Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-437/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3255/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Rauf Ablyazov” Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, B22 035129 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı 2017-ci ildə “X8 və İdarəetmə Universiteti” Özəl Ali Təhsil Müəssisəsinə qəbul olunmuş, 2022-ci ildə Şərqi Avropa Universiteti Özəl Ali Təhsil İnstitunun tam kursunu bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır. İddiaçı ona verilmiş diplomun tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş, lakin 14 iyul 2023-cü il tarixli NA00013533 nömrəli “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ukrayna Respublikası "Rauf Ablyazov" adına Şərqi Avropa Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirməyinə dair 06 iyun 2022-ci il tarixli, В 22 № 035129 saylı diplom, 06 iyun 2022-ci il tarixli, 108415 saylı diploma əlavə üzrə bakalavr dərəcəsi barədə diplomun Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmasını məcbur edən qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukrayna Respublikası "Rauf Ablyazov" adına Şərqi Avropa Universitetinin qiyabi şöbəsinin bakalavr pilləsinin hüquq fakültəsini bitirmişdir. Bu barədə iddiaçıya Ukrayna Respublikası "Rauf Ablyazov" adına Şərqi Avropa Universiteti tərəfindən bakalavr tədris proqramını bitirməyinə dair 06 iyun 2022-ci il tarixli, В 22 № 035129 saylı diplom, 06 iyun 2022-ci il tarixli, 108415 saylı diploma əlavə verilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq həmin diplomun tanınması ilə əlaqədar olaraq ərizə ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının diplomun tanınması ilə əlaqədar müraciətinə baxılmış və N A00013533 nömrəli qərarla diplomun tanınmasından imtina edilmişdir. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş, əsas kimi sərhəd xidmətinin məlumatı qeyd edilmişdir. 10 oktyabr 2016-cı il tarixdə, S-217 nömrəli əmrlə Gürcüstan Respublikası, Tbilisi şəhəri, "Avropa Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr tədris proqramına qəbul olunmuşdur. 06 mart 2018-ci il tarixdən isə N S-120 nömrəli əmrlə başqa təhsil müəssisəsinə, yəni Ukrayna Respublikası, "Rauf Ablyazov" adına X8 və İdarəetmə Universitetinə qiyabi şöbəsinə qəbul olunmuşdur. COVİD-19 virusu ilə əlaqədar və Ukrayna Prezidentinin xx.xx.2022-ci il tarixli, 64\2022 saylı fərmanına əsasən müharibə şəraiti ilə əlaqədar olaraq 2020-2022-ci illər üzrə tədris və yekun attestasiya distant formada keçirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz və ona əlavə verərək bildirmişdir ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qiyabi təhsilalma forması üzrə dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə xx.xx.2023 cü il tarixində Agentliyinə müraciət etmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2023-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ölkə ərazisində müvafiq sahəni tənzimləyən əsas qanunaltı normativ aktlardan biri olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə tətbiq olunan Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: 2017- 2018- gedilməyib 2018-2019 - gedilməyib 2019-2020 - Diplom əlavəsinə əsasən tədris müddətinə daxil deyil 2020-2021- Diplom əlavəsinə əsasən tədris müddətinə daxil deyil 2021-2022 - gedilməyib. Aparılan icraat zamanı məlum olmuşdur ki, iddiaçı qiyabi təhsilalma forması üzrə mövcud olan normativ tədris müddətlərinə ümumiyyətlə ali təhsil aldığı ölkədə olmamışdır. İddiaçının məhkəmə icraatı zamanı təqdim etdiyi pandemiya dövrünün başlaması ilə bağlı sənədlə bağlı bildirilir ki, Azərbaycan Respublikasında və dünyanın digər ölkələrində olduğu kimi Ukrayna da bu dövr 2020-ci ilin martından etibarən nəzərə alınır, təqdim olunan sənəd də bu faktı təsdiqləyir. Lakin iddiaçı əvvəlki 2 tədris ili üzrə də ümumiyyətlə ali təhsil aldığı xarici ölkədə olmamış, habelə onun təqdim etdiyi diplom əlavəsinə əsasən pandemiya dövrünün də başladığı tarixi əhatə edən 2019-2021ci illər onun tədris müddətinə daxil deyildir. Həmçinin iddiaçının Ukraynada müharibə vəziyyətini 2021-2022-ci ildəki tədris ili üzrə həmin ölkəyə getməməsi səbəbi kimi göstərməsi anlaşılan deyil. Çünki qeyd olunmuş münaqişənin aktiv fazası iddiaçının da təqdim etdiyi sənədin tarixi və dünya ictimaiyyətinə məlum olduğu kimi, 2022-ci ilin fevralı idi. Məhkəmədən nəzərə alması xahiş edilir ki, iddiaçı 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralına qədər də Ukraynaya tədris prosesində iştirak üçün getməmişdir. Hazırkı iş üzrə bildirilir ki, iddiaçı təhsil aldığı xarici ölkədə olmamaqla bərabər, dərslərdə iştirak etmədən tədris yükünü necə yerinə yetirdiyinə dair cavabdeh orqana və ya məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunmuş məhkəmə işi üzrə xx.xx.2024-ci il tarixində keçirilmiş hazırlıq iclasında məhkəmə tərəfindən cavabdeh quruma iddiaçının transkriptində əks olunmuş akademik məzuniyyət dövrü ilə bağlı əks olunmuş fasilə və onun 2016-2017-ci illərdə Gürcüstan Avropa Universitetində aldığı təhsillə bağlı sorğu göndərilməsi təklif olunmuş, proses bununla əlaqədar təxirə salınmışdır. Agentlik tərəfindən təqdim olunan sənədlər və işin ümumi halları üzrə aparılmış araşdırmanın nəticəsinə əsasən İddiaçı X12 adına Şərqi Avropa Universiteti tərəfindən ona təqdim olunan diplom əlavəsinin 6.1.2-ci yarımbəndində əks olunan tədris müddətlərinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər tədris prosesinin dayandırıldığı müəyyən olunmuşdur. Cavabdeh qurum tərəfindən ali təhsil müəssisəsinə göndərilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli 112 nömrəli məktubda bu fakt təkrar təsdiqini tapmışdır. Nəticə etibarilə, ali təhsil müəssisəsindən verilən sənədlərdə Ukraynada 11 mart 2020- ci il tarixindən etibarən dərslərin pandemiyaya görə onlayn rejimdə keçirildiyi dövrdə (2021-ci ilin 31 avqustuna qədər) ümumiyyətlə aktiv olaraq tədris prosesində iştirak etmədiyi, təhsilin dondurulduğu görünür. İddiaçının 2016-2017, 2017- 2018-ci illərdə Gürcüstan Avropa Universitetində tədris prosesində iştirak etdiyinə dair arayış üzrə araşdırma aparılmışdır. Aparılan icraat zamanı İddiaçı həmin müəssisədə təhsil aldığı dövrdə müəssisənin yerləşdiyi ölkədə olma müddətləri aşağıdakı kimi müəyyən olunmuşdur: 2016/2017 - 16 gün, 2017/2018 - 4 gün Gürcüstanda əyani təhsilalma formasında alınmış tədris üzrə vətəndaşın tədris prosesində iştirak üçün həmin ölkəyə keçidləri də ümumiyyətlə azlıq təşkil etməkdədir. Məhkəmədən nəzərə alınması xahiş edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalan”nın 3.2.2-ci bəndinə əsasən bakalavr təhsili üzrə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Aparılan araşdırma bir daha sübut etmişdir ki, iddiaçı Gürcüstanda təhsil aldığı dövrdə əyani forma üzrə (qiyabi mövcud deyil) tədris prosesində tələblərə uyğun olaraq iştirak etməmiş, Ukraynadakı müəssisəyə köçürüldükdən sonra qiyabi təhsilalma forması üzrə isə ümumiyyətlə tədrisdə faktiki cəlb olunmamışdır. Təkrarən qeyd edilir ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il intervalında iddiaçının akademik məzuniyyətdə olduğu nəzərə alınaraq, bu zaman kəsiyinə təsadüf edən onlayn təhsil barədə əmr ona şamil olunmur və həmin dövrdə dərslərdə onlayn iştirak məhkəmə tərəfindən tədris prosesində iştirak kimi nəzərə alınmamalıdır. İddiaçı inzibati icraat zamanı onun diplom əlavəsi sənədinə baxış keçirilərkən məlum olur ki, 6.2.2-ci yarımbəndə əsasən Azərbaycan Respublikasında əldə etdiyi əczaçılıq üzrə orta ixtisas diplomu əsasında Ukraynada Hüquqşünaslıq üzrə tədrisin 3-cü kursuna qəbul olmuşdur. Əlavə izaha ehtiyacı olan məsələdir ki, xarici dövlətin ali təhsil müəssisəsi tamamilə ayrı iki fərqli sahə üzrə hansı keçilmiş fənləri ödənilmiş qəbul edərək, iddiaçını Əczaçılıq üzrə orta ixtisas diplomu əsasında Hüquqşünaslıq ixtisası üzrə ali təhsilin iki tam tədris ilindən azad etmişdir. Sonda iddiaçının iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3255/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd olunmuşdur. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə icraatının iştirakçısı işə iddiaçının iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina qərarının tarixi 14 iyul 2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Təhsildə X1rşı tələbi “Ukrayna Respublikası "Rauf Ablyazov" adına Şərqi Avropa Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirməyinə dair 06 iyun 2022-ci il tarixli, В 22 № 035129 saylı diplom, 06 iyun 2022-ci il tarixli, 108415 saylı diploma əlavə üzrə bakalavr dərəcəsi barədə diplomun Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınması” barədədir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bu zaman cavabdeh inzibati orqan ona istinad etmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən iddia əsassızdır və təmin oluna bilməz. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21-ci maddəsinə əsasən təhsil sahəsində dövlətin vəzifələrindən biri də xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirməkdir. 44-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ var. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. İddiaçının təhsil aldığı vaxt qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023cü il tarixli, 34 nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.6-cı bəndinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” təsdiq olunsa da, həmin Qaydalar və onun təsdiq edilməsi haqqında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 03 fevral 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 4.1-ci bəndində tanınmaya dair ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2.-ci bəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Həmin Qaydaların 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 3.2.4-cü bəndinə əsasən İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Cavabdehin imtinasının əsas dəlili ərizəçinin tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasıdır. İddiaçı isə iddia edir ki, 10 oktyabr 2016-cı il tarixdə S-217 nömrəli əmrlə Gürcüstan Respublikası, Tbilisi şəhəri, "Avropa Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr tədris proqramına qəbul olunmuşdur. 06 mart 2018-ci il tarixdən isə N S-120 nömrəli əmrlə başqa təhsil müəssisəsinə, yəni Ukrayna Respublikası, "Rauf Ablyazov" adına X8 və İdarəetmə Universitetinə qiyabi şöbəsinə qəbul olunmuşdur. COVİD-19 virusu ilə əlaqədar və Ukrayna Prezidentinin xx.xx.2022-ci il tarixli, 64\2022 saylı fərmanına əsasən müharibə şəraiti ilə əlaqədar olaraq 2020-2022-ci illər üzrə tədris və yekun attestasiya distant formada keçirilmişdir. Göstərilənlərə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın: 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. İşin birinci instansiya məhkəməsində icraatı zamanı təqdim olunmuş Transkriptdə (B22 № 035129 saylı Diploma Əlavə) qeyd olunmuşdur ki, 2017-2022-ci il tarixləri arasında Ali Təhsil İnstitutu “Rauf Ablyazov” Şərqi Avropa Universitetində təhsil aldığı müddətdə Hüquqşünaslıq ixtisası üzrə müvafiq fənlər üzrə məqbullar, aralıq və yekun imtahanlar vermişdir. Təhsil forması: qiyabi təhsil rejimi Tədris müddəti: - xx.xx.2017xx.xx.2018 - xx.xx.2018-xx.xx.2018 - xx.xx.2021-xx.xx.2022 Əvvəlki ixtisasdan kredit götürülmüş komponentlər: X6 "xxxx". Gürcüstan Respublikası Avropa Universiteti MMC-nin xx.xx.2023-cü il tarixli, EU 00034423 nömrəli Arayışda qeyd olunmuşdur ki, Qarayev X5 10 oktyabr 2016-cı il tarixli, S-217 nömrəli əmri ilə Avropa Universitetinin Beynəlxalq Hüququn bakalavr tədris proqramına daxil olmuşdur. İddiaçı 06 mart 2018-ci il tarixindən (N S-120) mobillik qayda ilə başqa təhsil müəssisəsinə keçdiyinə görə onun tələbə statusu dayandırılmışdır. “Rauf Ablyazov” Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, B22 035129 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı 2017-ci ildə “X8 və İdarəetmə Universiteti” Özəl Ali Təhsil Müəssisəsinə qəbul olunmuş, 2022-ci ildə Şərqi Avropa Universiteti Özəl Ali Təhsil İnstitunun tam kursunu bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır. “Rauf Ablyazov” adına Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışında da qeyd olunmuşdur ki, İddiaçı həqiqətən “Hüquq” ixtisasının “bakalavr” təhsil proqramı üzrə qiyabi təhsil forması üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rauf Ablyazov adına Şərqi Avropa Universitetində (17 sentyabr 2020-ci il tarixədək universitetin adı X8 və menecment universiteti olmuşdur) təhsil almışdır. İmtahan komissiyasının xx.xx.2022ci il tarixli qərarı ilə ona hüquq bakalavr ixtisas dərəcəsi və B22 № 035129 seriyalı diplom verilmişdir. Diplom Universitetin rektoru tərəfindən imzalanmış və universitetin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində təqdim edilmiş sərhədkeçmə məlumatlarına əsasən iddiaçı Avropa Universiteti MMC–də təhsil aldığı müddətdə müəssisənin yerləşdiyi ölkədə (Gürcüstan Respublikasında) 2016/2017-ci tədris ili üzrə 16 gün, 2017/2018-ci tədris ili üzrə 4 gün; “Rauf Ablyazov” Şərqi Avropa Universitetində təhsil aldığı müddətdə müəssisənin yerləşdiyi ölkədə 2017-2018-ci tədris ili üzrə getməyib, 2018-2019-ci tədris ili üzrə getməyib, (2019-2020-ci tədris ili və 2020-2021-ci tədris ili Diplom əlavəsinə əsasən tədris müddətinə daxil deyil) 2021-2022-ci tədris üzrə getməyib. Halbuki, diploma əlavədən və “Rauf Ablyazov” adına Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışdan göründüyü kimi, fənlər üzrə ümumi tədris yükü 240 AKTS krediti, 576 əlaqə saatı və 7200 tədris saatı təşkil edir. Bununla da iddiaçının Ukrayna Respublikasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, iddiaçının Gürcüstanda aldığı tədris dövrü Ukraynadakı dövrlə əlaqəli deyil, həmin (Ukraynadakı) müəssisənin filialında baş tutmamış, habelə o dövrdə əldə olunmuş tədris yükü Ukraynadakı müəssisəyə qəbul zamanı nəzərə alınmamışdır. Belə ki, Gürcüstanda və Ukraynadakı təhsil müəssisələri bir-biri ilə əlaqəli deyil və iddiaçının təhsilini bir təhsil müəssisəsindən digərinə köçürmə yolu ilə davam etdirməsi halı baş verməmişdir. İddiaçının diplom əlavəsində və təqdim olunan sorğu cavabında ümumiyyətlə onun Gürcüstanda aldığı təhsil dövrü barədə məlumat yoxdur, əksinə, İddiaçı Ukraynadakı müəssisədə birbaşa üçüncü kursa qəbul edilməsinin əsası kimi, onu X6 əldə etdiyi Əczaçılıq üzrə orta ixtisas diplomu göstərilir. Qeyd olunması zəruridir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Cavabdeh tərəfindən İddiaçı barəsində təqdim edilmiş sərhədkeçmə məlumatlarına əsasən iddiaçı Avropa Universiteti MMC–də təhsil aldığı müddətdə müəssisənin yerləşdiyi ölkədə (Gürcüstan Respublikasında) 2016/2017-ci tədris ili üzrə 16 gün, 2017/2018-ci tədris ili üzrə 4 gün; “Rauf Ablyazov” Şərqi Avropa Universitetində təhsil aldığı müddətdə müəssisənin yerləşdiyi ölkədə 2017-2018-ci tədris ili üzrə getməyib, 2018-2019-ci tədris ili üzrə getməyib, (2019-2020-ci tədris ili və 20202021-ci tədris ili Diplom əlavəsinə əsasən tədris müddətinə daxil deyil) 2021-2022-ci tədris üzrə getməyib. Halbuki, diploma əlavədən və “Rauf Ablyazov” adına Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışdan göründüyü kimi, fənlər üzrə ümumi tədris yükü 240 AKTS krediti, 576 əlaqə saatı və 7200 tədris saatı təşkil edir. Bununla da iddiaçının Ukrayna Respublikasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur. Rauf Ablyazov adına Şərqi Avropa Universitetinin xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən “Hüquq” ixtisasının “bakalavr” təhsil proqramı üzrə qiyabi təhsil forması üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rauf Ablyazov adına Şərqi Avropa Universitetində (17 sentyabr 2020-ci il tarixədək universitetin adı X8 və menecment universiteti olmuşdur) təhsil almışdır. İmtahan komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona hüquq bakalavr ixtisas dərəcəsi və B22 № 035129 seriyalı diplom verilmişdir. Diplom Universitetin rektoru Çudayeva İya tərəfindən imzalanmış və universitetin möhürü ilə təsdiq edilmişdir. Həmçinin bildirilir ki, İddiaçı mühazirə və praktiki məşğələlərdə olmuş, universitetin müəllimlərindən konsultasiyalar almış, bu da AKTS 240 kredit, 576 əlaqə saatı və 7200 tədris saatı təşkil edir. 2020-2022ci illərdə Ukrayna Nazirlər Kabinetinin 11 mart 2020-ci il tarixli “SARSCoV-2” koronovirusun səbəb olduğu, COVİD-19 kəskin respirator xəstəliyin Ukrayna ərazisində yayılmasının qarşısının alınması barədə" 211 saylı qətnaməsi, Ukrayna TEN xx.xx.2020-ci il tarixli “COVİD-19 koronax irusun yayılmasının qarşısının alınması üzrə tədbirlərin təşkili barədə” 406 saylı əmri, Ukrayna TEN-nin xx.xx.2020-ci il tarixli “2019/20 tədris ilinin bitməsi haqqında" 1/9-178 saylı məktubu və Ukraynada hərbi vəziyyətin davam etməsi (Ukrayna Prezidentinin xx.xx.2022-ci il tarixli 64/2022 saylı Fərmanı) ilə məqbul imtahan sessiyasının verilməsi və yekun attestasiya distansiya rejimində keçməsi və aparılması ilə əlaqədar distansiya rejimində məqbul-imtahan sessiyasının vermiş və yekun attestasiyadan keçmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi qərarında qeyd etmişdi ki, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin bununla belə birinci instansiya məhkəməsi onu da düzgün olaraq qeyd etmişdi ki, hazırki mübahisə üzrə həlledici məqam qeyd edilən qaydada xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğunun müəyyən olunmasından asılıdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı halında isə sözügedən tələbə riayət olunmamışdır. O ki qaldı İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən onun hüquqşünaslıq ixtisası üzrə məhkəmə iclasının katibi vəzifəsində işləməsinə, bu barədə qeyd olunmalıdır ki, o, həmin vəzifədə xx.xx.2018-ci il tarixdən işləməyə başlamaış, iddiaçıya hüquqşünaslıq ixtisası üzrə B22 035129 nömrəli Bakalavr diplomu isə “Rauf Ablyazov” Şərqi Avropa Universiteti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmişdir. Odur ki, iddiaçı müvafiq dövr ərzində məhkəmə iclasının katibi vəzifəsində dövlət qulluğu əsasında deyil, əmək müqaviləsi əsasında işləmişdir. Buna görə də iddiaçının müvafiq vəzifədə işə qəbul edilməsi əmək müqaviləsi üzrə işəgötürən və işçinin sərbəst iradəsinə əsaslanmaqla şəxsin diplomunun tanınması üçün hüquqi əsas təşkil etmir. Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2042/2024, 2-1(102)-1275/2024, 2-1(102)-959/2024, 2-1(102)-2229/2023 və 2-1(102)-2762/2023 №-li işlər üzrə Qərarlar) İddiaçının faktiki təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın yuxarıda tələbləri ilə uzlaşmadığından, bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələbləri təmin olunmadığından, cavabdehin həmin Qaydaların tələblərindən irəli gələn imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası hazırki vəziyyətdə oxşar işlər üzrə inzibati orqanın həm inzibati praktikasını, həm də kassasiya instansiyası məhkəməsinin sərgilədiyi hüquqi mövqeyini, bunun nəticəsində də formalaşan məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçı ona "Rauf Ablyazov" adına Şərqi Avropa Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirməyinə dair 06 iyun 2022-ci il tarixli, В 22 № 035129 saylı diplom, 06 iyun 2022-ci il tarixli, 108415 saylı diploma əlavə üzrə bakalavr dərəcəsi barədə diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsini tələb etsə də, onun bu tələbinin təmin edilməsindən imtina etməkdə cavabdeh qurum haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilir. Odur ki, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh qurum haqlı olmuş və buna görə də iddiaçının iddiasının təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3255/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3255/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-437/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-437/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver