Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4358/2025 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 5.75 sot olan bağ sahəsinin mülkiyyət hüququ qeydiyyata alınmaqla plan və ölçü sənədinin tərtib ediməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AMEA Radiasiya Problemləri İnstitutunun nəzdində “Radiasiya b.y.t.-nın ümumi iclasının” ##.##.2025-cü il tarixli protokoluna əsasən qərara alınmışdır – öz ərizəsinə əsasən İddiaçı b.y.t. üzvlüyünə yenidən daxil edilsin və bağ sahəsi 21 ona verilsin. AME Radiasiya Problemləri İnstitutunun Baş direktoru tərəfindən təsdiq edilmiş Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutunun nəzdində “Radiasiya” bağçılıqyoldaşlıqq təsərrüfatı üzvlərinin siyahısında X1 adı 18-ci yerdə göstərilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 5.75 sot olan bağ sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın ##.##.2023-cü il tarixli, 3-21-3-30/2-H0938-315/2023 ************ №-li imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmiş, həmçinin qeyd olunan “21” saylı torpaq sahəsi digər şəxsin adına qeyd edilib. Bundan əlavə, kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi başqa bağın ərazisinə uyğun gəlməklə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 5.75 sot olan bağ sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 5.75 sot olan bağ sahəsinin mülkiyyət hüququ qeydiyyata alınmaqla plan və ölçü sənədinin tərtib ediməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Milli Elmlər X7 İnistitunun nəzdində işlədiyi üçün Bakı şəhər X3 İcraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli qərarına əsasən 1987-ci il tarixdən Radiasiya bağçılıq yoldaşçılıq təsərüfatı hesabından bağçılıq təsərüfatı üzvlüyünə qəbul edilmişdir. AMEA Radiasiya Problemləri İnistitunun nəzdində “Radiasiya” bağçılıq yoldaşlıq təsərüfatının ümumi iclasının ##.##.2005-ci il tarixli protokolundan göründüyü kimi iddiaçı 2 illik Leninqrada məqəsədli ezamiyyətə gedərkən xəbər vermədən adı bağçılıq yoldaşçılıq təsərüfatı siyahısından çıxarılmışdır. Həmin iclas protokolu əsasında üzvlərin səs çoxluğu ilə ** saylı torpaq sahəsinin sahibi bağçılıq yoldaşçılıq təsərüfatı üzvlüyündən çıxırılaraq ** saylı torpaq sahəsi iddiaçıya verilmişdir. 2005-ci ildən halhazıradək ** saylı bağ sahəsinə fasiləsiz olaraq sahiblik edir. Torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində adına qeydiyyata alınması və torpaq sahəsinə dair planölçü sənədinin verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdəbildiriş məktubu ilə torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ərizənin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, idarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin ** saylı bağ digər şəxsin adına qeyd edilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ** nömrəli bağ kimi Üçüncü şəxs (fin: *******) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilərək, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 5.75 sot olan bağ sahəsinin mülkiyyət hüququ qeydiyyata alınmaqla plan və ölçü sənədinin tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, idarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin ** saylı bağ digər şəxsin adına qeyd edilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ** nömrəli bağ kimi Üçüncü şəxs (fin: *******) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilən torpaq sahəsi ** nömrəli bağ kimi Üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmçinin torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı Bakı İnzibati Məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxs Üçüncü şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs isə iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən: vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı. 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 86. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı mübahisədə həll edilməli olan əsas məsələ iddiaçının mübahisəli bağ sahəsi üzərində dövlət qeydiyyatına alınmalı hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi və faktiki əsasların mövcud olub-olmamasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələri üzrə, digər sənədlərlə yanaşı, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq verilmiş üzvlük kitabçasını və ya üzvlərin iclasının protokolundan çıxarışı da dövlət qeydiyyatının hüquqi əsaslarından biri kimi qəbul edir. İş materiallarından müəyyən olunur ki, iddiaçının “Radiasiya” X6 üzvlüyünü və ** saylı bağ sahəsinin onun istifadəsinə verilməsini təsdiq edən üzvlük kitabçası, habelə həmin təsərrüfatın ümumi yığıncağının ## ##### 2005-ci il tarixli protokolu mövcuddur. Bu sənədlərin həqiqiliyini, hüquqi qüvvəsini və ya onların qanunsuz qaydada verildiyini şübhə altına alan hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının adının idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar edilməməsi ilə bağlıdır. Kollegiya bu dəlili əsaslı hesab etmir. Belə ki, inzibati orqanın arxivində müəyyən sənədin və ya məlumatın mövcud olmaması, özlüyündə, başqa mötəbər sübutlarla təsdiq olunan hüququn yaranması faktını aradan qaldırmır. Xüsusilə, hüququn yaranmasını təsdiq edən sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edildiyi halda, inzibati orqanın arxiv məlumatlarının natamamlığı və ya həmin məlumatlar arasında uyğunsuzluq, bunun yaranmasında şəxsin hər hansı iştirakı müəyyən edilmədikcə, onun əleyhinə hüquqi nəticə doğura bilməz. Başqa sözlə, inzibati orqanın məlumat və arxiv sisteminin təşkili ilə bağlı riskin hüququnu təsdiq edən sənədləri təqdim etmiş şəxsin üzərinə qoyulması yolverilməzdir. Bu baxımdan, cavabdehin arxivində iddiaçının adının aşkar edilməməsi, iddiaçının təqdim etdiyi üzvlük kitabçasının və ümumi yığıncağın protokolunun hüquqi qüvvəsini özözlüyündə aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Cavabdehin digər dəlili elektron kadastr məlumatlarında mübahisəli ərazinin ** saylı bağ sahəsi kimi üçüncü şəxs Üçüncü şəxs adına qeydiyyata alınması ilə bağlıdır. Lakin iş üzrə aparılmış əlavə araşdırma həmin dəlilin də iddiaçının tələbinin rədd edilməsi üçün yetərli olmadığını göstərir. Belə ki, cavabdehin məhkəmənin sorğusuna verdiyi ## ###### 2026-cı il tarixli cavabda faktiki olaraq hasardaxili 0,056 ha ərazinin bağ sahələrinin nömrə ardıcıllığına görə ** saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi, lakin ** saylı bağ sahəsi kimi qeydiyyata alındığı bildirilmişdir. Eyni zamanda, ** saylı bağ sahəsinin həqiqi ərazisinə dair hər hansı müraciətin qeydə alınmadığı göstərilmişdir. Bundan əlavə, cavabdehin təqdim etdiyi ## ###### 1999-cu il tarixli ** nömrəli protokolun məzmunundan üçüncü şəxs Üçüncü şəxs 22 deyil, ** nömrəli bağ sahəsinin ayrıldığı müəyyən olunur. Üçüncü şəxs özü də birinci instansiya məhkəməsində verdiyi izahatında ona və iddiaçıya məxsus torpaq sahələrinin yanaşı yerləşdiyini və həmin sahələr arasında hər hansı mübahisənin olmadığını bildirmişdir. Belə olan halda, elektron kadastr məlumatlarında mövcud olan 21 və ** saylı bağ sahələrinin nömrələnməsi ilə bağlı uyğunsuzluq iddiaçının mübahisəli torpaq sahəsinə dair hüququnun mövcud olmadığını deyil, əksinə, kadastr məlumatları ilə torpaq sahələrinin faktiki yerləşməsi və ilkin ayrılma sənədləri arasında uyğunsuzluğun mövcudluğunu göstərir. Kollegiya xüsusilə qeyd edir ki, belə uyğunsuzluğun yaranması iddiaçının iradəsindən və davranışından asılı olmamışdır. Dövlətin apardığı kadastr və qeydiyyat məlumatlarında yol verilmiş mümkün texniki, identifikasiya və ya nömrələnmə uyğunsuzluğunun mənfi nəticələrinin, hüququnun yaranmasını təsdiq edən mötəbər sənədlərə malik olan şəxsin üzərinə qoyulması hüquqi müəyyənlik və şəxsin inzibati orqana münasibətdə hüquqlarının səmərəli müdafiəsi tələbləri ilə uzlaşmır. Apellyasiya şikayətində, həmçinin birinci instansiya məhkəməsinin ** saylı bağ sahəsinin iddiaçıya qanunamüvafiq qaydada ayrılıb-ayrılmadığını tam araşdırmadığı göstərilmişdir. Kollegiya qeyd edir ki, bu məsələ apellyasiya icraatında əlavə olaraq araşdırılmış və müvafiq qurumlardan məlumatlar əldə edilmişdir. “Fizika İnstitutu” publik hüquqi şəxsinin məhkəmənin sorğusuna verdiyi 30 aprel və # #### 2026-cı il tarixli cavablardan müəyyən olunur ki, ## ##### 2005-ci il tarixli ümumi iclasda iddiaçının “Radiasiya” X6 üzvlüyü bərpa edilmiş və ** saylı bağ sahəsinin onun istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın qüvvəyə minməsi əvvəlki bağ sahibinə ödənilməli məbləğlərin hesablanması və iddiaçı tərəfindən ödənilməsi ilə əlaqələndirilmiş, məhz bu səbəbdən məsələyə sonradan yenidən baxılmışdır. Təqdim edilmiş məlumatlar, həmçinin bu prosedurun bağçılıq-yoldaşlıq təsərrüfatının müvafiq dövrdə qüvvədə olan Nizamnaməsinin tələblərinə uyğun həyata keçirildiyini təsdiq edir. Beləliklə, iş üzrə sübutların məcmu qiymətləndirilməsi iddiaçının mübahisəli bağ sahəsinə hüququnun təsadüfi və ya yalnız faktiki istifadədən irəli gəlmədiyini, onun bağçılıqyoldaşlıq təsərrüfatına üzvlüyünün bərpası və müvafiq bağ sahəsinin müəyyən edilmiş qaydada istifadəsinə verilməsi ilə hüquqi əsas qazandığını göstərir. Bu mənada, cavabdehin istinad etdiyi hallar işdə olan digər mötəbər sübutlarla birlikdə qiymətləndirildikdə iddiaçının hüququnun mövcudluğunu təkzib etmir. Əksinə, aparılmış araşdırma həmin uyğunsuzluqların iddiaçının davranışından deyil, sənədləşmə və kadastr məlumatları arasındakı fərqlərdən irəli gəldiyini göstərir. Nəzərə alınmalıdır ki, dövlət qeydiyyatı daşınmaz əmlaka hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsinə xidmət edir. Buna görə də qeydiyyat prosedurunda inzibati orqanın vəzifəsi yalnız özünün məlumat bazasında olan qeydləri formal şəkildə müqayisə etməkdən deyil, təqdim edilmiş hüquqmüəyyənedici sənədləri və mövcud kadastr məlumatlarını qarşılıqlı əlaqədə qiymətləndirərək qeydiyyata alınmalı hüququn mövcud olub-olmadığını müəyyən etməkdən ibarətdir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan hüquqi əsasların mövcudluğunu təsdiq etmiş, cavabdeh isə həmin sənədlərin hüquqi qüvvəsini aradan qaldıran və ya iddiaçının hüququnun mövcud olmadığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticənin dəyişdirilməsi üçün əsas yaratmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-4358/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4358/2025
10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver