Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-434/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2437/2022 saylı 22 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Xətai rayonu XDS İcraiyyə Komitəsinin 5/5,19 saylı xx.xx.1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, vətəndaş İddiaçı Həmkarlar küçəsində yerləşən 99 saylı evin qarşısında qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonunda ona qaraj tikmək üçün ayrılmış ümumi sahəsi 34.7 kv.metr olan torpaq sahəsində tikdiyi və 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyi qarajın adına rəsmiləşdirilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********20 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qarajin qeyri-yaşayış binası kimi sənədləşdirilməsinə dair adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı sənədi təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunun 8.0.10.2. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyi qaraja dair müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Xətai rayon XDS İcraiyyə Komitəsinin 5/5,19 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində qaraj tikmək üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq texniki sənədlərin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan 09 avqust 2021-ci il tarixli, **********20 saylı məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda bildirilmişdir ki, qarajın qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə dair adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci madəsinə uyğun sənədlər təqdim edilməmişdir. Onun torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfındən lazımi təsdiq olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki 1991-ci ildə o, Xətai rayon XDS İcraiyyə Komitəsinin ona qaraj tikmək üçün torpaq sahəsi ayrılması barədə qərarı alan kimi o, qarajı tikib və 30 ildir ki, qaraj onun mübahisəsiz sahibliyində və istifadəsindədir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2437/2022 saylı 22 iyul 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iş materiallarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, həmçinin ekspert rəyinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin ekspert rəyinə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı ona məxsus qarajın qeyriyaşayış binası kimi sənədləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu əlavə sənədlərin təqdim olunmasını təklif etmiş və məktubunda həmin məktubun imtina olmadığını qeyd etmişdir. Bundan sonra işə birinci instansiya qaydasında baxılarkən iddiaçı ona məxsus qaraja dair texniki pasportun verilməsini xahiş etmiş, lakin onun bu tələbinin təmin olunması istiqamətində cavabdeh orqan tərəfindən hər hansı hərəkət edilməmişdir ki, bu da tələbin təmin olunmasından imtina kimi qiymətləndirilir. Odur ki, iddiaçının iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyi qaraja dair müvafiq texniki pasportun verilməsi” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Hazırki işdə iddiaçının texpasport tərtib edilib verilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin (qarajın) daşınmaz əmlak olduğu işin mübahisəsiz halıdır. Qeyd olunmalıdır ki, həmin qarajı iddiaçı Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/5,19 saylı qərarı əsasında tikmiş və ondan 30 ildən artıqdır ki, etirazsız olaraq istifadə edir. Bu səbəbdən iddiaçı həmin qaraja dair texniki pasportun verilməsini tələb edir. Cavabdeh orqan isə həmin sənədin verilməsindən məhkəmə icraatı dövründə hərəkətsizlik etməklə imtina etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə daşınmaz əmlaka (qaraja) münasibətdə icra hakimiyyətinin etibarlı qərarının və lazımi qaydada təsdiq edilmiş plancizginin mövcud olmadığına (iddiaçı tərəfindən təqdim edilən cizgi kserosurət olduğundan) və iddiaçının qeyd edilən qaraja dair texniki pasportun tərtib edilməsinə dair “qanuni gösləntisi”nin olmadığına istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna əsasən Xətai rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər təhviltəslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verilmişdir. Məktubda qeyd edilən qərarın verilməsində əsas olmuş rayon XDS-nin İK-si tərəfindən təsdiq edilən qərardan çıxarışın əldə edilməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət olunmalı olduğu bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə araşdırma aparılmış və qeyd edilən ünvanda müraciətdə göstərilən vətəndaş İddiaçı adına qarajın mövcud olmadığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, keçmiş Xətai rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1991- ci il tarixli, 5/5.19 saylı qərarı Dövlət Arxivinin Bakı filialında xx.xx.1991-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli olmaqla həmin qərarda vət.İddiaçı qaraj qurulmasına icazə verilməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin apellyasiya baxışı zamanı Saumyan (indiki Xətai) XDS İK-nın 5/5,19 saylı xx.xx.1991-ci il tarixli qərarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialından məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda Şaumyan (indiki Xətai) XDS İK-nın 1991-ci il tarixli 5/5,19 saylı bir sıra qərarları göndərilmişdir ki, həmin qərarların da xx.xx.1991-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli olduğu qeyd edilmiş və həmin qərarlarda İddiaçı adının olmadığı müəyyən olunmuşdur. Lakin apellyasiya baxışı zamanı iddiaçı iddiasının əsası kimi istinad etdiyi sənədin- Xətai rayonu XDS İcraiyyə Komitəsinin 5/5.19 saylı xx.xx.1991-ci il tarixli qərarının əslini məhkəməyə təqdim etmişdir. Təqdim olunan Xətai rayonu XDS İcraiyyə Komitəsinin 5/5.19 saylı xx.xx.1991-ci il tarixli qərarının əslinin hansı üsul ilə (mətbəə üsulu ilə, makinada yazılmaqla, ofset çap üsulu ilə və ya printerdən, surətçıxarandan çapetmə üsulu ilə) hazırlanmasının, tərtib olunduğu tarixə uyğun olub-olmadığının, sənəddə olan imza və möhürün 24 aprel 1991-ci il tarixinə aid olub-olmamasının müəyyən edilməsi məqsədilə 15 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5/519-5/522 saylı 04 may 2023-cü il tarixli ekspert rəyində göstərilmişdi ki, tədqiqata təqdim edilmiş xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli “Qərardan Çıxarış”ın blankı yüksək çap üsulu ilə çap edilmiş, onun üzərində olan çap mətni yazı makinası vasitəsilə bir başa çap edilmiş, möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuş, Qərardan Çıxarışın üzərində olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Həmçinin rəydə qeyd olunmuşdu ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra olunma, möhürlərin vurulma vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “Xətai rayonu XDS İcraiyyə Komitəsinin 5/5,19 saylı xx.xx.1991-ci il tarixli qərarı tərtib olunma tarixinə uyğundurmu, onda olan imza və möhür 24 aprel 1991-ci il tarixinə aiddirmi” sualı üzrə tədqiqat aparılmamışdır. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdi ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/5,19 saylı qərarı sənədin əsli olmaqla, iddiaçıya qaraj tikintisinə icazə verilməsi barədədir, sənədin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsi və səlahiyyətli şəxs tərəfindən imzalanması, müvafiq orqanın möhürü ilə təsdiq olunması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən həmin sənədin mötəbərliyi şübhə doğurmur. O ki qaldı iddiaçının təqdim etdiyi “qarajın yerləşmə cizgisi” sənədinə, həmin sənədin kserosurətindən görünür ki, sənəd Xətai rayon İcra Hakimiyyətinin Təsərrüfat hesablı Layihə Smeta Bürosunun mühəndisi Q.Əzizi tərəfindən tərtib edilmiş və həmin Büro tərəfindən təsdiq olunmuşdur. Təqdim olunan “qarajın yerləşmə cizgisi” ksero-surət olsa da, onun qəbul edilməməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlil irəli sürülməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 99 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) qarajlar sırasında yerləşir, yerləşmə cizgisində göstərilən yerləşmə mövqeyinə uyğundur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi və məhkəməyə əslini təqdim etdiyi Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/5,19 saylı qərarı arxivdə aşkar olunmasa da, sənədlərin saxlanılması və onların arxivə təhvil verilməsi iddiaçının deyil, həmin sənədi vermiş qurumun rəhbərliyinin səlahiyyətində olduğundan, həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Əsasnamənin 2.0.3-cü bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici iddiaçının 30 ildən artıq istifadə etdiyi qaraja texniki pasportun verilməsindən imtinanın əsaslarını müəyyən etməmişdir. Belə olan halda iddiaçının iddiasının əsası kimi istinad etdiyi Xətai rayon XDS İK-nin xx.xx.1991ci il tarixli 5/5,19 saylı qərara əsasən 30 ildən artıq etirazsız istifadə etdiyi qaraja texniki pasportun verilməsi ilə bağlı “qanuni gözləntisi” olmuşdur. Bu halda onun tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənəd- Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/5,19 saylı qərar və “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Əsasnamənin 2.0.3-cü bəndi qeyri-yaşayış sahəsinə (qaraja) dair texniki pasportun verilməsi üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki işdə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətin edilməsini- qaraja texniki pasportun verilməsini istisna edən və imtina etməklə (hərəkətsizliklə) şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Bu baxımdan qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2437/2022 saylı 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, İddiaçı Aydan oğlunun Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 99 saylı binanın yaxınlığında yerləşən və 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyi qaraja dair texniki pasportun verilməsi öhdəliyi cavabdehin zərinə qoyulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, hazırki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2437/2022 saylı 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Aydan oğlunun Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 99 saylı binanın yaxınlığında yerləşən və 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyi qaraja dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-434/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-434/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver