Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4384/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və X2 ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5925/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür.
2. Əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
3. "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının Biləcəri lokomotiv deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan müddət güzəştli iş stajına daxil edilir. Həmin müddət əsasında iddiaçının güzəştli iş stajının 07 ay 16 gün olduğu müəyyən olunur.
4. "xxxx" QSC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, qeyd edilən İddiaçı ADY-nin Bakı hissəsinin bərpa qatarında xx.xx.1982-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi ilməkçi və dəmir yolu (elektrodizel) kran maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda nəzərdə tutulmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və arayışlar mövcuddur. İddiaçı göstərilən tələblə cavabdehə müraciət etsə də, sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. İş üzrə inzibati icraatın nəticələrindən müəyyən olunur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərbaycan Dəmir Yollan" QSC-nin 12 iyun 2019-cu il tarixli 20/YDK nömrəli arayışında onun xx.xx.1982- xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Biləcəri bərpa qatarında ilgəkçi, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə elektrodizel kran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi ilgəkçi və elektrodizel kran maşinisti vəzifələri sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Göstərilən səbəbdən də İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 9 ay 23 gün (xx.xx.1979xx.xx.1979-cu il. xx.xx.1982- xx.xx.1982-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5925/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli iş stajına malik olduğunu iddia etsə də, onun həmin tarixədək işlədiyi müddətin yalnız xx.xx.1979xx.xx.1979-cu il. xx.xx.1982- xx.xx.1982-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri əhatə edən dövrləri aiddir. İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi ilməkçi və dəmir yolu (elektrodizel) kran maşinisti peşələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və ya xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulmamış, ümumiyyətlə həmin vəzifələr həmin Siyahıda nəzərdə tutulmuş digər vəzifələr ilə funksional baxımından eynilik təşkil etməmişdir.
11. Belə ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının hansı tarixlər arasında mövcud olması, hansı dövrlərin güzəştli iş stajı kimi nəzərə alınmaması ilə bağlı aparmış orduğu araşdırma nəticəsində məhkəməyə təqdim etdiyi məktubda (arayış) iddiaçının həmin dövrlərdə işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulmadığını bildirmişdir ki, həmin məktubun mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud olmadığından, iddiaçının 12 il 6 aydan çox olması zəruri şərt olan güzəştli şərtlərlə pensiya təyini üçün əsas olan tələbin yerinə yetirilmədiyi qənaətinə gəlir.
12. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisə tərəfindən iddiaçının güzəştli iş stajına malik və ya malik olmayan dövrlərin mövcudluğuna qiymət verilmişdir ki, həmin qiymətləndirmə məhkəmə üçün şəxsə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbin təminini istisna edir.
13. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5925/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, mən 42 il, müxtəlif vəzifələrdə çalışmışam. 14,5 il ağır iş rejimində, "xxxx" QSC-nin Lokomotivlərin təmiri departamenti Biləcəri lokomotivlərin təmiri deposunda çilingər vəzifəsində çalışmışam. Qulluq müddətim zərərli işdə işlədiyimə görə 57 yaşımdan təqaüdə çıxmalı olduğum halda, 60 yaşımda təqaüdə çıxmışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə 248 (iki yüz qırx səkkiz) manat məbləğində pensiya təyin olunmuşdur. Bildirmək istəyirəm ki, mənim, 42 il ağır şəraitdə çalışmağımın qarşılığında hesablanmış bu müavinətlə qəti şəkildə razı deyiləm. Artıq ahıl yaşımda əvvəlki kimi işləyə bilmirəm, əmək qabiliyyətim əvvəlki kimi deyil. Hal-hazırda təyin olunmuş 248 (iki yüz qırx səkkiz) manat pensiya ilə indiki dövrdə ailəmi dolandırmaq və digər tələbatları qarşılamaq mümkün deyil. Hesab edirəm ki uzun illər əmək fəaliyyətimin qarşılığında mənə hesablanmış 248 (iki yüz qırx səkkiz) manat məbləğində pensiya düzgün hesablanmamış və düzgün təyin olunmamışdır. Mən, 57 yaşımdan pensiya təyin edilməsini, pensiyamın yenidən hesablanmasını və bu günə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq mənə ödənilməsinin təmin olunması üçün cavabdehə müraciət etmişəm, lakin cavabdeh orqan üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Buna görə də mən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyətində qaldım, lakin məhkəmə də heç bır araşdırma aparmadan əks tərəfin sözünə inandı və iddianı rədd etdi. İşin hallarını araşdırmaq üçün hüquqi imkanlar olduğu halda, məhkəmə onları nəzərə almamış və nəticədə natamam qərar qəbul etmişdir. Odur ki, bu hal nəzərə alınmalı idi. Məhkəmə nəzərə almalı idi ki, işə düzgün hüquqi qiymət vermək son nəticədə pozulmuş hüquqların bərpa edilməsinə rəvac verə bilərdi. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halların müəyyən edilməsi aşağıdakı kimi olmuşdur. Belə ki, mən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişəm. Bu iddia tələbini irəli sürməkdə haqlıyam. Lakin, Bakı İnzibati Məhkəməsi işin düzgün həlli üçün hərtərəfli, tam və obyektiv araşdırma aparmadan müxtəlif bəhanələr gətirərək iddianı təmin etməyib gözübağlı cavabdehin qeyd etdiklərini əsas götürüb və bu əsasla da iddia tələbini rədd edir. Hesab edirəm ki, bu məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını göstərir. iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və xx.xx.2018- ci il tarixdə 57 yaşı tamam olmuşdur. İddiaçının İT-İ ******* nömrəli 24 aprel 1979-cu il tarixli əmək kitabçasından görünür ki, onun xx.xx.2006-cı il tarixə kimi ümumi əmək stajım 26 il 4 ay 9 gün.Ağır və zərərli işdə işlədiyi əmək stajı isə 13 il 7 ay 7- gün təşkil edir. Buda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəşli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin siyahısı” qərarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarıın XXVİİİ-ci fəsil, Nəqliyyat bölümü Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 1. 23001000—13965 --dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri 2. 23001000— 16863 --- dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinist köməkçiləri 3..23001000—21172--- hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar stansiyalar üzrə növbətçiləri “Əmək pensiyaları haqqında ” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006 ci il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış tələb olunur. İddiaçının İT-İ ******* nömrəli 24 aprel 1979-cu il tarixli əmək kitabçasından görünür ki, onu xx.xx.2006-cı il tarixə kimi ümumi əmək stajı 26 il 4 ay 9 gün. Ağır və zərərli işdə işlədiyi əmək stajı isə 13 il 7 ay 7- gün təşkil edir Qanunun 9.8-ci maddəsi üzrə hazırda kişilərə pensiya təmin edilməsi üçün aşağıda dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1.İddiaçının 57 yaşı tamam olmalıdır;( İşin faktiki hallarında məlum olunur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur.) 2.İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır; (İddiaçının İT-İ ******* nömrəli 24 aprel 1979-cu il tarixli əmək kitabçasından görünür ki, onun xx.xx.2006-cı il tarixə kimi ümumi əmək stajım 26 il 4 ay 9 gün təşkil edir) 3.İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 12 il 6 ayını yığmalıdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dəmir yol nəqliyyatı strukturlarında EDK-1000, EDK-1000/1, EDK-1000/2, EDK-1000/3 və EDK-1000/4 və digər güclü ağır tonnajlı kranlardan istifadə edir. İddiaçı X3 1982-ci ildən 1996-cı ilə kimi Dəmir yol nəqliyyatında istismarda olan EDK-1000 və digər ağır tonajlı yük qaldırmaya malik olan kranlarda növbəli iş rejimində əmək fuksiyasını yerinə yetirmişdir. EDK-1000 və həmin növdən olan digər dəmir yol kranları Azərbaycan Dövlət Dəmir Yolu Rəisinin 26 iyul 2006cı il tarixli 93/N nömrəli əmrinə əsasən “Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri bərpa qatarının bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” yaradılmış və relsdən çıxmış vaqon və lokomotivləri relsləmək işlərini,dəmir yolu qəzalarından sonra dəmir yol ərazisində qalan yararsız qalıqları təmizləmək işlərini həyata keçirir Buda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №- li siyahı üzrə göstəricilərinə tam uyğundur. İddiaçı Vəlhəd oğlunun əmək kitabçasında qeyd edilən xx.xx.1982-ci il əmr № 175/ko, xx.xx.1996-cı il əmr № 561/ko olan hissədə Ağır və zərərli işdə işlədiyi əmək stajı 13 il 7 ay 7- gün təşkil edir. 2 №-li siyahı üzrə isə 23001000—13965, 23001000—16863, 23001000—21172 göstəricilərlə təsdiq olunur
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
26. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
27. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayəti və ona əlavənin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdir. İddiaçı hesab edir ki, o, ümumi və güzəştli iş stajı ilə bağlı şərti ödədiyindən, onun pensiya hüququ 57 yaşdan yaranmış olur. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciəti üzrə rəsmi cavab verilməmişdir. Məhkəmə icraatı zamanı cavabdeh iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmadığını hesab etmiş, bunu onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı ilə bağlı şərtin ödənilməməsi ilə əlaqələndirmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqanın mövqeyi düzgündür.
38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti və ona əlavə iddia ərizəsinin əsası ilə oxşarlıq təşkil etmişdir.
39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;
3. Ümumi iş stajı minimum 25 il olmalı;
40. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, ona pensiya hüququnun yarandığı (57 yaşdan) xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.
41. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və tələb olunan ümumi iş stajının mövcudluğu işin mübahisələndirilməyən halıdır. Mübahisəli olan hal iddiaçının güzəştli iş stajının mövcudluğu ilə bağlıdır.
42. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının güzəştli iş stajının olmadığını qeyd edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərbaycan Dəmir Yollan" QSC-nin 12 iyun 2019-cu il tarixli 20/YDK nömrəli arayışında onun xx.xx.1982xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Biləcəri bərpa qatarında ilgəkçi, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə elektrodizel kran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi ilgəkçi və elektrodizel kran maşinisti vəzifələri sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Göstərilən səbəbdən də İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 9 ay 23 gün (xx.xx.1979-xx.xx.1979-cu il. xx.xx.1982- xx.xx.1982-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati icraat dövründə ətraflı araşdırma apararaq müəyyən etmişdir ki, "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının Biləcəri lokomotiv deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan müddət güzəştli iş stajına daxil edilir. Həmin müddət əsasında iddiaçının güzəştli iş stajının 07 ay 16 gün olduğu müəyyən olunur. 44."xxxx" QSC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, qeyd edilən İddiaçı ADY-nin Bakı hissəsinin bərpa qatarında xx.xx.1982-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi ilməkçi və dəmir yolu (elektrodizel) kran maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda nəzərdə tutulmamışdır.
45. Apellyasiya şikayəti və ona əlavənin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahıda, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi sahə üzrə müəssisələrdə ilməkçi və dəmir yolu (elektrodizel) kran maşinisti peşələri nəzərdə tutulmamışdır.
46. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı güzəştli iş stajına malik olduğunu iddia etsə də, onun həmin tarixədək işlədiyi müddətin yalnız xx.xx.1979-xx.xx.1979-cu il. xx.xx.1982- xx.xx.1982-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri əhatə edən dövrləri aiddir. İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi ilməkçi və dəmir yolu (elektrodizel) kran maşinisti peşələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və ya xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulmamış, ümumiyyətlə həmin vəzifələr həmin Siyahıda nəzərdə tutulmuş digər vəzifələr ilə funksional baxımından eynilik təşkil etməmişdir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə göndərilən icmal məktuba əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu qöstərilməlidir(AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(102)- 668/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarı).
48. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının hansı tarixlər arasında mövcud olması, hansı dövrlərin güzəştli iş stajı kimi nəzərə alınmaması ilə bağlı aparmış orduğu araşdırma nəticəsində məhkəməyə təqdim etdiyi məktubda (arayış) iddiaçının həmin dövrlərdə işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulmadığını bildirmişdir ki, həmin məktubun mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud olmadığından, iddiaçının 12 il 6 aydan çox olması zəruri şərt olan güzəştli şərtlərlə pensiya təyini üçün əsas olan tələbin yerinə yetirilmədiyi qənaətinə gəlir.
49. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisə tərəfindən iddiaçının güzəştli iş stajına malik və ya malik olmayan dövrlərin mövcudluğuna qiymət verilmişdir ki, həmin qiymətləndirmə məhkəmə üçün şəxsə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbin təminini istisna edir.
50. Beləliklə, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.
51. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün birinci instansiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı 25 ildən çox ümumi iş stajı mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapsa da, 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz.
53. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur.
54. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin 2-1(102)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmış mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
55. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5925/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5925/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.