Məhkəmə qərarları › İş №2-1(103)-4332/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4332/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4332/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Rüstəmov Nicat Roman oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (əlilliyin müəyyən edilməsi və inzibati orqanın qiymətləndirmə azadlığı) X8 Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Rüstəmov Nicat Roman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-767/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən növbəti dəfə şəxsin əlillik vəziyyətinə Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli göndərişləri əsasında baxılmış və əlavə əyani müayinə həyata keçirilərək “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 5637 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla rəy təqdim edilmişdir. Təqdim edilmiş rəydə göstərilmişdir ki, Rüstəmov Nicat Roman oğlunda “Uşaq autizmi. Kanner sindromu. Orta dərəcəli kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozğunluğu” müəyyən edilir. Müayinə gedişatında Rüstəmov Nicat Roman oğlunda göstərilən psixi patologiya və əqli gerilik əlamətləri öz təsdiqini tapır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2- R-33738/2023 saylı məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, N.Rüstəmovun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin Z00143380UJC nömrəli göndərişi əsasında, xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra, N.Rüstəmov müraciətinə əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş sağlamlıq imkanları məhdud olan oğlu Rüstəmov Nicat Roman oğlunun xəstəlik vəziyyətinin xx.xx.2023-cü il tarixdən qiymətləndirilməsi öhdəliyin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X6 ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2008- ci ildə Rüstəmov Nicat Roman oğlu anadan olmuş və məlum fakt Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin təqdim etdiyi AZ-İİ seriyalı, 111547 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamə ilə təsdiqlənir. Oğlu – Rüstəmov Nicat Roman oğlu sağlamlığı məhdud uşaq kimi anadan olmuş və məüyyən yaş həddinə çatdıqdan sonra ərazi üzrə həkim nəzarətində olmuş, habelə müvafiq mütəmadi müalicə almışdır. Sonuncu dəfə xx.xx.2020-xx.xx.2023-cü illər ərzində cavabdeh tərəfindən Rüstəmov Nicat Roman oğlunun sağlamlıq vəziyyəti “Uşaq autizmi. Kanner sindromu. Hiperkinetik davranış pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozğunluq. Yüngül dərəcəli kəmağıllıq, qulluq və müaicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə sağlamlıq imkanlaır məhdud uşaq kimi qiymətləndirilmişdir. 2023-cü ilin aprel ayından oğlu, Rüstəmov Nicat Roman oğluna sosial müavinəttin ödənilməsi dayandırılmış və aidiyyəti dövlət təşkilatları tərəfindən bu sosial ödənişin davam etdirilməsi üçün təkrar müayinədən keçirilməsi tələb olunduğu bildirilmişdir. Qeyd edir ki, yenidən müayinədən keçmək üçün müvafiq sənədlər toplamaq, 2 saylı X1 növbəyə durmaq, müayinədən keçmək və digər zəruri hərəkətlərin icrasına görə azından 3 (üç) ay vaxt tələb olunur. O, oğlu – Rüstəmov Nicat Roman oğlunun müvafiq müayinədən keçirilməsi üçün tələb olunan bütün hərəkətləri yerinə yetirdikdən sonra, 2 saylı X2 Həkim Psixiatr Komissiyası tərəfindən 1/2626 saylı, xx.xx.2023-cü il tarixli rəy təqdim edilmişdir. Həmin rəydə oğlu – Nicat Rüstəmovun əvvəlki diaqnozu təsdiqlənmiş və məlum rəy aidiyyəti üzrə təqdim edilmişdir. Agentlik 3-17-4/2-R-23963/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə bu rəyin tələblərini nəzərə almamış və imtinanın səbəbi kimi Nicat Rəhimovun orta məktəbdə təhsil alması qeyd edilmişdir. Məlumat üçün qeyd edir ki, Bakı şəhəri 318 saylı orta məktəbin təqdim etdiyi 237 saylı, xx.xx.2023-cü il tarixli arayışı ilə oğlu – Nicat Rüstəmovun bir il müddətində həmin məktəbdə təhsil alması və hazırda isə təhsilini davam etdirməməsi faktı təsdiqlənir. Cavabdehin məlum imtinasından sonra, o, oğlu – Nicat Rəhimovu təkrar həkim müayinəsindən keçirməli olmuş və 2 saylı X2 təqdim etdiyi 1/4562 saylı, xx.xx.2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyi ilə oğlunun əvvəlki diaqnozu yenidən təsdiqlənmişdir. Agentlik 3-17-4/2-R-33738/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə məlum rəyin tələbi yenidən nəzərə alınmamış və bu imtinanın səbəbi kimi artıq Nicat Rüstəmovun sağlamlıq vəziyyətində əlilliyi təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkarlanmaması qeyd edilmişdir. Bundan əlavə, cavabdeh məlum məktubda qeyd edir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirmişdir. Hesab edir ki, cavabehin sağlamlıq imkanları məhdud olan uşağın xəstəlik vəziyyətinin qiymətləndiriləsi barədə öhdəliyin icrası haqqında hərəkətsizsliyi aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur. Sonradan iddiaçının qanuni nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş oğlu - Rüstəmov Nicat Roman oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Rüstəmov Nicat Roman oğlunun əlillik müddəti tamamlandıqdan sonra atası İddiaçı müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan valideyn məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum İddiaçı övladı Rüstəmov Nicat Roman oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı N.Rüstəmova əyani müayinə aparılarq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirilmişdir. Əlillik alt sistemində olan məlumatlara əsasən məlum olmuşdur ki, Rüstəmov Nicat Roman oğlunun əlillik vəziyyəti Bakı 8 nömrəli Bİrləşmiş Uşaq Xəstəxanasının “Uşaq autizmi, Kanner sindromu. Hiperkinetik davranış pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozuntusu. Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişlər əsasında X13 Komissiyası tərəfinədn qiymətləndirilərək barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixli Z00143380UJC nömrəli göndəriş rəsmiləşdirilsə də, övladı N.Rüstəmovun əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində Azərbaycan Respubikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2002-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyinədn, 3-17-4/3-1825/2024 nömrəli qərara əsasən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan anarazı qalan valideyn məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixində məhkəmənin qərardadına əsasən övladı N.Rüstəmov DTSERA-da Tibbi-Sosial Ekspertiza Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırki vəziyyəti qiymətləndiirlmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2025-ci il tarixdə DTSERA-da xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zmaanı, atası tərəfindən impulsivliyə meyilli, əhval ruhiyyəsinin dəyişkən olduğu, yaşıdlarından geri qaldığı bildirimiş, ixtisaslaşmış tibb müəssisələrindən ötən və son illərə dair heç bir müayinə-müalicə sənədi təqdim edilməmişdir. Obyektiv müayinə zamanı dəri və görünün selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, həkim-psixiatr müayinəsinin nəticəsi “Otağa simulyativ şəkidə daxilolmuş, iradi olaraq gözlərini yumaraq ünsiyyətə daxil olmamış, ASP əlamətləri müşahidə edilməmiş, əsas diaqnoz və əsas diaqnozun əlillik təyinatına əsas verən psixopatoloji ağırlaşmaları müayinə nəticəsində təsdiqini tapmamışdır.”kimi qiymətləndirilmişdir. Əyani müayinə zamanı əsas diaqnoz və əsas diaqnozun əlillik təyinatına əsas verən ağırlaşmalarının aydınlaşdırılması üçün həkim-ekspertlər tərəfinədn ixtisaslaşmış tibbi müəssisələrindən ötən və son illərə dair müayinə-müalicə sənədlərinintəqdim edilməmsi tələb edilsə də, valideyn nə əyani müayinə zamanı, nə də, ötən günlərdə heç bir tibbi sənəd təqdim etməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli, Z00143380UJC nömrəli göndərişində gösrərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyaları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-767/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü Rüstəmov Nicat Roman oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin məhkəmənin 2-1(112)-767/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-767/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarında yol verilmiş yanlışlığın düzəldilməsi, qərarda iddiaçı “Rüstəmov Nicat Roman oğlu” əvəzinə “İddiaçı” kimi göstərilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)- 767/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diagnozun öz təsdigini tapmaması iddiaçının əyani müayinəsi zamanı, həmçinin tibb müəssisələrinin müayinə sənədləri tədgiq edilən zaman Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diagnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdig olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diagnoz kimi “F84- Uşag autizmi, uşaq autizmi kanner sindromu, yüngül kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozuntusu. İQ- 51” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.1-ci bəndinə əsasən uşaq autizmi zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: -kommunikativ və sosial pozulmanın təzahür dərəcəsi (verbal və qeyriverbal ünsiyyətin, nitq qabiliyyətinin olduğu halda nitq kontaktına ehtiyacın olmaması və ya yetərsizliyi, maraqların məhdud və ya stereotipli olması, sosial aktivliyin azalması və ya olmaması və s.);-mövcud davranış pozuntularının və psixopatoloji simptomatikanın ağırlığı (hərəkət stereotipiyası, oyun ritualları, fobiyalar, hiperaktivlik və aqresivlik, o cümlədən özünə xəsarət yetirmə, yuxu və qida qəbulu pozuntusu və s.);-intellektual çatışmazlıq;əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi;-psixoloji və pedaqoji reabilitasiya və psixososial kompensasiyanın imkanları. Buna baxmayaraq bu pataloqiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MTE PAB əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)- 767/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq, iddiasının təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.1. Psixoloji inkişaf pozuntuları 7.1.1. psixoloji inkişafın ümumi pozuntusu F84 (autizm spektrli pozuntular) uşaq autizmi F84.0 Qeyd. Uşaq autizmi zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - kommunikativ və sosial pozulmanın təzahür dərəcəsi (verbal və qeyri-verbal ünsiyyətin, nitq qabiliyyətinin olduğu halda nitq kontaktına ehtiyacın olmaması və ya yetərsizliyi, maraqların məhdud və ya stereotipli olması, sosial aktivliyin azalması və ya olmaması və s.); - mövcud davranış pozuntularının və psixopatoloji simptomatikanın ağırlığı (hərəkət stereotipiyası, оyun ritualları, fobiyalar, hiperaktivlik və aqresivlik, o cümlədən özünə xəsarət yetirmə, yuxu və qida qəbulu pozuntusu və s.); - intellektual çatışmazlıq; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi; - psixoloji və pedaqoji reabilitasiya və psixososial kompensasiyanın imkanları. Qiymətləndirmə 7.1.1.1. asperger sindromu – normal 35-40 5 il intellektual inkişafa uyğun olan özünəxidmət vərdişləri, adaptiv davranış və ətrafa qarşı maraq, ətrafdakılarla qarşılıqlı təsir zamanı müəyyən dərəcədə motor ləngimə və ya motor natarazlıq, marağın dərin olmayan məhdudlaşması və ya bəzi stereotip hərəkətlər 7.1.1.2. atipik autizm – 3 və daha yuxarı 35-60 müddətsiz yaşlarda qeydə alınan anormal və ya pozulmuş inkişaf, ünsiyyət və sosial qarşılıqlı təsirin nəzərəçarpacaq dərəcədə məhdudlaşması, davranış və ya maraqların stereotip formaları, həmçinin intellektual inkişafın təhsilə maneə yaradan bəzi geriqalmaları 7.1.1.3. uşaq autizmi (tipik autizm, Kanner 65-80 müddətsiz sindromu) – əsas həyat bilikləri və vərdişlərinin qazanılmasına əhəmiyyətli dərəcədə mane olan verbal və qeyri-verbal əlaqənin nəzərəçarpacaq dərəcədə pozulması və stereotip qeyri-funksional davranış

İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); M a d d ə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. M a d d ə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

İlk növbədə qeyd etmək lazımdır ki, 11 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı ərizə ilə müraicət edərək, baxılan iş üzrə iddiaçının əsl iddiaçı, yəni oğlu Rüstəmov Nicat Roman oğlu ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərkibinin protokol qərardadı ilə İddiaçı əsl iddiaçı Rüstəmov Nicat Roman oğlu ilə əvəz edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinə “iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən onun barəsində əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə tərkibinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Rüstəmov Nicat Roman oğlunun nümayəndəsinin iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, iddiaçının hüquqi marağı iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə və həmin tarixdən onun barəsində əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Diagnozun öz təsdigini tapmaması iddiaçının əyani müayinəsi zamanı, həmçinin tibb müəssisələrinin müayinə sənədləri tədgiq edilən zaman Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diagnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diagnoz kimi “F84- Uşag autizmi, uşaq autizmi kanner sindromu, yüngül kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozuntusu. İQ-51” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.1-ci bəndinə əsasən uşaq autizmi zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: -kommunikativ və sosial pozulmanın təzahür dərəcəsi (verbal və qeyri- verbal ünsiyyətin, nitq qabiliyyətinin olduğu halda nitq kontaktına ehtiyacın olmaması və ya yetərsizliyi, maraqların məhdud və ya stereotipli olması, sosial aktivliyin azalması və ya olmaması və s.);-mövcud davranış pozuntularının və psixopatoloji simptomatikanın ağırlığı (hərəkət stereotipiyası, oyun ritualları, fobiyalar, hiperaktivlik və aqresivlik, o cümlədən özünə xəsarət yetirmə, yuxu və qida qəbulu pozuntusu və s.);intellektual çatışmazlıq;-əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi;-psixoloji və pedaqoji reabilitasiya və psixososial kompensasiyanın imkanları. Buna baxmayaraq bu pataloqiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MTE PAB əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur”. Məhkəmə tərkibi iddia tələbinə, eyni zamanda cavabdehin apellyasiya şikayətinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir.

1. Cavabdeh inzibati orqanın imtina qərarının müəyyən edilməsinin prosessual əhəmiyyəti İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia hesab olunur. Belə ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun (İİQ-nin) 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edir. Bu, həm inzibati orqanın inzibati aktın qəbulundan imtina etdiyi (İPM-in 33.1-ci maddəsi), həm də inzibati orqanın ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul etdiyi (İİQ-nin 34-cü maddəsi), eləcə də hərəkətsizlik səbəbindən ümumiyyətlə, inzibati aktın qəbul edilməsinə dair ərizəyə baxmadığı (İPM-in 33.2-ci maddəsi) hallara şamil olunur. Başqa sözlə, məcburetmə haqqında iddianın predmeti mövcud vəziyyətdə qəbul edilməsi tələb olunan və iddiaçıya münasibətdə əlverişli vəziyyət yaradan inzibati aktdır. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Nəzərə almaq lazımdır ki, İPM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni inzibati orqan qapalı (bağlı və ya qeyd-şərtsiz) səlahiyyətə malik olduqda, bir qayda olaraq, inzibati orqanın qəbul etdiyi imtina qərarı inzibati məhkəmə icraatında yoxlama predmeti olmur. Bu zaman əsas məsələ iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğudur. Əgər iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququ yoxdursa, imtina qərarının qanunsuz olmasının bir o qədər əhəmiyyəti yoxdur. Məsələn, şərti qəbul edək ki, şəxs 65 yaşına çatdığına və 25 il sosial sığorta stajına malik olduğuna görə ona yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsi üçün inzibati orqana müraciət edir. İnzibati orqan onun müraciətinin təmin edilməsindən imtina edir ki, onun əlilliyi yoxdur. Əgər adi halda yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsdə əlilliyin mövcud olmasından asılı deyilsə, bu zaman imtina qərarı qanunsuzdur Ancaq buna baxmayaraq, inzibati məhkəmə icraatında həmin imtina qərarı ləğv olunmur. Əsas önəmli və yoxlanılmalı məsələ şəxsin ona yaşa görə pensiya təyin edilməsi üçün tələb hüququnun mövcudluğudur. Başqa sözlə, yaşa görə pensiyanın təyin edilməsi üçün qanunda nəzərdə tutulmuş dispoziya şərtlərinin (müvafiq yaşa çatması və stajının/pensiya kapitalının olması) ödənilməsidir. Əgər məhkəmə icraatında onun 25 il staja malik olduğu müəyyən edilməzsə, iddia rədd olunacaqdır. Baxmayaraq ki, imtina qərarı qanunvericiliyin tələbinə uyğun olmamışdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati məhkəmə icraatı qaydasında məcburetmə haqqında iddialara baxılarkən imtina qərarı yalnız o halda hüquqi yoxlamaya (nəzarətə) məruz qalır ki, inzibati orqan diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olsun (İPM-in 73.3.1 və 73.1.2-ci maddələri). Çünki maraqlı şəxsin (iddiaçının) diskresion səlahiyyətlərin (qiymətləndirmə azadlığının) düzgün şəkildə həyata keçirilməsinə dair tələb hüququ mövcuddur. Belə ki, İİQ-nin 16.2-cı maddəsinə görə, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Beləliklə, inzibati orqan diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda imtina qərarı inzibati məhkəmə icraatı qaydasında yoxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində qeyd edilmişdir ki, “...3-17-4/3-1-1825/2024 nömrəli qərara əsasən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir”. Halbuki cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanan məlumatdan görünür ki, Rüstəmov Nicat Roman oğlunun əyani müayinəsi xx.xx.2023-cü il tarixində keçirilmiş və 5 saylı tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə aktı tərtib edilmişdir. Müvafiq akt mərkəz mərkəzləşdirilmiş informasiya sisteminə xx.xx.2024cü il tarixində əlavə edilərək, sənəd dövriyyəsində 3-17-4/3-1-1825/2024 nömrəsi almışdır. Cavabdehin məhkəməyə ünvanladığı məlumatdan o nətiyə gəlinir ki, 3-17-4/3-1- 1825/2024 nömrəli qərar inzibati akt hesab olunmur. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçı barəsində yalnız “iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərar (inzibati akt) mövcuddur və qərar inzibati məhkəmə icraatında çərçivəsində yoxlanılmalıdır (i.v.39)

2. İmtina qərarının qanuniliyinin və iddia tələbinin əsaslılığının yoxlanılması İlk növbədə qeyd edilməlidir ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməzdir. Başqa sözlə, cavabdeh orqanın şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilsə də (İPM-in 73.3.2-ci maddəsinin 2-ci cümləsi), hüquq ədəbiyyatında qeyd olunan fəaliyyət inzibati orqanın “inzibati aktın səbəb ünsüründə diskresion səlahiyyəti” kimi də ifadə edilir. Elmi ədəbiyyatda qəbul olunan yanaşma ondan ibarətdir ki, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələblərinə əməl etməlidir. Hazırkı inzibati mübahisəyə dair işdə xx.xx.2023-cü il tarixli imtina qərarının qəbul edilməsi ilə “İnzibati icraat haqqında” Qanunun aşağıdakı prinsip və tələbləri pozulmuşdur. Birincisi, “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olub-olmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. Ümumiyyətlə, inzibati aktın əsaslandırması tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən publik hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. İş materiallarında olan imtina qərarından müəyyən olunur ki, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçının müraciəti təmin edilməmişdir (i.v.39). Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, müəyyən prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. Məhkəmə tərkibi, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etirazının, eyni zamanda apellyasiya şikayətinin əsasında 11.12. 2023-cü il tarixli əyani müayinə aktı (i.v.37) dayanır. Həmin akt mərkəz mərkəzləşdirilmiş informasiya sisteminə xx.xx.2024-cü il tarixində əlavə edilərək, sənəd dövriyyəsində 3-17-4/3-1-1825/2024 nömrəsi almışdır. Nəzərə alınmalıdır ki, tibb müəssisəsi tərəfindən əlilliyin təyini üçün verilmiş göndəriş əsasında ilk imtinadan (xx.xx.2023-cü il tarixli qərardan) sonra TSEK-in iddiaçını xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı belə bir səlahiyyətin təsbit edildiyi hüquqi akt müəyyən edilməmiş, eyni zamanda inzibati orqan tərəfindən də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Başqa sözlə, belə səlahiyyət tibbi-sosial ekspert komissiyalarına (TSEK-ə) deyil, subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentliyə məxsusdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Agentlik və TSEK eyni orqan kimi qiymətləndirilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4-cü bəndd). Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5-ci bənd). Xüsusi ilə o da qeyd edilməlidir ki, Agentlik əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsləri deyil, məhz əlilliyi müəyyən edilmiş şəxsləri onların müraciətləri əsasında, habelə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında inzibati icraat aparmaqla əyani müayinəyə cəlb edə bilər. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qeyd olunmuşdur ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir Nəzərə almaq lazımdır ki, hər bir ölkənin əlilliyi olan şəxslər barəsində dövlət siyasəti bu sahədə olan müvafiq hüquq normalarının güddüyü məqsədi də formalaşdırır. , “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın sistemli təhlili onu deməyə əsas verir ki, dövlət əlilliyin qiymətləndirilməsinin məhz göndərişdə qeyd olunmuş məlumatlar əsasında, yəni məmur-ekspert təması olmadan həyata keçirilməsini hədəfləmişdir. Bu qəbildən olan işlərin təhlili onu göstərir ki, TSEK, bir qayda olaraq, birinci imtina qərarını “möhkəmləndirmək”, yəni sonradan “əsaslandırmaq” üçün şəxsi əyani müayinəyə cəlb edir. Təsadüfi deyildir ki, hazırkı işdə də xx.xx.2023-cü il tarixli imtina qərarının sistemə işlənilmə tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur (i.v.39). Bu o anlama gəlir ki, ilkin imtina tamamilə formal xarakter daşımış, iddiaçı əsassız olaraq əyani müayinəyə cəlb edildikdən sonra sistemə işlənilmişdir. Elektron sistemə gec yerləşdirmə onunla bağlıdır ki, əyani müayinənin həyata keçirildikdən sonra imtina qərarı müqayisədə daha “ciddi əsaslandırılmış” qərar kimi təqdim olunur. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in bu formada inzibati icraat aparması qanunverciliyin tələblərinə uyğun hesab edilə bilməz. Başqa sözlə, bu qaydada yaradılmış inzibati praktika qanunçuluq və səmərəli dövlət idarəçiliyi prinsipləri ilə ziddiyyət təşkil edir. İkincisi, inzibati orqan tərəfindən “Etimad hüququnun qorunması prinsipi”nin tələblərinə əməl edilməmişdir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin aşağıdakı normalarına nəzər salaq: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır... Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin hallarından müəyyən olunur ki, ilkin olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0017003AABM0 nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və sağlamlıq imkanları məhdud uşaq təyinatı barədə qərar (3 il müddətinə) qəbul edilmişdir. Yuxarıda qeyd olunan tarixdə aparılmış qiymətləndirmə nəticəsində ona “Uşaq autizmi. Kanner sindromu. Hiperkinetik davranış pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozğunluq, yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixli göndərişdə də diaqnoz aşağıdakı kimi qeyd olunmuşdur: " F84.0 Uşaq autizmi. Kanner sindromu. Yüngül kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozuntusu, Ağırlaşma: F84.0 Nitq artikulyasiyasının spesifik pozuntusu, Nitq inkişafının spesifik pozuntusu " qeyd olunmuşdur. Beləliklə, iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların və ağırlaşmaların mahiyyətcə eyni olduğu görünür. Ancaq cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından uzun müddətdir ki, əlillik təyin etməsinə, hal-hazırda ekspert rəyində, eyni zamanda xx.xx.2023-cü il tarixli göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda olmasına baxmayaraq, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından heç bir ciddi əsaslandırma olmadan imtina etmişdir. Üçüncüsü, inzibati orqan tərəfindən “işin hallarının obyektiv araşdırılması prinsipi”nin (İİQ-nin 24-cü maddəsi) tələblərinə əməl edilməmişdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Əslində bu prinsipin tələblərinin pozulmasını mahiyyət etibarı ilə xx.xx.2023-cü il tarixli imtina qərarının əsaslandırılmamasından müəyyən etmək olur. Başqa sözlə desək, TSEK göndərişdə qeyd olunmuş məlumatlara, yəni əsas diaqnoza və ağırlaşmalara səthi yanaşmış, hərtərəfli, tam və obyektiv təhlil aparmamış və formal əsaslarla əlillik təyin edilməsindəm imtina etmişdir. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli imtina qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Əsas məsələ ondan ibarətdir ki, imtina qərarı ləğv edildikdən sonra prosessual baxımdan məhkəmənin mahiyyəti üzrə iki qərar qəbul etmək imkanı var. Onlardan biri iddianın tam təmin edilməsi, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, digəri isə iddianın qismən təmin edilməsi, yəni məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla zəruri inzibati icraat aparılması və yenidən müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasıdır (İPM-in 73.2 və 73.3.2-ci maddələri). Doğrudur, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməmisindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Elmi ədəbiyyatda qeyd edilir ki, belə istisna hallar, adətən, diskresion səlahiyyətin, eləcə də qiymətləndirmə azadlığının sıfıra endirilməsi zamanı mümkündür. Diskresion səlahiyyətin sıfır səviyyəsinə endirilməsi o deməkdir ki, qanun diskresion səlahiyyət müəyyən etsə də, bəzən konkret işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq hüquqi nəticə kimi yalnız bir hakimiyyət tədbiri yararlı, zəruri və mütənasib hesab oluna bilər. Belə olan halda inzibati orqan tərəfindən məhz həmin hakimiyyət tədbiri tətbiq olunmalıdır. Qiymətləndirmə azadlığının sıfıra endirilməsi işin faktiki hallarının tam aydın və açıq olduğu halla bağlıdır. Başqa sözlə, elə bir haldır ki, fərqli qiymətləndirmə hüquqazidd nəticə doğurardı. Digər tərəfdən, İPM-in 73.2-ci maddəsinin tələbinə görə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair qərar o vaxt qəbul edilir ki, iddiaçının tələbi əsasında konkret qərarın qəbul edilməsi mümkün olmasın. Başqa sözlə, burada söhbət mübahisənin qərar qəbul etmək üçün "hazır" olmaması halından gedir. Mübahisənin “hazır” olmasını çətinləşdirən amillərdən biri də inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu haldır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı halda işin faktiki halları (iş materiallarında olan tibbi sənədlər və rəylər) tam açıq və aydın olduğundan iddiaçının arzuladığı inzibati aktın (əlilliyin müəyyən olunmasına dair) qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Başqa sözlə, iş materiallarında olan sübutlardan iddiaçının müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntularının olması müəyyən olunur. Belə ki, iş materiallarında olan aşağıdakı sübutlara nəzərə salaq: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 tərəfindən verilən 1/2626 nömrəli, xx.xx.2023-cü il tarixli və 1/4562 nömrəli, xx.xx.2023-cü il tarixli həkim psixiatr komissiyasının rəylərindən müəyyən olunur ki, Rüstəmov Nicat Roman oğlunda Uşaq autizmi. Kanner sindromu. Yüngül kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozğunluğu müəyyən edilir. (i/v 8) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 5637 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2024-cü il tarixli, 3447 nömrəli rəy təqdim edilmişdir. Təqdim edilmiş rəydə göstərilmişdir ki, Rüstəmov Nicat Roman oğlunda “Uşaq autizmi. Kanner sindromu. Orta dərəcəli kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozğunluğu” müəyyən edilir. Müayinə gedişatında Rüstəmov Nicat Roman oğlunda göstərilən psixi patologiya və əqli gerilik əlamətləri öz təsdiqini tapır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, Rüstəmov Nicat Roman oğluna “Uşaq autizmi. Kanner sindromu. Hiperkinetik davranış pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozğunluq, Yüngül dərəcəli kəmağıllıq, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu əsasında xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanları məhdud uşaq kimi əlillik müəyyən edilmişdir. İşdə olan tibbi sənəddən görünür ki, Rüstəmov Nicat Roman oğlunun TSEK-ə göndəriş zamanı əsas diaqnoz: F84.0 Uşaq autizmi. Kanner sindromu. Yüngül kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozuntusu, Ağırlaşma: F84.0 Nitq artikulyasiyasının spesifik pozuntusu, Nitq inkişafının spesifik pozuntusu (i/v 40) Göründüyü kimi, iş materiallarında olan çoxsaylı sübutlar (tibbi sənədlər) iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğu təsdiq edir. Hətta ilkin əlillik təyin edilərkən iddiaçıda yüngül dərəcəli kəmağıllıq müəyyən edilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3447 nömrəli rəyində onda orta dərəcəli kəmağıllıq müəyyən edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə tərkibi inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın, xüsusilə inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsi dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə əsasən əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, Tibbi-Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Bu isə metedoloji baxımdan fərqli qiynətləndirmə aparılmasını tələb Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq prinsipi tələb edir ki, normativ hüquqi aktlara əsasən inzibati orqanlar onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarı qəbul etsin. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunverciliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı spesifik hallar, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial ekspert komissiyasının iddiaçı Rüstəmov Nicat Roman oğluna əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və həmin tarixdən onun barəsində əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2-1(112)-767/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının iddiaçı Rüstəmov Nicat Roman oğluna əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və həmin tarixdən onun barəsində əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar