə arayış və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və sair analoji sənədlər, vəkalətnamələr, gömrük rəsmiləşdirilməsi sənədləri (Yük gömrük bəyannamələri, invoyslar və s.), əmlak və torpağa dair icarə, mülkiyyət və alqısatqı sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər (o cümlədən elektron daşıyıcılar üzərində olan məlumatlar), habelə hüquqi sənədlər, vergi ödəyicisinin nizamnaməsi və dövlət vergi orqanında qeydiyyata durması barədə sənədləri (xarici dildə tərtib olunduğu halda bütün sənədlər azərbaycan dilinə tərcümə olunmalı və təsdiq olunmuş halda təqdim edilməlidir) 15 iş müddətində, yəni xx.xx.2019-cu il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının Vergilər Nazirliyi yanında Bakı şəhəri X37 Departamentinə təqdil olunmalıdır.

19. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X37 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib edilmiş “Sənədlərin qismən təqdim edilməməsi barədə” xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X37 Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarı ilə İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətində (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018- xx.xx.2019) təyin edilmiş və yoxlama hal-hazırda davam etdirilir. Yoxlama zamanı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********187059 nömrəli tələbnamə təqdim olunmuşdur. Tələbnaməyə əsasən sahibkardan yoxlanılan dövr üzrə vergilərin hesablanması üçün zəruri olan ilkin mühasibat sənədləri, elektron fayllar, müqavilələr və vergi auditi elementlərinə aid olan digər ilkin mühasibat sənədləri tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən yoxlamaya sənədlərin tam hazır olmadığı üçün bir qismi təqdim edilmişdir.

20. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X37 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********188423 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı MMCdən nəzarət kitabçası yoxlama dövrü üzrə mühasibat kitablarının, uçot registrlərinin və dövriyyə cədvəllərinin, sifarişçilər və mal göndərilənlərlə, xidmət göstərilənlərlə bağlanmış müqavilələrin, digər zəruri sənədlər götürülməsi qərara alınmışdır.

21. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X37 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********191880 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun surətindən görünür ki, mühasibat kitabları, qaimələr, icarə müqavilələr, digər müqavilələr, bank sənədləri, xidmət müqavilələri, əmək müqavilələri, kassa sənədləri, bank çıxarışları, kreditorlar və debitorlar barədə məlumat, elektron fayllar, əsas vəsaitlərin alınmasına və təqdim edilməsi barədə qaimələr, kassa mədaxil və məxaric orderləri və uçot sənədləri götürülmüşdür.

22. İş materiallarında olan Səyyar vergi yoxlaması haqqında xx.xx.2020-ci il tarixli, **********189514 №-li aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri X37 üzrə Baş İdarəsi xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişləri X35, X29 tərəfindən İddiaçı (VÖEN **********) üzrə əlavə dəyər vergisi Yanvar 2018 – May 2019; ödəmə mənbəyindən tutulan vergi 1-ci Rüb 2018 - 1-ci Rüb 2019; əmlak vergisi 2017-ci il – 2018-ci il; mənfəət vergisi 2018-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il; sadələşdirilmiş vergi 1-ci Rüb 2018 – 1-ci Rüb 2019; aksiz vergisi Yanvar 2018 – May 2019; torpaq vergisi 2018-ci il – 2019-cu il; mədən vergisi Yanvar 2018 – May 2019 tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin 189 taksi xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə 189 taksi xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının İddiaçı MMC-yə əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10, 15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də, alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 taiz dəyərində xidmət haqqı tutulur. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri İddiaçı MMC-yə ödənilir və sifarişin dəyərinin 20 faizi İddiaçı MMC-də saxlanılaraq yerdə qalan 80 faizi icraçıya xidmət haqqı kimi ödənilir. ƏDV-nin məqsədləri üçün MMC-nin dövriyyəsinin müəyyən edilməsi məqsədilə taksi fəaliyyətindən əldə edilmiş gəlirlər sifarişlərin ötürülməsi ilə bağlı əldə edilmiş gəlirlərdən ayrı hesablanmışdır. Belə ki, taksi fəaliyyətindən əldə edilmiş gəlirlər MMC-nin ƏDV məqsədləri üçün müəyyən edilmiş dövriyyəsinə aid edilməmişdir. Yəni ƏDV bəyannamələrində müəssisənin gəlirlərinə sifarişlərin ötürülməsindən əldə edilmiş vəsait daxil edilmişdir. Bununla yanaşı yoxlanılan dövr ərzində MMC-nin balansında olan 5 ədəd Şkoda Oktavia markalı, 9 ədəd Xəzər Samand markalı avtonəqliyyat vasitələrinin satışından 110000.0 (ƏDV daxil) manat vəsait əldə edilmişdir ki, həmin vəsaitin əsas məbləği 93220.34 manat (ƏDV-siz hissə) ƏDV məqsədləri üçün satılmış olduğu aylar üzrə gəlirə daxil edilmişdir. Belə ki, müəssisə 5 ədəd Şkoda Oktavia markalı 10PK.588 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2018-ci il tarixdə 5500.0 manat, 10PK589 dövlət nömrə nişanlı avtomobilin satışından xx.xx.2018-ci il tarixdə 4500.0 manat, 10PK582 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2018-ci ıl tarixdə 4000.0 manat, 10PK583 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2019-cu il tarixdə 3000.0 manat, 10PK586 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2019-cu il tarixdə 3000.0 manat. 9 ədəd Xəzər Samand markalı 90PV813, 90PV913, 90PV269, 90PV169, 90PV569, 90PV469, 90PV369, 90PU942, 90PU931 dövlət nömrə nişanlı avtomobillərin satışından xx.xx.2019-cu il tarixdə hər birindən 10.000,0 (ƏDV ilə birlikdə) manat olmaqla 90000,0 manat (ƏDV ilə birlikdə) ümumilikdə 110.000,0 (ƏDV ilə birlikdə) gəlir əldə etmişdir. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla 2018- ci ilin fevral ayında 201605.8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yaranmışdır. Lakin buna baxmayaraq vergi ödəyicisi tərəfindən qeydiyyat haqqında ərizə ilə müraciət edilməmişdir. Müəsissə rəhbəri tərəfindən verilmiş izahatda taksi xidmətləri ancaq goldenpay və korporativ müştərilərə nağdsız qaydada həyata keçirilmiş və həmin xidmətlərin bir hissəsinin MMC-nin balansında olan avtomobillərlə, digər hissəsinin isə bağlanmış xidmət müqavilələrinə əsasən taksi xidmətləri göstərən digər fiziki şəxslər tərəfindən göstərildiyi bildirilmişdir. Eyni zamanda izahatda taksi sifarişlərinin “189” qısa nömrəsi vasitəsilə həyata keçirildiyi göstərilir. Belə ki, taksi sifariş edən şəxs 189 qısa nömrəsinə zəng edərək gedəcəyi marşrutu bildirir və operator tərəfindən taksi təyin edilərək zəng etmiş şəxsin mobil telefonuna təyin edilmiş taksi ilə, eləcə də gediş haqqı ilə bağlı bidliriş sms-lər, eyni zamanda sifariş dəyişdirildiyi və ya ləğv edildiyi halda da bildiriş sms-lər göndərildiyi qeyd olunur. Taksi xidmətləri yerinə yetirildikdən sonra taksi sifarişi etmiş müştərilər tərəfindən ödənişlər goldenpay və s. nağdsız ödəmə vasitəsilə və ya ödəmə kartları vasitəsilə “Bizim taksi MMC-nin bank hesablarına köçürülür. Xidmət müqavilələrinə əsasən göstərilmiş xidmətlərə görə isə MMC tərəfindən 20% xidmət haqqı alınır. Müəssisənin balansında olan və ya icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə gösətrilmiş ximətlərə görə həmin avtomobillər üzrə aylıq fərqlənmə nişanları alındığından daşımalar üzrə sadələşdirilmiş vergidən başqa (dividenddən 10 % ÖMV istisna olmaqla) digər vergi öhdəlikləri yaranmır, taksi sifarişlərinin müqavilə əsasında xidmət göstərən müxtəlif fiziki şəxslərə ötürülməsindən əldə edilmiş 20% xidmət haqqları isə müəssisənin vergiyə cəlb edilən dövriyyəsinə daxil edilir. Yoxlama ilə taksi sifarişlərinin "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "X47 Marketing Technologies" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, İddiaçı MMC ilə “Bakcell MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqaviləyə xx.xx.2017-ci il tarixli 12 saylı Əlavəyə əsasən "xxxx" MMC tərəfindən ‘Bizim taksi” MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim edilir, bu limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0.02 manat (ƏDV ilə) ödəniş təlb edilir. Əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə (17 ay) "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə "X47 Marketing Technologies" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017- ci il tarixli, 17-06/12 №-li müqaviləyə əsasən ******* ədəd sms alındığı, eyni zamanda MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 №-li müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövrdə MMC tərəfindən yuxarıda göstərilən şirkətlərdən cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Əldə edilmiş bu sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması barədə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X47 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış lakin bu smslərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumata əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi bildirilmişdir ki, bu da reallığı əks etdirmir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktoru və baş mühasibi Baş idarəyə dəvət edilmiş və müvafiq izahatlar alınmışdır. Verilmiş izahatlara əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu bildirilmişdir. Taksi xidmətləri ilə bağlı sifarişçilərin mobil telefonlarına taksinin təyin edilməsi ilə bağlı bildiriş sms-lərin göndərildiyini nəzərə alsaq, direktor tərəfindən verilmiş izahatda 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi qeyd edilmişdir. Beləliklə, yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə maksimum 3 sms göndərildiyini nəzərə alsaq İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərininin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərlimiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müşətrilərinə göstərlimiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8.48 manat müəyyən edilmişdir. Göründüyü kimi 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğunu nəzərə alsaq yoxlanılan dövrdə (1210973*4.94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilir. Eyni zamanda yoxlanılan dövrdə vergi ödəyicisinə məxsus və icaryə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326971 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Beləliklə yoxlama ilə müəssisə tərəfindən ümumilikdə 5982206,60 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alsaq müəssisə ilə xidmət müaviləsi bağlanmış sürücülər tərəfindən (5982206,60-326971) 5655235,60 manat dəyərində xidmət gösərildiyi müəyyən edilmişdir. Xidmət müqavilələrinə əsasən eləcə də, xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%-nin İddiaçı MMC-yə xidmət haqqı formasında ödənildiyini nəzərə alsaq müəssisənin sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərinin (5655235,60*20%) 1131047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə müəssisə 110000 manat dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuş və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sadələşdirilmiş dövriyəsi 9 ayda 67730 manat təşkil etmişdir. Yoxlama ilə 2018ci ilin yanvar və fevral aylarında taksi xidmətlərindən əldə edilmiş gəlirlərin 133875,80 manat olduğu və dövriyyənin Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq yəni 201605,8 manat olduğu müəyyən edilmiş bu səbəbdən vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən qeydiyyatsız ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə MMC-nin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə heç bir ƏDV bəyannaməsinin təqdim edilmədiyini nəzərə alsaq (1107171,3/1.18*18%) 168890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, müəssisə Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək həmin məbləği dövlət büdcəsinə ödəməlidir. Lakin müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş 12 aprel 2018-ci il tarixli 8 və eyni tarixi 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı “Kassa kitabı”nın uçot qeydində 12 aprel 2018-cı ıl tarixdə MMC-nin təsisçiləri olan X28 70450.0 manat, X8 70450,0 manat dividend verildiyi müəyyən edilsə də, həmin məbləğlər barədə ödəyicisi tərəfindən vergi orqanına bəyannamə təqdim edilməyərək ümumi 140900.0 manat təqdim edilmiş dividendə görə 14090.0 manat ödəmə mənbəyində vergi məbləği dövlət büdcəsinə ödənilməmişdir. Bununla əlaqədar vergi ödəyicisinə 2018-ci ilin 2-cü rübü üçün 14090.0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Aparılan yoxlama ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin 14.090 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 7.045 manat, mənfəət vergisinin 94.095,25 manat azaldılmasına görə 47.047,63 manat, sadələşdirilmiş verginin 4.583,8 manat azaldılmasına görə 2.291,9 manat, əlavə dəyər vergisinin 168.890,54 manat azaldılmasına görə 84.445,28 manat maliyyət sanksiyasının tətbiqi təklif olunur.

23. İş materiallarında olan cavabdeh tərəfindən qəbul olunmuş 11 iyun 2020-ci il tarixli, **********137136 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçındə (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində 2018-ci il üzrə mənfəət vergisinin 94.095,25 manat azaldılması, 94.095,25 manat əlavə hesablama, VMnin 58.1-ci maddəsinə əsasən 47.047,63 manat maliyyə sanksiyası, 2018-ci il üzrə sadələşdirilmiş verginin 4583,80 manat azaldılması, 2268,49 manat artıq hesablanması, 2315,31 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 2291,90 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 14090,00 manat azaldılması, 14090,00 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 7045,00 manat maliyyə sanksiyası, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 480,00 manat maliyyə sanksiyası, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 200,00 manat maliyyə sanksiyasının, cəmi 112.769,05 manat verginin azaldılması, 2268,49 manat artıq hesablanması, 110.500,56 manat əlavə hesablanması, 57.064,53 manat maliyyə sanksiyasının, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 116.228,69 manat, VM-nin 58.4-cü maddəsinə əsasən 58.114,35 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 52.661,85 manat, VM-nin 58.4-cü maddəsinə əsasən 26.330,93 manat, cəmi əlavə dəyər vergisi (qeydiyyatsız) üzrə 168.890,54 manat və 84.445,28 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

24. İş materiallarında olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2020-ci il tarixli, **********443400 №-li tələbnamənin surətindən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********137136 saylı qərar əsasında İddiaçı MMC tərəfindən 279.391,00 manat əlavə hesablanmış vergilərin, 141.509,81 manat vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, ümumilikdə büdcəyə ödənilməli olan 420.900,91 manatın 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.

25. İş materiallarında olan X9 tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 237 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş materiallara əsasən İddiaçı MMC-də yanvar 2018-may 2019-cu vergi dövrünü əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və bu barədə **********189514 nömrəli, xx.xx.2020-ci il tarixli akt yazılmışdır. Yoxlama zamanı İddiaçı MMC-nin əldə etdiyi gəlirin hesablanması məqsədi ilə yoxlayıcılar SMS sifarişlərin ümumi məcmusu əsasında orta qiymətin çıxarılması metodundan istifadə etmişlər. Bu metodun tətbiqində yoxlayıcılar müəssisənin rəhbərliyi tərəfində verilən izahatla kifayətlənərək adi riyazi hesablama metodundan istifadə edib orta gediş qiymətini müəyyən etmişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımalar istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımaların (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşmiş vergi üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 221.1-ci maddəsinə əsasən hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği məcəllə ilə müəyyən edilmiş vergi dərəcəsilə hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır və hesablanmış məbləğ hesabat dövrünün sonrakı ayın 20-dək büdcəyə ödənilir. Tədqiq olunan dövrdə vergi ödəyicisi, yəni İddiaçı MMC faktiki olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilən xidmətlərdən ümumi hasilatın həcminə Vergi Məcəlləsi ilə nəzərdə tutulan vergi dərəcəsi tətbiq edilməklə hesablama aparılaraq bəyannamə üzrə müəyyən edilən məbləğ təyinatı üzrə vaxtında ödənilmişdir. Vergi yoxlaması aktında qeyd edilir ki, İddiaçı MMC tərəfindən 17 ay ərzində "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Texnologies” MMC-dən cəmi ******* ədəd SMS (3277370+858710+1453028) istifadə olunmuşdur. Yuxarıda adları qeyd olunan müəssisələrdən alınan cavabda bu SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə məlumatın olmadığı bildirilmişdir. Beləliklə, aparılmış tədqiqatla Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənməklə SMS-lər əsasında müəssisəsinin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilməz.

26. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8534 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.

27. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9359 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.

28. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4608 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.

29. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8534 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı.

30. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın vəsatətinə əsasən iki dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9359 nömrəli, xx.xx.2023-cü il tarixli və 9/4608 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, təkrar ekspertiza tədqiqatı zamanı da ekspertlər tərəfindən eyni nəticəyə gəlinmişdir. Həmin rəylərə əsasən dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

31. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

33. İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1 və 58.7 maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, əvvəla, birinci instansiyası məhkəməsinin mötəbər sübut kimi əsaslandığı ekspert rəyinin tədqiqat və nəticə hissələrindən göründüyü kimi ekspert iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş suallardan hər biri üzrə aparılmış tədqiqatın müfəssəl təsviri barədə rəyin tədqiqat hissəsində hər hansı əsaslandırma verməmiş, nəticə olaraq sualların heç birinə cavab verə bilmədiyini rəydə aşkar olaraq göstərmişdir. Eyni məzmunlu nəticə apellyasiya instansiyası məhkəməsində icraat zamanı təyin edilmiş təkrar ekspertizalar üzrə rəylərdə də əks olunmuşdur. Belə olan halda, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığına dair ekspertin gəldiyi “hüquqi mövqe”nin hansı səbəblərdən qəbul edildiyi məhkəmə qərarında əsaslandırılmalı idi.

35. Həmçinin bir halda ki, birinci instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün araşdırılmasını və qiymətləndirilməsini zəruri hesab etdiyi suallara ekspert rəyində cavab ala bilməmişdir, məhkəmə həmin suallar üzrə vergi yoxlaması materiallarındakı məlumatların (o cümlədən, hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən yoxlayıcı orqana təqdim edilmiş materialların) mötəbərliyini qəbul etməməsini, həmin materiallar əsasında hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığına dair qənaətini əsaslandırmalı idi. Belə ki, Vergi Məcəlləsinin 83.2, 83.2.3-cü maddələrinə əsasən, vergi yoxlaması materialları vergi ödəyicisinin vergi öhdəliklərinin hesablanmasının müstəqil mənbəyi (əsası) kimi təsbit olunmuşdur.

36. Bundan başqa, işdən göründüyü kimi, vergi orqanı inzibati icraat prosesində, digər məlumatlarla yanaşı, həm də taksi xidməti ilə əlaqəli ödənişlər və dövriyyələr barədə rəsmi bank məlumatlarına, iddiaçıya rabitə xidməti göstərən hüquqi şəxslər tərəfindən təqdim olunmuş rəsmi məlumatlara da əsaslanmışdır.

37. Cavabdeh iddia tələbinə qarşı etirazında həmin xüsusatlara dair dəlillərini məhkəmənin diqqətinə çatdırsa da, həmin dəlillər araşdırma və qiymətləndirmə predmeti olmayıb. Bu qeyd olunalar, həm də ona görə əhəmiyyət kəsb edir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün araşdırılmasını və qiymətləndirilməsini zəruri hesab etdiyi suallara ekspert rəyində cavab ala bilməmişdir.

38. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 38.1, 16.1.3, 16.1.6, 67, 70.3, 108, 122.1, 130.2, 150 və 157-ci maddələrini, həmçinin “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrini rəhbər tutaraq hesab edir ki, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.

39. Beləliklə, iş materiallarından müəyyən edilir ki, yoxlama zamanı taksi sifarişlərinin "xxxx" MMC, "xxxx" MMC və "X47 Marketing Technologies" MMC tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMCdən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə "X47 Marketing Technologies" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17-06/12 nömrəli müqaviləyə əsasən ******* ədəd sms aldığı, eyni zamanda Cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə Cəmiyyət tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X47 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış, lakin, sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1.210.973*4,94 manat) 5.982.206,60 manat dövriyyə müəyyən edilmiş və vergilər hesablanmışdır.

40. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-1(112)-520/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar