Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4389/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9204/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində çıxarılmış xx.xx.2024cü il tarixli, **********374300 saylı qərarın ləğv edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9204/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı (hakim N.Abıyev) ilə İddiaçınə münasibətdə iddia geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, işin iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2024-cü il tarixdə saat 10:00-a Bakı Apellyasiya Məhkəməsində başqa iş üzrə məhkəmə iclası olduğu üçün xx.xx.2024-cü il tarixdə bununla bağlı məhkəməyə məlumat göndərmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən iddia geri götürülmüş hesab edilmişdir. Halbuki məhkəmə iclasında iştirak edə bilməməyini üzrlü səbəbdən baş vermişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, tərəfindən hazırki iş üzrə müvəqqəti xarakterli təminat tədbiri barədə ərizə olmuş, Bakı İnzibati Məhkəməsinin 15(112)-228/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərardadla ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, “S.M.N. Construction” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********374300 saylı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək, mübahisələndirilən həmin qərarın icrası dayandırılması qərara alınmışdır. Həmin qərardaddan apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin qərardad dəyişdirilmədən saxlanılmışdır. Bu hallar da onu göstərir ki, iddiaçı məhz hazırki işin mahiyyəti üzrə araşdırmasında maraqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9859/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı nəticəyə gələrkən AR İPM-in 55.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin olunmuş və xx.xx.2024-cü il tarixə təxirə salınmış, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmiş və İPM-nin 55.3-cü maddəsinin tələbləri (nəticələri) izah edilmişdir. İddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə tələbi üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. 18 iyul 2024-cü il tarixli məhkəmə iclası tərəflərin iştirakının təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, məhkəmə buna əsaslanmaqla iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Aydın olduğu kimi, qanunvericinin qeyd edilən norma ilə nəzərdə tutduğu hal iddiaçının məhz iddiaya baxılmasında hüquqi marağının olmaması ilə bağlıdır. İşdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasının təxirə salınması barədə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirakının üzürlü səbəbdən (başqa məhkəmə prosesində iştirakı ilə bağlı) mümkün olmamasına dair sübutları, vəkil orderi və etibarnaməni əlavə etmiş, həmin məktub sürətli poçt rabitə qurumuna xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasından bir gün əvvəl təqdim edilmişdir. Müvafiq poçt qurumu məhkəmə iclasından 1 gün sonra məhkəmə dəftərxanasına çatdırmanı etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddianın geri götürülmüş hesab edilməsi əsassızdır. Belə ki, əsas nüans ondan ibarətdir ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən məhz qaldırdığı bu iddia tələbi üzrə müvəqqəti xarakterli təminat tədbiri barədə ərizə olmuş, Bakı İnzibati Məhkəməsinin 15(112)-228/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərardadla ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, “S.M.N. Construction” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********374300 saylı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək, mübahisələndirilən həmin qərarın icrası dayandırılması qərara alınmışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Bakı Apelllyasiya Məhkəməsinin 15(103)-119/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 15(112)-228/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 15(102)- 134/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 15(103)-119/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Deməli, iddiaçının məhz hazırki işə baxılmasında hüquqi marağının olması mübahisəsizdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İPM 55.3-cü maddəsinə istinad yalnız o zaman olmalıdır ki, iddiaçı açıq aşkar işə baxılmasında maraqlı olmasın. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9204/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-4389/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4389/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver