Məhkəmə qərarları › İş №2-1(103)-4342/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4342/2025

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4342/2025 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv olunması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X5 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarın ləğv edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin 2024-cü ilin ikinci rübünə dair “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” üzrə təqdim edilmiş məlumatlar əsasında, dövlət vergi orqanı tərəfindən hesablama aparılmış və nəticə olaraq 902 manat məbləğində sığorta haqqı tutulmuşdur. Lakin vergi xidməti tərəfindən qəbul edilmiş qərar əsassız, qanunsuz və hüquqi baxımdan düzgün deyildir, müvafiq qanunvericiliyə və hüquqi normativlərə ziddir. Belə ki, Nümayəndə, 2-ci rüb üzrə müəyyən aralıqlarla ailə vəziyyəti ilə bağlı (fevral, mart, aprel, may, iyun və iyul aylarında) Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət hüququndan istifadə edərək işdən kənarlaşmışdır. Həmin dövrlərdə şəxsi hesab vərəqinə Dövlət Sosial Müdafiə Fonduna (DSMF), İcbari Tibbi Sığorta və İşsizlikdən Sığorta üzrə borclar (və faizlər) hesablanmışdır.Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, hər bir işçiyə il ərzində 6 ay ödənişsiz məzuniyyət hüququ verilir. Bu müddət ərzində əmək haqqı ödənilmədiyi üçün işçinin ödənişsiz məzuniyyətdə olduğu müddətlərə əsasən MDSS hesablanması qanunsuz və əsassızdır. Nümayəndə qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olma səbəbindən, DSMF, İcbari Tibbi Sığorta və İşsizlikdən Sığorta üzrə borcların və faizlərin hesablanması hüququna ziddir. X2 ilə bağlanmış "Maliyyə məsləhəti xidmətlərinin göstərilməsi haqqında" müqavilə çərçivəsində, müqavilə əsasında, Ülvi Rüstəmov yalnız onlayn mühitdə mühasibatlıq xidmətləri göstərmiş, göstərdiyi xidmətlərdə yalnız elektron mühitdən istifadə etmiş, bu müddət ərzində heç bir fiziki iş və ya görüş tələb olunmamışdır. Xidmətlər ayda maksimum 1 saatlıq iş həcmində həyata keçirilmişdir, onun tərəfindən təqdim olunan xidmətlər əsasən mühasibatlıq və maliyyə əməliyyatlarının icrası, müvafiq hesabatların hazırlanması ilə əlaqədar olmuşdur. Müqavilə çərçivəsində ona Asan imzadan istifadə hüququ verilmiş, o, müvafiq maliyyə əməliyyatlarını və hesabatlarını şəkildə həyata keçirmişdir. Bu, xidmətlərin etibarlılığını təmin etmiş və qanuni aspektdən hər hansı bir narahatlığa yol açılmamışdır. Nəticə etibarilə Nümayəndə məzuniyyətdə olmayanda da, olanda da, Ülvi Rüstəmov müvafiq xidmətləri dövri olaraq davamlı şəkildə göstərmişdir. Hər iki halda, onun iş fəaliyyəti aylıq 1 saatı keçməmişdir. Dövlət Vergi Xidmətinin qeyd etdiyi kimi, Cəmiyyət tərəfindən ##.##.2024-cü ildə işçiyə 300 manat əmək haqqı ödənilmişdir. Lakin fevral ayı maaşının ödənilməməsi məsələsi, xxxx LTD Şirkətindən gələn ödənişin fevral maaşını ödəmək üçün istifadə olunması ilə əlaqədardır. Ödəniş gecikməsi yalnız maliyyə vəsaitlərinin təmin edilməməsi səbəbindən baş vermişdir. ##.##.2024-cü ildə hesabda müəyyən məbləğ əldə edildikdən sonra, fevral ayının maaşı ödənilmişdir. Cəmiyyət, bütün əməliyyatları qanun və prosedurlara uyğun şəkildə həyata keçirmişdir. Ödənişin gecikməsi yalnız maliyyə axınının təmin olunmaması ilə bağlıdır və bu heç bir qanunsuz hərəkət olaraq qiymətləndirilə bilməz. Bank çıxarışları təqdim edilmişdir və bütün əməliyyatlar açıq və şəffaf şəkildə həyata keçirilmişdir.xxxx LTD ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yalnız onlayn xidmətlər göstərir. Bu xidmətlər www.autoreport.az platformasında təqdim olunur və yalnız virtual mühitdə həyata keçirilir. Xidmətlər arasında banner, blog və servis modulu mövcuddur. Bu xidmətlər internet üzərindən təqdim edildiyi üçün, fiziki iş və ya məkan tələb olunmur. Müqavilənin icrası zamanı heç bir fiziki fəaliyyət, ofis və ya iş ərazisində iş görülməyib. Bütün əməliyyatlar və xidmətlər yalnız onlayn platforma vasitəsilə həyata keçirilib. 2024-cü ilin 2-ci rübü ərzində Cəmiyyət tərəfindən 1 xidmət alınmış və ödəniş həyata keçirilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınan “sığorta xidmətləri” xidməti üçün 31,23 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu müqaviləyə əsasən illik ödənişdir və iş müqaviləsi olduğu müddətdə mütləq tələb olunan bir xidmətdir.##.##.2024-cü il tarixli, EBEB seriyalı, ****** nömrəli və ##.##.2024-cü il tarixli, MT2405 seriyalı, ******** nömrəli elektron qaimə-fakturalara əsasən, X1 ilə bağlanmış “partnyorluq birgə smm servis modulu” xidməti üçün 118,0 manat məbləğində ödəniş edilmişdir. Bu xidmətlər www.autoreport.az platformasında onlayn təmsil olunma üçün həyata keçirilmişdir, heç bir fiziki fəaliyyət olmamışdır.##.##.2024-cü il tarixli EBEB seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, MT2405 seriyalı (sonradan ləğv olunmuş) və ##.##.2024-cü il tarixli, MT2406 seriyalı, ******** nömrəli elektron qaimə-fakturalara əsasən, xxxx LTD Şirkətinə təqdim edilmiş “smm blog banner partnyorluq” xidməti üçün 177,0 manat məbləğində ödəniş edilmişdir. Bu xidmətlər də www.autoreport.az platformasında periodik olaraq onlayn təmsil olunma məqsədilə həyata keçirilib, heç bir fiziki fəaliyyət olmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə daxil olmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi qərara alınmışdır.

5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev apellyasiya şikayətinə uyğun izah verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsin xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3- 21-2-9.*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən vergi orqanı tərəfindən iddiaçıya 901,02 manat sığorta haqqı hesablanmışdır, hesablamanın əsası kimi iddiaçı tərəfindən 2024-cü ilin 2-cü rübü (aprel, may, iyun ayları) ərzində fəaliyyət göstərildiyi gəlir, xərc və ya iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də iddiaçı tərəfindən 2024-cü ilin 2-cü rübü üçün muzdlü işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) vergi orqanına boş (göstəricisiz) təqdim edilməsi göstərilmişdir.

10. “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarına əsasən cavabdeh kameral vergi yoxlaması zamanı uçotbaza məlumatlarına əsasən aparılmış təhlillər nəticəsində Cəmiyyət tərəfindən 2024-cü ilin 2-cü rübü üçün təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 1-ci, 2-ci və 3-cü ayları üzrə göstərilmiş 0 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildiriş bazasında qeyd edilmiş 3003,13 manat məbləğindən 3003,13 manat az təqdim edilməsi müəyyən edilmişdir, həmin qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2024-cü ilin 2-cü rübü (aprel, may və iyun ayları) ərzində Birliyin 1 nəfər (Nümayəndə) muzdlu işçi ilə bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu, işçinin tutduğu vəzifənin durektor olduğu əmək haqqı fondunun hər ay üçün 1001,13 manat olduğu müəyyən edilmişdir.

11. İddiaçının ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli əmrlərinə əsasən iddiaçının əməkdaşı Nümayəndə ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixinə qədər və ## ### 2024-сü ildən ## #### 2024-cü il tarixinə qədər ödənişsiz məzuniyyət verilmişdir.

12. Hesabdan çıxarış adlı sənədə əsasən iddiaçının bank hesabında ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixə qədər müddətdə son əməliyyat tarixi ##.##.2024-cü ildə aparılmışdır.

13. İddiaçı tərəfindən məhkəməyə Ülvi Rüstəmov ilə ##.##.2024-cü ildə bağlanmış “Maliyyə məsləhəti xidmətlərinin göstərilməsi haqqında” müqavilə,”xxxx” MMC ilə ##.##.2022-ci ildə bağlanmış əməkdaşlıq sazişi təqdim edilmişdir.

14. Apellyaisya baxışı zamanı sorğuya əsasən təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə bildirilmişdir ki, “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən Nümayəndə adına İddiaçı MMC tərəfindən ##.##.2021-ci il tarixdə əmək müqaviləsinin bağlanması, ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2024-cü il tarixlərdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişlərin sistemə daxil edildiyi, eyni zamanda ##.##.2024-cü il tarixdə elektron əmək müqaviləsinə keçid edildiyi və hazırda həmin əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilir: 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 64.Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir: 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 15.Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr; faktiki ezamiyyə xərclərinin,və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi; müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri; istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri; təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar; aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq; məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri; sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər; muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə, maddi yardım (sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla) və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar);yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq; sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət; dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya; Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər; fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il ## #### tarixli, *** nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində); əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr; ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar; əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək); sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait; əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlər.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilir: Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

20. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilir:

13. Əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.

16. Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.

21. İş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının direktoru və əməkdaşı Nümayəndə ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək, həmçinin ##.##.2024-cü ildən ##.##.2024cü il tarixədək ödənişsiz məzuniyyət verilmiş, həmin dövrdə ona əməkhaqqı hesablanmamış və ödənilməmişdir. Bu səbəbdən 2024-cü ilin ikinci rübü üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasının qanunsuz olduğu göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək müqaviləsi bildirişləri” altsistemində iddiaçının 2024-cü ilin ikinci rübündə bir nəfər muzdlu işçisinin olduğu, həmin şəxsin direktor vəzifəsində çalışdığı və aylıq əməkhaqqı fondunun hər ay üzrə 1001,13 manat göstərildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən vergi orqanına “0” göstəricili hesabat təqdim edilmişdir. Cavabdeh hesab etmişdir ki, hüquqi şəxsin fəaliyyətinin davam etməsi, müqavilə münasibətlərinin mövcudluğu və direktorun hüquqi şəxsin yeganə idarəedici şəxsi olması onun faktiki fəaliyyət göstərdiyini təsdiq edir.

22. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Nümayəndə iddiaçı hüquqi şəxsin həm direktoru, həm qanuni təmsilçisi, həm də müəssisənin yeganə işçisi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquqi şəxslərin icra orqanları ilə bağlı müddəalarına əsasən direktor hüquqi şəxsin cari fəaliyyətinə rəhbərliyi həyata keçirən, onu üçüncü şəxslər qarşısında təmsil edən və hüquqi şəxsin fəaliyyətinin təşkilinə cavabdeh olan şəxsdir. Hazırkı iş üzrə mübahisələndirilən dövrdə hüquqi şəxsin fəaliyyətinin tam dayandırılması, vergi uçotunun bağlanması, bank hesablarının bağlanması və ya hüquqi şəxsin fəaliyyətinin faktiki dayandırılması müəyyən edilməmişdir. Əksinə, iş materiallarında olan sübutlardan görünür ki: - hüquqi şəxsin fəaliyyət münasibətləri davam etmiş; - müqavilələr qüvvədə olmuş; - xidmət münasibətləri mövcud olmuş; - bank hesabı üzrə əməliyyat aparılmış; - hüquqi şəxsin fəaliyyətinin tam dayanması təsdiq edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli “Maliyyə məsləhəti xidmətlərinin göstərilməsi haqqında” müqavilə və “xxxx” MMC ilə bağlanmış əməkdaşlıq sazişi də hüquqi şəxsin fəaliyyətinin davam etdiyini göstərir.

23. Məhkəmə kollegiyası hesab edir ki, direktorun hüquqi şəxsin yeganə işçisi və yeganə idarəedici şəxsi olduğu halda hüquqi şəxsin fəaliyyətinin davam etməsi həmin şəxsin faktiki olaraq idarəetmə və təmsiletmə funksiyalarını həyata keçirmədiyi nəticəsinə gəlməyə əsas vermir. Əksinə, hüquqi şəxsin fəaliyyətinin davam etməsi obyektiv olaraq direktorun hüquqi şəxsin fəaliyyətini təşkil etməsini, müqavilə münasibətlərini idarə etməsini və hüquqi şəxsi təmsil etməsini ehtiva edir. İddiaçının istinad etdiyi ödənişsiz məzuniyyət əmrləri formal sənəd kimi qiymətləndirilsə də, həmin əmrlər özlüyündə şəxsin faktiki fəaliyyət göstərmədiyini birmənalı təsdiq etmir.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, əmək münasibətlərində formallıq deyil, münasibətin faktiki məzmunu əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24-cü maddəsinə əsasən vergi orqanları vergilərin və məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına nəzarət etməyə borcludurlar. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən təqdim olunmuş hesabatlarda ziddiyyət aşkar edildikdə vergi orqanı əlavə məlumat və sənədlər tələb edə bilər.

25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş “0” göstəricili hesabat Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinin informasiya sistemində olan məlumatlarla ziddiyyat təşkil etmişdir. Bundan əlavə, "Sosial sıgorta haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi dövlət sosial sigortası ümumilik va məcburilik prinsiplərinə əsaslanır.

26. Məhkəmə Kollegiyası hesab edir ki, hüquqi şəxsin fəaliyyətinin faktiki davam etdiyi, direktorun isə həmin hüquqi şəxsin yeganə idarəedici va təmsilçi şəxsi olduğu halda yalnız formal ödənişsiz məzuniyyət əmrlərinə istinad etməklə sosial sığorta öhdəliklərindən yayınmaq mümkün deyildir. İddiaçı tərəfindən direktorun mübahisəli dövrdə hüquqi şəxsin fəaliyyətində ümumiyyətlə iştirak etmədiyini, idarəetmə funksiyalarını həyata keçirmədiyini və hüquqi şəxsin fəaliyyətinin başqa qaydada keçirmədiyini va hüquqi şəxsin fəaliyyətinin başqa şaxs tərəfindən tam icra edildiyini təsdiq edən kifayət qədər, mötəbər va inandırıcı sübutlar təqdim edilməmişdir.

27. Əksinə, iş üzrə müəyyən edilmiş hallar əmək münasibatlərinin faktiki davam etdiyini va direktorun hüquqi şəxsin fəaliyyətində iştirak etdiyini göstərir. Bu səbəbdən cavabdeh tərəfindən əlavə məcburi dövlət sosial sığorta va işsizlikdən sığorta haqlarının hesablanması qanunauyğun olmuşdur.

28. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam va obyektiv araşdırmamış, sübutları natamam qiymətləndirmiş va maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

29. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir.

30. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar