Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4341/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin NN iyul N0N5-ci il tarixli, N-1(11N)-816N/N0N5 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N017-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək N saylı hərbi hissədə “maddi-texniki təminat bölməsinin Raket- Artilleriya Xidməti rəisinin baş köməkçisi” vəzifəsində xidmət etmişdir. 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N saylı hərbi hissədə ezamiyyətdə olmuşdur. N saylı hərbi hissədə ezamiyyət dövrü döyüş fəaliyyətləri aparılan ərazilərdə döyüş texnikalarının sıradan çıxma hallarının, nasazlıqların aradan qaldırılmasında, döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında döyüş tapşırığının yerinə yetirilməsində iştirak etmişdir. İddiaçı xx.xx.N0N4-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciəti cavablandırılmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş əməliyyatları aparılan zamanı (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) N saylı hərbi hissənin maddi-texniki təminat bölməsinin raket-artileriya xidmət rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. N saylı hərbi hissədən təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Ağcabədi rayonu və Mingəçevir şəhərində döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılması döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında, döyüş tapşırığının yerinə yetirməsində iştirak etmişdir. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin madditexniki təminat bölməsinin raketartileriya xidmət rəisinin baş köməkçisi vəzifəsində Ağcabədi rayonu və Mingəçevir şəhərində xidməti vəzifələrini icra edərək, döyüş texnikalarının sıradan çıxma halların, nasazlıqların aradan qaldırılması döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında iştirak etmişdir. İddiaçının adına tərtib edilmiş arayış məlumatda iddiaçının döyüş tapşırıqlarını yerinə yetirdiyi qeyd edilsə də, faktiki olaraq iddiaçı həmin tapşırıqları yerinə yetirməmişdir. Arayış - məlumatdan görünür ki, döyüş əməliyyatları zamanı iddiaçı N saylı hərbi hissənin maddi-texniki təminat bölməsinin raket-artileriya xidmət rəisinin baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində hərbi xidmət keçmişdir. İddiaçı adına tərtib edilmiş arayış-məlumatda onun döyüş tapşırıqlarını yerinə yetirməsi qeyd edilsə də, faktiki olaraq o, həmin tapşırığı yerinə yetirməmiş, hətta həmin tapşırıqları yerinə yetirmə iqtidarında olmamışdır. İddiaçının tutduğu vəzifəyə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərə nəzər yetirilsə görünür ki, o, döyüş tapşırığı üzrə tapşırıqları deyil, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Çünki, döyüş təminatı üzrə tapşırıq anlayışı döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılmasından, döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsindən, yeni mövqelərdə açılmasından ibarət deyildir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN iyul N0N3-cü il tarixli N43 saylı əmrində “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışına izah verilmişdir. ... Ağcabədi rayonu və Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında geyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. İnzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırığları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında geyd olunan ərazilərdə olmamışdır. Bakı İnzibati Məhkəməsinin NN iyul N0N5-ci il tarixli, N-1(11N)-816N/N0N5 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı İnzibati Məhkəməsinin NN iyul N0N5-ci il tarixli, N-1(11N)-816N/N0N5 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - EZ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı N və N saylı hərbi hissələrin siyahısına xx.xx.N0N0 daxil edilməsi barədə qeydlər mövcuddur. - N saylı hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N70 saylı əmrindən çıxarışda qeyd edilmişdir ki, N saylı hərbi hissənin hərbi qulluqçuları təlimlə əlaqədar xx.xx.N0N0-ci il tarixinədək ezamiyyətə gəlmiş hesab edilsinlər - 1. İddiaçı. - N saylı hərbi hissə komandirinin N0 fevral N0N0-ci il tarixli, 53 saylı əmrindən çıxarışda qeyd edilmişdir ki, mayor İddiaçı Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının 31 yanvar N0N0-ci il tarixli, 06 saylı əmrinə əsasən N sayl hərbi hissənin maddi-texniki təminat bölməsinin, raket artilleriya silahları xidməti rəisinin baş köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilsin, N0 fevral N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminatlara qoyulsun və vəzifəsinin qəbuluna və icrasına başlasın. - “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayış məlumatda aşağıdakılar qeyd edilmişdir: İddiaçı (döyüş əməliyyatları aparılan zaman (N7.09-xx.xx.N0N0-ci il tarixlərdə). 10. Ezam olunmasının səbəbi və məqsədi, həmin dövürdə maddi-texniki təminat üzrə tapşırıqlarla bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin) - döyüş fəaliyyətləri aparılan ərazilərdə döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılmasını döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında, döyüş tapşırığının yerinə yetirilməsində iştirak etmişdir. - N saylı hərbi hissənin komandiri polkovnik-leytinant Ramil Səfərli tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli, N77 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən, xx.xx.N0N0-ci il tarixədək N saylı hərbi hissədə ezamiyyətdə olmuş, N saylıhərbi hissənin tərkibində texniki batareyanın (S-1N5) şəxsi heyəti ilə birlikdə döyüş fəaliyyətlərinin gedişində 4-cü divizionun manevində (1 may y.m, Beyləqan rayon Qaradağlı y-m, Fizuli rayon Babı y.m, Fizuli rayon Aşağı Yağlavənd y.m) döyüş məmulatlarının yoxlanılması, tətbiqə hazırlanması, daşınması və cari istismarında birbaşa iştirak etmişdir. - İ-1344 saylı medaldan görünür ki, İddiaçı “Hərbi xidmətlərə görə” medal ilə təltif edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;( Birinci hissəsinin onuncu abzas). N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (Birinci hissəsinin on birinci abzas). N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, N sentyabr N0N0-ci il tarixli, N70 saylı əmrdən görünür ki, İddiaçı müvafiq hərbi hissəyə təlimlə əlaqədar ezam edilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayış məlumatda - İddiaçı döyüş fəaliyyətləri aparılan ərazilərdə döyüş texnikalarının sıradan çıxma hallarını, nasazlıqların aradan qaldırılmasını döyüş texnikalarının döyüş vəziyyətindən səfər vəziyyətinə, səfər vəziyyətindən döyüş vəziyyətinə gətirilməsində, yeni mövqelərdə açılmasında, döyüş tapşırığının yerinə yetirilməsində iştirak etməsi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının 06 dekabr 1993-cü il tarixli, 759 saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətlərə görə” medalı haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalı Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində iddiaçının “Hərbi xidmətlərə görə” medalla təltif edilməsinə ümumiyyətlə münasibət bildirməmiş, halbuki həmin məsələ birinci instansiyası məhkəməsinin qərarının təməlini təşkil edir. Göstərilən hallar və sübutlar iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının təminat üzrə tapşırıqlarının yerinə yetirməsində iştirak etdiyini təsdiqləyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N4-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin NN iyul N0N5-ci il tarixli, N-1(11N)- 816N/N0N5 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4341/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4341/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver