Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4331/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Tərcüməçi X1 qızının iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1776/2023 nömrəli 05 iyul 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) 05 dekabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1776/2023 saylı 05 iyul 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, iddianın təmin edilməsi xahiş edilmişdir. Həmçinin şikayətə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə də əlavə edilmişdir. Prosessual müddətin bərpası barədə ərizəyə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmçinin iddiaçıya hüquqi yardım göstərilərək rus dilində tərtib edilmiş ərizə və apellyasiya şikayətinin dövlət dilində tərtib edilərək təqdim edilməsi tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizə və apellyasiya şikayətinin dövlət dilində tərtib edilərək təqdim edə bilmədiyini qeyd edərək, həmçinin, ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, dənizdə işləyir, bir ay evdə, bir ay isə dənizdə olur. Yaşadığı evdə isə ailə üzvləri ilə birlikdə yaşayır və məhkəmə qərarı onun ailə üzvlərinə təqdim edilmişdir. Məhkəmə qərarı çıxandan sonra 01 sentyabr 2023-cü il tarixdə Bakıya qayıtmış və apellyasiya şikayətini 16 oktyabr 2023-cü il tarixdə vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati iş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1776/2023 saylı 05 iyul 2023-cü il tarixli qərarı 20 iyul 2023-cü il tarixli göndəriş məktubu ilə birlikdə tərəflərə göndərilmiş, poçt xəbərnaməsindən göründüyü kimi, iddiaçı tərəfindən sözügedən qərar xx.xx.2023-cü il tarixində şəxsən qrafasına imza edilməklə qəbul edilmişdir. Həmin qərardan apellyasiya şikayəti 16 oktyabr 2023-cü il tarixində poçt rabitə orqanına təqdim edilmişdir. İddiaçı prosessual müddətin bərpası barədə ərizəsində məhkəmə qərarının 17 sentyabr 2023-cü il tarixində göndərildiyini, 19 sentyabr 2023-cü il tarixində alınmasını qeyd etsə də, apellyasiya şikayətinə əlavə edilmiş məhkəmə qərarının alınması ilə bağlı poçt zərfinin surətindən görünür ki, həmin zərf xx.xx.2023-cü il tarixində (poçt orqanın ştampına əsasən) göndərilmişdir. Həmçinin, məhkəmə iclasında verdiyi izahatında iddiaçı dənizdə işlədiyini, 01 sentyabr 2023-cü il tarixində evə qayıtdığını qeyd etsə də, sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddət çərçivəsində apellyasiya şikayətini təqdim etməmişdir. Odur ki, Məhkəmə kollegiyası ötürülmüş müddəti üzürlü hesab etməyərək nəticəyə gəlir ki, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1776/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4331/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4331/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver