Məhkəmə qərarları › İş №2-1(103)-438/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-438/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-438/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Oruczadə Aytən qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 ştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3687/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkona xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsi və həmin tarixdən halhazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Onun xx.xx.1980-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi 40 il əmək stajı mövcuddur. Belə ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək peşə məktəbində təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-ci il tarixədək “X9Təmir Zavodu”nda çilingər, xx.xx.1993-ci il tarixdən xx.xx.1995-ci il tarixədək yenidən “X9-Təmir Zavodu”nda çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Şirvanneft” NQÇİ-də yeraltı təmir üzrə operator, xx.xx.1996-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" MMC-də yeraltı təmir üzrə operator, xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci ilə kimi “Karasu” OC-də quyuların yeraltı təmiri üzrə usta vəzifələrində işləmişdir.xx.xx.2006-cı ilədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olduğundan xx.xx.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun işlədiyi vəzifələr Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı»nın XİV. Metal Emalı bölməsində, təmirçi çilingərlər (2150100a—18559) və Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində, quyuların yeraltı təmiri üzrə operatorlar (2130200a—15870) vəzifələrinə uyğundur. xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********7 saylı məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 il 05 ay 28 gün güzəştli iş stajının olmasını əsas gətirərək məsələnin həllindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3687/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarın ləğv edilməsini və iddianın tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq və düzgün təfsir edilməmiş, nəticədə səhvə yol verilərək oiddiaçının hüquqlarının pozulması ilə ədalətsiz qərar çıxarılmışdır. Belə ki, məhkəmə onun xx.xx.2006-cı il tarixə kimi 12 il 6 ay xüsusi stajı olmasına baxmayaraq, həmin tarixə onun 25 il ümumi stajının olmadığı (24 il 9 ay 25 gün), cavabdeh isə imtinasında həm də xüsusi stajının 12 il 6 aydan az (10 il 5 ay 28 gün) olması qənaətinə gəlmişdir. Onun xx.xx.1980-xx.xx.1981—ci illərdə peşə məktəbində təhsil aldığı dövrü nəzərə alınmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən onun ərizəsinə əlavə etdiyi onun 1979- 1980-cı illərdə Qazı-Məmməd (Hacıqabul) rayonunun Şirvan kolxozunda işlədiyi 240 (8 ay) gün iş stajının olması barədə Milli Dövlət Arxivinin Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 60 No-li arxiv arayışı da qəbul edilməmişdir. Cavabdeh onun xüsusi staja çatmadığını deyil, məhz, xüsusi stajının 12 il 6 aydan az (10 il 5 ay 28 gün) olduğunu bildirmişdir. Halbuki, onun xx.xx.1981-ci il tarixdən 2006-cı il tarixə qədər kifayət qədər xüsusi stajı vardır. Məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun deyildir. İşin apellyasiya mərhələsində İddiaçı xx.xx.2022-ci il tarixində vəfat etməsi ilə əlaqədar (Ölüm haqqında şəhadətnaəmə AZ-İİ No 257416, Şirvan Şəhər Qeydiyyat şöbəsi xx.xx.2022) 19 aprel 2022-ci il tarixində onun arvadı X3 (Nikah haqqında şəhadətnamə Əli-Bayramlı VVAQ İİİJQ No 404209 xx.xx.1984) prosessual hüquq varisi qismində işə cəlb olunmuşdur Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının hüquq varisi R.Rəsulova məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Həsənzadə iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən əsasən hərbi xidmət dövrü, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir (b.3). Eyni zamanda, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinin 1-ci yarımbəndi aşağıdakıları nəzərdə tutur: “Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.” Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materiallarında olan hərbi biletinin (xx.xx.1981, H3 4467095), 71 N-li Texniki məktəbi tərəfindən verilmiş diplomunun (A№750456, 1 iyul 1981), əmək kitabçasının (xx.xx.1978, ИТ-İ 1136974) surətlərinə, eləcə də, iş materiallarının 71-ci və 133-135-ci vərəqlərində olan X4 arxiv arayışlarına və əmək haqqı cədvəlinə əsasən xx.xx.2006-cı il tarixinədək iddiaçının xx.xx.2006-cı ilə qədər əmək fəaliyyəti üzrə aşağıdakı kimi iş stajı müəyyən olunur: 1979-1980: Şirvan kolxozunda kolxozçu kimi 240 a/g norması müqabilində faktiki olaraq 1979-cu ildə 91 a/g; 1980-cı ildə isə 74 a/g işləmiş və əmək haqqı almışdır ki, həmin günləri də iş stajı müddətinə çevrilməsini apardıqda, onun 1979-cu ildə 4 ay 5 gün, 1980-cı ildə isə 3 ay 7 gün, cəmi - 7 ay 12 gün; xx.xx.1980 - xx.xx.1981: 71 saylı şəhər peşə texniki məktəbində təhsil müddəti -7 ay 29 gün; xx.xx.1981-xx.xx.1981: Əli Bayramlı «Cizahlar» Zavodunun Alət sexinə 2-ci dərəcəli çilingər - 19 gün; xx.xx.1981 - xx.xx.1983: Hərbi xidmət – 2 il 1 ay 26 gün; xx.xx.1984 -xx.xx.1985: Əli Bayramlı «Cizahlar» Zavodunun Alət sexinə 3-cü dərəcəli çilingər -1 il 5 ay 4 gün; xx.xx.1985-xx.xx.1988: həmin zavodun Mexaniki təmir sexində 3-cü dərəcəli çilingər - 3 il 3 ay 9 gün; xx.xx.1988-xx.xx.1990: Əli Bayramlı “Sənaye Avtomatikası və Telemexanika” zavodunda 5-ci dərəcəli çilingər – 1 il 2 ay 14 gün; xx.xx.1990-xx.xx.1990: zavodun Plasmas sexində 5-ci dərəcəli çilingər- 3 ay 7 gün; xx.xx.1990-xx.xx.1993: Əli Bayramlı “Araz” zavoduna Plasmas sexində 5-ci dərəcəli sazlayıcı - 3 il 3 ay 16 gün; xx.xx.1993-xx.xx.1995: “X9-Təmir Zavodu”nda 5-ci dərəcəli çilingər – 1 il 9 ay 28 gün; xx.xx.1995-xx.xx.1996 “Şirvanneft ” NQÇİ-nin 3 saylı NQÇS-də 4-cü dərəcəli Yeraltı Təmir üzrə operator – 6 ay 28 gün; xx.xx.1996-xx.xx.1999 "xxxx" Müştərək Müəssisəsinə 4-cü dərəcəli Yeraltı Təmir üzrə operator – 3 il 7 ay; xx.xx.1999-xx.xx.2000 Əli Bayramlı bölgəsi üzrə Quyuların Əsaslı və Yeraltı təmir sexinə 4-cü dərəcəli YAT (yer altı təmir) operatoru - 1 il 2 ay 29 gün; xx.xx.2000-xx.xx.2003: Karasu Əməliyyat Şirkətinə Əsaslı və Yeraltı təmir sexində 5 dərəcəli YAT operatoru – 3 il; xx.xx.2003-xx.xx.2005: həmin şirkətdə Quyuların Əsaslı və Yeraltı təmir sahəsində usta – 1 il 7 ay; xx.xx.2005 - xx.xx.2006: həmin X5 təmiri üzrə nəzarətçi – 6 ay. Beləliklə də iddiaçının tədqiq olunan iş stajı ümumiləşdirildikdə, iddiaçının 2006-cı ilə qədər ümumi iş stajı - 25 il 2 ay 3 gün ümumi iş stajı toplanır ki, bu stajın da 12 il 6 aydan çoxunu o, güzəştli pensiya hüquq verən xüsusilə zərərli və ağır iş şəraitinə aid peşə və vəzifələrdə işləmişdir. Belə ki, işə əlavə olunmuş: X7 Lmited Şirkətinin Azərbaycan Respublikasındakı filialının 19 iyun 2020-ci il tarixli (i.v.9) və Karasu Əməliyyat Şirkətinin 16 iyun 2020-ci il tarixli güzəştli arayışlarına (i.v.6) müəyyən edilir ki, “iddiaçının həmin müəssisələrdə 1995- 1996 və 2000-2005 dövrlərində - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2-ci (Neft, qaz və qaz kondensatının hasilatı) nəzərdə tutulan aşağıdakı peşə və vəziflərdə çalışmışdır: xx.xx.1995-xx.xx.1996-cı illərdə “Şirvanneft” NQÇİ-də “quyuların yeraltı təmiri” (YAT) üzrə operator (6 ay 28 gün); xx.xx.2000-xx.xx.2003-cü illərdə Karasu Əməliyyat Şirkətində “ Quyuların Əsaslı və Yeraltı təmiri” sexində “quyuların yeraltı təmiri” (YAT) üzrə operator – 3 il; xx.xx.2003-xx.xx.2005-ci illərdə həmin şirkətdə “ Quyuların Əsaslı və Yeraltı təmiri” şöbəsində “quyuların əsaslı və yeraltı təmiri (YAT) sahəsində usta – 1 il 7 ay; (Cəmi: 4 il 7 ay) Tədqiq olunan həmin güzətli arayışlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 10.2ci bölməsinə uyğunluğu müəyyən edilən sözügedən peşə və vəzifə - Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 N-li Siyahısında aşağıakı kodlar altında yer almışdır: - “21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində 2. Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsi: a) kod 2130200a—15866: quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; b) kod 2130200b—23187: “...quyuların yeraltı və əsaslı təmiri işlərində... ustalar”. İddiaçının neft hasialtı sahəsində quyuların əsaslı və yeraltı təmir üzrə operator və usta kimi işlədiyi həmin peşə və vəzifə güzəştli pensiya hüququ verən göstəricilərə aid edilmişdir. Digər tərəfdən, iş materiallarının Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 100/02-312 saylı güzətli arayışından (arayış-açılış) i.v.28-29) görünür ki, iddiaçının 1981-ci ildən 1995-ci ilə qədər olan dövr üzrə zavodun “metal emalı” sexində təmirçi-çilingər peşəsi üzrə – Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş” 2 №-li Siyahının XİV. “Metal emalı” bölməsində “2150100a-18559” kodu (“təmirçi çilingər”) üzrə “10 il 4 ay 8 gün” güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı vardır. İddiaçının metal emalı sahəsində həmin güzəştli stajı və onun naft hasilatı sahəsində oper quyuların əsaslı və yeraltı təmri üzrə operator və usta vəzifəsi üzrə iş stajı toplandıqda, onun 2006-cı ilə qədər güzəştli iş stajı 12 il 6 aydan da artıq (14 il 11 ay 8 gün) təşkil edir. Beləliklə də işin tədqiq olunan sübutlarla müəyyən olunan halları və qanunvericiliyin tələbləri baxımından, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndində tələb olunan azı 25 il ümumi, güzəştli pensiya hüququ verən azı 12 il 6 ay xüsusi stajı mövcuddur. Belə olan halda da onun 57 yaşından, yəni, xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranır (Şirvan RPŞ tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1963-cü ildə doğulmuşdur). İPM-in 73.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də cavabdehin və birinci instansiya məhkəməsinin iddiaçının 2006-cı ilə qədər 25 il ümumi, 12 il 6 ay xüsusi stajının mövcud olmadığını əsaslandıran mövqeyinin əsassız olduğu öz təsdiqini tapır. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdeh hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun. Qeyd olunanlar onu deməyə əsas verir ki, işə baxan birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsasız olduğunu mübaisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3687/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, iddiaçı (mərhum) İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli və həmin tarixdən onun vəfat etdiyi xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə pensiyanın hesablanıb prosessual hüquq varisi (arvadı) X1 ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3687/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilsin və həmin (xx.xx.2020) tarixdən onun vəfat etdiyi xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə pensiyanın hesablanıb, hüquq varisi (arvadı) X1 ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar