Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-435/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(82)-3433/2018 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı, 24 oktyabr 2018-ci il saylı qərarına əsasən İddiaçı iddiası təmin edilərək, İddiaçı 1994- 2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş İİ ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin birdəfəlik olaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3433/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 75 faizi məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək, 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)264/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-264/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarı ilə 28 yanvar 2020-ci il tarixdə qanuni qüvvəsini almış və 11 mart 2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, pensiya məbləği yenidən hesablanarkən hər il məzuniyyətə çıxarkən verilən 2 əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün verilən 2 əmək haqqı məbləğində pul təminatının, həmçinin xidmət illərinə görə vəzifə maaşının və rütbəyə görə maaşın 15 %-i miqdarında əlavə haqqının ona pensiya məbləği hesablanarkən nəzərə alınması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin XŞT üzrə Mərkəzi filialına müvafiq izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16.10.2019-cu il tarixli, 2-1(103)-1939/2019 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş İİ ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq, hərbçi zabit olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ona ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin (hazırda DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) üzərinə qoyulmuşdur. Lakin cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanarkən bəzi əlavələr pensiya məbləğinə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İşlər İdarəsindən verilmiş və cavabdehə təqdim edilmiş arayışda digər əlavələrlə yanaşı, hakimlərə məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı ödənilməsi göstərilsə də, bu əlavənin ödənilməsinin məcburiliyini təsdiq edən Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının “V.M.Şükürovun Azərbaycan Respublikası DSMF-nun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı “Əmək pensiyasının yenidən hesablanması barədə”” 17 may 2016-cı il tarixli qərarı olsa da (həmin qərarda “hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla pensiya hüququ yarandığı tarixdən V.M.Şükürovun əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi göstərilmişdir) və həmin qərarın surəti cavabdehə təqdim edilsə də, və nəhayət cavabdehin 20.08.2020-ci il tarixli **********7 saylı məktubda pensiyaya çıxmış E.Q.Nəbiyevə pensiya hesablanarkən məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunması üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatının nəzərə alınmasını qeyd edilsə də, həmin əlavələrin ərizəçiyə təyin edilmiş pensiya məbləğində əlavə edilməsi barədə ərizəsi təmin edilməmiş və imtina belə əsaslandırılmışdır ki, “hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının hesablanması qaydası proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı bir müddəa Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmayıb”. Eyni zamanda cavabdehə müraciətində 5 ildən 10 ilə kimi zabit rütbəsində xidmətdə olmuş şəxslərə xidmət illərinə görə vəzifə maaşı və rütbəyə görə verilən maaşın 15% miqdarında əlavə haqq verilməsini qeyd etsə də (O, 7 il zabit xidmətdə olmuşdur), ona vəzifə maaşı və rütbəyə görə maaşın 10% miqdarında pensiyasına əlavə edilmiş, ona göndərilmiş ərizəsinə cavabda buna münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq arayışı cavabdehə təqdim edilmiş və ona xid3mət illərinə görə yenə də vəzifə maaşı və rütbəyə görə maaşın 10% miqdarında əlavə ödənilmişdir. Bundan əlavə cavabdehə müraciətində məhkəmə qətnaməsində “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilərkən hakimlərin əmək haqqındakı sonrakı artımların nəzərə alınması müddəasına əsasən 01.09.2019-cu tarixdən Ali Məhkəmə hakimlərinin bir aylıq vəzifə maaşının və məzuniyyət haqqının da pensiya məbləğində nəzərə alınmasını xahiş etmişdir. Bu göstərilən əlavənin ona tətbiq edilməməsini isə cavabdeh məhkəmə qətnaməsi qəbul ediləndən sonra qəbul edilmiş və fiziki şəxsin vəziyyətin yaxşılaşdıran qanunun geriyə şamil edilməsi barədə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə zidd olan 25 may 2020-ci il tarixli “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(82)-3433/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarının icrası ilə bağlı - İddiaçı 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması zamanı “məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı”nın da nəzərə alınmaqla hesablanmalı olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına izah edilmişdir. Cavabdeh qərardaddan şikayət verərək Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(82)-3433/2018 nömrəli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarında iddiaçı üçün nəzərdə tutulan sonrakı artımların məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində pul təminatının olması ilə bağlı hər hansı qeyd yoxdur. Həmin məbləğlər iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işlədiyi dövrdə iddiaçıya ödənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin, 3-cü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(82)-3433/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsində göstərilir ki, “Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.» Həmin Məcəllənin 13.5-ci maddəsində göstərilir ki, Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İşin hallarından görünür ki, izah verilməsi tələb olunan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3433/2018 saylı, 24 oktyabr 2018-ci il saylı qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 75 faizi məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək, 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)3433/2018 saylı, 24 oktyabr 2018-ci il saylı qərarına əsasən iddia təmin edilərək, İddiaçı 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin birdəfəlik olaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı verilmiş 13 avqust 2020-ci il tarixli, **********3 saylı əmək pensiyasının yenidən hesablanması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2-1(102)-264/20 saylı qərarına əsasən əmək pensiyası yenidən hesablanaraq 19 aprel 2017-ci il tarixdən 3326,78 manat, 01 may 2018-ci il tarixindən 3434,08 manat, 01 sentyabr 2019-cu il tarixindən isə 4079,92 manat müəyyən edilmiş, həmçinin 19.04.2017-31.03.2020-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 35518,22 manat fərq məbləğinin 1016,05 manat hissəsi cari ilin aprel ayında, qalan 34502,17 manat hissəsi isə may ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildirilmişdir ki, 01 sentyabr 2019-cu il tarixdən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə - 891 manat, rütbə maaşına görə əlavə 159 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 297 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə - 213,90 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə 1000 manat və ərzaq payı əvəzinə verilən 64 manat məbləğində pul kompensasiya olmaqla orta aylıq əmək haqqı 5099,99 manat təşkil edir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı verilmiş 11 avqust 2021-ci il tarixli, **********7 saylı məktubdan görünür ki, iddiaçının əlavələrin besablanması barədə müraciətinə baxılmış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.05 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına istinad olunaraq, müraciətdə qeyd olunan əlavələr əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində ona ödənilmədiyindən həmin pul təminatlarının əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, 01 sentyabr 2019-cu il tarixdən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə - 891 manat, rütbə maaşına görə əlavə 159 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 297 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavə - 320,85 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə 1000 manat və ərzaq payı əvəzinə verilən 64 manat məbləğində pul kompensasiya olmaqla orta aylıq əmək haqqı 5206,85 manat təşkil etmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin 28 yanvar 2020-ci il tarixli, 13/2020 saylı arayışından görünür ki, 01.09.2019-cu il tarixdən Ali Məhkəmənin hakiminin vəzifə maaşı 1980 manat müəyyən edilmişdir. Bundan əlavə onların hər birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15 faizi miqdarında (vəzifə maaşının 45 faizindən artıq olmamaqla) ayda əlavə haqq ödənilir. 01.10.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində aylıq pul təminatı, 01.11.2021-cu il tarixdən isə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi həcmində haqq ödənilir. 01.09.2019-cu il tarixdə onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlərə hər ik qırx təqvim günü müddətində məzuniyyət verilir. Həmçinin hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir. 01.09.2019-cu il tarixdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş hesablama qaydasına əsasən məzuniyyət verilir. Qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarına əsasən iddiaçının iddia tələbi onun 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin birdəfəlik olaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmişdir. Məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərkən əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmalı olduğu halda, cavabdeh həmin əlavələrin hesablanmasından imtina etmişdir. Halbuki, Bakı şəhəri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı, 24 oktyabr 2018-ci il saylı qərarına əsasən iddia təmin edilərək, digər tələblərlə yanaşı İddiaçı 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarına əsasən isə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)- 3433/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 75 faizi məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək, 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı hazırki mübahisə üzrə yekun olaraq qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)- 264/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra qəbul edilmişdir və İddiaçı vəziyyətini ağırlaşdırdığından ona münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı hesab etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı, 16 oktyabr 2019cu il tarixli qərarının icrası ilə bağlı - İddiaçı 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması zamanı “məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı”nın da nəzərə alınmaqla hesablanmalı olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına izah edilməlidir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(82)- 3433/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(82)-3433/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-435/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-435/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver