Məhkəmə qərarları › İş №2-1(103)-4334/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4334/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4334/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, cavabdehin nümayəndəsi X1 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10466/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********588700 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra hüquqi şəxsin icra orqanının əvvəlki rəhbəri olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Qeyd olunanlar Vergi Məcəlləsinin 1.4-cü, 23.1.15-3-cü və 24.1.2-1-ci maddələri ilə tənzimlənir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-546/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 418,57 manat, dövlət sosial müdafiə fonduna olan 23570,93 manat, işsizlikdən sığorta fonduna olan 90,22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri İddiaçı (doğulduğu tarix - xx xxxx 1977-ci il, doğulduğu yer - Azərbaycan, Şamaxı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Maraqlı şəxs İddiaçı 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmışdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********847600 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni məhkəmə qətnaməsi üzrə borc məbləği tam ödənilməmişdir. Borcun ödənilməsi təmin edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Qeyd olunanlar Vergi Məcəlləsinin 1.4-cü, 23.1.15-3-cü və 24.1.2-1-ci maddələri ilə tənzimlənir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.

4. İnternet vergi idarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi xx.xx.2023-cü il tarixdən X5r.

5. Bakı Kommersiya Məhkəməsinin 2-2(119)-1492/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 12 oktyabr 2023-cü il tanxinə hesablanmış 169.27 manat məbləğində vergi borcu dövlət büdcəsinə, 23570,93 manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 90.22 manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənılənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN. **********) icra orqanının rəhbəri - 17 avqust 1953-cü il təvəllüdlü X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

6. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 2-2(119)- 1492/2023 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2- 2(119)-1492/2023 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X11 üzrə Baş İdarəsinin ərizəsi təmin edilmiş, 12 oktyabr 2023-cü il tarixinə hesablanmış 169,27 manat məbləğində vergi borcu dövlət büdcəsinə, 23570,93 manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 90,22 (doxsan manat 22 qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri - 17 avqust 1953-cü il təvəllüdlü X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qətnamə poçt vasitəsi ilə maraqlı şəxs X3 ünvanına göndərilmiş və 30 noyabr 2023-cü il tarixdə onun tərəfindən rəsmi qaydada alınmışdır. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minmiş və onun icrası ilə əlaqədar Azəroaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qanunamüvafiq tədbirlər görülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə 24079,72 manat məbləğində vergi borcu olduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5ci maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 546/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. İddiaya əlavə edilən kommersiya qurumlarının dövlət reyestri məlumatlarından göründüyü kimi, "xxxx" MMC-nin rəhbəri X5r. Bununla da, iddiaçının "xxxx" MMC-nin rəhbəri kimi ölkədən çıxışına qoyulan məhdudiyyətin əsası aradan qalxmışdır. Belə ki, iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi üçün əsas 1-ci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra yaranmışdır. Buna görə də, iddiaçı, xx.xx.2023-cu il tarixdə X6 Baş İdarəsinə müraciət edərək ona qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Baş İdarə tərəfindən təqdim edilən xx.xx.2024-cu il tarixli **********588700 nömrəli cavab məktubunda iddiaçının müraciəti qanunvericiliyin məlum normaları əks olunmaqla standard ifadələrlə cavablandırılmış və yalnız vergi borcunun dövlət büdcəsinə ödəniləcəyi halda məhdudiyyətin götürüləcəyi kimi qanunazidd şərt irəli sürülməklə münasibət bildirilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)1492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə "xxxx" MMC-nin yeni rəhbəri X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 355-5-ci maddəsi məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; Vergi borcu vaxtında ödənilməməlidir; Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi qeyd edilən hər 3 (üç) halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə, qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır. Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən hüquqi şəxsin yeni rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı yenidən məhkəməyə müraciət etməsi də bu halı təsdiq edir. Göründüyü kimi cavabdeh qanunvericiliklə imperativ qaydada müəyyən edilmiş normanın tələblərini pozmaqla iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyəti aradan qaldırmır.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, "xxxx" MMC-nin əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-546/2023 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Vergi Məcələsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin qeyd olunan hal üzrə isə əsaslar aradan qalxmamışdır. Belə ki, qətnamə üzrə təmin edilmiş 24079,72 manat borc məbləğindən 24006,91 manat, o cümlədən vergilər üzrə 345,76 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 23570,93 manat və işsizlikdən sığorta haqları üzrə 90,22 manat borc ödənilməmişdir. Cəmiyyətdə xx.xx.2023-cü il tarixdə rəhbər dəyişikliyi aparılaraq X8 rəhbər təyin olunmuş və “23” Noyabr 2023-cü il tarixli e-2- 2(119)-1492/2023 nömrəli məhkəmə qərarı əsasında onun da ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Rəhbər dəyişikliyi formal xarakter daşıyır, belə ki, bu günə ŞHVdə olan borcların hamısı əvvəlki rəhbərin fəaliyyəti dövründə yaranmış, X8 rəhbər təyin olduqdan sonra isə müəssisənin fəaliyyəti olmamışdır. İddiaçı tərəfindən 1 il 7 aya yaxın müddət keçdikdən sonra, başqa bir məhkəmədə iddianın qaldırılması və özünün hazırda direktor olmamasını göstərməsi və məhkəmənin də iddiaçının mövqeyini təsdiqləyərək onun lehinə qərar çıxaracağı təqdirdə qərarlar arasında uyğunsuzluq yaranacaqdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin qərarında qeyd edilən vergi borcu məhz iddiaçının direktor olduğu ərəfədə yaranmış və bu hissədə də təmin olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bügünə qədər, Qətnamə ilə təmin edilmiş borc iddiaçının rəhbəri olduğu "Excellent” MMC tərəfindən ödənilməmişdir. Bu tip işlərdə məhkəmələrin presedent yaratması istinad kimi rəhbərin dəyişilməsini göstərərək, gələcəkdə dövlət vergi borclarının alınması istiqamətində əngəl törədə və kütləvi şəkildə sui-istifadə hallarının artmasına və qanunun tətbiqinin səmərəsizliyinə gətirib çıxara bilər. Həmçinin digər tərəfdən baxdıqda, müvafiq vergi borcunun məbləğinin ödənilməsinin təmin tədbiri kimi qanuni qüvvəsini almış məhkəmə qərarının, sonradan eyni birinci instansiya üzrə digər məhkəmə tərəfindən yeni qərarı ilə zəiflədilməsi vəya nəzərə alınmaması gələcəkdə kolliziyalara gətirib çıxara bilər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10466/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin olunma əsası kimi iddiaçının artıq "xxxx" MMC-nin rəhbəri olmamasını göstərmişdir. Cəmiyyətdə xx.xx.2023-cü il tarixdə rəhbər dəyişikliyi aparılaraq X8 rəhbər təyin olunmuş və “23” Noyabr 2023-cü il tarixli e-2- 2(119)-1492/2023 nömrəli məhkəmə qərarı əsasında onun da ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bu günə kimi ŞHV-də olan borcların hamısının əvvəlki rəhbərin fəaliyyəti dövründə yaranması, X4 rəhbər təyin olduqdan sonra isə müəssisənin fəaliyyətinin olmaması rəhbər dəyişikliyinin formal xarakter daşıdığını güman etməyə əsas verdiyi üçün İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülməmişdir. Məhkəmə isə bu rəhbər dəyişikliyini borcdan yayınma üsulu kimi qiymətləndirməmiş və cavabdehin hüquqlarını pozmuşdur. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) iclasda iştirak etmir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ...borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur.

17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin dəyişməsi və bununla da, iddiaçının "xxxx" MMC-nin rəhbəri kimi ölkədən çıxışına qoyulan məhdudiyyətin əsasının aradan qalxdığını bildirərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini tələb edir.

23. İş materiallarında olan İnternet vergi idarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatlardan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi xx.xx.2023-cü il tarixdən X5r.

24. Bakı Kommersiya Məhkəməsinin 2-2(119)-1492/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 12 oktyabr 2023-cü il tanxinə hesablanmış 169.27 (yüz altmış doqquz manat 27 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 23570,93 (iyirmi üç min beş yüz yetmiş manat 93 qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 90.22 (doxsan manat 22 qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənılənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN. **********) icra orqanının rəhbəri - 17 avqust 1953cü il təvəllüdlü X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

25. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən X9 xx.xx.2023-cü il tarixdən hazıradək "xxxx" MMC-nin qanuni təmsilçisidir. Eyni zamanda İddiaçı rəhbəri olduğu hüquqi şəxs aşkar edilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi vergi qanunvericiliyinə əsasən iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərti aradan qalxmış və iddiaçı hazırda həmin hüquqi şəxsin icra orqanının rəhbəri deyil.

27. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

28. Göründüyü kimi məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır.

29. Lakin, normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır.

30. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

31. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10466/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10466/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar