Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4357/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X9 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqəsinin) verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11775/2025 nömrəli, 04 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, №3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli imtinasının əsassız sayılması, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqəsinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə xx xxxx 1982-ci ildə Ermənistan, Əzizbəyov rayonunda doğulmuşdur. 1988-ci ildə Xocalı rayonu Malıbəyli kəndinə və 1992-ci ildə isə ordan məcburi köçkün düşmüşdür. Atası və anası - X10 2005-ci ildə ailə qurmuş və xx.xx.2007-ci ildə İddiaçı anadan olmuşdur. 2025-ci ilin may ayında məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin 03 iyun 2025-ci il tarixli № 3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları”ın 4.1.6-cı bəndinə istinad edilərək ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, qeydiyyatı ünvan 1 ünvanında olduğundan ona - İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Hesab edir ki, Bakı şəhərində qeydiyyatda olması ona məcburi köçkün statusunu təstiq edən vəsiqəsinin verilməsindən imtina olunması üçün əsas ola bilməz. Komitənin 03 iyun 2025-ci il tarixli № 3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli məktubu əsassızdır və ləğv edilərək məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. 1992-ci ildə atası - Qanuni nümayəndə, anası - X10, babası - X6, nənəsi - X1 rayonundan məcburi köçkün düşmüş və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən rəsmi sənədə əsasən məcburi köçkün olduğu qeyd olunur. Həmçinin atasına, anasına, babasına, nənəsinə Komitə tərəfindən 2025, 1997, 2022-ci illərdə məcburi köçkün vəsiqəsi verilmişdir. Dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan yararlanırlar, o və ailə üzvüləri 2017-ci ilə qədər yemək xərci müavinəti almışlar. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxs) "məcburi köçkün" statusu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə istinad edərək ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-11775/2025 nömrəli, 04 iyul 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11775/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin adıçəkilən qərarından nazarı qaldığı üçün apellyasiya şikayəti vermək qərarına gəlmişdir. İddiaçının atası Qanuni nümayəndə xx xxxx 1982-ci ildə Ermənistan, Əzizbəyov rayonunda doğulmuşdur. 1988-ci ildə Xocalı rayonu Malıbəyli kəndinə və 1992-ci ildə isə ordan məcburi köçkün düşmüşdür. Atası Qanuni nümayəndə anası X11 ilə 2005-ci ildə ailə qurmuş və xx.xx.2007-ci ildə X7 anadan olmuşdur. 2025-ci ilin may ayında məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin 03 iyun 2025-ci il tarixli № 3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydalarf’ın 4.1.6-cı bəndinə istinad edilərək ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, qeydiyyatı ünvan 1 ünvanında olduğundan ona - X3 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Hesab edir ki, Bakı şəhərində qeydiyyatda olması ona məcburi köçkün statusunu təstiq edən vəsiqəsinin verilməsindən imtina olunması üçün əsas ola bilməz. Komitənin 03 iyun 2025-ci il tarixli № 3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli məktubu əsassızdır və ləğv edilərək məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. 1992-ci ildə atası - Qanuni nümayəndə, anası - X11, babası - X6, nənəsi - X2 rayonundan məcburi köçkün düşmüş və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən rəsmi sənədə əsasən məcburi köçkün olduğu qeyd olunur. Həmçinin atasına, anasına, babasına, nənəsinə Komitə tərəfindən 2025, 1997, 2022-ci illərdə məcburi köçkün vəsiqəsi verilmişdir. Dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan yararlanırlar, iddiaçı və ailə üzvüləri 2017-ci ilə qədər yemək xərci müavinəti almışlar. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxs) "məcburi köçkün" statusu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə istinad edərək ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin sözügedən qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə yalnız qeydiyyat ünvanına əsaslanmaqla iddia tələbini rədd etmişdir. Həmin ünvan onların məcburi köçkün kimi məskunlaşdıqları ünvandır ki, sonradan həmin ünvana qeydiyyata düşmələrinə səbəb sənədləşdirmə işlərinin asan olması üçündür. Çünki bu ünvan daha dəqiq və poçt üçün əlverişlidir. Qeydiyyat ünvanının dəyişməsi isə onların məcburi köçkün olmadıqları anlamına gəlməməlidir. Əgər qeydiyyat ünvanına görə məcburi köçkün vəsiqəsi və statusu müəyyən olunursa, o zaman iddiaçı ilə eyni ünvanda qeydiyyatda olan atası və anası necə olur ki, məcburi köçkün hesab olunur? İddiaçının atası və anası hər ikisi məcburi köçkün olsa da, Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, iddiaçıya bu status verilməli deyil. Bu mövqe tam məntiqsiz və əsassızdır. Ona görə də apellyasiya şikayəti vermək qərarına gəlmişdir. "Azərbaycan Respublikasında məcburi köçkünlərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilə bilər. Həmçinin həmin qaydaların "əsas anlayışlar" hissəsinə əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İddiaçının atası, babası, nənəsi məcburi köçkün statusu alıb və məcburi köçkün vəsiqəsinə sahibdirlər. İddiaçı atası ilə birlikdə məcburi köçkün kimi yaşadıqları yer üzrə ərzaq yardımı siyahısına daxil edilib, tibbi və digər yardımlardan, sosial təminatlardan, imtiyaz və güzəştlərdən istifadə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli məktubda qeyd edilir: Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə daxil olmuş övladlarınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, qeydiyyatınız ünvan 2 ünvanında olduğundan övladlarınız xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. İşin faktiki halları ondan ibarətdir ki, Şuşa rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci ildə verilmi AZ-İ seriyalı 112084 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən Qanuni nümayəndə ilə X10 xx.xx.2005-ci ildə nikahlarını bağlamışlar. Onların birgə nikahlarından Bakı şəhərində xx.xx.2007-ci ildə İddiaçı doğulmuşdur (Şuşa rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci ildə verilmi AZ-İİ seriyalı 032711 nömrəli Doğum haqqında şəhadətnamə). İddiaçının atası Qanuni nümayəndə iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qeydiyyatının ünvan 2 ünvanı olduğu bildirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçının atası Qanuni nümayəndə (Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), anası X10 (Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) və İddiaçı (Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) ünvan 2 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçının hər iki valideyni, eləcə də özü ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçının hər iki valideyninin yaşayış yeri üzrə qeydiyyatı əvvəllər işğal olunmuş rayon (şəhər) deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11775/2025 nömrəli, 04 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4357/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4357/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver