Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4387/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X5 və X6 cəlb edilməklə) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1423/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, bağın ayrılması haqqında 16 saylı xx.xx.2005-ci il tarixli order əsasında qanuni istifadəsinə verilmiş, 0,12 ha sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı-Goradil bağ massivində yerləşən 361F nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X3 İcraiyyə Komitəsini Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə İddiaçı 121 nömrəli kooperativdə bağ sahəsi verilməsinə icazə verilmişdir. 121 nömrəli Bağ təsərrüfatı kooperativinin 26 aprel 1990-cı il tarixli protokolu ilə İddiaçı kooperativə üzv qəbul edilmişdir. Qeyd edilən sənədlər əsas götürülərək ona xx.xx.2005-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Novxanı-Goradil bağlar sahəsində 121 saylı ВТК nəzdində 0.12 hektar torpaq sahəsi olan “361 F” saylı bağ ayrılmasına dair order verilmiş və qanuni istifadəsinə ayrılmışdır. Bağ sahəsi fasiləsiz olaraq iddiaçının istifadəsindədir. İddiaçı hüquqların dövlət qeydiyyatına alınması məqsədilə xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin ərizəsinin icra olunması əvəzinə, xx.xx.2024-cü il tarixli **********98 saylı məktubla icrasından imtina edilmişdir. Məktubda cavabdeh təşkilat tərəfindən imtina səbəbi kimi bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Belə ki, sxematik xəritəyə əsasən sahə digər bağın ərazisinə uyğun gəlir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın hüquqların qeydiyyatından imtina etməsi əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İlk olaraq, cavabdeh təşkilat tərəfindən göstərilən səbəb özlüyündə iddiaçının hüququnun pozulmasına gətirib çıxarır. Belə ki, cavabdeh təşkilat “digər bağın ərazisi” deyərkən güman ki, Bakı Şəhər X3 İcraiyyə Komitəsinin “vətəndaşlara bağ sahəsinin ayrılmasına dair” 15/558 nömrəli qərarından arxiv çıxarışında iddiaçıya verilmiş bağ sahəsinin səhvən 131 nömrəli kooperativin tərkibində qeyd edilməsini nəzərdə tutmuşdur. Bu məqamlardan aydın olur ki, cavabdeh təşkilat daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasından imtina edilməsi məqsədilə yalnız əsassız bəhanələr gətirir və sadaladığı səbəbin texniki səhv olduğunu, burada vətəndaşın günahı olmadığını və bağ sahəsinin isə digər sənədlərlə aşkar müəyyən oluna bildiyini belə nəzərə almır. Qeyd olunanlara əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, ümumi hasar daxilində olan 1577,0 kv.m torpaq sahəsinin bir hissəsi “351b” saylı torpaq sahəsi kimi **********98 reyestr nömrəsi ilə X2 (fin: 43JT0RL) adına qeydiyyatdan keçmişdir. Həmçinin, göstərilən sahə “352a” saylı bağ sahəsinə uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1423/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Novxanı bağlar sahəsindəki 121 saylı kooperativi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 16 saylı order üzrə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 361f saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1423/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qərarından apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək göstərmişdir ki, 2005-ci ildə 121 saylı Kooperativin nəzdində olan Goradil Bağlar İdarəsinə aid olan sahədən bağ sahəsi alıb. Bakı Şəhər İcra Hakimiyyətində isə həmin Kooperativin nömrəsi texniki səhvlə əlaqədar 121 deyil, 131 olaraq qeyd olunmuşdur. Bundan əlavə, ona əslində 0,12 ha deyil, 0,15 ha torpaq sahəsi ayrılmışdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin mümkün hesab olunmaqla, icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin mümkünlük məsələsini yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. 83.2-cü maddəsinə əsasən məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarına əsasən iddiaçının iddia tələbi təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Novxanı bağlar sahəsindəki 121 saylı kooperativi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 16 saylı order üzrə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 361f saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hazırkı halda iddiaçı apellyasiya şikayəti verərək qeyd edir ki, 2005-ci ildə 121 saylı Kooperativin nəzdində olan Goradil Bağlar İdarəsinə aid olan sahədən bağ sahəsi almış, Bakı Şəhər İcra Hakimiyyətində isə həmin Kooperativin nömrəsi texniki səhvlə əlaqədar 121 deyil, 131 olaraq qeyd olunmuşdur. Bundan əlavə, ona əslində 0,12 ha deyil, 0,15 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məsələ yeni iddia predmeti təşkil etdiyi üçün iddiaçı tərəfindən yeni iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilməsi məqsədəuyğundur. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X5 və X6 cəlb edilməklə) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1423/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X5 və X6 cəlb edilməklə) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1423/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-4387/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4387/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver