Məhkəmə qərarları › İş №2-1(103)-4390/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4390/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4390/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X4 “Azərbaycannəqliyyatyoltikinti” Birliyində işləmiş və ona vaxtilə Nizami rayon XDS-nin (indiki Nizami RİH) xx.xx.1989-cu tarixli, 13/1587 qərarı və müvafiq olaraq xx.xx.1989-cu il tarixi 039313 nömrəli order əsasında hal-hazırda yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzil verilmişdir. Əri iş yerində istehsalat qəzası zamanı 1990-cı ildə vəfat etmişdir. Əri işlədiyi “Azərbaycannəqliyyatyoltikinti” Birliyinə müraciəti əssında həmin müəssisə tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli məktubda əri X2 ölümü ilə əlaqədar olaraq Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən yuxarıda göstərilən mənzilin şəxsi hesabının onun adına keçirilməsinə razılıq verildiyi qeyd olunmuşdur. Mərhumun ailə üzvləri kimi o və qızı X6 həmin mənzildə bu günə kimi yaşayırlar. Bu yaxınlarda mənzilin özəlləşdirilməsi ilə bağlı Daşınamz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin İdarə tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli məktubla mərhumun vərəsəsi kimi mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamını təqdim edəcəyi təqdirdə məsələyə müvafiq qaydada müsbət baxılacağı bildirilmişdir. Buna görə də, onunla kirayə müqaviləsinin bağlanması zərurəti yaranmışdır. Daha sonra o, ərizə ilə cavabdehə müraciət edərək mübahisəli mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsini qəbul etsə də, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla onun kirayə müqaviləsinin bağlanmasından imtina etmiş, ərizəsində qeyd olunan orderin Nizami rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bildirərək mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncam verilməsinin səlahiyyətləri xaricində olduğu, qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və ya müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra eyni məzmunlu ərizə ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin İcra Hakimiyyətindən ona verilmiş xx.xx.2025-ci il tarixli məktubda isə Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzilin hazırda Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına verildiyindən aidiyyəti üzrə Cavabdehnə müraciət etməsi bildirilmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzilə dair İddiaçı ilə kirayə müaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

4. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “Qanunvericiliyin tələblərindən göründüyü kimi, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar vəfat etdiyi təqdirdə onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinnin mənzilin kirayəçisi kimi tanınmasını tələb etmək hüququ vardır. İşin hallarından göründüyü kimi, iddiaçının əri vəfat etmiş və hazırda iddiaçı kirayəçinin ailə üzvü kimi mənzilə dair kirayə müqaviləsinin onun adına bağlanmasını tələb etmək hüququ vardır. Hazırda mənzildə iddiaçı ilə onun qızı yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır və iddiaçının qızı notarial qaydada razılıq ərizəsi verərək mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasına etiraz etmir.”

5. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında Yerli icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq şəhər və rayonlarda abadlıq-quruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm işlər görülür. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4-cü maddəsinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Azərbaycan Respublikası “Yerli İcra Hakimiyyəti haqqında Əsasnaməsi”nin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsinə dair Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Belə ki, Nizami rayon XDS İKnin xx.xx.1989-cu il tarixli, 13/1587 saylı qərarı əsasında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 039313 nömrəli orderə əsasən ünvan 3 ünvanında yerləşən 16 nömrəli, 1-ci blok, 6-cı mərtəbə, 1 otaqlı, sahəsi 17.42 kv.m olan mənzil 1 nəfər (özü) ailə tərkibi ilə “Azerbaycannəqliyyatyoltikinti” Birliyində işləmiş X3 verilmişdir. Belə olan halda ilkin sənədi hansı orqan vermişdirsə, həmin orqan evin sənədləşdirilməsini davam etdirməli idi.Yəni Nizami Rayon İcra Hakimiyyəti tərəfindən kirayə müqaviləsi bağlanılmalı idi.Mənzilin yerləşdiyi inzibati ərazi əhəmiyyət kəsb etmir. Eyni zamanda “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzilkommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, hazırkı iş üzrə iddia predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.Beləliklə, mənzilin balansında olduğu Yasamal rayonu ərazisində fəaliyyət göstərən Yasamal Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirən Cavabdeh olduğu nəzərə alındıqda hesab edilir ki, həmin mənzilə dair sərəncam vermək hüququ, yəni kirayə müqaviləsi bağlanılması hüququ ilkin hüquqmüəyyənedici sənədlərə əsasən Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş Аzərbаycаn SSR-in 1982-ci il 08 iyul tаriхli qаnununu ilə təsdiq оlunmuş Аzərbаycаn SSRİ Mənzil Məcəlləsinin 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 17.3.1-ci mаddəsinə əsаsən, sоsiаl təyinаtlı mənzil fоndu- dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Qərardan göründüyü iddiaçının həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində iddiaçının istifadə etdiyi mənzilə dair Nizami Rayon İcra Hakimiyyəti ilə kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci məddəsində qeyd olunur: “Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.” Eləcə də, məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır.

IV. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq edilən sənədlər: - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 039313 nömrəli orderə əsasən ünvan 5 ünvanında yerləşən 16 nömrəli, 1-ci blok, 6-cı mərtəbə, 1 otaqlı, sahəsi 17.42 kv.m olan mənzil 1 nəfər (özü) ailə tərkibi ilə X3 verilmişdir. Orderin verilməsinə əsasən Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 13/1587 nömrəli qərarı olmuşdur. - 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən ünvan 6 ünvanında İddiaçı xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxs isə xx.xx.1990-cı il təvəllüdlü X6 olmuşdur. - Lənkəran şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş V-ЖГ seriyalı, 254450 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnaməyə əsasən X4 ilə X1 xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Bakı şəhər Oktaybr rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş İV-ЖГ nömrəli, 283726 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X4 xx.xx.1990-cı il tarixdə ölmüşdür. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə, 781 nömrə ilə qeyd edilmişdir. - 3 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisinin Xüsusi notariusu tərəfindən təsdiq edilmiş **********666 nömrəli ərizəyə əsasən ünvan 6 ünvanında qeydiyyatda olan X6 qeydiyyatda olduğu mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 5-21/2-F- 6-068/2025 nömrəli məktubla bildirilmişdir ki, ərizədə qeyd olunan order Nizami rayon İcra Hakimiyyəti tərəfindən verildiyindən həmin mənzilə dair onunla daimi kirayə müqaviləsi bağlanması ilə bağlı sərəncam verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Qeyd olunan məsələ ilə əlaqədar Nizami rayon İcra Hakimiyyəti və ya müvafiq məhkəməyə müraciət eməsi tövsiyə olunur. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-16/2-F-5-091/2025 nömrəli məktubla bildirilmişdir ki, kirayə müqaviləsinin bağlanılması mənzil hazırda Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına verildiyindən aidiyyəti üzrə Cavabdehnə müraciət edə bilər. - “Azərbaycannəqliyyatyoltikinti” Sənaye-Tikinti Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 23 nömrəli, xx.xx.1993-cü tarixli məktuba əsasən bildirilmişdir ki, əri X2 ölümü ilə əlaqədar olaraq Mənzil Məcəlləsinin 65-ci maddəsinə əsasən yuxarıda göstərilən mənzilin şəxsi hesabının onun adına keçirilməsinə razılıq verirlər.

VI. Tətbiq olunan hüquq

9. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982- ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icra müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Məcəllənin 53-cü madəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəziflərinə onlar da malik olurlar.

10. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 4.0.2-ci bəndiə əsasən müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müüqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

VII. Məhkəmənin mövqeyi

11. Hazırkı işin hallarından müəyyən edilir ki, Nizami rayon XDS İKnin xx.xx.1989-cu il tarixli, 13/1587 saylı qərarı əsasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 039313 nömrəli orderə əsasən ünvan 3 ünvanında yerləşən 16 nömrəli, 1-ci blok, 6-cı mərtəbə, 1 otaqlı, sahəsi 17.42 kv.m olan mənzil 1 nəfər (özü) ailə tərkibi ilə “Azerbaycannəqliyyatyoltikinti” Birliyində işləmiş X3 verilmişdir. İddiaçının əri X4 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İddiaçı ərinin ölümündən sonra mənzilin adına keçirilməsi ilə bağlı “Azerbaycannəqliyyatyoltikinti” Sənaye-Tikinti Birliyinə müraciət etmiş və Birlik tərəfindən xx.xx.1993cü tarixli məktubla mənzilin iddiaçının adına keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. İddiaçı həmin mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən mənzilə dair verilmiş orderin Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilməsinə istinad edilməklə imtina edilmişdir. Bundan sonra iddiaçı müvafiq ərizə ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu tərəfindən mənzilin hazırda Rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinin balansına verildiyindən aidiyyəti üzrə Cavabdehnə müraciət edilməsi bildirilmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır.

13. Belə ki, qanunvericilik normalarından göründüyü kimi icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar vəfat etdiyi təqdirdə onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinnin mənzilin kirayəçisi kimi tanınmasını tələb etmək hüququ vardır.

14. İş materiallarından müəyyən edilir ki, iddiaçının əri vəfat etmiş və hazırda iddiaçı kirayəçinin ailə üzvü kimi mənzilə dair kirayə müqaviləsinin onun adına bağlanmasını tələb etmək hüququ vardır.

15. Həmçinin hazırda mənzildə iddiaçı ilə onun qızı yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır və iddiaçının qızı notarial qaydada razılıq ərizəsi verərək mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasına etiraz etmir.

16. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, mübahisəli mənzilə dair müvafiq sərəncam və order mənzil sahəsi iddiaçıya ayrılan zaman Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilsə də, hazırda mübahisəli mənzilin yerləşdiyi bina Bakı şəhəri Cavabdeh balansında olduğundan mübahisəli mənzilə dair kirayə müqaviləsinin bağlanması üzrə səlahiyyətli orqan Bakı şəhəri Cavabdeh müəyyən olunmalıdır.

17. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar