Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4331/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər "xxxx" MMC və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X17 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X19, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4, Üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X15 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 24 nömrəli Müqaviləyə əsasən satıcı ("xxxx" Kompani MMC) ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi tikinti sahəsi 226,0 kv.m-dən ibarət olan qeyri-yaşayış binası alıcıya (İddiaçı) təhvil verilmişdir.
2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Maliyyə Arayışına əsasən Baki şəhəri ünvan 2 ünvanında yerləşən 2 saylı yaşayış kompleksi "xxxx" MMC-yə məxsusdur. Bu kompleksin zirzəmisində yerləşən ümumi tikinti sahəsi 226,0 m2 olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun ‘‘Sahil-D Kompani” MMCyə borcu yoxdur.
3. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim olunan, MMC-nin ünvan 3 ünvanda inşa etdiyi 1,2,3 və 4 saylı binalar istismara təhvil verilmişdir. 3 saylı bina ilə 2 saylı bina arasındakı zirzəmidə ümumi tikinti sahəsi 226,0 kv.metr olan qeyriyaşayış sahəsi 24 saylı, 05 mart 2013-cü il tarixli müqavilə ilə İddiaçı satılmışdır. Göstərilən qeyri-yaşayış sahəsinin dəyəri MMC-yə tam ödənilmiş və ona 05 mart 2013cü il tarixli maliyyə arayışı verilmişdir. O, həmin qeyri-yaşayış sahəsini tam təmir edərək orada avtomobillərə servis xidməti göstərir. Odur ki, qeyd olunan qeyri-yaşayış sahəsinə çıxarış verilməsi üçün aidiyyatı şöbəyə göstəriş verilməsi xahiş edilir.
4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən sözügedən ünvanda yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına” İcazəsinə sənədinə əsasən ünvan 9, 4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Tikintiyə dair icazəedici sənədlər (mövcud olduğu halda): Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 267 nömrəli sərəncamı Tikinti obyektinin sahibi (sifarişçisi): “İSR Holding” Şirkətlər Qrupu ("xxxx" Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti) İstismara hazırlığ barədə rəyin tarixi və qeydiyyat nömrəsi: xx.xx.2020-ci il № 0379
6. X1 Reyestrindən Çıxarışa əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hüquqi ünvanı və fəaliyyət ərazisi ünvan 5nzil 23 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M6, m1) müəyyən edilmişdir.
7. X23, X8 cavabdeh "xxxx" Kompani MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair ilk, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X23, X5, X2, X16 cavabdehlər X25, X11 qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 173/2023 nömrəli Qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X23, X3 iddia üzrə cavabdeh “Sahil-D" Kompani MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X26, X12, X6 və X27 cəlb olunmaqla, xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız hesab olunması tələbinə dair ilk iddiası təmin edilməmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi təmin edilmişdir. "xxxx" MMC və X24 arasında bağlanmış 18.11 2008-ci il tarixli 19 saylı müqavilə, "xxxx" MMC və X33 arasında bağlanmış xx.xx.2017-ci İİ tarixli 21 nömrəli müqavilə, "xxxx" MMC və X21 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 12 saylı müqavilə etibarsız hesab edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 173/2023 nömrəli Qəraradı ilə cavabdeh "xxxx" MMC-nin ünvan 6 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyekti barədə müxtəlif tarixlərdə, müxtəlif şəxslərlə alqı-satqı müqavilələrinin bağlanmasında müvafiq şəxs və ya şəxslərin əməlində cinayətin əlamətlərinin olub-olmadığının araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilməklə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir.
8. .İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı (İddiaçı, X22, X13, X28, X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 3040/2022 nömrəli Qətnaməsi ilə iddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx"-yə qarşı “mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1162/2023 nömrəli Qərardadı ilə İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı (İddiaçı, X22, X13, X28, X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair mülki iş üzrə icraat iddiaçı "xxxx" MMC-nin cavabdeh AR Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" MMMC olmaqla) "xxxx" MMMC-nin qeydiyyatının və şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilərək, qanuni qüvvəyə minənədək dayandırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1162/2023 nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(005)- 3161/2023 saylı qətnaməsi ilə (hakim S.Əbilova) iddia təmin edilmiş, cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması, habelə üçüncü şəxsdən 140.000 manat pulun tutularaq cavabdehə verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(103)- 1029/2024 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), K.Əkbərov və E.Kazımov) cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)-3161/2023 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmaqla iddia rədd olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1608/2024 nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)- 1029/2024 saylı qətnaməsi qismən - “Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qatnəmə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 295/2025 nömrəli Qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması” tələbinin təmin olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmışdır. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması tələbinə dair iddiası təmin edilməmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının zirzəmisində dövlət reyestrində qeydiyyatdan keçmiş 1 (bir) ədəd qeyri-yaşayış sahəsi haqqında məlumatları cədvəl formasında təqdim edilmişdir.
11. Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ X10 adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 8 ünvanında inşa edilən 2 saylı yaşayış binasında yerləşən ümumi (226.0 kv.m) tikinti sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasında ümumi sahəsi 223,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına çıxarış verilməsi” kimi dəyişdirilmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 05 mart 2013-cü il tarixdə "xxxx" MMC-də 226.0 kv.m.-dən ibarət olan 140.000 manat ödəyərək rəsmi qaydada maliyyə arayışı müqavilə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 2 saylı yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsini almışdır. Dəfələrlə iddiaçı və "xxxx" MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq qanunvericiliyi uyğun olaraq mülkiyyətimə aid çıxarış verilməsi xahiş olunsa da, bu günə qədər müsbət cavab alınmamış, həmin ünvana cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə analoji qeyri-yaşayış sahəsinə çıxarış verilmişdir. Bu da onu göstərir ki, cavabdeh qəsdən bu günə qədər bir binada yerləşən qeyri-yaşayış sahələrinə çıxarış verilsə də, bizə hansısa səbəblərdən çıxarış verilmir, baxmayaraq ki, xx.xx.2020-ci il tarixdə iddiaçıya aid yerləşən qeyri-yaşayış sahəsi üzrə istismara təhvil verilməsi barədə dövlət orqanları tərəfindən sənədləşdirilmişdir. Bununla əlaqədar cavabdehə qanunveriçiliyə uyğun olaraq məktub göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci ildə (**********04 №-li) cavab məktubunda heç bir sübutlarla təsdiq olunmayan mənbəyi məlum olmayan sənədlərə istisna edərək imtina məktubu ilə kifayətlənmişdir və məktubun sonunda absurd, qanunvericiliyə uyğun olmayan cavabla tamamlanmışdır (bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********50 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
15. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasında yerləşən ümumi (226.0 kv.m) tikinti sahəsini vətəndaş İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qeyriyaşayış sahəsi "Sahil-D kompani” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi üçün həmin əmlak üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən yerli baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən qeyri-yaşayış sahəsinin sənəd üzrə sahəsi 226 kv.m, faktiki 223.3 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir.
16. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, İddiaçı satılmış qeyriyaşayış sahəsi adı altına ərazi 2-ci və 3-cü binaların qapalı texniki qurğuların yerləşdiyi zirzəmidə yerləşir, onlara "xxxx" Kompani MMC tərəfindən verilmiş maliyyə arayışı və müqavilə heç bir hüquqi sənəd hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1 maddəsinə əsasən Texniki qurğuların yerləşdiyi zirzəmi bütünlükdə ümumi paylı əmlak olub, bina sakinlərinə məxsusdur, bu ərazilər satıla bilməz, ya da icarəyə verilə bilməz. Onlar tərəfindən qanunsuz olaraq alınmış bu ərazi yol keçidləri zəbt edilmiş, zirzəmiyə düşən iki ədəd liftlərin qarşısı tutulmuş, yaratdıqları qapalı ərazidə Avtoyuma məntəqəsi binaların özəl təməlinə və dayaqlarına təhlükə yaradaraq 2 ədəd 24 mərtəbəli binalarda yaşayan 242 ailənin həyatını təhlükə altında qoyur. Bu ərazi ilə bağlı Bakı Appelyasiyası məhkəməsində 2- ( 103)-1162/2023 №li iş hakimi Azad İmanovun sədrliyi ilə məhkəmə prossesi gedir. Bu prossesdə əlində olan sənədlərin qanunsuz olduğu və geri tarixli verilmiş sənəd olduğu, bu ərazidə fəaliyyət növü olan Avtoyuma məntəqəsinin bağlanması, ərazinin ümumi pavlı əmlak olaraq sakinlərə geri verilməsi məsələsi yer alıb. Ona görə də qanunvericiliyə əsasən bu appelyasiya məhkəməsi yekunlaşmayana qədər 2-1(112)- 4442/2023 №li iş üzrə məhkəmə prosesini təxirə salmağınızı, eyni zamanda iddiaçı tərəfindən qaldırılmış iddia cəmiyyət üzvlərinin bir başa maraqlarına toxunduğuna və ədalətin bərpası üçün "xxxx" MMMC-nin nümayəndəsinin də bu prossesdə 3-cü şəxs qismində iştirak etməsinin təmin olunmasına şərait yaradılmağı xahiş edilir. Texniki zirzəmiyə mülkiyyət çıxarışı verilməsi mümkün hesab edilə bilməz, çünki bu ərazi binalar üçün ən təhlükəli yer olaraq tam şəkildə mühafizə edilir. Məktubda qeyd edilən faktların həqiqət olduğunu üzə çıxarmaq üçün əraziyə baxış edərək əyani şəkildə görmək mümkündür. Aprel 2023-cü ildə yer almış və onlara bu ərazini satan "xxxx" Kompani MMC-nin təsisçisi İlham Qasımovun və direktoru Ədlağa Hüseynovun iştirakı ilə "xxxx" MMMCnin ofisində idarə heyyətinin təkidi ilə binaları uçuma təhlükəsi altında qoyan Avtoyuma məntəqəsinin bağlanması, İddiaçı pulunun qaytarılması üçün razılaşma əldə olunmuşdur.
17. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə alır ki, İddiaçı ünvan 9, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olması, qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsinin həmin binada yaşayan digər sakinlərin öz sahələrindən istifadə etməsinə hər hansı maneçilik yaratmaması, eləcə də binanın dayaqlarına, həmin binada yaşayan sakinlərin həyat və sağlamlıqlarına hər hansı ziyan vurmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. İstənilən halda məhkəmə qeyd edir ki, qeyri-yaşayış sahəsinin hansı məqsədlə istifadəsi hazırkı iddia tələbi üzrə həlledici deyil.
21. Məhkəmə digər tərəfdən müəyyən edir ki, ünvan 9 ünvanında yerləşən digər qeyriyaşayış sahələri üzərində fiziki şəxslərin mülkiyyət hüquqları qeydiyyat alınmışdır (X22, X28). Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin hüquqi vəziyyətinin (mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasların) qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən əhəmiyyətlidir. İddiaçıya münasibətdə fərqli rəftar (hüquqlarının qeydiyyatından imtina) bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Qərardan üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti işin faktiki halları baxımından "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.Əlavə olaraq bildirilmişdir ki, Xətai-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməmişdir, odur ki, çəkişmə prinsipinin tələbləri pozulmuşdur.Həmçinin, Mənzil Məcəlləsinin 35.1 maddəsinə əsasən Texniki qurğuların yerləşdiyi zirzəmi bütünlükdə ümumi paylı əmlak olub, bina sakinlərinə məxsusdur, bu ərazilər satıla bilməz, ya da icarəyə verilə bilməz. Onlar tərəfindən qanunsuz olaraq alınmış bu ərazi yol keçidləri zəbt edilmiş, zirzəmiyə düşən iki ədəd liftlərin qarşısı tutulmuş, yaratdıqları qapalı ərazidə Avtoyuma məntəqəsi binaların özəl təməlinə və dayaqlarına təhlükə yaradaraq 2 ədəd 24 mərtəbəli binalarda yaşayan 242 ailənin həyatını təhlükə altında qoyur.
24. Həmçinin, üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti vəsatət təqdim edərək hazırkı işin icraatı Ali Məhkəmənin icraatında olan iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh İddiaçı qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və sair tələblərinə dair mülki iş üzrə 2(102)-2933/2025 saylı iş tam yekunlaşana kimi dayandırılmasını xahiş etmişdir.
25. Vəsatət onunla əsaslandırılmışdır ki, sakinlər zirzəmiyə düşən liftlərə minib-düşə bilmir.Liftə minmək üçün mütləq bu avtoyuma məntəqəsinin törətdiyi çirkab suların içindən keçməlidirlər. Avtoyuma məntəqəsinin mərkəzi kanalizasiya xəttinə çıxışı yoxdur, bütün çirkab suları binanın özəl təməlinə axıdılır, bu isə 24 mərtəbəli binaların dayanaqlılığını zəiflədir, 2000 insanı təhlükə ilə üz-üzə qoyur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
27. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinin və vəsatətin dəlillərinə uyğun izahat vermiş, şikayəti və vəsatəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
28. Məhkəmə Kollegiyasının iclasında iddiaçının və digər 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin və vəsatətin təmin olunmamasını xahiş etmişdirlər.
29. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iclasda iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
31. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .....
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
37. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
38. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
39. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.
40. Həmçinin, .X41 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
41. .Məhkəmə Kollegiyası razılaşır ki, iddiaçının qeyri-yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X41 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
42. .İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasında ümumi sahəsi 223,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına çıxarış verilməsini xahiş edir.
43. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 24 nömrəli Müqaviləyə əsasən satıcı ("xxxx" Kompani MMC) ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi tikinti sahəsi 226,0 kv.m-dən ibarət olan qeyri-yaşayış binası alıcıya (İddiaçı) təhvil verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Maliyyə Arayışına əsasən Baki şəhəri ünvan 2 ünvanında yerləşən 2 saylı yaşayış kompleksi "xxxx" MMC-yə məxsusdur. Bu kompleksin zirzəmisində yerləşən ümumi tikinti sahəsi 226,0 m2 olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun ‘‘Sahil-D Kompani” MMCyə borcu yoxdur. - "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim olunan, MMC-nin ünvan 3 ünvanda inşa etdiyi 1,2,3 və 4 saylı binalar istismara təhvil verilmişdir. 3 saylı bina ilə 2 saylı bina arasındakı zirzəmidə ümumi tikinti sahəsi 226,0 kv.metr olan qeyriyaşayış sahəsi 24 saylı, 05 mart 2013-cü il tarixli müqavilə ilə İddiaçı satılmışdır. Göstərilən qeyri-yaşayış sahəsinin dəyəri MMC-yə tam ödənilmiş və ona 05 mart 2013cü il tarixli maliyyə arayışı verilmişdir. O, həmin qeyri-yaşayış sahəsini tam təmir edərək, orada avtomobillərə servis xidməti göstərir. Odur ki, qeyd olunan qeyri-yaşayış sahəsinə çıxarış verilməsi üçün aidiyyatı şöbəyə göstəriş verilməsi xahiş edilir.
44. Məhkəmə ilk növbədə müəyyən edir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti "xxxx" MMC-yə qarşı (İddiaçı, X22, X13, X28, X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 3040/2022 nömrəli Qətnaməsi ilə iddiaçı "xxxx" MMMCnin cavabdeh "xxxx"-yə qarşı “mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3040/2022 nömrəli Qətnaməsindən apellyasiya şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1162/2023 nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
45. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, ünvan 10 ünvanında yerləşən 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. Qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə müvafiq müqavilələr bağlanmış, İddiaçı, X22 və digərləri MMC-yə pay haqqını ödəmişdir. Həmin müqavilələr mövcud olduğu halda, 2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin bağlanması barədə tələbin təmin olunmasının mümkün olmadığı müəyyən edilmişdir.
46. Məhkəmə eyni zamanda müəyyən edir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC ilə bağlanmış 5 mart 2013- ci il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında mübahisəli avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahəsinin boşaldılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(005)- 3161/2023 saylı qətnaməsi ilə (hakim S.Əbilova) iddia təmin edilmiş, cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması, habelə üçüncü şəxsdən 140.000 manat pulun tutularaq cavabdehə verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(103)- 1029/2024 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), K.Əkbərov və E.Kazımov) cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)-3161/2023 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmaqla iddia rədd olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1608/2024 nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)- 1029/2024 saylı qətnaməsi qismən - “Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qatnəmə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 295/2025 nömrəli Qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması” tələbinin təmin olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmışdır. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması tələbinə dair iddiası təmin edilməmişdir.
47. Tərəflər arasındakı mübahisə üzrə qəbul edilmiş məhkəmə aktı olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-295/2025 nömrəli Qətnaməsindən müəyyən olunur ki, həmin qətnamə üzrə apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması” tələbinin təmin olunması hissəsi təşkil edir. (Qətnamənin 26-cı bəndi)
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2933/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı ilə iddiaçı “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-295/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
49. Məhkəmə Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli 2(103)-295/2025 nömrəli Qətnaməsi üzrə apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması” tələbinin təmin olunması hissəsi təşkil etdiyini nəzərə alaraq üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hazırkı işin icraatının Ali Məhkəmənin icraatında olan iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh İddiaçı qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və sair tələblərinə dair mülki iş üzrə 2(102)-2933/2025 saylı iş tam yekunlaşana kimi dayandırılması barədə vəsatətini təmin etməmişdir.
50. Belə ki, məhkəmə Kollegiyası nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(103)- 1029/2024 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), K.Əkbərov və E.Kazımov) cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)- 3161/2023 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmaqla cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, habelə üçüncü şəxsdən 140.000 manat pulun tutularaq cavabdehə verilməsi barədə iddia rədd olunmuşdur və həmin hissədə qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1608/2024 nömrəli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
51. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh (hazırkı inzibati iş üzrə İddiaçı) mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, iddiaçı (hazırkı inzibati mübahisə üzrə üçüncü şəxs “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) onun bu hüququnu mübahisələndirsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin tələbi rədd olunmuşdur.
52. Odur ki, məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, qeyri-yaşayış sahəsinin hansı məqsədlə istifadəsi hazırkı iddia tələbi üzrə həlledici deyil.
53. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2933/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı ilə iddiaçı “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-295/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.Yəni həmin iş üzrə yeni məhkəmə araşdırması zamanı “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması” tələbinə hüquqi qiymət veriləcək.Belə məhkəmə araşdırması zamanı “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması” tələbinin təmin, yaxud rədd olunması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1608/2024 nömrəli Qərarı ilə hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair müəyyən olunmuş hüquqlarına təsir etmir.
54. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, ünvan 9 ünvanında yerləşən digər qeyri-yaşayış sahələri üzərində fiziki şəxslərin mülkiyyət hüquqları qeydiyyat alınmışdır (X22, X28). Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin hüquqi vəziyyətinin (mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasların) qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən əhəmiyyətlidir. İddiaçıya münasibətdə fərqli rəftar (hüquqlarının qeydiyyatından imtina) bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
56. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.