Məhkəmə qərarları › İş №2-1(103)-439/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-439/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-439/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X1rşı pensiyanın təyin olunması tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4527/2019 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4527/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cuildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Quba rayonunun Rustov kəndində doğulmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilə qədər peşə məktəbində təhsil almış, daha sonra xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1978-ci ildən xx.xx.1978- ci ilə qədər təhsili davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Tikinti İdarəsində rəngsaz, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər «xxxxxxxxxxxx» NQÇİ-də təmirçi-çilingər, xx.xx.1980-cı ildən xx.xx.2014-cü ilə qədər əmtəə-operatoru vəzifəsində işləmişdir. xx.xx.2014-cü ildən hazırki vaxta qədər isə «xxxxxxxxxxxx» NQÇİ-də neftin yığılması, hazırlanması və nəqli xidməti sahəsində 5-ci dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur.Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 32 il 1 ay 26 gün ümumi iş stajı, 26 il 9 ay 21 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir.Lakin, DSMF-nin X8 İdarəsi xx.xx.2019-cu il tarixli **********2 №-li imtina məktubu ilə onagüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, AR Əmək və X7 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Bəli, həqiqətən də hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Lakin, inzibati orqan ona münasibətdə bir nüansı nəzərindən qaçırır. Belə ki, pensiya hüququ yarandığı tarixdə, yəni xx.xx.2009-cü il tarixdən sonra AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələri isə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının 3-cü yarmbölməsinin 11000000-18559 – 1 №-li Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər və 2 №-li Siyahının Xİİ Bölməsinin 3-cü Yarmbölməsinin 2130301a- 16085 – əmtəə operatorları peşələrinə uyğundur. Göründüyü kimi, ilk işlədiyi təmir çilingər vəzifəsi 1 №-li Siyahıda, əmtəə operatoru vəzifəsi isə 2 №-li Siyahıda qeyd olunmşudur. Lakin, o, neft sahəsində yalnız «xxxxxxxxxxxx» NQÇİ-də işlədiyinə görə və həmin idarə açıq dənizdə yerləşdiyindən ona münasibətdə 1 №-li Siyahının müddəaları tətbiq olunmalıdır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya hüququ pozulmuşdur. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan xx.xx.1973-cü ildən 1992-ci ilədək (sıra nömrələri 01-15) xarici dildə tərtib edilmiş, onların Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinə tərcüməsi iddiaçı tərəfindən təqdim edilməmişdir.Bu səbəbdən iddiaçının qeyd edilən dövrlərdə hansı vəzifələrdə (peşələrdə) işləməsi aydın deyil.Həmin əmək kitabçasından göründüyü kimi, 16 sırada qeyd edilmişdir ki, Dövlət Neft şirkətinin xx.xx.2003-cü il tarixli 25 nömrəli əmri əsasında Dənizdə və Quruda Neft və Qaz Çıxarma istehsalat Birliyinin bazasında “Azneft” İB-yi yaradılmışdır.18 nömrə ilə əmək kitabçasında olan qeyddən aydın olur ki, İddiaçı həmin tarixdə 5-ci dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsinə keçirilmişdir.İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun işlədiyi “təmirçi çilingər” və “əmtəə operatoru” vəzifələri AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısını 3-cu yarımbolməsının 11000000-18559 sadalanan istehsalatlarda məşxul olan təmirçi çilingər və 2 nömrəli siyahısının Xİİ Bölməsinin 3-cü yarımbölməsininin ******* a-16085-əmtəə operatoru peşələrinə uyğundur.İddiaçı təmirçi çilingər və əmtəə-operatoru vəzifələrində işləməsini qeyd etsə də həmin vəzifələrdə işləməsi hər-hansı bir subutla sübuta yetirilməmişdir. Onun əmək kitabçasında qeyd edilən peşələr qeyd edilməmişdir. Həmin əmək kitabçasında qeyd edilən susuzlaşdırma və dıızsuzlaşdırma qurğusunun operatoru isə həmin siyahılarda göstərilməmişdir. Nümayəndə və vəkil həmçinin onu da qeyd etdi ki, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş siyahılarda neftçilərin iş şəraitlərinə görə 1 saylı siyahısında dənizdə çalışan neftçilərə 2 saylı siyahısında isə quruda olan neftçilərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələri qeyd edilmişdir.Lakin, iddiaçının vermiş olduğu əmək kitabçasında onun quruda və ya dənizdə işləməsi qeyd edilməmişdir.Həmçinin, iddiaçının özünün təqdim etdiyi iddia ərizəsində həmin peşələrin həm xx.xx.1993-cü il tarixli 320 Nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarında olmasını qeyd etmiş və bununla da özünün iddia tələbində qeyd etdiyi 52 yaşı ilə pensiya hüququnun olmamasını təsdiq etmişdir. Belə ki, qeyd edilən hüququ ancaq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "a" bəndində qeyd edilən şərtlər daxilində mümkündür. Yəni həmin maddədə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən İpeşələr 1 nömrəli siyahıda göstərilməlidir. İddiaçının təqdim etdiyi atestatdan göründüyü kimi, o xx.xx.1979-cu ildən xx xxxx 1980-ci ilədək o Bakı şəhəri 12 nömrəli texniki peşə məktəbində kinomexanik peşəsi üzrə təhsil almışdır.Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinin iddiaçıya tətbiq edilməsi üçün onun 60 yaşı olmalıdır. Lakin, iddiaçı xx.xx.1961-ci ildə anadan olduğundan halhazırda onun 58 yaşı olduğundan ona ƏPH qanunun 9.1-ci maddəsi tətbiq edilə bilməz. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, “Qanunun mənasına görə 1997-ci il avqust ayının 01-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun surətdə təyin edilir”. Bununla da iddiaçı özünün pensiya hüququnun məhz qeyd etdiyi qanunla yarandığını bildirmişdir. Nümayəndə və vəkil onu da bildirdi ki, iddiaçı iddia ərizəsində qeyd edilən tələblərin təmin edilməsi barədə cavabdeh orqandan imtina barədə hər-hansı bir məktub almamışdır.İddiaçının müraciəti əsasında İdarədən cavabdehə ünvanlanan xx xxxxxx 2019-cu il tarixli cavabda iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Kolleqiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların 2 nömrəli əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərini, həmçinin “Əmək Pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərə yaşa görə penisiya təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədləri qəbul günlərində (həftənin 2 və 5 günləri) idarənin Qəbul Mərkəzinə yaxınlaşaraq təqdim edildikdən sonra baxıla bilər. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya pensiya təyin olunmasından imtina olunduğu üçün həmin qovluq materialları məhkəməyə təqdim olunmamışdır. İşdə olan AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Quba rayonunda doğulmuşdur. İşdə olan əmək kitabçasının və hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilə qədər peşə məktəbində təhsil almış, daha sonra xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər təhsili davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Tikinti İdarəsində rəngsaz, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər «xxxxxxxxxxxx» NQÇİ-də təmirçi-çilingər, xx.xx.1980-cı ildən xx.xx.2014-cü ilə qədər əmtəə-operatoru vəzifəsində işləmişdir. xx.xx.2014-cü ildən hazırki vaxta qədər isə «xxxxxxxxxxxx» NQÇİ-də neftin yığılması, hazırlanması və nəqli xidməti sahəsində 5-ci dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyir. İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə iddiaçıya xx.xx.2019-cu il tarixli **********2 №-li məktub ünvanlayaraq onun müraciətinin təmin olunmaması barədə bildirmişdir. İmtinaya səbəb kimi AR Əmək və X7 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi qeyd olunmuşdur. Hazırda iddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 32 il 1 ay 26 gün ümumi və 26 il 9 ay 21 gün güzəştli iş stajı mövcuddur. Cavabdeh inzibati orqanın öz imtinasında qeyd etdiyi Güzəştli arayışa dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2009-cu il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. İddiaçının işlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələri isə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X Bölməsinin 3-cü yarımbölməsinin 11000000-18559 – «1 №-li Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər»və X Bölməsinin 2-ci Yarımbölməsinin 1100000a-15824 – “neft və qaz hasilatı üzrə operatorlar” şifrinə uyğundur. Belə ki, iddiaçı neft sahəsində yalnız «xxxxxxxxxxxx» NQÇİ-də işlədiyinə görə və həmin idarə açıq dənizdə yerləşdiyindən ona münasibətdə 1 №-li Siyahının müddəaları tətbiq olunmalıdır. İddiaçının işlədiyi «əmtəə operatoru» peşəsi 1 №-li Siyahıda qeyd olunmasa da, onun «Neftçin çıxarılması sexində» işlədiyi əmək kitabçası ilə müəyyən edilir. 1 №-li Siyahıda isə «neft və qaz hasilatı üzrə operatorlar» peşəsi mövcuddur. Neftin bir əmtəə olduğunu nəzərə alaraq onun hasilatı üzrə operator vəzifəsində işləmiş şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ öz təsdiqini tapır. Bu əsasdan birinci insansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya hüququ pozulmuşdur. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində göstərmişdir ki, iddiaçı təmirçi çilingər və əmtəəoperatoru vəzifələrində işləməsini qeyd etsə də, həmin vəzifələrdə işləməsi hər-hansı bir subutla sübuta yetirilməmişdir, onun əmək kitabçasında qeyd edilən peşələr siyahıda qeyd edilməmişdir. Məhkəmə kollegiyası göstərilən dəlilləri qəbul etmir. Belə ki, işdə olan İT-1 ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən Sovet İttifaqı KP XXİİ qurultay adına Neftqazçıxarma İdarəsində neftin hazırlanması və çəkib vurulması sexinə İİİ dərəcəli təmirçi-çilingər; xx.xx.1980-ci ildən həmin sexin İİİ dərəcəli əmtəə operatoru işləmişdir; 01.01.82-ci ildə iddiaçının işlədiyi Neftin hazırlanması və çəkib vurulması sexi Neftin Kompleks hazırlanması və çəkib vurulması sexi adlandırılmışdır; xx.xx.1986-cı ildə həmin sexin İV dərəcəli əmtəə operatoru; xx.xx.1988-ci ildə V dərəcəli əmtəə operatoru; xx.xx.1992-ci ildə Sovet İttifaqı KP XXİİ qurultay adına NQÇİ-nin adı dəyişərək Xəzərdənizneftqaz İB-nin "xxxxxxxxxxxx" olmuşdur; AR Dövlət Neft Şirkətinin 3.0.2003-cü il tarixli 25 nömrəli əmri əsasında Dənizdə və Quruda Neft və Qaz çıxarma İB-nin bazasında "Azneft" İstehsalat Birliyi yaradılmışdır; xx.xx.2014-cü ildə sexin adı dəyişdirilərək, Neftin kompleks hazırlanması və nəqli sahəsi adlandırılmışdır; xx.xx.2014cü ildə neftin yığılması hazırlanması və nəqli xidmət sahəsinə V dərəcəli susuzlaşdırılma və duzsuzlaşdırılma qurğusunun operatoru peşəsinə keçirilmişdir. Əmək kitabçasından göründüyü kimi xx.xx.1979-cu ildən müxtəlif vaxtlarda bir neçə dəfə adı dəyişən bir müəssisədə və bir sexdə (neftin hazırlanması və çəkib vurulması) açıq dənizdə işləyib və hal hazıra kimi işləyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının işlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələrini AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının müddəlarını tətbiq edərək haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ARDNŞ-nin “Azneft” İB-nə sorğu göndərilmiş və sorğuda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə İddiaçı ARDNŞ-nin "Azneft" İstehsalat Birliyində işlədiyinə dair arayışın təqdim olunması xahiş olunmuşdur. “Azneft” İB-nin “xxxxxxxxxxxx” NQÇİ-nin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, QM 02-01/91 saylı məktubunda xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1980xx.xx.2014-cü il tarixlərdə NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi əmtəə operatoru peşəsinin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft,qaz və qaz kondenasatının hasilatı” yarımbölməsinin “a” bəndində göstərilən peşələrin siyahısında qeyd edilmədiyi barədə bildirilmişdir. Göründüyü kimi, məktubda idarə iddiaçının NQÇİ-in neftin kompleks hazırlanması və nəqli sahəsində əmtəə operatoru peşəsində işlədiyi təsdiqini tapır. Lakin məhkəmə kollegiyası məktubda iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına istinad edilməsini yuxarıda göstərilən əsaslara görə qəbul etmir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4527/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar