Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4396/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi və məruzəsi ilə, X6 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının hüquqi varisi X3, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 11 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının “diaqnozun əlillik təyin etməməsi” barədə 11 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı müəyyən edilmşdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən iddiaçının arvadı X5 onun hüquqi varisi qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X5 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eyni zamanda, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçının hüquqi varisi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum həyat yoldaşının sonuncu qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasına (65-80% - 2-ci qrup) uyğun əlillik təyinatının aparılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı vəfat etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. İşin materiallarına əlavə edilmiş 09 dekabr 2025-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 27 noyabr 2025-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyinə əsasən, prosessual hüquq varisliyi mübahisəli hüquq münasibətlərindən bir tərəfin çıxması (məsələn, fiziki şəxsin ölümü və ya hüquqi şəxsin yenidən təşkili) zamanı məhkəmənin həmin tərəfi onun hüquq varisi ilə əvəz etməsidir. Lakin bəzi xüsusi hallarda hüquq varisliyinə yol verilmir. Bu hallar əsasən hüquq və vəzifələrin şəxsiyyətlə sıx bağlı olduğu məqamları əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından görünür ki, iddiaçının tələbi onun fiziki vəziyyəti və fərdi statusu ilə ayrılmaz şəkildə bağlı olduğundan, bu hüquq vərəsəlik qaydasında başqa şəxslərə keçə bilməz. Bu səbəbdən, prosessual hüquq varisliyi mümkün deyil və işə xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməli olduğu üçün iddiaçının hüquqi varisi X3 prosessual iştirakına da xitam verilməlidir. Belə ki, iddiaçının tələbi prosessual hüquq varisliyinə imkan vermədiyi üçün onun hüquqi varisinin işə cəlb edilməsinə də zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata iddiaçının vəfat etməsi və prosessual hüquq varisliyinin mümkün olmaması səbəbindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 58.1, 261.0.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının hüquqi varisi X3 prosessual iştirakına xitam verilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə icraata iddiaçının vəfat etməsi və prosessual hüquq varisliyinin mümkün olmaması səbəbindən xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Orxan İsmayılov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4396/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4396/2025
03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver