Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-437/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Dost” Xidmətinə müraciət edərək, ona 65 yaşından, yəni 29 yanvar 202N-ci ildən yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Onun “Dost” Xidmətinə müraciətinə cavab olaraq, cavabdeh 07 aprel 202N-ci il tarixli məktubla müraciətindən imtina edərək, təqdim etdiyi arxiv arayışlarına əsasən sığorta stajının 22 il olmaqla qanunla tələb edilən müddətdən az olmasını göstərmişdir. Belə hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, onun cavabdehə təqdim etdiyi əsas sənədləri nəzərə almada müraciətindən imtina etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırır ki, o, xx xxxxxx N56-cı ildə anadan olmuşdur. Onun N73- cü ildən N93-cü ilin iyul ayınadək X2 müəssisəsində avtoçilingər şləmiş, onu bu peşədə işləməsi faktı, Ağdam Rayon Məhkəməsinin N dekabr 20N2-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə isə, o, məcburi köçkün kimi Bakı şəhərinə gəldikdən sonra isə "xxxx" Firmasında işləmiş, onun əmək kitabçası da, həmin firmada qalmış, o, işdən çıxdıqdan sonra isə ona aid sənədlər itirilmişdir. Hətta həmin dövrdə onun həmin firmada özəlləşmə çeki də, olmuşdur. Ümumilikdə isə onun hərbi xidmətlə birlikdə 25 ildən çox əmək stajı olmasına baxmayaraq, cavabdeh bunu nəzərə almamış, onun sığorta stajını 22 il göstərmişdir. İşin hallarından da, görünür ki, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtna edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinədn az olduğuna görə, eləcə də, əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Belə hesab edir ki, onun 65 yaşının tamam olduğu vaxt o, qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğuna görə əmək pensiyası təyin edilməlidir. Onun 25 ildən çox sosial sığorta stajına malik olması isə məhkəmə qətnaməsi və digər sənədlərlə təsdiq olunur. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, qanunla müəyyən edilmiş 65 yaş həddinə çatmış və minimum pensiya kapitalı toplamasa da, həmin dövrədək 25 ildən artıq iş stajına malik olmuşdur. Bu baxımdan cavabdeh ona pensiya təyin etməkdən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də, ona 29 yanvar 202N-ci ildən, yəni 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməli olmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının idida tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Onların imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyası haqqında” Qanunun 7-ci maddəsinə əasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N- ci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.20N7- ci il tarixli, N7 saylı Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.N-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: N) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx N56-cı ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 55 ildə - 29 yanvar 202N-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı xx.xx.202N-ci il tarixdə ona yasa pörə əmək pensiyasının təyin edilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılaraq, Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona xx.xx.202N-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçıya verilmiş xx.xx.202N-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilmiş arxiv arayışlarına əsasən iddiaçının sığorta stajı 22 il olmaqla qanunla tələb edilən müddətdən (25 ildən) az olmaqla həmçinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli, № 378 nömrəli arayışa əsasən İddiaçı xx.xx.N75-ci il tarixdən xx.xx.N77-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu dövrə dair iddiaçının sığorta stajı 2 il 4 gün təşkil edir. Bundan əlavə olaraq iş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.20N2-ci il tarixli 2(N3)- N483/20N2-ci il tarixli qətnaməsinə əsasən İddiaçı N73-cü ildən N93-cü ilin iyul ayınadək X2 müəsisəsində avtoçilingər işləməsi faktı müəyyən edilmişdir. Bu müddət 20 il 6 ay təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Arxivi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Komandirinin xx.xx.N-ci il tarixli N4 №-li əmrinə əsasən İddiaçı təsərrüfat tağımına qəbul edilmişdir və N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 2N2 №-li əmrinə əsasən öz ərizəsi ilə əsgərliyindən azad edilmişdir. Həmin müddət 8 ay NN gün təşkil edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə ki, iddiaçının N nömrəli hərbi hissədə xidmətdə olduğu xx.xx.N-xx.xx.N93- ci il tarixlərini əhatə edən dövrlər Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsində müəyyən edilmiş (xx.xx.N73-xx.xx.N93) dövrlərlə üst-üstə düşdüyündən daha doğrusu həmin dövrlərlə əhatə olunduğundan yenidən ikinci dəfə nəzərə alınması qanunamüvafiq deyildir. Bundan əlavə olaraq iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Bakıya gəldikdən sonra Star LLC" firmasında işləmiş lakin, əmək kitabçası həmin müəsisədə qalmış və ona aid olan sənədlər itirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.202N- ci il tarixli eyniməzmunlu iki arayış mövcuddur. Arayışların birində İddiaçı arayışda göstərilən tarixlərdə "xxxx" firmasının Suraxanı avtodəstəsində işləməsi və əmək haqqı alması digərində isə həmin dövrlərdə 7 saylı Taksomotop Parkında işləməsi və əmək haqqı alması göstərilmişdir. Arayışdakı digər qeydlər eynidir. Belə ki, hər iki arayışda iddiaçının N96-2000-ci il tarixlərdə işləməsi və müvafiq aylarda əməkhaqqı alması göstərilmişdir. Bu müddətlər: N96-cı ilin may-dekabr ayları üzrə 8 ay; N97-ci və N98-ci illər tam olaraq; N99-cu ilin yanvar-iyun və oktyabr ayları üzrə 8 ay; 2000-ci ilin yanvar- may ayları üzrə 5 ay təşkil etməklə ümumilikdə 45 ay, yəni 3 il 9 ay təşkil edir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında” Qanunun 3N.2-N-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il N yanvar tarixinədək olan dövrə aid is stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 3N.2-ci maddəsində aöstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Buradan göründüyü kimi, qanunvericilik şəxsin əmək kitabçasındakı qeydlərin arxiv arayışı ilə təsdiq edilməsini nəzərdə tutur. İddiaçı isə əmək kitabçasını təqdim etməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın N-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən əsas və ilkin sənəd kimi əmək kitabçası (3.2.N -ci maddə) qeyd edilmişdir. Həmçinin 3.2.2-ci maddədə əmək kitabçası və digər sənədlərin üzrlü səbəblərə əsasən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədiyi və həmin sənədlərin başqa qaydada bərpa edilməsinin mümkün olmadığı həmin dövrlərin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildiyi göstərilmişdir. Həmçinin İddiaçı N73-cü ildən N93-cü ilin iyul ayınadək işləmiş olduğu müddət Ağdam Rayon Məhkəməsinin qeyd edilmiş qərarı ilə bu qaydada təsdiq edilmişdir. Belə ki, iddiaçının əmək kitabçasının işlədiyini qeyd etdiyi - "xxxx" firmasında qalmasının üzrlü səbəb olmadığını hesab edirlər. Habelə, iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən əmək kitabçasının "xxxx" firmasında qalması və ona aid sənədlərin itirilməsinə baxmayaraq həmin müəssisə tərəfindən yuxarıda göstərilən arayışların təqdim edilməsi və həmin arayışlarda iddiaçının işləmiş olduğu müəsisələrin adının fəqrli göstərilməsinə baxmayaraq, eyni zamanda məzmunlarının eynilik təşkil etməsi ilə bağlı olaraq yaranmış ziddiyyətlər həmin sənədlərin mötəbərliyini şübhə altına alır. Bu səbəbdən, sözügedən arayışlarda göstərilən müddət sığorta stajına daxil edilə bilməz. Beləliklə, iddiaçının hərbi xidmət illərinə əsasən onun 2 il 4 gün stajı mövcuddur. Ağdam Rayon Məhkəməsinin sözügedən qətnaməsinə əsasən iddiaçının 20 il 6 ay sığorta stajı mövcuddur. Bu müddətlər ümumilikdə 22 il 6 ay 4 gün təşkil edir. Bu müddət qanunvericilik tərəfindən təsbit edilmiş yaşa görə əmək pensiyası təyinatı üçün kifayət edən yaş həddindən yəni 25 ildən azdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşından, yəni xx.xx.202N-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-NN43/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)-N838/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 mart 2023-cü il tarixli, 2- N(N03)-NN43/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.NN-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli, 378 nömrəli arayışa əsasən iddiaçı xx.xx.N75-ci il tarixdən xx.xx.N77-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Ağdam Rayon Məhkəməsinin N dekabr 20N2-ci il tarixli, 2(N3)-N483/20N2 nömrəli qətnaməsi ilə İddiaçı əmək stajının təsdiq olunması barədə ərizəsi təmin edilərək, onun N73-cü ildən N93-cü ilin iyul ayına kimi X2 müəssisəsində avtoçilingər işləməsi faktı müəyyən olunmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş 02 saylı xx.xx.202N-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı "xxxx" Firmasının Suraxanı avtodəstəsində işlədiyi müddətdə əmək haqqı ödəniş cədvəllərinə əsasən N96, N97, N98, N99, 2000-ci illər üzrə əmək haqqı göstərilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli, 00N66 saylı şəhadətnaməsinə əsasən "xxxx" Firmasının Suraxanı avtodəstəsinin bazasında "xxxx" MMC yaradılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N-cu il tarixli, H2-N645N nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N4 nömrəli əmri ilə təsərrüfat tağımına qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N5 nömrəli əmri ilə atıcı vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli, 56 nömrəli əmri ilə benzin dolduran vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N dekabr N-ci il tarixli, N79 nömrəli əmri ilə QSM-da xidmət rəisi vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli, 2N2 nömrəli əmri ilə könüllü əsgər İddiaçı ərizəsinə əsasən hərbi hissə əsgərliyindən azad edilmişdir. - Cavabdeh 07 aprel 202N-ci il tarixli, **********5 nömrəli iddiaçının müraciətin təmin olunmasından imtina edilməsi barədə məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən onun sığorta stajı 22 il olmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun N- dən başlayaraq 2027-ci il iyulun N-dək hər il 6 ay artırılır. Maddə 2N.N. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr N-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Maddə N. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Maddə 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının NN dekabr 20N7-ci il tarixli N7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Maddə 3.N. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.N.N. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.N.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Maddə 3.2. 2006-cı il yanvarın N-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.N. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr N96-cı il tarixli N86 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”: Maddə N.N. əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Maddə 7.N. bu əsasnamənin 3.N0 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən N5 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Maddə 7.2. əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Maddə 7.3. əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin N dekabr 20N2-ci il tarixli, 2(N3)-N483/20N2 nömrəli qətnaməsindən göründüyü kimi iddiaçının N73cü ildən N93-cü ilin iyul ayına kimi (20 il 6 ay) olan iş stajı öz təsdiqini tapmışdır. Digər tərəfdən onun N75-N77-ci illərdə hərbi xidmətdə olduğu dövr (2 il 4 gün) məhkəmə qətnaməsi ilə təsdiq edilən əmək stajı dövrü ilə üst-üstə düşdüyündən yalnız bir dəfə nəzərə alınmalıdır. Beləliklə iddiaçının hazırkı iş üzrə mübahisələndirilməyən ümumi iş stajı 20 il 06 ay təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı müddəti isə onun N96-2000-ci işlədiyi illərdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrdə işlədiyi Suraxanı Avtodəstəsi mövcud olmuş, həmin müəssisə dövlət özəlləşdirilməsinə getmiş, buna dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 00N66 nömrəli, xx.xx.2002-ci il tarixli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əlavədə, əmlakın mülkiyyətçiləri arasında iddiaçının da, adı qeyd edilmişdir. Suraxanı Avtodəstəsi özəlləşdirildikdən sonra onun bazasında "xxxx" MMC yaradılmış, həmin MMC-nin təsisçiləri sırasında iddiaçının adı da, qeyd edilmişdir. Bundan əlavə məhkəməyə "xxxx" MMC tərəfindən əmək haqqı cədvəlləri təqdim edilmişdir ki, həmin əmək haqqı cədvəllərinə əsasən iddiaçıya N96-2000-ci illər üzrə əmək haqqının ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69- cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20N7-ci il NN dekabr tarixli N7 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – N) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda qüvvədə olan qanunvericilik normaları iddiaçının N96-2000-ci illərdə Suraxanı Avtodəstəsinin tərkibində iş stajının digər mötəbər sübutlar əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, həmin dövrə aid iş stajı müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajının olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN59/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN3cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-437/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-437/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver