Məhkəmə qərarları › İş №2-1(103)-4361/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4361/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4361/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, Savalan y/m İİ kvartal, sahə 118 D ünvanında yerləşən 1174 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, Cavavdehin nümayəndəsi X8 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Maştağa qəsəbə XDS İK-nin “vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında” 46 nömrəli, xx.xx.1993-cü il tarixli qərarından çıxarışın notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər XDS İK baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara (İddiaçı) fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 0.12 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin (İİ kvartal, sahə 118 “D” ünvanı) ayrılması qərara alınmışdır.

2. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti 5-18/2-Ə-440-091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 46 №-li 19 noyabr 1993-cü il tarixli qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda ayrılmış 118D saylı 1200,0 kv.m. (yerində mövcud olan 1174,0 kv.m.) torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq İddiaçı təqdim edilmişdir. Yerləşmə sxemindən görünür ki, mövcud torpaq sahəsi 1174.0 kv.metrdir.

3. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-G-29151/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maştağa qəsəbə XDS İK-nin Qərarından 46№-li 19 noyabr 1993-cü il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan y/m, 2-ci kvartal fərdi yaşayış evinin tikintisi üçün Əziz-X2 ayrılmış 1 18 “D" saylı 1200,0 kv.m torpaq sahəsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.

4. Azərbayca Respublikası Dövlət Arxivini Bakı Filialının 3-48-2F/2-P-06821/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maştağa qəsəbə XDS İK-nin 1993-cü ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********53 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilən xx.xx.1993-cü il tarixli 46 nömrəli Maştağa qəsəbəsi X16 İcariyyə Komitəsinin qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının adına ayrılmış Maştağa qəsəbəsi, Savalan Y/M İİ kvartal, sahə 118 “D” ünvanında yerləşən 1200 m2 torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, Savalan y/m İİ kvartal, sahə 118 D ünvanında yerləşən 1174 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası NK-nın “vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” 07 may 1991 -ci il tarixli, 123 saylı və 2 sentyabr 1991 -ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbə XDS İK-nin Qərarından 19 noyabr 1993-cü il tarixli, 46 saylı qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, “Savalan" Y/M, İİ kvartal, sahə 118 “D” ünvanında yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına 1200 m2 ərazisi olan torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt halhazırda qüvvədədir. Sabunçu RİH-nin 29 sentyabr 2023-cü il tarixli, 5-18/2-Ə-440- 091/2023 saylı məktubu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Y/M, İİ kvartal, sahə 118 “D” ünvanında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış 1200 m2 ərazisi olan torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Sabunçu rayon İH Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 5-18-5/2-P-29-151/2023 № li arayışında Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m olan torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat Qəsəbə Nümayəndəliyində tapılmaması və həmçinin bu səpkidə olan hər hansı bir sənədin, torpaq sahəsinin yerləşmə sxeminin arxivləşdirilməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 sentyabr 2023-cü il tarixli, 3-48-2F/2-P-06821/2023 № li arxiv arayışına əsasən Sabunçu rayon İH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi bildirilir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” Y/M, İİ kvartal, sahə 118 “D” ünvanında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış 1200 m2 ərazisi olan torpaq sahəsini Dövlət Reyestrində Qeydiyyata alınmaqla çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, **********53 № li məktubu ilə Hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına imtina verilmişdir. İmtinaya səbəb kimi yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməməsi qeyd olunmuşdur. Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 19 noyabr 1993-cü il tarixli, 46 saylı qərarından çıxarışdan görünür ki, iddiaçıya torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il taixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən ayrılmışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı qərarı ilə məhz Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinə vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası NKnın 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbəsində “vətəndaşlara fərdi yasavıs evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri”nin hüdudları kənarında yerləşməsini, Sabunçu RİH-nin sərəncamının olmamasını qeyd etməklə bir daha bərabərlik və etimad məfhumu baxımından vətəndaşların hüquqlarını pozmasını sübut edir. Belə ki, Azərbaycan Respublikası NK-nın 07 may 1991-ci il tarixli, 123 saylı qərarının 6-cı bəndində Bakı Şəhər XDS-nin İK Maştağa tərəvəzçilik-südçülük sovxozu torpaqlarının bir hissəsini fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisindən ötrü X14 vermək məsələsini qoyulmuş rəylərə əsasən Abşeron Rayon XDS-nin İK ilə birlikdə nəzərdən keçirməklə həll etməsi qeyd olunmuşdur. Maştağa qəsəbəsinin sosial və mədəniməişətinin inkişaf etdirilməsi üçün Bakı Şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/446 № li Qərarı ilə həmin torpaq sahələri X14 verilmişdir. Qeyd olunan Qərarın icrası ilə əlaqədar Abşeron Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 166 № li Sərəncamı ilə komissiya yaradılmışdır. xx.xx.1991-ci il tarixdə Maştağa tərəvəzçilik-südçülük sovxozunun torpaqlarının bir hissəsinin kəsilib fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisi üçün Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinə verilməsinə dair komissiya akt tərtib etmiş və komissiyanın sədri, Abşeron rayon aqrar sənaye kombinatının direktoru tərəfindən rəy verilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 144 № li Qərarı ilə fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisi üçün Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinə torpaq sahəsi ayrılmışdır. Bakı şəhər Təbiəti Mühafizə Komitəsi xx.xx.1991-ci il tarixli, 493 № li müsbət rəy vermişdir. Azərbaycan Respublikası NKnın 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarı isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatı əsasında qəbul edilmişdir. Həmin qərara əsasən Abşeron Rayon XDS-nin balansında və Maştağa tərəvəzçilik-südçülük sovxozunun istifadəsində olan 381,0 hektar torpaq sahəsi vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələridir. Həmin dövrdə Sabunçu (keçmiş Lenin) rayon XDS-nin İcraiyyə Komitəsi torpaqların paylanması üçün Sərəncam verə bilməzdi. 2005-2008-ci illərdə “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliyinin artırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 № li Sərəncamı ilə Bakı Şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələri Sabunçu RİH-nin inzibati ərazisinə əlavə olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maştağa qəsəbəsi, “Savalan" Y/M, İİ kvartal, sahə 118 “D" ünvanında yerləşən ərazidən 2 km uzaq məsafədə “vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri"nin hüdudları kənarında yerləşən İV kvartal, 5 № li sahə ünvanında fərdi yaşayış evinin tikintisi üçün X3 adına ayrılmış 1200 m2 torpaq sahəsi xx.xx.2007-ci il tarixdə Dövlət Reyestrində qeydiyyata alınmış və həmin əraziyə ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. X1 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İV kvartal, sahə № 7 ünvanına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Qurban Pirimov küçəsi, 11 ünvanı ilə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İV kvartal, sahə № 5 ünvana ünvan 9 xx.xx.2024-cü il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışlar verilmişdir. xx.xx.2018-ci il tarixdə isə, ünvan 10 ünvanına, X4 adına **********32-10301 reyestr nömrəli, ********** Qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6011/2022 saylı və xx.xx.2024-cü il tarixli, 2-l(112)- 2250/2024 saylı qərarlarından apellyasiya şikayəti verməmiş, bununla da Məhkəmənin qərarları ilə razılaşmış, “Savalan” yaşayış massivi, 1232 № li ümumi sahəyə və İV kvartal, sahə № 5 ünvanına Çıxarışlar vermişdir. Cavabdeh inzibati orqanın hərəkəti (hərəkətsizliyi) bərabərlik və etimad hüquqlarının pozulması və Korrupsiyaya açılan yol kimi qiymətləndirilir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********53 xaricolma nömrəli müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən xx.xx.1993-cü il tarixli 46 nömrəli Maştağa qəsəbəsi X16 İcariyyə Komitəsinin qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. İdarənin mütəxəssisləri tərəfində keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, təqdim edilən sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha olsa da, faktiki torpaq sahəsinin ölçüsü 0,1174 ha-dır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş xx.xx.1993-cü il tarixli 46 nömrəli Maştağa qəsəbəsi X15 İcariyyə Komitəsinin qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, ümuminhisar daxilində yerləşir. Həmçinin, məhkəmə tərəfindən həmin torpaq sahəsinin adına qanunmüvafiq qaydada ayrılıb-ayrılmaması barədə tam və ətraflı araşdırma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının adına ayrılmış torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü ildə ərizə ilə müraciət edilmiş və ərizəyə notariat tərəfindən təsdiq olunmuş bölgü sxemi əlavə olunmuşdur.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən X12 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) iclasda iştirak etmir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. “Torpaq ayrılması barədə” Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/446 saylı Qərarına əsasən, Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosialiqtisadi inkişafı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 nömrəli qərarının icrası ilə bağlı Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində və Maştağa qəsəbəsinə bitişik ərazisində fərdi yaşayış və ictimai-iaşə tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır.

18. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

20. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar.

22. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarərtmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 saylı Fərmanı

1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin.

2. "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"- təsdiq edilsin.

3. İndiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər.

4. Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.

6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.

23. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarərtmə orqanları haqqında 1991-ci il tarixli Əsasnamə

Bu Əsasnamə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanlarının sistemini, səlahiyyətini və işinin təşkilini müəyyən edir və Azərbaycan Respublikası Ali Soveti tərəfindən müvafiq Qanunlar qəbul edilənədək qüvvədə olacaqdır.

1. rayon, şəhər X15 Azərbaycan Respublikasının müvafiq ərazisində nümayəndəli dövlət hakimiyyəti orqanıdır. Rayon, şəhər Soveti öz ərazisində bütün yerli özününidarəetmə sisteminin fəaliyyətini birləşdirir və əlaqələndirir.

24. Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 28 noyabr 468 nömrəli qərarı ilə təstiq edilmiş Azərbaycan SSR-də istifadə üçün torpaq sahələri verilməsi barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsanamə

57. Azərbaycan SSR Torpaq Məcəlləsinin 20-ci maddəsinə uyğun olaraq qəsəbə və kənd X9 İcrayyə Komitələri kənd yaşayış məntəqələri torpaqlarından və qəsəbələrin torpaqlarından Azərbaycan SSR Torpaq Məcəlləsinin 131-ci maddəsinə əsasən vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahələri ayırıllar.

58. Qəsəbə, kənd xalq deputatları Sovetlərinin icrayyə komitələri daxil olmuş vəsatətlərə on gün müddətində baxır və müvafiq qərar qəbul edirlər.

25. Azərbaycan SSR Torpaq Məcələsi (7 iyul 1970-ci ildə qəbul edilmiş, 1971-ci il yanvarın 1-dən qüvvəyə minmişdir) 17.Qəsəbə və kənd xalq deputatları Sovetlərinə torpaq sahələri rayon və şəhər xalq deputatları Sovetləri İcrayyə Komitələrinin vəsatəti ilə, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatı torpaqlarından ayrılır. 131.Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəxsi mülkiyyət hüququ əsasında yaşayış binaları tikmək üçün torpaq sahələri verilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 30.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 31.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı ona ayrılmış Maştağa qəsəbəsi, Savalan y/m İİ kvartal, sahə 118 D ünvanında yerləşən 1174 kv.m torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsini tələb edir. 32.Cavabdeh orqan isə iddia ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. 33.İş materiallarında olan Maştağa qəsəbə XDS İK-nin “vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında” 46 nömrəli, xx.xx.1993-cü il tarixli qərarından çıxarışın notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər XDS İK baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara (İddiaçı) fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 0.12 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin (İİ kvartal, sahə 118 “D” ünvanı) ayrılması qərara alınmışdır. 34.Maştağa qəsəbə XDS İcrayyə Komitəsinin qeyd olunan torpaq sahəsinin ayrılması səlahiyyətinin olması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

35. Belə ki, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarərtmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 saylı Fərmanının 6-cı bəndinə əsasən rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. Qeyd olunan Fərmanla təsdiq edilmiş Əsasnamənin preambulasında “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanlarının sistemini, səlahiyyətini və işinin təşkilini müəyyən edir və Azərbaycan Respublikası Ali Soveti tərəfindən müvafiq Qanunlar qəbul edilənədək qüvvədə olacaqdır və rayon, şəhər X15 Azərbaycan Respublikasının müvafiq ərazisində nümayəndəli dövlət hakimiyyəti orqanıdır” qeydi mövcuddur. Rayon, şəhər Soveti öz ərazisində bütün yerli özününidarəetmə sisteminin fəaliyyətini birləşdirir və əlaqələndirir. Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 28 noyabr 468 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR-də istifadə üçün torpaq sahələri verilməsi barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsanamənin 57-ci bəndinə əsasən Azərbaycan SSR Torpaq Məcəlləsinin 20-ci maddəsinə uyğun olaraq qəsəbə və kənd X9 İcraiyyə Komitələri kənd yaşayış məntəqələri və qəsəbələrin torpaqlarından Azərbaycan SSR Torpaq Məcəlləsinin 131-ci maddəsinə əsasən vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahələri ayırılır. 1971-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş və 09 noyabr 1991-ci ilə qədər qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 17-ci maddəsinə əsasən qəsəbə və kənd xalq deputatları Sovetlərinə torpaq sahələri rayon və şəhər xalq deputatları Sovetləri İcrayyə Komitələrinin vəsatəti ilə, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyyatı torpaqlarından ayrılır. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəxsi mülkiyyət hüququ əsasında yaşayış binaları tikmək üçün torpaq sahələri verilir. 09 noyabr 1991-ci ildə qəbul edilmiş və 8 avqust 1999-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikasının fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından şəxsi mülkiyyət hüquqn əsasında birmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri xüsusi mülkiyyətə verilir. 36.Yuxarıda sadalanan maddi hüqüq normalarından məlum olur ki, Azərbaycan Respublikasında icra hakimiyyəti başçısı vəzifəsi 1991-ci ilin 18 oktyabr tarixində təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 saylı Fərmanına əsasən rayon icra hakimiyyəti başçısı vəzifəyə təyin edilənə qədər onun səlahiyyətlərini rayon və şəhər X11 İcrayyə Komitəsi həyata keçirirdi. Eyni zamanda, həmin Fərmanın tələblərinə görə rayon icra hakimiyyəti başçısı qəsəbə və kənd icrayyə nümayəndələrini vəzifəyə təyin edənə qədər qeyd olunan vəzifə səlahiyyətlərini qəsəbə və kənd X9 İcrayyə Komitələri həyat keçirirdi. Hazırki iddia tələbi üzrə yaranmış mübahisənin 19 noyabr 1993-cü ildə Maştağa qəsəbə XDS-nin İcrayyə Komitəsinin qəbul etdiyi qərardan irəli gəlməsini nəzərə alaraq 09 noyabr 1991-ci ildən 8 avqust 1999-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına istinad edilməsi zəruridir. Lakin, qeyd edilən Məcəllədə qəsəbə və kənd XDS-nin səlahiyyətlərini müəyyən edən hüquq normasının olmaması səbəbindən 09 noyabr 1991ci ilə qədər qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsində qəsəbə və kənd XDS İcrayyə Komitələrinin səlahiyyətlərini əks etdirən müddəalara nəzər yetirilməsi məqəsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 saylı Fərmanına əsasən qəsəbə və kənd XDS İcrayyə Komitəsi keçid dövrü olan ərəfədə öz səlahiyyətlərini həyata keçirmək hüquqlarına malik olmuşdurlar. Azərbaycan SSR Torpaq Məcəlləsində (maddə 17 və 131) və Azərbaycan SSR-də istifadə üçün torpaq sahələri verilməsi barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsanaməsində (bənd 57) qəsəbə və kənd XDS-nin İcrayyə Komitələrinin Nazirlər Soveti tərəfindən onlara ayrılmış yaşayış məntəqələri torpaq sahələrindən vətəndaşların mülkiyyətinə müstəqil şəkildə torpaq sahələrinin verilməsi səlahiyyəti olmuşdur. Qeyd olunan maddi hüquq normalarından məlum olur ki, Rayon XDS-nin İcrayyə Komitəsinin vətəndaşlara torpaq sahəsinin verilməsi məqsədi ilə qəsəbə və kənd sovetliyinə əlavə torpaq sahələrinin ayrılması ilə bağlı Nazirlər Soveti qarşısından vəsatət qaldırmaq hüququ var idi, lakin Azərbaycn Respublikası Nazirlər Soveti tərəfindən qəsəbə və kənd sovetliyinə ayrılmış torpaq sahələrinin üzərində sərəncam vermək səlahiyyətinə malik deyildi. Başqa sözlə desək, qəsəbə və kənd XDS İcrayyə Komitələrinin özlərinə ayrılmış yaşayış məntəqələri torpaq sahələrindən hər hansı bir qurumun icazəsi olmadan torpaq sahələrini vətəndaşlara ayırmaq səlahiyyətləri mövcud olmuşdur. 37.Tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il taixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən ayrılmışdır. Eyni zamanda üzərində hüququn qeydə alınmasının tələb edildiyi torpaq sahəsi (yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən deyil, Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin 46 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə ayrılmışdır. Həmin qərar hal-hazıradək qüvvədədir. 38.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 2.7-ci bəndinə (yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar) əsaslanmaqla yalnış nəticəyə gəlmişdir. 40.Beləliklə də tədqiq olunan sübutlarla müəyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir. 41.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 42.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 43.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar