Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4366/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X17 Oruczadənin sədrliyi və məruzəsi ilə, X21 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “X13, X14, X8 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X29 Dadaşzadə küçəsi, ev 27, mənzil 209A ünvanında yerləşən evdən (mənzildən) qeydiyyatdan çıxarılması və qeydiyyatın silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8378/2025 nömrəli 04 avqust 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “X13, X14, X8 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X29 Dadaşzadə küçəsi, ev 27, mənzil 209A ünvanında yerləşən evdən (mənzildən) qeydiyyatdan çıxarılması və qeydiyyatın silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evdə (mənzildə) yaşayır və daimi pasport qeydiyyatındadır. Həmin evdə (mənzildə) dair bütün komunal xidmətləri vardır və iddiaçının adınadır və komunal xidmətlər iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən, 2 otaq, 1 dəhliz, 1 mətbəx, 1 sanuzel və həyatyanı sahədən ibarət evi (mənzili) İddiaçı xx.xx.1974-cü ildə anadan olmuş X3 31 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 38.000 (otuz səkkiz min) manat pulu tam ödəmək şərtiylə və şahidlərin iştirakı və imzalaması ilə almışdır. Həmin qeyd olunan Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evin (mənzilin) alqısatqısı zamanı şahidlər - X15, X9, X18 və X19 iştirak etmişlər və alq-satqı müqaviləsini imzalamışlar. İddiaçı ilə X13 arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı- X13 və oğlu -X19 1 (bir) ay müddətinə Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evdən (mənzildən) qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər və X13 müqavilənin şərtlərinə əsasən, cəzaçəkmə müəssisəsində olan oğlu -X4 azadlığa çıxdığı zaman həmin ünvandan qeydiyyatdan çıxmağa zəmanət vermişdir. İddiaçının faktiki tam mülkiyyətində olan- Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evimdə (mənzilimdən) iddiaçının razılığı ilə 1 (bir) ay müddətinə müvəqqəti olaraq, xx.xx.1974-cü ildə anadan olmuş X13, xx.xx.1997-ci il təvəllüdlü X19 və xx.xx.2000-ci il təvəllüdlü X16 iddiaçıya məxsus evdə qeydiyyatı saxlanılmışdır. Həmin şəxslər - 31 oktyabr 2022-ci il tarixli alqı- satqı müqaviləsindən sonra heç vaxt ona məxsus evdə (mənzildə) yaşamamışlar və özlərinə məxsus başqa evlərində yaşamışlar. İddiaçı dəfələrlə X6, X10 və X10 evindən (mənzilindən) qeydiyyatdan çıxmalarını tələb etsə də, qeydiyyatdan çıxmamışlar. Qeyd olunan şəxslərin- X5, X7 və X7 iddiaçının faktiki tam mülkiyyətində olan- Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil- 209A ünvanda yerləşən evimdə (mənzilimdən) qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə rəsmi şəkildə AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, lakin AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 50/ 2-X-4621M1 saylı məktubu ilə imtina edilmişdir. İddiaçı qeyd olunan özünə məxsus Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evə (mənzilə) dair sərbəst sərəncam vermək istəyir. Hal-hazırda X5, X7 və X7 ona məxsus - Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evində (mənzilində) qeydiyyatda olması onun tam mülkiyyətinə olan evinə (mənzilinə) dair sərbəst sərəncam verməyə maneçilik törədir. Həmin şəxslərin ona məxsus evində (mənzilində) qeydiyyatda olması iddiaçının hüquqlarını məhdudlaşdırır və evə (mənzilə) dair sərbəst sərəncam verməyə imkan vermir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X13, X14, X19 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati 2-1(112)-8378/2025 nömrəli 04 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi və ya geri qaytarılmadan mahiyyəti üzrə baxılaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan Bakı İnzibati Məhkəməsi məhkəmə iclaslarında araşdırma apararaq, Azərbaycan Respublikası İPM-nin 15.1-ci maddəsinin tələblərinə əməl etmədən, yəni inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında aparılmalı olduğu halda, qanunvericiliyin bu tələblərini pozmuş və AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinin nümayəndəsinin məhkəmədə iştirakı təmin edilmədən bir tərəfli qaydada səthi və qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmə onun təqdim etdiyi iş üzrə əhəmiyyətli olan sənədlərə, ödəniş qəbzlərinə və digər iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara ikinci dərəcəli sübutlar kimi baxmışdır. Belə ki, onun tərəfindən mübahisə olunan Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi, ev 27, mənzil 209A ünvanda yerləşən evə (mənzilə) dair çəkilmiş su, işıq və qaz xətlərinin qanuni əsaslarla çəkilməsi barədə və həmin su, işıq və qaz xətləri üzərinə quraşdırılmış sayğaclarla bağlı sənədlər və kommunal ödənişlərin ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, üçüncü şəxslərin könülü surətdə qeydiyyatdan çıxacaqları barədə öhdəliyi öz üzərlərinə götürülməsini əks etdirən alqı-satqı müqaviləsi də məhkəməyə təqdim edilmişdir. Bütün bu sənədlərin və onun sözügedən evdə yaşamağı barədə yaşayış yerindən müvafiq arayışın təqdim edilməsinə baxmayaraq, nədənsə Bakı İnzibati Məhkəməsi təqdim olunmuş bu qanuni dövlət sənədlərinə düzgün qiymət verməmiş və yekun qərardadında bu sənədləri nəzərə almadan əsassız olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Hesab edilmişdir ki, məhkəmənin gəldiyi qənaət düzgün deyil və ziddiyyətlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8378/2025 nömrəli 04 avqust 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu əsasla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev- 27, mənzil-209 A ünvanda yerləşən, 2 otaq, 1 dəhliz, 1 mətbəx, 1 sanuzel və həyətyanı sahədən ibarət evi (mənzili) İddiaçı xx.xx.1974-cü ildə anadan olmuş X3 31 oktyabr 2022ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 38.000 (otuz səkkiz min) manat pulu tam ödəmək şərtiylə və şahidlərin iştirakı və imzalaması ilə almışdır. Həmin qeyd olunan Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evin (mənzilin) alqı-satqısı zamanı şahidlər - X15, X9, X18 və X19 iştirak etmişlər və alqsatqı müqaviləsini imzalamışlar. İddiaçı ilə X13 arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı- X13 və oğlu -X19 1 (bir) ay müddətinə Bakı şəhəri Nərimanov rayonu X29 Dadaşzadə küçəsi ev-27, mənzil-209 A ünvanda yerləşən evdən (mənzildən) qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər və X13 müqavilənin şərtlərinə əsasən, cəzaçəkmə müəssisəsində olan oğlu -X4 azadlığa çıxdığı zaman həmin ünvandan qeydiyyatdan çıxmağa zəmanət vermişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının üçüncü şəxsin adını göstərməklə qeydiyyatdan çıxarılmasını tələb etdiyi yaşayış sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ barədə müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin reallaşacağına dair “legitim gözləntisi” olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Hazırki işə münasibətdə qeyd edilməlidir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X29 Dadaşzadə küçəsi, ev 27, mənzil 209A ünvanında yerləşən evə (mənzilə) mülkiyyət hüququnun əldə edilməsi baxımından “legitim gözləntisi” açıq aşkar bəlli olmasa da, sözügedən evdə qeydiyyatda olmaqla yaşaması və həmin evdən təyinatı üzrə istifadəsi mübahisəsiz haldır. Şəxsin həmin yaşayış evində qeydiyyatda olmaqla yaşaması ilə bağlı qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş iddiaçının qonşuları X2, X20 və X1 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, keçmiş qonşuları X6, X10 və X19 Bakı şəhəri, Nərimanov rayonu, X29 Dadaşzadə küçəsi, ev 27, mənzil 209A ünvanında 31 oktyabr 2022-ci il tarixdən yaşamırlar. Hal-hazırda həmin ünvanda İddiaçı yaşayır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi, xx.xx.2022-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən və kommunal ödənişləri təsdiq edən qəbzlərdən müəyyən olunur ki, sözügedən ünvanda yaşayan İddiaçı ilə müqavilələr bağlanmış və onun tərəfindən də ödənişlər həyata keçirilmişdir. İddiaçının da iddiasının əsasında o durur ki, fərdi yaşayış evində qeydiyyatda olan və iddiaçı tərəfindən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslər həmin tikilinin aralarında alqı-satqısına dair yazılı müqavilə imzalanan zaman həmin evin satılmasından 1 (bir) ay sonra evdən qeydiyyatdan çıxmaqla bağlı öhdəlik götürmüşdülər ki, həmin öhdəliyə riayət etmədiklərindən iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərək və hüquqlarının pozulduğunu iddia edərək onların bərpasını məhkəmədən tələb etməkdədir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlsə də, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X29 Dadaşzadə küçəsi, ev 27, mənzil 209A ünvanında yerləşən evə pasport qeydiyyatı olmaqla istifadə etməsi iş materialları ilə təsdiqini tapır. 3-cü şəxslərin həmin ünvanda yaşaması barədə məlumat isə mövcud deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxslərə sözügedən ünvan üzrə göndərilən bildirişlər həmin ünvandan “bu ünvanda yaşamır” əsası ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin forma və tələblərinə uyğun tərtib olunmasa da, həmin yazılı anlaşma, yəni üçüncü şəxslərin iddiaçıya evi satması ilə yanaşı qeydiyyatdan çıxmağı öhdələrinə götürməsini də öz imzaları ilə təsdiq etməkləri onların iradə ifadələrinin bariz göstəricisidir. Belə olan halda iddiaçının subyektiv hüququ yoxdur qeyd edilməklə işə mahiyyəti üzrə baxılmasından imtina əsassızdır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda əks edilmiş mövqeyini rəhbər tutaraq məhkəmə kollegiyası bildirir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qərardadda əks olunan hüquqi mövqelər nəzərə alınaraq iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8378/2025 nömrəli 04 avqust 2025-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4366/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4366/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver