Məhkəmə qərarları › İş №2-1(103)-4377/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4377/2025

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4377/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X12 və X13 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı Əli Imran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Əli Imran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının keçmişdə işlədiyi vəzifəsinin hazırki əmək haqqına uyğun araşdıraraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçının pensiyasının hesablanması zamanı mükafat və müavinətlərin, işlədiyi gündən indiyə qədər baş verən artımların nəzərə alınması, iddiaçının pensiyasının vergi xidməti müfəttişinin hal-hazırki əmək haqqına uyğunlaşdırılaraq yenidən hesablanması və iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.2021-ci ildə pensiya təyin edilmişdir. Onun 15 il 1 ay 17 gün dövlət qulluğu stajı vardır. O, 5 il 6 ayını vergi müfəttişliyində 3-cü dərəcəli vergi müfəttişi işləmişdir. Iddiaçıya 424,64 manat pensiya hesablanıb. Onun pensiya məbləği vergi müfəttişinin aldığı vəzifə maaşına uyğun məbləğdə hesablanmayıb. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçıya ## #### 2021-ci il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavə 26,51 manat, rütbəyə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 313,57 manat olmaqla orta aylıq əmək haqqı 845,08 manat təşkil etmişdir. Iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 01 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (845,08 manat) 50,25 faizi - 424,65 manat məbləğində müəyyən edilmişdir. Maddi yardımın ## ###### 2023-cü il tarixdən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə ## ###### 2024-cü il tarixdən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası 595,79 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar İddiaçı əmək pensiyası ## ###### 2023-cü il tarixindən, ## ###### 2024-cü il tarixdən və ##.##.2025-ci il tarixdən 644,05 (424,65+10%+14,7%+11,2%+8,1%) manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin # ###### 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində. Adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqısı hesablanarkən əsas götürülən dövr (##.##.1995-##.##.2000-ci il tarixləri arasındakı dövr) ərzindəki vergi orqanları üzrə müvafiq qulluq illərinə uyğun olaraq 5 ildən az qulluq müddəti olan 53 ay üçün vəzifə maaşının 5 faizi, 5 ildən çox qulluq müddəti olan 7 ay üçün isə 10 faizi miqdarında əlavə hesablanmaqla (53x5+7x10):60=5,58)) ümumilikdə qulluq illərinə görə əlavəsi vəzifə maaşının 5,58 faizi miqdarında müəyyən edilmişdir. Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.19-cu maddəsinə əsasən, əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əmək haqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirilməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əməkhaqqısı hesablanarkən əsas götürülmüş əmək fəaliyyəti dövründə ona ödənilməmiş əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qanuna # ###### 2023cü il tarixdən tətbiq edilmiş dəyişikliyə, o cümlədən həmin Qanunun vergi orqanlarının sabiq əməkdaşlarına dair müddəalarına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr ödənilən şəxslərin ümumilikdə pensiya məbləğləri göstərilmiş tarixdən sonra vaxtilə qulluq keçdikləri və ya işlədikləri vəzifə üzrə əmək haqqında artım olduqda deyil, Qanunun 29-cu maddəsinə uyğun olaraq indeksləşdirilmə yolu ilə artırılır. Qanunun 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin müəyyən edilməsi zamanı şəxsin işlədiyi bütün dövr ərzində ona ödənilmiş əmək haqlarından tutulmuş bütün məcburi dövlət sosial sığorta haqları nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarında qeyd edilir ki, “## ###### 2018-ci il tarixli 1362- VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş, həmin Qanun 2019-cu il ######ın #-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik ##.##.2019-cu il tarixdə qüvvəyə minənə qədər iddiaçı fevral 2018-ci ildən - ## ###### 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı almış və həmin əmək haqqından 3.007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan istinadlarını iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmalı olmadığını qanunverici imperativ olaraq müəyyən etmiş, qanunda bundan istisnalar nəzərdə tutmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə aid edilən iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının ##.##.2019-cu il tarixdən sonra təyin edildiyi nəzərə alındıqda, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin tələbi iddiaçıya da aiddir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia əsassız olduğundan rədd edilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadında qeyd edilir ki, “hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, ## ###### 2018-ci il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il ######ın #-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə iddiaçı üçün əlçatan və bəlli olmuşdur”. Cavabdeh inzibati orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı Əli Imran oğlunun pensiyasının hesablanması zamanı mükafat və müavinətlərin, işlədiyi gündən indiyə qədər baş verən artımların nəzərə alınması, iddiaçının pensiyasının vergi xidməti müfəttişinin halhazırki əmək haqqında uyğunlaşdırılaraq yenidən hesablanması və iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutuian hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: Iddiaçıya ##.##.2021-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 26,51 manat, rütbəyə görə əlavəsi 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 313,57 manat olmaqla orta aylıq əməkhaqqısı 845,08 manat təşkil etmişdir. Iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 1 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqısının (845,08 manat) 50,25 faizi-424,65 manat məbləğində müəyyən edilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar iddiaçının əmək pensiyası ##.##.2023-cü il tarixindən, ##.##.2024-cü il tarixdən və ##.##.2025-ci il tarixdən 644,05 (424,65+10%+14,7%+11,2%+8,1%) manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin # ###### 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində. Iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqısı hesablanarkən əsas götürülən dövr (##.##.1995-##.##.2000-ci il tarixləri arasındakı dövr) ərzindəki vergi orqanları üzrə müvafiq qulluq illərinə uyğun olaraq 5 ildən az qulluq müddəti olan 53 ay üçün vəzifə maaşının 5 faizi, 5 ildən çox qulluq müddəti olan 7 ay üçün isə 10 faizi miqdarında əlavə hesablanmaqla (53x5+7x10):60=5,58)) ümumilikdə qulluq illərinə görə əlavəsi vəzifə maaşının 5,58 faizi miqdarında müəyyən edilmişdir. Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əmək haqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Iddiaçının əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əməkhaqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. Lakin məhkəmə bu halı nəzərə almadan və heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Məhkəmə tərəfindən mübahisəli məsələyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşması pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əməkhaqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qərarın əsaslandırılması hissəsindən də göründüyü kimi məhkəmə qərarını yalnız Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, 3- 21-2-1/2-*****/**** №-li məktubunda qeyd edilmiş 505,00 AZN əməkhaqqı ilə əsaslandırmışdır. Belə ki, həmin məktubda “III dərəcəli dövlət R”nin fərdi rütbəsi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2001-ci il tarixli *** nömrəli Fərmanının 4-cü bəndinə əsas “R” xüsusi rütbəsinə bərabər tutduğu və həmin rütbə üzrə maaşın hal-hazırda 55,00 AZN təşkil etdiyi, həmçinin İddiaçı işlədiyi “dövlət vergi müfəttişi” vəzifəsinin ştat cədvəlinə əsasən hal-hazırda vəzifə maaşının 505,00 AZN olduğu qeyd edilmişdir. Lakin məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş imperativ normaları, həmçinin Ali Məhkəmənin mövqeyini nəzərə almadan maddi hüquq normalarını düzgün tətbiq etməyərək, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla prosessual pozuntuya yol verərək qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əməkhaqqısı hesablanarkən əsas götürülmüş əmək fəaliyyəti dövründə ona ödənilməmiş əlavənin əmək pensiyasına tətbiq edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamış, yalnız Dövlət Vergi Xidmətinin məktubunu əsas götürərək formal cəhətdən iddia tələbini təmin etmişdir. Məhkəmə qərar qəbul edərkən obyektiv araşdırma prinsipini pozaraq yuxarıda qeyd edilən hallara dair araşdırma aparmamış, qeyd edilən hallara məhkəmə tərəfindən hüquqi qiymət verilmədən yalnız formal cəhətdən iddia tələbini təmin etməklə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkərnə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı Əli Imran oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, işin hallarından görünür ki, İddiaçı Əli Imran oğluna ## #### 2021-ci il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Pensiya təyin edilərkən cavabdeh tərəfindən vergi müfəttişinin vəzifə maaşı 475 manat, rütbə maaşı 30 manat nəzərə alınmaqla hesablanmışdır. Iddiaçının mövqeyinə görə iddiaçıya əmək pensiyası hesablanarkən vəzifə maaşının 510 manat olması nəzərə alınmamış, 3 vəzifə maaşı mislində mükafat, 1 vəzifə maaşı həddində müavinət hesablanmamış, rütbəyə görə 55 manat əlavə olduğu halda 30 manat, mükafat 472 manat olduğu halda 317,57 manat hesablanmış, 15 ildən yuxarı staja görə 30% əlavə nəzərə alınmadan əmək pensiyası hesablanmışdır. Iddiaçı keçmişdə işlədiyi vəzifəsinə görə (##.##.1995-##.##.2000-ci il tarixləri arasındakı dövr) hazırda verilən əmək haqqı və digər əlavələrə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2024-cü il tarixli *-**-*/*-B-******/**** nömrəli “Əmək pensiyasının hesablanması haqqında” məktubunda qeyd edilmişdir ki, “İddiaçı Əli Imran oğluna ## #### 2021- ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavə 26,51 manat, rütbəyə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 313,57 manat olmaqla orta aylıq əmək haqqı 845,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11.2-ci maddəsinə əsasən, 15 il 1 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqı (845,08 manat) 50,25 faizi-424,65 manat məbləğində müəyyən edilib. Maddi yardımın # ###### 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə # ###### 2024-cü il tarixindən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 595,79 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır”. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ## #### 2021-ci il tarixdən dövlət vergi orqanlarında xidmət etmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən vergi müfəttişinin vəzifə maaşı 475,00 manat, rütbə maaşı 30 manat nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı pensiya təyin edən vaxt (2021-ci ildə) onun işlədiyi vəzifədə -dövlət vergi müfəttişi- ştat cədvəlinə əsasən vəzifə maaşı 475,0 manat deyildir. Belə ki, iddiaçının xidmət etdiyi qurumun- Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2021-ci il tarixli, **************** nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının vergi orqanlarında işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli Qərarına əsasən ##.##.2019-cu il tarixindən dövlət vergi müfəttişi vəzifəsi üzrə 510,0 manat təşkil edir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 72-ci maddəsinə əsasən iddiaçı “R” xüsusi rütbəsinə malik olduğundan onun xüsusi rütbəyə görə maaş 55,00 manat təşkil edir. Iddiaçı İddiaçı Əli Imran oğlunun pensiyasının yenidən hesablanması zamanı mükafat və müavinətlərin, vəzifə maaşı 505 manat, rütbə maaşı 55 manat, vəzifə maaşına müvafiq əlavə (5,58 %) nəzərə alınmaqla yenidən hesablanmalı və iddiaçıya ödənilməlidir. Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin İddiaçı Əli Imran oğluna ünvanladığı ##.##.2021ci il tarixli, **************** nömrəli məktubunda qeyd edilmişdir ki, vergi orqanlarında işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli, *** nömrəli Qərarına əsasən ##.##.2019-cu il tarixindən dövlət vergi müfəttişi vəzifəsi üzrə 510,0 manat və xüsusi rütbəyə görə əlavə 30,0 manat təşkil etmişdir. Azərbaycan Respublikasının 2001-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən # ###### 2020-ci il tarixdən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay 1 ildən 5 ilədək vəzifə maaşının 5 faizi məbləğində, 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində, 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində, 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq ödənilir. Əlavə olaraq əmək haqqı, mükafat və digər əlavələr barədə məlumat məktuba əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. 17-ci bəndinə əsasən dövlət vergi orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların dövlət vergi orqanlarındakı xidmət illəri həmin orqanlarda xidmət (qulluq) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər dövlət vergi orqanlarına xidmətə qəbul edildikdə, onların xidmət (qulluq) illəri dövlət vergi orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. 54-1-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 54-2. Vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 54-3. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. 54-4. Vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. 72-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir: Azərbaycan Respublikasının R – 200 manat miqdarında; R – 180 manat miqdarında; R – 160 manat miqdarında; R (R) – 145 manat miqdarında; R (R) – 130 manat miqdarında; R (R) – 115 manat miqdarında; R (R) – 100 manat miqdarında; R (R) – 80 manat miqdarında; R (R) – 65 manat miqdarında; R (R) – 55 manat miqdarında. 73-cü bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində. 73-1. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 78-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. 78-1-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır. 78-2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. 78-3-ci bəndinə əsasən Bu Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarında xidmət müddətinin beş ildən çox uzadılmasına yol verilmir. Xidmətdə olma müddətinin artırılması sonradan bu Əsasnamə ilə nəzərdə tutulmuş əsaslarla vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətinə xitam verilməsini istisna etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – s ı ğ o r t a o l u n a n ) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud s ı ğ o r t a o l u n a n larin ölümü ilə ə l a q ə d a r o n l a r ı n a i l ə ü z v l ə r i n i n i t i r d i k l ə r i gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda. Işin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri Suraxanı rayon X10 dövlət vergi müfəttişi vəzifəsində işləmiş, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 01 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (845,08 manat) 50,25 faizi – 424,65 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. Göründüyü kimi, hazırkı halda iddiaçı ilə olan münasibətlərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş müddəaları tətbiq edilir. Iddiaçıya əmək pensiyası hesablanarkən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 26,51 manat, rütbəyə görə əlavəsi 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 313,57 manat olmaqla orta aylıq əmək haqqısı 845,08 manat təşkil etmiş, bu məbləğin 50,25 faizi – 424,65 manat məbləğində əmək pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunun 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Iddiaçı hazırkı iddiasında əvvəllər işlədiyi vəzifə üzrə əmək haqqında olmuş sonrakı artımların ona tətbiq edilməsini və pensiya məbləği hesablanarkən nəzərə alınmasını xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Qanunvericiliyin tələbindən görünür ki, əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2020-ci il tarixli qərarında qeyd edilir ki, “...Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. .....“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ##### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqedən də aydın olur ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı Əli Imran oğluna (FIN: *******) ##.##.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyi nəzərə alındıqda, son 24 ay əsasında hesablama aparıldığı təqdirdə, onun əmək pensiyasının məbləğinin neçə manat təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Həmçinin, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Bakı şəhəri Suraxanı rayonu X10 (indiki adı: Suraxanı Rayonu Vergilər Idarəsi) dövlət vergi müəfftişi (3cü dərəcəli dövlət vergi müffətişi rütbəli) vəzifəsini tutan şəxs üçün 2021-ci ildə və hazırda (hər il üzrə ayrı-ayrılıqda göstərilməklə) nəzərdə tutulan əmək haqqı məbləğinin tərkibi (vəzifə maaşı, qulluq stajı və rütbəyə görə əlavələr, mükafat və s.- hər biri üzrə ayrı-ayrılıqda dəqiq qeyd olunmaqla) barədə məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir. Bundan əlavə, dövlət vergi müfəttişi vəzifəsini tutan şəxs üçün nəzərdə tutulan əmək haqqı məbləğinin tərkibi (vəzifə maaşı, qulluq stajı və rütbəyə görə əlavələr, mükafat və s. hər biri ayrı-ayırılıqda dəqiq göstərilməklə) barədə məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən ## ###### 2026-cı il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktubda qeyd edilir ki, sabiq vergi orqanı əməkdaşı X1 ##.##.1994-##.##.2000-ci illər üzrə hesablanmış əmək haqqı, mükafat və digər əlavələr və sonuncu xüsusi rütbəsi barədə arayışın təqdim edilməsi haqqında məktuba Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bununla bağlı arayış məhkəməyə təqdim edilir. Arayışda qeyd edilir ki, İddiaçı Əli Imran oğluna 1994-cü il üzrə 204,112 manat, 1995-ci il üzrə 682 950 manat, 1996-cı il üzrə 1 051 100 manat, 1997-ci il üzrə 1 594 285 manat, 1998-ci il üzrə 2 072 000 manat, 1999-cı il üzrə 1 744 356 manat, 2000-ci il üzrə 264 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən ## ###### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubda qeyd edilir ki, Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** nömrəli Qərarına əsasən ##.##.2021-ci il tarixindən Lokal Gəlirlər baş idarəsi üzrə dövlət vergi müfəttişinin vəzifə maaşı 505,00 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Fərmanı ilə vergi orqanlarının vəzifəli şəxslərinə 2022-ci il fevral ayının 1-dən vəzifə maaşının 1 misli həcmində əlavə vəsait ödənilir. Xidmət illərinə görə Azərbaycan Respublikasının 2001-ci il ## #### tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən # ###### 2020-ci il tarixdən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq vergi orqanlarında xidmət illərinə görə hər ay 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində, 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində, 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində, 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq ödənilir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ##### 2024-cü il tarixli ****-VIQD nömrəli Qanununa əsasən "R" xüsusi rütbəsi üzrə maaş 30.00 manatdan 55.00 manatadək artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən ## ###### 2026-cı il tarixli, 3-17-1/2-48044/2026 tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 78-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – Qanun) nəzərdə tutulmuş qaydada həyata keçirilir. Sözügedən vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə Qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.11-ci maddəsinə əsasən, sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.30-cu maddəsinə uyğun olaraq, sabiq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. X1 əmək pensiyası ##.##.1998- ##.##.2000-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 30,63 manat, rütbəyə görə əlavəsi 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 127,99 manat olmaqla orta aylıq əmək haqqısı 663,62 manat təşkil edəcək. Belə olan halda adıçəkilən şəxsin əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən, 15 il 1 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (663,62 manat) 50,25 faizi-333,47 manat məbləğində, maddi yardımın # ###### 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi və ümumilikdə pensiya məbləğinin indeksləşdirilməsi ilə əlaqədar 420,74 manat, # ###### 2024-cü il tarixindən 467,86 manat, # ###### 2025-ci il tarixindən 505,76 manat və # ###### 2026-cı il tarixindən isə 552,79 manat məbləğində müəyyən ediləcək. Göründüyü kimi, sözügedən dövr İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanərkən əsas götürülərsə adıçəkilən şəxsin əmək pensiyasının məbləği 703,95 manatdan 552,79 manata azalacaqdır. Işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı cavabdeh inzibati orqana iddiaçıya pensiyanın düzgün hesablanıb-hesablanmamasının araşdırılması həvalə edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən xidməti məktubda qeyd edilir ki, X1 ## #### 2021-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 26,51 manat, rütbəyə görə əlavəsi 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 313,57 manat olmaqla orta aylıq əmək haqqısı 845,08 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsə ## #### 2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən, 15 il 1 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (845,08 manat) 50,25 faizi - 424,65 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Qanuna ## ###### 2023-cü il tarixindən tətbiq edilmiş dəyişikliyə, o cümlədən həmin Qanunun vergi orqanlarının sabiq əməkdaşlarına dair müddəalarına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr ödənilən şəxslərin ümumilikdə pensiya məbləğləri göstərilmiş tarixdən sonra vaxtilə qulluq keçdikləri və ya işlədikləri vəzifə üzrə əmək haqqında artım olduqda deyil, Qanunun 29-cu maddəsinə uyğun olaraq indeksləşdirilmə yolu ilə artırılır. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin illər üzrə indeksləşmələr nəzərdə alınaraq İddiaçı pensiyası 0# ###### 2026-cı il tarixindən 703,95 manata artırılaraq onun müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2026-cı il tarixli, *-**-*-*/*- ****/**** nömrəli məktubunda Lokal Gəlirlər Baş idarəsində dövlət vergi müfəttişinin vəzifə maaşının # ####### 2021-ci il tarixindən 505,00 manata, R xüsusi rütbəsi üzrə əlavənin məbləğinin isə # ###### 2024-cü il tarixindən 55,00 manata artırıldığı qeyd olunub. İddiaçı Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş idarəsində deyil, Bakı şəhəri Suraxanı rayon X10 dövlət vergi müfəttişi vəzifəsində işlədiyi üçün əmək pensiyası təyin edilən zaman orta aylıq əmək haqqı hesablanarkən vəzifə maaşının 505,00 manat nəzərə alınması mümkün deyil. Həmçinin, sözügedən arayışda qeyd olunan R xüsusi rütbəsi üzrə əlavənin məbləğindəki artım İddiaçı vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edildiyi ## #### 2021-ci il tarixindən, həmçinin qanunvericiliyə yuxarıda göstərilmiş dəyişikliyin edildiyi ## ###### 2023-cü il tarixindən sonra olduğuna görə sözügedən artımın adıçəkilən şəxsin pensiyasının müəyyən edilməsi zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. ## ###### 2022-ci il tarixindən, yəni İddiaçı vergi orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası təyin edildiyi ## #### 2021-ci il tarixindən sonra vergi orqanlarının vəzifəli şəxslərinə ödənilən vəzifə maaşının 1 misli həcmində əlavə İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqısı hesablanarkən əsas götürülmüş əmək fəaliyyəti dövründə (##.##.1995-##.##.2000-ci il tarixləri arasındakı dövr) ona ödənilmədiyi üçün həmin əlavənin onun (sözügedən əlavə ümumiyyətlə ## ###### 2022-ci il tarixinədək mövcud olmadığına görə adıçəkilən şəxsə digər fəaliyyət dövrlərində də ödənilməyib) əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Iş materiallarının araşdırılan hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiya məbləği düzgün hesablanmışdır, cavabdeh inzibati orqan iddiaçının pensiya məbləğinin yenidən hesablanması ilə bağlı müraciətini təmin etməməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Iş materiallarının araşdırılması zamanı həmçinin o da müəyyən edilir ki, indeksləşdirmə ilə əlaqədar iddiaçının əmək pensiyası ##.##.2023-cü il tarixindən, ##.##.2024-cü il tarixdən və ##.##.2025-ci il tarixdən 644,05 (424,65+10%+14,7%+11,2%+8,1%) manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı Əli Imran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar