Məhkəmə qərarları › İş №2-1(103)-4368/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4368/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4368/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının və onun vəkili Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının vəkili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına 02 avqust 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli, 1272 nömrəli cavab məktubunda bildirmişdir ki, “vətəndaşın xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Azərbaycan Qarabağ” könüllülər dəstəsi tərkibində hərbi xidmətdə olması barədə məlumat verilmədiyi üçün xəstəliyinin (yaralanma, kontuziya, xəsarət, travma) hərbi xidmətlə səbəb əlaqəsi təyin etmək mümkün olmamışdır”.

2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

3. Azərbaycan Respublikası Şuşa rayon hərbi komissarlığı tərəfindən verilmiş 039826 nömrəli vəsiqədən görünür ki, 08.05. 2000-ci il tarixində də iddiaçı müharibə veteranıdır.

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1272 nömrəli xx.xx.2024- cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 66 nömrəli arayışda vətəndaşın xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Azərbaycan Qarabağ” könüllülər dəstəsində xidmət etdiyi göstərilmişdir. Vətəndaşın həmin dövrdə hərbi xidmətdə olması barədə yuxarıda adı çəkilən arayışda məlumat verilmədiyi üçün xəstəliyinin (yaralanma, kontuziya, xəsarət,travma) hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır.

5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 43 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 298 nömrəli əmrində pul təminatı ödənilmiş “Azərbaycan Qarabağı” könüllü dəstəsinin siyahısında topçu, sıravi 1954-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur.

6. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 66 nömrəli arayışında qeyd edilmişdir ki, Şuşa şəhər sakini 1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Azərbaycan Qarabağ” könüllülər dəstəsində xidmətdə olub.

7. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-2585 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 298 nömrəli əmrində (əsas: səh-226; qeyd: əmrdə adının qarşısında “01.02.92-08.05.92” qeyd edilmişdir) pul təminatı ödənilmiş “Azərbaycan Qarabağı” könüllü dəstəsinin siyahısında topçu, sıravi İddiaçı adı qeyd olunmuşdur. “Azərbaycan Qarabağı” könüllü dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı xidməti və yaralanması barədə əlavə araşdırma apara bilmir.

8. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5”nin K/298 nömrəli 14 noyabr 2022-ci il tarixli (Canlı şəxs və iş sənədləri üzr ekspertiza) aktında qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunan, sağ əlin 1 barmağının bayır səthində, yumşaq toxumanın yad cismi (metal qəlpə) müşayət olunan sol əlin İ barmağının orta falanqasının arxa proyeksiyasında, İİİ barmağın uc falanqasının ovuc səthində toxuma defekti çapıq toxumalar həmin nahiyələrdə olmuş əzilmiş-cırılmış yaraların sağalmış izləri olmaqla küt mexanizmlə bərk küt əşyanın (əşyaların), sağ saidin aşağı 1/3-nin ön səthində olan fasiləli çapıq toxuma isə İİ dərəcəli lermiki yanıq yarasının sağalmış izi olmaqla yüksək hərarətin yerli təsirindən törənməyə xaraterikdirlər, şəxsin məhkəmə-tibbi əlamətlərinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2- 2585 №-li və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Şuşa Rayon Polis şöbəsinin xx.xx.2001-ci il tarixli, 179 №-li arayışlarında qeyd olunanlara əsasən həmin xəsarətlərin müxtəlif, o cümlədən də 08 may 1992-ci il tarixdə tankın partlaması nəticəsində yaranan qəlpələrin və alovun təsirindən əmələ gəlmələri inkar olunmur. Sağ gicgah nahiyəsində sümük defekti ilə müşayət olunan çapıq toxuma xx.xx.2001-ci il tarixdə icra edilmiş “dekompressiv trepanasiya, beyindaxilii hematomanın çıxarılması” cərrahi əməliyyatların sağalmış izidir.

9. Əmək və Əhalinin Sosial Müdafiəsii Nazirliyinin AR 992 753 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı birinci dərəcəli əlildir, əlilliyin səbəbi – hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar.

10. Daxili İşlər Nazirliyi Şuşa rayon Polis Şöbəsinin 179 nömrəli xx.xx.2001-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 1991-1992-ci illərdə Şuşa RPŞ-niin PPX-ti batalyonunun tərkibində Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1992-ci il may ayının 8-də Kosalar uğrunda gedən döyüşlər zamanı idarə etdiyi T-55 markalı tankın partladılması nəticəsində ağır yaralanmış və huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmışdır.

11. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli 49 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərbaycan Qarabağ” könüllü dəstəsinin tərkibində hərbi xidmət keçmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün xx.xx.2004-cü il tarixdə hərbi qeydiyyatdan silinmişdir.

12. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevə ehtiyatda olan leytenant X8 tərəfindən ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə qeyd edilmişdir: ” Bildirirəm ki, 1992-ci ilin fevral ayının 1-dən 1992-ci ilin may ayının 8-dək İddiaçı ilə birlikdə “Azərbaycan Qarabağ” könüllü dəstəsində hərbi xidmətdə olmuşuq. 8 may 1992-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə düşmən tərəfindən tankın partladılması nəticəsində İddiaçı bədəninin müxtəlif nahiyyələrində qəlpə yaraları və yanıq xəsarətləri almasının şahidi olmuşam, onun huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmasına köməklik göstərmişəm.” Ərizəyə hərbi biletin surəti əlavə olunmuşdur və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnikleytenant cənab Əfran Nəbiyevin imzası və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin möhürü ilə təsdiq olunmuşdur.

13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevə ehtiyatda olan baş leytenant X10 tərəfindən ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə qeyd edilmişdir: ” Bildirirəm ki, 1992-ci ilin fevral ayının 1-dən 1992-ci ilin may ayının 8-dək İddiaçı ilə birlikdə “Azərbaycan Qarabağ” könüllü dəstəsində hərbi xidmətdə olmuşuq. 8 may 1992-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə düşmən tərəfindən tankın partladılması nəticəsində İddiaçı bədəninin müxtəlif nahiyyələrində qəlpə yaraları və yanıq xəsarətləri almasının şahidi olmuşam, onun huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmasına köməklik göstərmişəm.” Ərizəyə hərbi biletin surəti əlavə olunmuşdur və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevin imzası və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin möhürü ilə təsdiq olunmuşdur.

14. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 yuxarıda istinad olunan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevə ehtiyatda olan leytenant X8 tərəfindən ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə qeyd edilənlərlə oxşar məzmunda ifadə vermişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq “iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixində Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, daha sonra daimi yaşamaq üşün ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasına təcavüzü başlayandan 1992-ci ilin may ayının 8-nə kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında topçu və tankçı kimi xidmət etmiş və xalq arasında Topçu Vahid kimi tanınmışdır. 01 fevral 1992-ci il tarixdən 08 may 1992-ci il tarixədək “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin tərkibində hərbi xidmət keçmiş və döyüşlərdə fəal iştirak etmişdir. 8 may 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı idarə etdiyi T-55 markalı tankın partlaması nəticəsində ağır yaralanmış və huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmış və ona ilk yardım göstərilmişdir. Daha sonra uzun müddət müalicələr almış, nəhayət, 2001-ci ildə Neyrocərrahiyyə xəstəxanasında əməliyyat olunmuşdur. Birinci qrup əlildir, əlilliyinin səbəbi hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar olaraq müddətsiz təyin edilmişdir. Qarabağ müharibə veteranıdır. Aldığı əlilliyin səbəb əlaqəsinin təyin edilməsi ilə əlaqədar olaraq 2023-cü ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 komissiyadan keçmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 rəyində aşağıdakılar göstərilmişdir: İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunan, sağ əlin 1 barmağının bayır səthində, yumşaq toxumanın yad cismi (metal qəlpə) müşayət olunan sol əlin İ barmağının orta falanqasının arxa proyeksiyasında, İİİ barmağın uc falanqasının ovuc səthində toxuma defekti çapıq toxumalar həmin nahiyələrdə olmuş əzilmiş-cırılmış yaraların sağalmış izləri olmaqla küt mexanizmlə bərk küt əşyanın (əşyaların), sağ saidin aşağı 1/3-nin ön səthində olan fasiləli çapıq toxuma isə İİ dərəcəli lermiki yanıq yarasının sağalmış izi olmaqla yüksək hərarətin yerli təsirindən törənməyə xaraterikdirlər, şəxsin məhkəmə-tibbi əlamətlərinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-2585 №-li və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Şuşa Rayon Polis şöbəsinin xx.xx.2001-ci il tarixli, 179 №-li arayışlarında qeyd olunanlara əsasən həmin xəsarətlərin müxtəlif, o cümlədən də 08 may 1992-ci il tarixdə tankın partlaması nəticəsində yaranan qəlpələrin və alovun təsirindən əmələ gəlmələri inkar olunmur. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

17. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.- 7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə -tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz . X9 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 209-cu maddəsinin tələblərinə zidd olaraq İddiaçı qeydiyyatda olduğu SHXÇDX-nın Şuşa şəhər şöbəsinin İddiaçı hərbi xidmət keçməsinə dair verdiyi xx.xx.2023-cü il arayışda onun hərbi xidmət keçdiyi və hərbi prokurorluğun məktubuna əsasən barəsində cinayət işi olmaması qeyd olunmamışdır.Həmçinin komissiyaya daxil olmuş şahid ifadələrində şahidlər tərəfindən İddiaçı xx.xx.1992-ci il tarixdə yaralanaraq xəsarət alması faktı (Bax:Əsasnamənin 7.4 - cü maddəsi) öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müharibə zamanı könüllülər dəstəsinin tərkibində döyüşlərdə iştirak etməsi, müharibə veteranı olmasına dair faktlar onun hərbi qulluqçu statusuna malik olmasına, hərbi xidmətdə olmasına dəlalət etmir. Belə olan halda, iddiaçı əliliyin müəyyən edilməsi üçün əsas olmuş xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək kimi qeydə alınmasını xahiş etsə də, məhkəmə araşdırılması zamanı onun xəstəliyinin hərbi xidmətlə əlaqəli olması sübuta yetirilməmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5835/2025 saylı, 18 iyul 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Bildirmək istəyir ki, şahid ifadələri düzgün verilməyib.Şahidlər ifadələrində iddiaçının xidmət etdiyini təsdiq edirlər, lakin yaralanmasını təsdiq etməlidirlər. İmtinanın yeganə əsası əsası budur.Şahid ifadələrini düzgün formada təqdim etmələri lazımdır.

25. Məhkəmə Kollegiyasının sonuncu iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən: ..... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Daha sonra məhkəmə Kollegiyası iddia tələbi və apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il tarixində Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, daha sonra daimi yaşamaq üşün ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır.

33. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasına təcavüzü başlayandan 1992-ci ilin may ayının 8-nə kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında topçu və tankçı kimi xidmət etmişdir.

34. 01 fevral 1992-ci il tarixdən 08 may 1992-ci il tarixədək “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin tərkibində hərbi xidmət keçmiş və döyüşlərdə fəal iştirak etmişdir.

35. 8 may 1992-ci il tarixdə Şuşa ətrafında gedən döyüşlər zamanı idarə etdiyi T-55 markalı tankın partlaması nəticəsində ağır yaralanmış və huşsuz vəziyyətdə döyüş ərazisindən çıxarılmış və ona ilk yardım göstərilmişdir.

36. Daha sonra uzun müddət müalicələr almış, nəhayət, 2001-ci ildə Neyrocərrahiyyə xəstəxanasında əməliyyat olunmuşdur. Birinci qrup əlildir, əlilliyinin səbəbi hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar olaraq müddətsiz təyin edilmişdir. Qarabağ müharibə veteranıdır.

37. Bu aşağıda qeyd edilən iş materialları ilə təsdiq olunur:

38. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-2585 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 298 nömrəli əmrində (əsas: səh-226; qeyd: əmrdə adının qarşısında “01.02.92-08.05.92” qeyd edilmişdir) pul təminatı ödənilmiş “Azərbaycan Qarabağı” könüllü dəstəsinin siyahısında topçu, sıravi İddiaçı adı qeyd olunmuşdur. “Azərbaycan Qarabağı” könüllü dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı xidməti və yaralanması barədə əlavə araşdırma apara bilmir.

39. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı İnzibati məhkəməsinə sorğuya xx.xx.2024-cü il tarixli, 3527 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 298 nömrəli əmrində (əsas: səh- 226; sıra-23 əmrdə adının qarşısında dəstədə olduğu vaxt “01.02.92-08.05.92” yazılmışdır) yazılmış “Azərbaycan Qarabağı” könüllü dəstəsinin tam komplektləşdirilmiş və pul təminatı verilmiş siyahısında topçu, sıravi İddiaçı adı qeyd olunmuşdur. “Azərbaycan Qarabağı” könüllü dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı xidməti və yaralanması barədə əlavə araşdırma apara bilmir.

40. Beləliklə iddiaçının xidmət etməsi Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 298 nömrəli əmrində (əsas: səh-226; sıra-23 əmrdə adının qarşısında dəstədə olduğu vaxt “01.02.92-08.05.92” yazılmışdır) də təsdiqini tapmışdır.

41. İddiaçı aldığı əlilliyin səbəb əlaqəsinin təyin edilməsi ilə əlaqədar olaraq 2023-cü ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 komissiyadan keçmişdir.

42. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5”nin K/298 nömrəli 14 noyabr 2022-ci il tarixli (Canlı şəxs və iş sənədləri üzr ekspertiza) Aktında aşağıdakılar göstərilmişdir: İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunan, sağ əlin 1 barmağının bayır səthində, yumşaq toxumanın yad cismi (metal qəlpə) müşayət olunan sol əlin İ barmağının orta falanqasının arxa proyeksiyasında, İİİ barmağın uc falanqasının ovuc səthində toxuma defekti çapıq toxumalar həmin nahiyələrdə olmuş əzilmiş-cırılmış yaraların sağalmış izləri olmaqla küt mexanizmlə bərk küt əşyanın (əşyaların), sağ saidin aşağı 1/3-nin ön səthində olan fasiləli çapıq toxuma isə İİ dərəcəli lermiki yanıq yarasının sağalmış izi olmaqla yüksək hərarətin yerli təsirindən törənməyə xaraterikdirlər, şəxsin məhkəmə-tibbi əlamətlərinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-2585 №-li və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Şuşa Rayon Polis şöbəsinin xx.xx.2001-ci il tarixli, 179 №-li arayışlarında qeyd olunanlara əsasən həmin xəsarətlərin müxtəlif, o cümlədən də 08 may 1992-ci il tarixdə tankın partlaması nəticəsində yaranan qəlpələrin və alovun təsirindən əmələ gəlmələri inkar olunmur. Sağ gicgah nahiyəsində sümük defekti ilə müşayət olunan çapıq toxuma xx.xx.2001-ci il tarixdə icra edilmiş “dekompressiv trepanasiya, beyindaxilii hematomanın çıxarılması” cərrahi əməliyyatların sağalmış izidir.

43. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1992-ci il may ayının 8-də Kosalar kəndi uğrunda gedən döyüşlər zamanı T-55 markalı tankın partladılması nəticəsində ağır yaralanmış və huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmışdır.

44. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciəti təmin olunmadığından iddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq “iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5835/2025 saylı, 18 iyul 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Bildirmək istəyir ki, şahid ifadələri düzgün verilməyib.Şahidlər ifadələrində iddiaçının xidmət etdiyini təsdiq edirlər, lakin yaralanmasını təsdiq etməlidirlər. İmtinanın yeganə əsası əsası budur.Şahid ifadələrini düzgün formada təqdim etmələri lazımdır.

46. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevə ehtiyatda olan leytenant X8 tərəfindən ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə qeyd edilmişdir: ” Bildirirəm ki, 1992-ci ilin fevral ayının 1-dən 1992-ci ilin may ayının 8-dək İddiaçı ilə birlikdə “Azərbaycan Qarabağ” könüllü dəstəsində hərbi xidmətdə olmuşuq. 8 may 1992-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə düşmən tərəfindən tankın partladılması nəticəsində İddiaçı bədəninin müxtəlif nahiyyələrində qəlpə yaraları və yanıq xəsarətləri almasının şahidi olmuşam, onun huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmasına köməklik göstərmişəm.” Ərizəyə hərbi biletin surəti əlavə olunmuşdur və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnikleytenant cənab Əfran Nəbiyevin imzası və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin möhürü ilə təsdiq olunmuşdur.

47. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevə ehtiyatda olan baş leytenant X10 tərəfindən ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə qeyd edilmişdir: ” Bildirirəm ki, 1992-ci ilin fevral ayının 1-dən 1992-ci ilin may ayının 8-dək İddiaçı ilə birlikdə “Azərbaycan Qarabağ” könüllü dəstəsində hərbi xidmətdə olmuşuq. 8 may 1992-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə düşmən tərəfindən tankın partladılması nəticəsində İddiaçı bədəninin müxtəlif nahiyyələrində qəlpə yaraları və yanıq xəsarətləri almasının şahidi olmuşam, onun huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmasına köməklik göstərmişəm.” Ərizəyə hərbi biletin surəti əlavə olunmuşdur və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevin imzası və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin möhürü ilə təsdiq olunmuşdur.

48. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 yuxarıda istinad olunan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin rəisi polkovnik-leytenant cənab Əfran Nəbiyevə ehtiyatda olan leytenant X8 tərəfindən ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə qeyd edilənlərlə oxşar məzmunda ifadə vermişdir.

49. Beləliklə, iddiaçının yaralanma və ya travma alması şəraiti haqqında yuxarıda istinad olunan sənədlərdən əlavə şahid ifadələri də mövcuddur.

50. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.4.-cü bəndin işin yuxarıda qeyd olunan hallarına tətbiq edərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.

51. Belə ki, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.(Əsasnamənin 7.4.-cü bəndi).

52. Normanın məzmunundan göründüyü kimi, Əsasnamə vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələrinə yol verir. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Hazırkı halda, söhbət xəstəlik və ya kontuziya alınmasından deyil, yaralanma və ya travma alma faktının və şəraitinin müəyyən edilməsindən gedir.

53. İnzibati orqan iddiaçının müraciətinə baxarkən Əsasnamənin həmin normasının, habelə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin (İşin hallarının obyektiv araşdırılması) tələblərini təmin etməmişdir.

54. Həmçinin, iddiaçı izahatında onun yaralanma və ya travma alması şəraitinin şahidləri barədə qeyd etsə də, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə həmin dəlilləri tərəflərlə müzakirə etməmiş, onlara hər hansı münasibət bildirilməmiş, onlar məhkəmə araşdırmasının predmeti olmamışdır.

55. Halbuki, iddiaçıda bədən zədələnmələrinin aşkar nəticələrinin olduğu iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5”nin K/298 nömrəli 14 noyabr 2022-ci il tarixli (Canlı şəxs və iş sənədləri üzr ekspertiza) Aktında qeyd edilmişdir.(i/v-42-43)

56. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da məhkəmə oxşar hüquqi mövqedən çıxış etmişdir

57. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam və hərtərəfli araşdırmamışdır.

58. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək iddia təmin olunmalıdır.

59. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. İddiaçı xəstəliyin (xəsarətlərin) hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar