Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4360/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vəzifə və rütbə maaşının indeksləşdirilərək ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X9 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vəzifə və rütbə maaşının indeksləşdirilərək ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Cavabdeh qarşı “yerdəyişmə müavinətinin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı ərizə təqdim edərək iş üzrə iddia tələbinin “ailə üzvlərinin hər birinə 25% faiz dərəcəsi olmaqla almadığı Şöbə rəisi vəzifə və rütbə maaşına 2023-cü ilinə uyğun olaraq indeksləşdirilərək həyat yoldaşı X1 və övladları Məmmədzadə Suad, Məmmədzadə Mədinəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSX-də 20 il xidmət edərək, 2023cü ilin iyun ayında DSX rəisinin əmri Sərhəd Nəzarəti böyük X2 şöbəsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. ##.##.2018-ci il DSX rəisinin müvafiq əmri ilə Sərhəd Nəzarəti “Gəncə” X3 X6 rəisi vəzifəsindən azad olaraq X4 Məntəqəsi rəisi vəzifəsinə təyin olunmuşdur. Xidmət yerini dəyişməyi ilə əlaqədar ona birdəfəlik yerdəyişmə (yüklərinin daşınma) pulu 100 faiz vəzifə-rütbə maaşı, ailə üzvlərinin hər birinə vəzifə və rütbə maaşının 0.25 faizi mislində ödənilməli idi. Bununla bağlı ## ###### 2023-cü ildə Sərhəd Nəzarəti rəisinin ünvanına rəsmi müraciət etməyinə baxmayaraq ona əsassız imtina verilmişdir. İddiaçı 2020-ci il tarixdə X4 Məntəqəsindən Böyuk-X2 Məntəqəsinə xidməti yerini dəyişəndə yerdəyişmə (yüklərinin daşınması) birdəfəlik müavinəti ilə təmin olunmuşdur. Bu barədə DSX rəisinin ünvanına ərizə-məktub ünvanlamış ##.##.2023-cü il tarixli *-**/*-A-****-**/**** nömrəli sənədlə imtina verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ailə üzvlərinin hər birinə 25 faiz dərəcəsi olmaqla iddiaçının almadığı şöbə rəisi vəzifə və rütbə maaşına 2023-cü ilinə uyğun olaraq indeksləşdirilərək həyat yoldaşı X1 və övladları X7, X10 ödənilməsi vəzifəsinin cavabdeh Cavabdeh həvalə edilməsi qərara alınmışdır.
5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, sabiq hərbi qulluqçu iddiaçı İddiaçı özü və ailə üzvlərinə görə yerdəyişmə müavinətinin ödənilməsi üçün raportla müraciət etmişdir. Lakin ailə üzvlərinə görə yerdəyişmə müavinətinin ödənilməsi üçün ailə üzvləri ilə bağlı təsdiqedici sənədləri təqdim etmədiyindən, yerdəyişmə müavinəti yalnız sabiq hərbi qulluqçuya ödənilmişdir.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
7. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
11. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X1 ##.##.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
12. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Məmmədzadə Suat ##.##.2008-ci il təvəllüdlüdür, atası İddiaçı.
13. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Məmmədzadə Mədinə ##.##.2010-cu il təvəllüdlüdür, atası İddiaçı.
14. AZ-İ ****** nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X5 ilə X1 ##.##.2006-cı ildə nikahlarını bağlamışlar.
15. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə ünvanladığı ##.##.2024-cü il tarixli **/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.1984-cü il təvəllüdlü X1 ##.##.2002-ci ildən Cəbrayıl şəhəri, 20 yanvar küçəsi, ev 22, ##.##.2008-ci il təvəllüdlü X8 ##.##.2009-cu ildən Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində, ##.##.2010-cu il təvəllüdlü X10 ##.##.2010-cu ildən Beyləqan rayonu, 1- ci Aşıqlı kəndinə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
16. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ************* nömrəli ##.##.2023-cü il tarixli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” Elektron arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən ##.##.2000- ##.##.2002, ##.##.2003-##.##.2023 tarixlərində həqiqi hərbi xidmət keçmişdir.
17. ##.##.2023-cü il tarixdə verilmiş Yaşayış yerindən kənardaa 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaşın müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınıb – ##.##.2024-cü ilədək.
18. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İddiaçı ünvanladığı ##.##.2023-cü il tarixli *-**/*-A-****-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin pul təminatı haqqında əsasnamə ## #### 2018-ci ildə təsdiq olunduğu üçün yerdəyişmə müavinətinin ödənilməsi imkan xaricindədir.
19. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəmə ünvanladığı ##.##.2024-cü il tarixli **/****m/** nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu iddiaçı İddiaçı özü və ailə üzvlərinə görə yerdəyişmə müavinətinin ödənilməsi üçün raportla müraciət etmişdir (qoşmaya əlavə edilir). Lakin ailə üzvlərinə görə yerdəyişmə müavinətinin ödənilməsi üçün təsdiqedici sənədləri təqdim etmədiyindən, yerdəyişmə müavinəti yalnız sabiq hərbi qulluqçuya ödənilmişdir. Belə ki, qeyd olunur ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 1992-ci il tarixli qərarına (bundan sonra - Qərar) istinadla iddia tələbi təmin edilməsi üçün əsas ola bilməz. İlk növbədə nəzərə almaq lazımdır ki, həmin qərar hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədinə yönəlmişdir. Bunun üçün müxtəlif meyarlar müəyyənləşdirilərək onlardan çıxış etməklə hərbi qulluqçulara əlavə pul təminatının verilməsi məsələsinin həll edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Daha sonra qərardan irəli gələn məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il ## #### tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə və Cavabdeh rəisinin ## #### 2018-ci il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” qəbul edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 1992-ci il tarixli qərarı hərbi qulluqçuların sosial müdafiəsini yaxşılaşdırmağa yönəlmiş həyata keçirilməli olan tədbirləri müəyyən etmişdir. Həmin qərar əlavə pul ödəmələrinin verilməsi məsələsini birbaşa həll etməmiş, Qərarın 2-ci bəndində (Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir) müxtəlif meyarlar müəyyənləşdirərək onlardan çıxış etməklə hərbi qulluqçulara əlavə pul təminatının verilməsi məsələsinin həll edilməsini səlahiyyətli orqanlara tapşırmışdır. Səlahiyyətli orqanlar tərəfindən bununla bağlı konkret məbləğlərin ödənilməsinə dair qərarların qəbulu isə zaman etibarilə bir qədər sonraya təsadüf etmişdir. Lakin tənzimləmənin gec həyata keçirilməsi özü-özlüyündə iddianın təmin edilməsinə əsas təşkil edə bilməz.
20. ## #### 2018-ci il tarixli raportda, İddiaçı Sərhəd Nəzarətinin rəisindən xidmət yerinin “Gəncə” Beynalxalq Aeroportundan “Astara” X14 dəyişdirilməsi ilə əlaqədar olaraq ailə üzvlərinə yol xərclərinin ödənişi barədə aidiyyəti üzrə sərəncam verilməsini xahiş etmişdir.
21. Cavabdeh Sərhəd Nəzarət rəisinin *** nömrəli ## ##### 2018-ci il tarixli “Xidmət yerinin dəyişdirilməsi ilə əlqədar olaraq pul müavinatının ödənilməsi haqqında” nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli əsasən – xidmət yeri Sərhəd Nəzarətinin “Gəncə” Beynəlxalq Aeroportu X6ndən “Astara” X14 dəyişilməsini nəzərə alaraq “Astara” sərhəd nəzarəti məntəqəsinin rəisi R İddiaçı və ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulan qaydada pul müavinatı ödənilsin. Əsas R–R İddiaçı ##.##.2018-ci il tarixli raportu.
22. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin ##.##.2026-cı il tarixli, ***/**-*-****/** nömrəli məktubu ikı bildirilmişdir ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək Sərhəd Nəzarətinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xidmətdə olduğu müddət ərzində ailə üzvlərinin (həyat yoldaşı və 2 övladı) müvəqqəti olaraq qeydiyyatda olduğu yer barədə heç bir sənəd təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
25. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 10. Pul təminatı və maddi təminat hüququ
1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır.
2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, Rlərin və Rların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.
6. Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. Maddə 20. Müavinətlər və başqa güzəştlər almaq hüququ
1. hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər.
26. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməyə əsasən:
6. Yol təminatı. Xidməti yerdəyişməyə görə yol xərci müavinəti. 6.11. Ailə başçısının xidmət yerinə daimi yaşayış üçün (25 km-dən artıq olan məsafəyə) faktiki olaraq köçmüş ailə üzvlərinə yol xərci müavinəti aşağıdakı hallarda ödənilir: 6.12. Hərbi qulluqçunun yeni xidmət yerinə gəldiyi gün üçün onun öhdəsinə olan (şəxsi işində qeyd olunmuş) aşağıdakı ailə üzvlərinə yol xərci müavinəti ödənilir. 6.12.1. Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, hərbi qulluqçu ilə onun yeni xidmət yerinə gəlmiş qeydiyyatlı nikahda olan həyat yoldaşına. 6.12.2. Hərbi qulluqqçunun və onun həyat yoldaşının, həmçinin övladlığa götürülmüş 18 yaşından aşağı uşaqlarına, yaşından asılı olmayaraq himayəsində olan 1-ci və 2-ci qrup əlil uşaqlara, hərbi qulluqçunun yeni xidmət yerinə yola düşdüyü gün üçün mülki orta və ali təhsil müəssisələrində təhsil almaqda olan, onunla birlikdə daimi yaşamaq üçün gəlmiş və elə həmin il təhsili davam etdirmək üçün ailə başçısının xidmət etdiyi məntəqədə və ya onun xidmət yerinə yaxın olan yaşayış məntəqəsində təhsil müəssisələrinə daxil olan 18 yaşdan yuxarı uşaqlarına. 6.13. Ailə üzvlərinə yol xərci müavinəti hərbi qulluqçunun təyin olunduğu və ya xidmət etdiyi hərbi hissə tərəfindən onların müvəqqəti qeydiyyatda olduqları əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmaları və ailə başçısı xidmət yeri üzrə müvəqqəti qeydiyyata düşmələri şərtilə, hərbi hissənin ailə tərkibi (uşaqların, valideynlərin, övladlığa götürülənlərin doğulma tarixi göstərilməklə) haqqında, ailənin gəldiyi yaşayış məntəqəsinin adı və ailənin gəldiyi tarix haqqında təqdim etməklə ödənilir. Yaşayış sahəsi verilənə və müvəqqəti qeydiyyata düşənədək kirayədə müvəqqəti yaşadıqları hallarda, ailə üzvlərinə yol xərci müavinəti, onların faktiki köçməsi hərbi hissə qərargahı tərəfindən (Mənzil məişət komissiyası) və ya həmin ərazinin müvafiq qurumları tərəfindən ailə tərkibi, uşaqların, valideynlərin (övladlığa götürənlərin) doğulma tarixi, ailənin gəldiyi yaşayış məntəqəsinin adı və ailənin gəlmə tarixi göstərilmə arayışı ilə təsdiq edilmişdirsə ödənilir.
27. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və tətbiq edilməli hüquq normalarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır.
28. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsasən “İnzibati icraat haqqında” Qanunun 19 və 24-cü maddələrinə istinad etmiş, cavabdehin işin hallarını tam araşdırmaması nəticəsinə gəlmişdir.
29. Kollegiya qeyd edir ki, inzibati orqanın xidməti araşdırma aparmaq vəzifəsi ilə şəxsin müəyyən sosial ödənişi almaq hüququnun mövcudluğu eyni hüquqi kateqoriyalar deyildir. İnzibati orqanın araşdırma vəzifəsinin pozulması avtomatik olaraq iddiaçının tələb etdiyi maddi hüququn yaranmasına səbəb olmur. İş üzrə mübahisə cavabdehin araşdırma aparıb-aparmaması ilə deyil, iddiaçının və onun ailə üzvlərinin mübahisəli ödənişi almaq hüququnun yaranıb-yaranmaması ilə bağlıdır.
30. İş materiallarından görünür ki, iddiaçı ailə üzvlərinin hər birinə görə şöbə rəisi vəzifə və rütbə maaşının 25 faizi həcmində ödəniş tələb edir. Lakin birinci instansiya məhkəməsi həmin hüququn hansı konkret normativ hüquqi aktdan irəli gəldiyini, həmin hüququn yaranması üçün hansı şərtlərin mövcud olmalı olduğunu və həmin şərtlərin iş üzrə sübuta yetirilib-yetirilmədiyini müəyyən etməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, dövlət büdcəsindən maliyyələşdirilən sosial xarakterli ödənişlər yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş şərtlər daxilində həyata keçirilə bilər. Belə ödənişlərin məhkəmə qaydasında təmin edilməsi üçün hüququn yaranmasına səbəb olan bütün hüquqi faktlar tam və mötəbər sübutlarla təsdiq edilməlidir. Birinci instansiya məhkəməsi isə cavabdehin araşdırma aparmaq vəzifəsini əsas götürərək, ödəniş hüququnun yaranmasını təsdiq edən hüquqi faktların mövcudluğunu ayrıca müəyyən etmədən iddianı təmin etmişdir.
32. Məhkəmə Kollegiyası hesab edir ki, iş materiallarında ailə üzvlərinə münasibətdə tələb olunan ödənişin hesablanması üçün zəruri olan bütün hüquqi əsasların mövcudluğu mübahisəsiz qaydada təsdiq edilməmişdir. Təqdim olunmuş sübutlar iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. Eyni zamanda, cavabdehin təqdim etdiyi etirazlar və sənədlər birinci instansiya məhkəməsi tərəfindən tam hüquqi qiymətləndirilməmiş, həmin sübutların işin nəticəsinə təsiri lazımi səviyyədə araşdırılmamışdır. Belə ki, iddiaçı ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək Sərhəd Nəzarətinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xidmətdə olduğu müddət ərzində ailə üzvlərinin (həyat yoldaşı və 2 övladı) müvəqqəti olaraq qeydiyyatda olduğu yer barədə heç bir sənəd təqdim etməmişdir. 33.Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə sübutları natamam qiymətləndirmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir.
34. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov