Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-438/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3715/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 (iddiaçının anası) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü qızı İddiaçı “məcburi köçkün” statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Daha sonra, həmin məhkəmənin 17 mart 2022-ci il tarixli qərardadı ilə, iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmiş, Qanuni nümayəndə iddiaçının qanuni nümayəndəsi qismində tanınmışdır. İddianın əsaslarına görə iddiaçının atası Ağdam rayonundan məcburi köçkündür. xx.xx.2010-cu il təvəllüdlü iddiaçıya məcburi köçkün statsunun verilməsi ilə bağlı cavabdeh müraciət olunmuş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”la 4.1.6-cı bəndinə istinadən iddiaçının hər iki valideyninin qeydiyyatı və yaşayış yerinin işğal olunmuş rayona olmalıolduğun bildirərək ərizənin icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin istinad etdiyi Təlimatın qüvvəyə mindiyi tarixdən (xx.xx.2011-ci il) əvvəl, yəni xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Təlimatın tələbləri iddiaçının vəziyyətini ağırlaşdırdığından hazırkı işə şamil edilə bilməz. Belə ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilimiş 01 yanvar 2011-ci ilədək qüvvədə olan “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimatda belə bir şərt, yəni uşaqların hər iki valideyninin məcburi köçkün olması şərti nəzərdə tutulmamışdır. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3715/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: İddiaçının atası - Qanuni nümayəndə Ağdam rayonundan məcburi köçkündür. O, xx.xx.2005-ci il tarixdə X3 ilə ailə qurmuşdur. Cavabdeh imtina məktubunda Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 N-li əmri ilə təsdiq edilmiş və 2011-ci ilin yanvar ayının 01-dən qüvvəyə minmiş «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylamlmasına dair» Təlimata istinad etmişdir. Amma cavabdeh bu cür cavabı verərkən iddiaçının istinad etdiyi Təlimatın qüvvəyə mindiyi tarixdən (xx.xx.2011- ci il) əvvəl, yəni xx.xx.2010-cu il tarixdə anadan olmasını nəzərə almamışdır, səbəbdən, həmçinin Təlimatın tələbləri vəziyyətimizi ağırlaşdırdığından bizim müraciətimizə şamil edilə bilməz. Belə ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilimiş 01 yanvar 2011-ci ilədək qüvvədə olan «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair» Təlimatda belə bir şərt, yəni uşaqların hər iki valideyninin məcburi köçkün olması şərti nəzərdə tutulmamışdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1 -ci maddəsinin mənasına görə normativ-hüquqi akt - qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ-hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativhüquqi akt hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hesab edir ki, sənədlərin nə vaxt təqdim edilməsindən və müraciətin tarixindən asılı olmayaraq 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan Təlimatın tələbləri 2010-cu il təvəllüdlü Mənsurəyə məcburi köçkün statusu verilməsi məsələsinə baxılarkən tətbiq olunmamalıdır. Birinci instansiya məhkəməsi lazımi obyektiv araşdırmanı aparmadan, yuxarıda göstərilən qanunvericilik normalarına əhəmiyyət vermədən faktiki olaraq cavabdehin mövqeyini təkrarlayan bir qərar qəbul etmişdir...» Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. İddiaçı iş materiallarına əlavə olunumuş AZ-İİ seriyalı 527691 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2010-cu ildə doğulmuş, atası – Qanuni nümayəndə, anası – X1r. Eyni zamanda, iddiaçının atası Qanuni nümayəndə işə əlavə olunmuş AZE ******** şəxsiyyət vəsiqəsinin məlumatlarına, cavabdeh Komitə tərəfindən ona verilmiş AA142837 nömrəli xx.xx.2006-cı il tarixli məcburi köçkün vəsiqəsinin surətinə və həmin Komitənin hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 380 nömrəli 28 mart 2023-cü il tarixli və 2169 nömrəli xx.xx.2023-cü il tarixli arayışlarına, AR DİN BPQMİ-nin xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əsasən müəyyən olunur ki, o: - xx.xx.1979-cu il tarixdə Ağdam rayonunda doğulmuş; - Ağdam, Vidadi küç, 29 ünvanına pasport qeydiyyatındadır; - 1993-cü ildən ünvan 2 ünvanında yaşayır; -həyat yoldaşı, X2 ünvan 3 ünvanında qeydiyyatdadır. -X2 (h/yoldaşı) ilə birgə nikahından doğulmuş - X7, X6, X8 və İddiaçı - onun ailə üzvləridir. Ağdam rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 439 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən isə müəyyən olunur ki, iddiaçının atası Qanuni nümayəndə özü və onun ailə üzvlərindən qızı A.Hüseynova məcburi köçkünlərə ödənilən aylıq müavinət alır, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı isə həmin müavinət ödənilmir. Beləliklə, tədqiq olunan sübutlarda müəyyən edilən hallardan göründüyü kimi, iddiaçının atası məcburi köçkün statusuna malikdir və onun qeydiyyatı işğalda olmuş Ağdam şəhərinədir, Bakıda müvəqqəti məskunlaşaraq yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Cavabdehin imtina məktubuna və iddia ərizəsinə dair etirazına əsasən müəyyən olunur ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinadən, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayon (şəhər) olmadığı əsas gətirilərək, iddiaçıya məcburi köçkün statusuna malik və işğalda olmuş Ağdam şəhərinə qeydiyyatı olan, Bakı şəhərində məskunlaşmış atası ilə birgə nikahından doğulmuş övladı - İddiaçı məcburi köçkün statusu verilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina olunması Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, işin təqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusua malik olmaqla ona, həm də digər qızına (Atlaz Hüseynovaya) məcburi köçkünlərə ödənilən müavinət verilir. Halbuki, iddiaçının döğulduğu vaxt qüvvədə olan (01 yanvar 2011-ci ilədək), AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilimiş «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair» Təlimatda uşaqların hər iki valideyninin məcburi köçkün olması şərti də nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə “Qaydalar”ın 4.1.6-cı bəndi tətbiq edilməklə, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayona (şəhərə) olmadığı əsas gətirilməklə, ona məmüavinətdən məhrum olması onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çünki,ən azından, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV.Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V.Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Konstitusiyanın qeyd olunan tələbləri baxımından yanaşıldıqda, məcburi köçkün düşmüş atası ilə birlikdə bir ünvanda yaşayan iddiaçının onun böyüməsi və təhsili alması məhz, ailə başçısı olan məcburi köçkün olan atasının maliyyə vəziyyətindən asılıdır. Başqa sözlə, məcburi köçkün atasının həyat şəraiti ondan yan keçməmiş, hal-hazırda da davam etməklə ddiaçının həyat tərzinə kifayət qədər öz təsirini göstərir. Qeyd olunanlar baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən məcbur köçkün statusuna malik olan atası ilə birlikdə yaşayan məktəbli övladı - İddiaçı məcbur köçkün statusu verilməsindən imtina olunması Konstitusiyanın qeyd olunan normalarının tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina olunması qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamış, işin halları baxımından maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, yekunda iddianın rədd olunması barədə səhv nəticəyə gəlinmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırma aparılmadan və göstərilən qanunvericilik normalarına əhəmiyyət vermədən qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3715/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusunun verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3715/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə əhvalə edilsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-438/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-438/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver