Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4381/2025 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili (nümayəndəsi) nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli və e-*- *(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarlarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqi şəxs haqqında məlumata əsasən, cavabdeh ##.##.2019-cu il tarixdə verilmiş ********** nömrəli VÖEN-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, onun əsas fəaliyyət növü –sair aralıq məhsullarının topdan satışı. Hal-hazırda fəaliyyəti aktivdir.
2. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə iddiaçı cavabdeh orqana ##.##.2023-cü il tarixdə müraciət etmişdir.
3. ##.##.2023-cü il tarixli, **************** nömrəli “artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılması barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, aparılmış araşdırma zamanı, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim olunmuş mənfəət vergi bəyannnaməsinin 1nömrəli əlavəsinə əsasən ilin sonuna 510363.44 manat dəyərdə mal qalığının olmasına baxmayaraq, ##.##.2022-ci il tarixində 2021-ci il üzrə təqdim edilən mənfəət vergi bəyannaməsində ilin sonuna mal qalığının və debitor borc qalığının göstərilməməsi qeyd edilən malların təqdim edilməsi və vəsaitin mədaxil olunması kimi qiymətləndirilir, lakin təqdim edilmiş 2020-ci il üzrə ƏDV bəyannamələrində yalnız təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri sətrində məbləğlər əks etdirilmiş, mədaxil olmamış, təqdim edilmiş mallar debitor qalıqda əks etdirilmiş, 2021-ci il üzrə ƏDV bəyannamələri təqdim edilməmiş, mənfəət vergisi bəyannaməsi isə göstəricisiz təqdim olunmuşdur. Qeyd olunan hal vergidən yayınma riski yaratdığı üçün müvafiq araşdırmanın aparılması zərurəti yaranmışdır.
4. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ##.##.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir – “tərəfinizdən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinə əsasən dövrün sonuna mal qalığı 510 363,44 manat olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığı olmadığı müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaiməfaktura və kassa üzrə satış dövriyyə məbləği 0,0 manat təşkil etdiyindən, 2023-cü ilin avqust ayı üzrə 510 363,44 manat malların əskik gəlməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin, əsaslandırılmış izahatın və zəruri təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim etməyiniz Sizə bildirilir”.
5. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ************** nömrəli, ##.##.2023-cü il tarixli Qərara əsasən, iddiaçı müəssisə barədə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək (##.##.2023-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır.
6. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” ************** nömrəli, ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrinə əsasən zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir.
7. xxxx firmasının cavabdehə ünvanladığı *** nömrəli, ## ####### 2023-cü il tarixli məktubuna əsasən bildirmişdir ki, İddiaçı MMC “xxxx” firmasına məxsus “xxxx” Ticarət Mərkəzində fəaliyyətini dayandırmış, hal-hazırda “xxxx” ticarət mərkəzində heç bir fəaliyyəti yoxdur.
8. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” ****** nömrəli, ## ###### 2023-cü il tarixli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı ##.##.2023-cü il tarixdə DVX yoxlaması zamanı vergi ödəyicisinə məxsus obyekt və mal-material qalığı aşkar olunmadı.
9. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” ****** nömrəli, ## ###### 2023-cü il tarixli aktdan görünür ki, MMC-yə məxsus mal-material qalığı aşkar olunmadı və eyni zamanda məlum oldu ki, satış qiymətləri ilə 602228, 86 manat məbləğində malların EOF təqdim edilməsi olduğu halda EOF təqdim edilmədən satıldığı müəyyən olundu. Bununlada vergi məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddəsinin tələbləri pozulmuşdur.
10. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ************** nömrəli, ##.##.2023-cü il tarixli Qərara əsasən, İddiaçı MMC-nin Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 60222.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır
11. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” ************** nömrəli tələbnamə əsasında, iddiaçı müəssisədən büdcəyə ödənilməli olan 60222.89 manat vəsaitin ##.##.2023-cü il tarixə kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir.
12. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli, ## ###### 2023-cü il tarixli Qərarına əsasən, iddiaçı müəssisə barədə avqust 2023-cü il dövr üzrə 91.865,42 AZN əlavə dəyər vergisi hesablanmışdır.
13. Əlavə olaraq məhkəməyə 2019 və 2020-ci il üzrə dövrləri əhatə edən mənfəət vergisinin bəyannamələri, 2020-ci ilin yanvar, aprel aylarını əhatə edən əlavə dəyər vergisi bəyannamələri təqdim edilmişdir.
14. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ##.##.2019-cu il tarixdə dövlət qeydiyyatından keçərək Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsində yerləşən 50 kv.m sahəyə malik anbarda sair məhsulların topdansatışı fəaliyyət ilə məşğul olan müəssisədir. ##.##.2023- cü il tarixdə iddiaçı cavabdeh inzibati orqana artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən isə, iddiaçının vergidən yayınma riski yaratdığı üçün müvafiq araşdırmanın aparılması zərurəti yarandığı bildirilmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırma ilə kameral vergi yoxlaması nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli, operativ vergi nəzarəti tədbiri nəticəsində isə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı isə hazırda qeyd edilən qərarları mübahisələndirmiş, qərarların qanunsuz inzibati aktlar olduğunu iddia edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın, ##.##.2023-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdir. Ərizədə artıq ödəmənin adı, tədiyyə kodu, ödənilmə tarixi, yaranma səbəbi və məbləği göstərilmişdir. Belə ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin ##.##.2023-cü il tarixə vergilər üzrə 85,762.28 manat artıq ödəməsi mövcud olmuşdur. Qeyd edilən artıq ödəmənin qaytarılması barədə rəy verilməsi üçün cavabdeh vergi orqanına ərizə ilə müraciət edilsə də, cavabdeh vergi orqanı qeyd olunan artıq ödəmənin qaytarılması üçün rəy verməkdən imtina etmişdir. Bundan sonra iddiaçının şəxsi hesab vərəqəsində olan artıq ödəməni silmək məqsədilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023 tarixli, ************** nömrəli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd olunan operativ vergi nəzarəti nəticəsində guya iddiaçı tərəfindən 602,228.86 manat məbləğində malların elektron qaimə-faktura tərtib edilmədən təqdim edildiyi aşkar edilmiş və bunun nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023cü il tarixli ************** nömrəli Qərara əsasən Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71- 1-ci maddələrinin tələblərini pozduğuna görə iddiaçıya 60,222.88 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı iddiaçıya ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 2023-cü ilin avqust ayına ƏDV üzrə 91,865.42 manat əlavə vergi məbləği hesablamışdır. Halbuki, iddiaçının hər hansı mal qalığı olmamış və EQF tərtib etmədən hər hansı mal satışı həyata keçirməmişdir. İddiaçı ##.##.2021-ci il tarixdən fəaliyyətini dayandırmış və buna dair müvafiq arayışı vergi orqanına təqdim etmişdir. Keçirilmiş operativ vergi nəzarəti ilə bağlı, vergi nəzarəti tədbiri qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023 tarixli, ************** nömrəli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd olunan qərarda tədbirin həyata keçirilməsi əsası kimi sadəcə olaraq Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrinə istinad edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2023 tarixli, ************** nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti ##.##.2023-cü il tarixdən ##.##.2023-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, daha əvvəl aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Həmçinin qərarda göstərilən 602,228.86 manat məbləğində mal qalığının olması və EQF olmadan satılması faktını təsdiq edən heç bir əsas yoxdur və hesab edirik ki, cəmiyyətin o qədər mal qalığı olmamışdır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli qərarı vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan, qanuni və əsaslı olmamışdır. ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara münasibətdə isə aşağıdakıları qeyd edilir: Cavabdeh vergi orqanı hesablamanı belə əsaslandırır ki, “tərəfinizdən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinə əsasən dövrün sonuna mal qalığı 510,363.44 manat olmuş və 2023-cü ilin avqust ayı üzrə 510,363.44 manat malların əskik gəlməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur”. Bununla bağlı, iddiaçının 2020-ci ilin sonuna 510,363.44 manat mal qalığı olmamış və həmin il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində mal qalığı 0 manat bəyan edilmişdir. Bu səbəbdən də vergi orqanının 510,363.44 manat mal qalığını necə müəyyən etdiyi qeyri-müəyyəndir. Göstərilənlərə əsasən, ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında hesablanmış 91,865.42 manat əlavə vergi məbləği əsassız olmuşdur. Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində mövcud olmuş vergilər üzrə 85.762,28 manat artıq ödəməni qaytarmamaq üçün ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar və ##.##.2023-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edərək iddiaçıya qanunsuz əlavə vergi məbləği və maliyyə sanksiyası hesablamışdır. İşin hallarından görünür ki, iddiaçı İddiaçı MMC artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ##.##.2023-cü il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, sonuncu Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini pozaraq qanunla müəyyən edilmiş rəyi bügunki tarixədək tərtib etməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
17. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vergi orqanında aparılmış araşdırma zamanı İddiaçı MMC-nin ##.##.2019-cu il tarixdə qeydiyyatdan keçərək Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsində yerləşən 50 kv.m sahəyə malik anbarda sair məhsulların topdansatışı fəaliyyət ilə məşğul olduğu müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı MMC tərəfindən təqdim edilmiş 2020ci il mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinə əsasən dövrün sonuna mal qalığının 510.363,44 manat olduğu müəyyən edilmişdir. 2020-ci il üzrə təqdim olunmuş mənfəət vergi bəyannaməsinin * nömrəli əlavəsinə əsasən ilin sonuna 510.363,44 manat dəyərdə mal qalığının olmasına baxmayaraq, ##.##.2022-ci il tarixində 2021-ci il üzrə təqdim edilən mənfəət vergi bəyannaməsində ilin sonuna mal qalığının və debitor borc qalığının göstərilməməsi qeyd edilən malların təqdim edilməsi və vəsaitin mədaxil olunması kimi qiymətləndirilmişir. Qeyd olunan hal vergidən yayınma riski yaratdığı üçün müvafiq araşdırmanın aparılması zərurəti yaranmışdır. Bununla əlaqədar keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığı olmadığı müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və kassa üzrə satış dövriyyə məbləği 0,0 manat təşkil etdiyindən, 2023-cü ilin avqust ayı üzrə 510.363,44 manat malların əskik gəlməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2023-cü ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 91.865,42 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradaq rayonu, Lökbatan qəsəbəsi, ev Heybət d/у st-nın cənubu, LökbatanXocahəsən cənub-şərq hissəsində yerləşən anbar adlı təsərrüfat subyektundə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus mal-material qalığı müəyyən edilməmiş, satış qiymətləri ilə 602.228,86 manat məbləğində malların EOF təqdim edilməli olduğu halda, EOF təqdim edilmədən satıldı müəyyən olunmuş və bu barədə ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib edilmişdir. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradaq rayonu, Lökbatan qəsəbəsi, ev Heybət d/у st-nın cənubu, LökbatanXocahəsən cənub-şərq hissəsində yerləşən anbar adlı təsərrüfat subyektundə keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə xxxx” MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 60.222,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. İddiaçı İddiaçı MMC-nin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən iddia ərizəsində qeyd olunan 85.762,28 manat artıq ödəmə məbləğinin olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı mövcud olmayan tələb ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, bu hissədə iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd oluanlardan göründüyü kimi kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərara əsasən hesablanmış 91.865,42 manat əlavə vergi məbləği və operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli *************** nömrəli qərarlara əsasən tətbiq edilmiş 60.222,89 manat məbləğində maliyyə sanksiyası məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Lakin vergi ödəyicisi hesablanmış vergiləri və tətbiq edilmiş maliyyə sanksiyası məbləğini dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır.
18. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərara əsasən 2023-cü ilin avqust ayına ƏDV üzrə 91 865.42 manat vergi məbləği hesablanmışdır. Cavabdeh vergilərin hesablanması zamanı aşağıdakı səhvlərə yol vermişdir: Dövlət Vergi Xidmətindən sorğu nəticəsində əldə edilmiş idxal barədə məlumatlara əsasən iddiaçı 2020-ci il ərzində 631,440.59 manat (invoys dəyəri 519,598.23 manat + gömrük rüsumu 106,142.36 manat + digər yığımlar 5,700.0 manat) dəyərində mallar idxal etmişdir. İddiaçı 2020-ci illər ərzində idxal etdiyi mallara görə ümumilikdə 155,869.15 manat məbləğində ƏDV ödəmişdir. İddiaçı 2020ci illərin müvafiq (yanvar və aprel) ayları üzrə təqdim etdiyi ƏDV bəyannamələrində (kameral vergi yoxlamaları nəzərə alınmaqla) ümumilikdə 82,848.65 manat ƏDV məbləğini əvəzləşdirmişdir. Bu isə o deməkdir ki, iddiaçı göstərilən hesabat dövrləri üzrə ümumilikdə 73,020.5 manat (155,869.15 - 82,848.65) ƏDV məbləğini əvəzləşdirmək hüququna malik olduğu halda səhvən əvəzləşdirməmişdir. Lakin, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı həmin halı nəzərə almamışdır. Vergi orqanı kameral vergi yoxlaması zamanı sadəcə vergilərin az hesablanması hallarını deyil, həm də vergi ödəyicisi üçün əlverişli olan halları, yəni vergilərin artıq hesablanması hallarını da araşdırmalıdır. İndiki halda, vergi ödəyicisi əvəzləşdirilməli olduğu 73,020.5 manat ƏDV məbləğini bəyannamədə əks etdirmədiyindən, müvafiq hesabat dövrləri üzrə büdcəyə ödənilməli ƏDV məbləğini artıq hesablamışdır. Lakin vergi orqanı VM-nin 36.2 və 37.4-cü maddəsinin tələblərini pozaraq kameral vergi yoxlaması zamanı bu halı nəzərə almamışdır. Bundan başqa, cavabdeh vergi orqanı ƏDV-nin məqsədləri üçün iddiaçının 2020-ci ilin sonuna olan mal qalığını 510,363.44 manat müəyyən edərkən də səhvə yol vermişdir. Belə ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı 2020-ci il ərzində idxal edilmiş ümumilikdə 759,938.94 manat malların dəyərindən il ərzində satılmış 249,575.50 manat malların dəyərini çıxmış, yekunda mal qalığını 510,363.44 manat (759,938.94 - 249,575.50) müəyyən etmişdir. Bununla bağlı, cavabdeh vergi orqanı 2020-ci ilin sonuna mal qalığını müəyyən edərkən düzgün olmayaraq idxal edilmiş malların gömrük dəyərini əsas götürmüşdür. Halbuki, vergi qanunvericiliyinin tələblərinə əsasən malların uçotu invoys dəyəri əsasında aparılır və vergilər də məhz malların faktiki alış (invoys) dəyərinə əsasən həyata keçirilməlidir. Təsadüfi deyildir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərarında qeyd edilir ki, “iddiaçı haqlı olaraq qeyd edir ki, cavabdeh vergi orqanlarına ayrı-ayrı sahibkarlar tərəfindən edilən sorğulara verilən cavablarda idxal olunan malların statistik dəyərindən yalnız gömrük məqsədləri üçün istifadə olunduğu qeyd olunmuşdur. Digər tərəfdən, əvvəllər eyni məzmunlu müraciətlər Dövlət Vergi Xidmətinə təqdim olunduğu zaman şikayətlər təmin olunaraq əsassız hesablanmış vergilər ləğv edilsə də, onun müraciəti təmin edilməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməsi haqqında” **************** №-li, xx.xx.2021-ci il tarixli qərarında yuxarı vergi orqanı (şikayət instansiyası) təsdiq etmişdir ki, Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Məhkəmə kollegiyası nəzərə alır ki, idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların statistik dəyəri ilə onların faktiki dəyəri arasındakı fərqi, bunun üçün əsaslar olmadığı halda, - iddiaçının gəliri kimi nəzərə almaqla iddiaçının 2021-ci il hesabat dövrü üzrə gəlir vergisinin 25400,68 manat olduğu qənaətinə gəlmiş, iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış 1078,23 manat çıxılmaqla 24332,45 manat əlavə gəlir vergisi hesablamışdır”. 2020-ci il ərzində idxal edilmiş malların tam dəyəri 631,440.59 manat (invoys dəyəri 519,598.23 manat + gömrük rüsumu 106,142.36 manat + digər yığımlar 5,700.0 manat) olmuşdur. Bundan başqa, ƏDV-nin mqsədləri üçün vergi orqanı mal qalığını müəyyən etmək məqsədilə 2020-ci il ərzində satılmış malların da həcmini düzgün müəyyən etməmişdir. Belə ki, 2020-ci ilin yanvar və aprel ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə (kameral vergi yoxlamaları da nəzərə alınmaqla) əsasən iddiaçının həmin il üzrə ümumi satış dövriyyəsi 428,356.60 manat olmuşdur. Lakin vergi orqanı iddiaçıya ƏDV hesablayan zaman mal qalığını müəyyən etmək üçün ƏDV bəyannamələrində öz əksini tapmış satış dövriyyəsini deyil, mənfəət vergisi bəyannaməsində göstərilmiş satış dövriyyəsini (249,575.50 manat) əsas götürmüşdür. Qeyd olunanları nəzərə alsaq, iddiaçının ƏDV məqsədləri üçün 2020-ci ilin sonuna mal qalığı aşağıdakı kimi ola bilərdi: İdxal 631,440.59 manat - satış 428,356.60 manat = 203,083.99 manat. Göründüyü kimi, iddiaçının 2020-ci ilin sonuna mümkün mal qalığı 203,083.99 manat ola biləcəyi halda, vergi orqanı həmin qalığı düzgün olmayaraq 510,363.44 manat müəyyən edərək iddiaçıya əsassız olaraq 91,865.42 manat (510,363.44 * 18%) ƏDV hesablamışdır. Halbuki, iddiaçıya 203,083.99 manat mal qalığını nəzərə alaraq 36,555.11 manat (203,083.99 * 18%) ƏDV məbləği hesablana bilərdi. Əvəzləşdirilməmiş 73,020.5 manat ƏDV məbləğini də nəzərə alsaq, iddiaçının yekunda ƏDV üzrə dövlət büdcəsinə ödənilməmiş hər hansı vergi borcu qala bilməzdi. Cavabdeh vergi orqanı iddiaçıya ##.##.2023-cü il tarixli qərara əsasən 91,865.42 manat ƏDV məbləğini analoji qaydada hesablamışdır. Başqa sözlə desək, iddiaçı həmin hesabat dövrü üzrə hər hansı vergi bəyannaməsi təqdim etmədiyindən, vergi orqanı kameral vergi yoxlamasını analoji qaydada həyata keçirmişdir. Bununla bağlı, Vergi Məcəlləsində vergi bəyannaməsi təqdim edilməmiş hesabat dövrünə kameral vergi yoxlamasının həyata keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 37.2-37.4-cü maddələrinin birgə təhlilindən aydın olur ki, kameral vergi yoxlaması yalnız təqdim edilmiş vergi bəyannaməsi və ya cari vergi arayışlarında hər hansı uyğunsuzluq aşkar edildiyi təqdirdə həyata keçirilən vergi nəzarəti tədbiridir. Başqa sözlə, əgər hər hansı vergi bəyannaməsi və ya cari vergi arayışı təqdim edilməmişdirsə, bu halda hər hansı kameral vergi yoxlaması həyata keçirilə bilməz. İşin hallarından göründüyü kimi, iddiaçı ##.##.2020-ci il tarixdən fəaliyyətini dayandırdığından, təbii olaraq 2023-cü ilin avqust ayına hər hansı vergi bəyannaməsi təqdim etməmişdir. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərinə zidd olaraq vergi ödəyicisinin fəaliyyətini dayandırdığını və vergi bəyannaməsi təqdim etmədiyi hesab dövrünə kameral vergi yoxlaması həyata keçirmişdir. Qeyd olunan normadan aydın olur ki, əgər vergi orqanı vergi nəzarəti tədbiri (indiki halda operativ vergi nəzarəti) zamanı vergi ödəyicisinə məxsus qalıq malların satıldığını aşkar edərsə, həmin malların satışı ilə bağlı müvafiq vergiləri halın aşkar edildiyi hesabat dövrü üzrə hesablayır. İş materiallarından göründüyü kimi, vergi orqanı iddiaçıya məxsus olduğu iddia olunan mal qalığının əksik gəlməsi halını 2023-cü ilin sentyabr ayında aşkar etmişdir. Lakin cavabdeh vergi orqanı həmin mal qalığı ilə bağlı hesablamanı 2023-cü ilin avqust ayı üzrə həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. İddiaçıya ##.##.2023-cü il tarixli qərar ilə tətbiq edilmiş 60,222.88 manat maliyyə sanksiyasına münasibətdə isə qeyd edir ki, cavabdeh vergi orqanı ##.##.2023-cü il tarixli qərara əsasən operativ vergi nəzarətini iddiaçının sahibkarlıq fəaliyyətini dayandırdığı dövrdə mövcud olmayan obyektdə həyata keçirmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi obyektlərdə (anbar, ticarət binaları, nəqliyyat vasitələri və s.) həyata keçirilən tədbir olduğu halda, cavabdeh vergi orqanı qeyd olunan tədbiri mövcud olmayan obyektdə həyata keçirmişdir. Bundan başqa, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2023 tarixli, ************** nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Lakin cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti ##.##.2023-cü il tarixdən ##.##.2023-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, daha əvvəl aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa, cavabdeh vergi orqanı 602,228.86 manat məbləğində malların elektron qaimə faktura təqdim edilmədən vergi ödəyicilərinə satıldığını iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Operativ vergi nəzarəti tədbiri nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli Qərarın əsassızlığı ilə bağlı iddia ərazisində ətraflı şəkildə izahat verilmişdir.
19. Cavabdeh tərəfindən əlavəyə mülahizə təqdim edilərək bildirilmişdir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərara əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradaq rayonu, Lökbatan qəsəbəsi, ev Heybət d/у st-nın cənubu, LökbatanXocahəsən cənub-şərq hissəsində yerləşən anbar adlı təsərrüfat subyektundə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus mal-material qalığı müəyyən edilməmiş, satış qiymətləri ilə 602.228,86 manat məbləğində malların EOF təqdim edilməli olduğu halda, EOF təqdim edilmədən satıldı müəyyən olunmuş və bu barədə ##.##.2023- cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib edilmişdir. Operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş 06.11,2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 60.222,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinə əsasən dövrün sonuna mal qalığı 510.363,44 manat olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığı olmadığı müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaiməfaktura və kassa üzrə satış dövriyyə məbləği 0,0 manat təşkil etdiyindən, 2023-cü ilin avqust ayı üzrə 510.363,44 manat malların əskik gəlməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması’ üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin əlavə dəyər vergisi bəyannaməsi üzrə anoloji qaydada 91.865,4 manat (510.363,44 x18%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2023-cü il tarixdə 2023-cü ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannaməsi təqdim edilmiş, lakin kənarlaşmalar aradan qaldırılmadığından əlavə vergi məbləği yenidən hesablanmış və vergi ödəyicisinə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərar göndərilmişdir. Yuxarıda qeyd oluanlardan göründüyü kimi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli *************** nömrəli qərar ilə tətbiq edilmiş 60.222,89 manat maliyyə sanksiyası və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar ilə hesablanmış 91.865,42 manat əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.
20. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”s ##.##.2023-cü il tarixli **************** nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” ##.##.2023cü il tarixli ************** nömrəli Qərarları ləğv edilməsi qərara alınmışdır.
21. Qərardan narazı qalan cavabdeh və iddiaçı apelyasiya şikayəti vermişlər.
22. İş apelyasiya instansiya məhkəməsinin icraatında olarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərarın, ##.##.2023-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” kimi icraata qəbul edərək iddianın təmin edilməsi ilə bağlı qərara gəlsə də, qərarın nəticə hissəsində iddianın ikinci hissəsi olan “cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” ilə bağlı tələbə münasibət bildirilməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərarın, ##.##.2023-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” tələbinə dair inzibati iş iddia tələbinin qiymət verilməyən hissəsi ilə bağlı əlavə qətnamə çıxarılması üçün apellyasiya baxışından çıxarılaraq baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Daha sonra Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbinin münasibət bildirilməmiş hissəsinə də baxılmış, iddianın təmin edilməsi, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablanması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci və 83-cu maddələrində müəyyən edilmişdir.
26. Lakin cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi hesablanması zamanı qeyd edilən maddələrdə göstərilən hansı normaları rəhbər tutduğunu və hansı normalara əsasən iddiaçıya əlavə vergi hesabladığını etirazda göstərməmiş və məhkəməyə bildirməmişdir.
27. İnzibati orqan olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə riayət etməyə borclu olduğu halda iddiaçıya kameral qaydada vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67 və 83-cu maddələrinin tələblərinə uyğun hesablamamış, bununla da həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının tələblərini pozmuşdur.
28. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən vergi orqanının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli inzibati aktı qanunsuz hesab edilməlidir.
29. İddianın digər hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının vergi üzrə artıq ödəmələri olduğu halda, həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87-ci maddəsinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir.
30. Halbuki, iddiaçının müraciət etdiyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 85,762.28 manat məbləğində (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
31. Cavabdeh Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından da apellyasiya şikayəti vermişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır.
33. Odur ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024cü il tarixli və e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarlarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
34. Cavabdeh Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli və e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarlarından apellyasiya şikayəti verərək, qərarların ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
35. Apellyasiya şikayəti işin faktiki və hüquqi halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə iddia ərizəsinə uyğun yazılı etiraz (mülahizə) daxil olmuşdur. d) Proses iştirakçılarının izahatları
37. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
38. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
39. Vergi Məcəlləsindən (2020-ci ildə qüvvədə olan redaksiya): 16.10-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir. 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt. 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
42. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.
44. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının yuxarıda qeyd olunan iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində iki qərarı qəbul edilmişdir. Yəni hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli və e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarlarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılır.
45. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz məhkəməyə təqdim edilmişdir.
46. Həmin etirazda kameral vergi yoxlaması ilə 2023-ci ilin avqust ayı üçün əlavə dəyər vergisi üzrə hesablanmış 91865,42 manat əlavə vergi məbləğinin düzgün hesablanmaması ilə bağlı dəlillər qeyd olunmuşdur.
47. İddiaçı həmçinin, etiraza mülahizə təqdim etmişdir və göstərilmişdir kİ, ilk öncə qeyd edirlər ki, cavabdeh vergi orqanı əvvəlki məhkəmə iclaslarında hesablamaya əsas olmuş 510,363.44 manat mal qalığının iddiaçı tərəfindən bəyan edildiyini iddia etsə də, nəhayət ki, ##.##.2025-ci il tarixli məktubda həmin mal qalığının cavabdehin özü tərəfindən kameral vergi yoxlaması nəticəsində hesablandığını etiraf etmişdir. Lakin, cavabdeh yenə də mal qalığını hansı səbəbdən idxal edilmiş malların statistik (gömrük) dəyəri əsasında hesabladığını əsaslandıra bilməmişdir. Əksinə, məktubun 7-ci səhifəsində açıq şəkildə 510,363.44 manat mal qalığının iddiaçı tərəfindən idxal edilmiş 759,938.94 manat malların dəyəri əsasında hesablandığı təkrar şəkildə qeyd edilmişdir. Halbuki, apellyasiya şikayətinə qarşı etirazda da qeyd etdiyi kimi, kimi, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər də sübut edir ki, 759,938.94 manat idxal edilmiş malların invoys yox, gömrük dəyəridir və formalaşmış məhkəmə təcrübəsinə əsasən vergi orqanı gömrük dəyəri əsasında vergi hesablaya bilməz. ##.##.2026-cı il tarixli məktubun 6-cı səhifəsində cavabdeh etiraf etmişdir ki, ##.##.2023-cü il tarixli operativ vergi nəzarəti faktiki olaraq ##.##.2020-ci il tarixdən fəaliyyətini dayandırmış obyektdə həyata keçirilnmişdir. Halbuki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Bundan başqa, operativ vergi nəzarətinin yoxlama müddəti ##.##.2023-##.##.2023-cü il, yoxlama dövrü cari dövr olduğu halda, cavabdeh əvvəlki dövrlərdə baş vermiş əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. 3. Cavabdeh vergi orqanı hesablamanı iddia müddəti ötmüş debitor borclara görə həyata keçirməmişdir. ##.##.2026-cı il tarixli məktubda cavabdeh qeyd edir ki, iddiaçı təqdim etdiyi malların dəyəri olan 604,140.60 manatı debitor borc olaraq saxlamış və müxtəlif hesabat dövrlərinə keçirməklə vergitutmadan yayındırmış, 3 illik iddia müddəti keçməsinə baxmayaraq, debitor borcu ƏDV-yə cəlb etməmişdir. İlk öncə qeyd edək ki, cavabdeh yenə də özünü təkzib edir. Belə ki, məktubun 3-cü səhifəsində debitor borcların kameral vergi yoxlaması nəticəsində cavabdeh tərəfindən hesablandığını qeyd etsə də, sonda isə öz dediyini təkzib edib həmin debitor borcların iddiaçı tərəfindən borc olaraq saxlanıldığını vurğulayır. İkincisi, debitor borclar (hətta haqlı olsa belə) hazırki məhkəmə çəkişməsinin predmeti deyil. Çünki, bu əsasla iddiaçıya hər hansı vergi məbləği hesablanmamışdır. 4. Cavabdeh vergi orqanı təqdim edilmiş mallara görə 2-ci dəfə vergi hesablamışdır. Bildiyimiz kimi, cavabdeh 2023-cü ilin avqust ayına 91,865.42 manat ƏDV məbləğini 510,363.44 manat mal qalığına əsasən hesablamışdır. Cavabdeh ##.##.2026-cı il tarixli məktubda etiraf edir ki, əvvəlki dövrlərdə həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində iddiaçının ƏDV bəyannamələri üzrə malların təqdim edilməsi üzrə dövriyyəsi 2020-ci ilin yanvar ayı üzrə 350,934.0 manat, fevral ayı üzrə 175,784.0 manat, may ayı üzrə 77,422.60 manat, ümumilikdə 604,140.6 manat müəyyən edilmişdir. Belə olan halda, sual yaranır - əgər iddiaçının 2020-ci ilin yanvar, fevral və may ayları üzrə ƏDV bəyannamələrində 604,140.6 manat dəyərində malların təqdim edilməsi bəyan edilmişdirsə, o halda 759,938.94 manat idxal üzrə 510,363.44 manat mal qalığı necə yarana bilərdi? Göründüyü kimi, cavabdeh məktubda eyni mallara görə iki dəfə kameral vergi yoxlaması həyata keçirdiyini etiraf etmişdir. 5. Əvəzləşdirilməmiş ƏDV məbləği cavabdeh tərəfindən nəzərə alınmalı idi. Cavabdeh məktubda qeyd edir ki, “nəticə olaraq, vergi orqanı vergi ödəyicisinin əvəzləşdirmək istədiyi ƏDV məbləğini müəyyən etmək üçün onun əvəzinə bütün qaimələri və idxal sənədlərini araşdırıb seçim aparmalı deyil. Vergi orqanının funksiyası yalnız vergi ödəyicisinin əvəzləşdirmə üçün təqdim etdiyi və istinad etdiyi sənədlərin düzgünlüyünü və qanunvericiliyə uyğunluğunu yoxlamaqdan ibarətdir”. Bir sözlə cavabdeh iddia edir ki, kameral vergi yoxlaması zamanı vergi orqanı əvəzləşdirilməmiş ƏDV məbləği üzrə hər hansı araşdırma aparmalı deyil. Bununla bağlı ilk öncə qeyd edirik ki, cavabdehin bu arqumenti VM-nin 37.4-cü maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, VM-nin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Göründüyü kimi, kameral vergi yoxlaması sadəcə vergilərin az hesablanmasını deyil, həm də artıq hesablanmasını da araşdırmalıdır. Başqa sözlə desək, sadəcə vergi ödəyicisinin ziyanına olan yox, həm də xeyrinə olan halları da araşdırmalıdır.
48. Məhkəmə Kollegiyası iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ##.##.2019-cu il tarixdə dövlət qeydiyyatından keçərək Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsində yerləşən 50 kv.m sahəyə malik anbarda sair məhsulların topdansatışı fəaliyyət ilə məşğul olan müəssisədir. ##.##.2023- cü il tarixdə iddiaçı cavabdeh inzibati orqana artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən isə, iddiaçının vergidən yayınma riski yaratdığı üçün müvafiq araşdırmanın aparılması zərurəti yarandığı bildirilmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırma ilə kameral vergi yoxlaması nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli, operativ vergi nəzarəti tədbiri nəticəsində isə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı isə hazırda qeyd edilən qərarları mübahisələndirmiş, qərarların qanunsuz inzibati aktlar olduğunu iddia edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
49. Mübahisənin yaranması əsasına görə iddiaçı 2020-ci ilin yanvar-aprel ayları ərzində 867049,70 manat dəyərində (ƏDVsiz) mallar idxal etmiş və 2020-ci ilin müvafiq hesabat aylarında qeyd olunan malların təqdim edilməsini ƏDV dövriyyəsindən yayındırmışdır.
50. Belə ki, iddiaçı ##.##.2020-ci il tarixdə təqdim etdiyi 2020-ci ilin yanvar ayı üzrə cari ƏDV bəyannaməsində hesabat dövrü üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyərin” sütununda 89750 manat (ƏDV-siz), “daxil olmuş məbləğ” sütununda 0 manat (ƏDV-siz), “ƏDV məbləği” sütununda 0 manat, “debitor borclar”- 89750 manat, əvəzləşdirilən ƏDV-ni 78636,62 manat, “büdcədən qaytarılan” ƏDV-ni isə 78636,62 manat göstərmişdir.
51. Bəyannamə üzrə keçirilmiş kameral vergi yoxlaması zamanı hesabat dövrü üzrə təqdim edilmiş malların dövriyyədən gizlədilməsi aşkar edilmiş, 2020-ci ilin yanvar ayı üzrə elektron qaiməfaktura üzrə “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyərin”in 350934 manat olduğu müəyyən edilərək bərpa edilmiş və malların dəyəri ödənilmədiyindən (2020-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq) qeyd olunan 350934 manat debitor borc olaraq saxlanılmışdır.
52. Bundan başqa, iddiaçı ##.##.2020-ci il tarixdə təqdim etdiyi 2020-ci ilin fevral ayı üzrə cari ƏDV bəyannaməsini göstəricisiz (boş bəyannamə) təqdim etmişdir.
53. Bəyannamə üzrə keçirilmiş kameral vergi yoxlaması zamanı hesabat dövrü üzrə təqdim edilmiş malların dövriyyədən gizlədilməsi aşkar edilmiş, 2020-ci ilin fevral ayı ərzində iddiaçı tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) 175784 manat olmasına baxmayaraq, həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənədə "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 0 manat bəyan etmişdir. 2020-ci ilin fevral ayı üzrə yayındırılmış 175784 manat yoxlama ilə bərpa edilmiş və malların dəyəri ödənilmədiyindən (2020-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq) qeyd olunan 175784 manat debitor borc olaraq saxlanılmışdır.
54. Bundan başqa, iddiaçı ##.##.2020-ci il tarixdə təqdim etdiyi 2020-ci ilin may ayı üzrə cari ƏDV bəyannaməsində hesabat dövrü üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyərin” sütununda 77422,60 manat (ƏDV-siz), “daxil olmuş məbləğ” sütununda 0 manat (ƏDV-siz), “ƏDV məbləği” sütununda 0 manat, “debitor borclar”-77422,60 manat, əvəzləşdirilən ƏDVni 0 manat göstərmişdir.
55. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı 2020-ci il əlavə dəyər vergisi bəyannamələrinin təqdim etmə hissəsində 604140,60 manat, daxilolma hissəsində 0,00 manat göstərməsi ilə 604140,60 manat (350 934 + 175 784 + 77 422,60) debitor borc məbləği yaratmışdır.
56. İddiaçı mülahizəsində razılaşmayaraq bildirir ki, cavabdeh vergi orqanı təqdim edilmiş mallara görə 2-ci dəfə vergi hesablamışdır. Bildiyimiz kimi, cavabdeh 2023-cü ilin avqust ayına 91,865.42 manat ƏDV məbləğini 510,363.44 manat mal qalığına əsasən hesablamışdır. Cavabdeh ##.##.2026-cı il tarixli məktubda etiraf edir ki, əvvəlki dövrlərdə həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində iddiaçının ƏDV bəyannamələri üzrə malların təqdim edilməsi üzrə dövriyyəsi 2020-ci ilin yanvar ayı üzrə 350,934.0 manat, fevral ayı üzrə 175,784.0 manat, may ayı üzrə 77,422.60 manat, ümumilikdə 604,140.6 manat müəyyən edilmişdir. Belə olan halda, sual yaranır - əgər iddiaçının 2020-ci ilin yanvar, fevral və may ayları üzrə ƏDV bəyannamələrində 604,140.6 manat dəyərində malların təqdim edilməsi bəyan edilmişdirsə, o halda 759,938.94 manat idxal üzrə 510,363.44 manat mal qalığı necə yarana bilərdi? Göründüyü kimi, cavabdeh məktubda eyni mallara görə iki dəfə kameral vergi yoxlaması həyata keçirdiyini etiraf etmişdir.
57. Bununla bağlı məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsinin verilən suallara cavabından müəyyən olunmuşdur ki, vergi orqanının hesablamasında ziddiyyət olmamışdır.Belə ki, iddiaçı mübahisəli dövr içində özü qaimələri təqdim edib, sonra isə ləğv etmişdir.
58. Vergi Məcəlləsi (2020-ci ildə qüvvədə olan redaksiya) Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt. Məcəllənin 16.10-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir.
59. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
60. Göründüyü kimi iddiaçı təqdim etdiyi malların dəyəri olan 604140,60 manatı debitor borc olaraq saxlamış və müxtəlif hesabat dövrlərinə keçirməklə vergitutmadan yayındırmış, üç illik iddia müddəti keçməsinə baxmayaraq debitor borcu ƏDV-yə cəlb etməmişdir.
61. İddiaçının nümayəndəsi cavabdehin apellyasiya şikayətinə dair etirazda qeyd edir ki, “Cavabdeh vergi orqanı iddiaçıya ƏDV hesablayarkən əvəzləşdirilməli ƏDV məbləğini nəzərə almamışdır. İddiaçı 2020-ci ildə idxal etdiyi mallara görə ödədiyi 155869,15 manat ƏDV-dən 82848,65 manat ƏDV-ni əvəzləşdirib, vergi orqanı 73020,5 manat əvəzləşdirilməmiş ƏDV məbləğini nəzərə almayıb.”
62. Bununla bağlı məhkəmə Kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, istinad olunan mövqe vergi qanunvericiliyinin tələblərinə ziddir. İddiaçı istinad etdiyi Vergi Məcəlləsinin 153-cü və 174-cü maddələrini hazırki işin hallarına yanlış tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
63. Həmin maddəyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi vergi ödəyicisinin imperativ öhdəliyi deyil, dispozitiv hüququdur. İddiaçı 2020-ci ilin müvafiq hesabat aylarında təqdim etdiyi ƏDV bəyannamələrində bu hüququndan istifadə etməmiş, əvəzləşdirmə üçün əsas olan e-qaimə və idxal bəyannamələrini bəyannamədə əks etdirməmişdir. Kameral yoxlama zamanı vergi orqanı ödəyicinin bəyan etmədiyi (və ya könüllü olaraq sildiyi) hüquqları onun əvəzinə tətbiq etmək səlahiyyətinə malik deyil.
64. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin məzmunundan belə nəticə çıxır ki, ƏDV-nin hesablanması mexanizmi iki konkret göstəricinin müqayisəsinə əsaslanır:
1. Vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləği;
2. Yalnız bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş elektron qaimə-fakturalar və ya idxalda ƏDV ödənildiyini təsdiq edən sənədlər əsasında əvəzləşdirilməli olan ƏDV məbləği.
65. Maddədə “əvəzləşdirilməli olan vergi məbləği” ifadəsinin işlədilməsi göstərir ki, bu məbləğ abstrakt və ya ümumi şəkildə deyil, konkret sənədlər əsasında müəyyən edilən göstəricidir. Yəni əvəzləşdirmə yalnız mövcud olan bütün sənədlərə görə deyil, vergi ödəyicisinin əvəzləşdirmə üçün təqdim etdiyi və istinad etdiyi sənədlər üzrə aparılmalıdır.
66. Bu baxımdan ƏDV-nin əvəzləşdirilməsi hüququ avtomatik xarakter daşımır. Bu hüququn həyata keçirilməsi üçün vergi ödəyicisi hansı elektron qaimə-fakturalar və ya idxal sənədləri üzrə əvəzləşdirmə apardığını konkret şəkildə müəyyən etməlidir.
67. Vergi orqanı isə yalnız həmin göstərilmiş sənədlər çərçivəsində yoxlama və hesablamanı aparmalıdır.
68. Əks yanaşma – yəni vergi orqanının vergi ödəyicisinin iradəsindən kənar şəkildə istənilən sənədi əvəzləşdirməyə daxil etməsi və ya çıxarması – maddənin mahiyyətinə zidd olaraq əvəzləşdirmə mexanizmini qeyri-müəyyən və idarəolunmaz hala gətirərdi.
69. Nəticə olaraq, vergi orqanı vergi ödəyicisinin əvəzləşdirmək istədiyi ƏDV məbləğini müəyyən etmək üçün onun əvəzinə bütün qaimələri və idxal sənədlərini araşdırıb seçim aparmalı deyil. Vergi orqanının funksiyası yalnız vergi ödəyicisinin əvəzləşdirmə üçün təqdim etdiyi və istinad etdiyi sənədlərin düzgünlüyünü və qanunvericiliyə uyğunluğunu yoxlamaqdan ibarətdir.
70. Digər tərəfdən iddiaçının nümayəndəsi idxal olunan mallar üzrə ƏDV öhdəliklərinə əsas diqqəti yönəldərək bu idxal mallarının təqdim edilməsini vergitutmadan kənarda saxlamışdır.
71. Belə ki, Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV -nin vergitutma obyektini tənzimləyir.
72. 159.1-ci maddəyə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyektidir (2020-ci ildə qüvvədə olan redaksiya).
73. Göründüyü kimi iddiaçının idxal etdiyi mallar ƏDV üzrə vergitutma obyekti olduğu kimi həmin malların təqdim edilməsi də vergitutma obyektidir.
74. İddiaçı “xxxx” TM-də 50 m2 təsərrüfat subyektini ##.##.2020-ci il tarixdə vergi orqanında uçota qoymuş və həmin obyektin fəaliyyətini ##.##.2020-də dayandırmışdır. Həmçinin vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektin “xxxx” TM-də fəaliyyətinin olmadığı müəyyən edilmişdir.
75. Göründüyü kimi idxal olunan mallar yerində olmadığından haqlı olaraq təqdim edilmiş hesab edilərək ƏDV-yə cəlb edilmişdir.
76. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının cavabdehin apellyasiya şikayətinə dair etirazında kameral vergi yoxlaması ilə 2023-ci ilin avqust ayı üçün əlavə dəyər vergisi üzrə hesablanmış 91865,42 manat əlavə vergi məbləğinin düzgün hesablanmaması ilə bağlı dəlilləri əsassızdır. Qeyd olunan dövr üzrə kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslıdır. Odur ki, iddiaçının mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas deyildir.
77. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli *************** nömrəli qərarın ləğv edilməsi və 85762,28 manat artıq ödəmə məbləğinin qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə hissələrinə münasibətdə Kollegiya qeyd edir ki, Operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus mal-material qalığı müəyyən edilməmiş, satış qiymətləri ilə 602.228,86 manat məbləğində malların EOF təqdim edilməli olduğu halda, EOF təqdim edilmədən satıldı müəyyən olunmuş və bu barədə ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib edilmişdir.
78. Odur ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradaq rayonu, Lökbatan qəsəbəsi, ev Heybət d/у st-nın cənubu, LökbatanXocahəsən cənubşərq hissəsində yerləşən anbar adlı təsərrüfat subyektundə keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə xxxx” MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 60.222,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
79. Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir.
80. Beləliklə, İddiaçı İddiaçı MMC-nin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən iddia ərizəsində qeyd olunan 85.762,28 manat artıq ödəmə məbləğinin olmadığı müəyyən olunmuşdur.
81. Nəzərə almaq lazımdır ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
82. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
83. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətləri təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli və e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarları ləğv olunmalı, iddia rədd edilməlidir.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli və e-*- *(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarları ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.