Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-44/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X24 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X10, 3-cü şəxs X3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X6) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2-1(81)-1995/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 m2 olan qeyri-yaşayış sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3765/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. xx.xx.2019-cu il tarixdə X6 ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3765/2018 saylı qərarının ləğv edilməsini, 3cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3765/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X3 ərizəsinin təmin edilməsi, onun inzibati mübahisəyə dair iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3765/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının və həmin qərarın icrasının doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli, 2-1(103)-1215/2019 saylı qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2-1(81)-3765/2018 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 1995/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2-1(103)-2780/2019 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2-1(81)-1995/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-797/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(103)-2780/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2- 1(81)-1995/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz hallarından görünür ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, məhəllə 558- 566, Hüseyn Cavid prospekti, 54D ünvanına dair iddiaçıya çıxarış verilməsinə dair məhkəmə qərarının ləğv olunmasına səbəb üçüncü şəxs X3 həmin qeyri-yaşayış sahəsini iddiaçıdan əvvəl, 2006-cı ildə "xxxx" MTK-dan almasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarına görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında hazırki İddiaçı X6 və "xxxx" MTK-ya qarşı “xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş vardır və həmin mülki işin icraatı məhkəmə tərəfindən dayandırılmışdır. Eləcə də, sözügedən qeyri-yaşayış sahəsinin həm İddiaçı, həm də X1 ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, bu epizodla bağlı X15 qarşı Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, X16 isə CM-in 313-cü maddəsi ilə ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir və hazırda da həmin cinayət işi məhkəmənin icraatındadır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin qanuni həlli üçün üçüncü şəxs X3 müqaviləsinin mötəbərliyinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda da sözügedən mülki və cinayət işlərində bu məsələyə baxılır və üçüncü şəxsin MTK ilə bağladığı müqavilənin həqiqi olub-olmaması yalnız həmin mülki və cinayət işləri ilə bağlı yekun məhkəmə aktı qəbul edildikdən sonra müəyyən edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Apellyasiya instansiya məhkəməsi isə göstərilən prosessual normanın tələblərinə zidd olaraq iş üzrə icraatın dayandırılması barədə iddiaçının vəsatətini heç bir səbəb göstərmədən rədd etmişdir. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin digər dəlili ilə razılşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qərarında qeyd olunan halları təkrarlamış, iddiaçının apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(103)-1335/2020 saylı qərardadı ilə iddiaçının vəkilinin vəsatəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər X6 və "xxxx" MTK-ya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X13 Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, X14 isə CM-in 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat başa çatana kimi hazırkı izibati işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2-1(103)-44/2022 saylı qərardadı ilə inzibati işin icraatı təzələnmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-68/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X6 və "xxxx" MTK-ya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı və "xxxx" MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə etibarsız hesab edilmiş və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9757/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-68/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər X6 və "xxxx" MTKya qarşı ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin olunmuş, cavabdehlər İddiaçı və "xxxx" MTK arasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(102)-3134/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-9757/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, hazırkı iş üzrə icraatın dayandırılması əsas olmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş iş üzrə məhkəmə hökmü çıxarılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-91/2020 saylı hökmünə əsasən təqsirləndirilən şəxslər X18, X19 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmışdır. Həmin hökmdən zərərçəkmiş şəxs LPO "xxxx" KB ASC-nin vəkili X17, məhkum olunmuş X13 müdafiəçisi X21, məhkum edilmiş şəxslər X18 və X19 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli, 1(103)-300/2021 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. İddiaçı ilə MTK arasında Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid pr., 54D ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 kv.metr olan qeyri-yaşayış sahəsinə dair pay müqaviləsi imzalanmışdır və həmin müqavilə üzrə əmlakın dəyəri olan ******* manat iddiaçı tərəfindən MTK-ya tam ödənilmişdir. Üçüncü şəxs X6 tərəfindən təqdim edilmiş 15 avqust 2006-cı il tarixli müqavilə və maliyyə arayışı əsasında müəyyən edilmişdir ki, 2010-cu il tarixində MTK tərəfindən iddiaçıya satılmış qeyri-yaşayış sahəsi, daha əvvəl 15 avqust 2006-cı il tarixində X2 və qeyri-yaşayış sahəsinin pay dəyəri ******* ABŞ dolları sonuncu tərəfindən tam ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********13 saylı imtina məktubundan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., 558- 566-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciət təmin edilməmişdir. Belə ki, ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi imtinaya əsas olan hal kimi qeyd edilmişdir. İddiaçı cavabdehlər X5 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə X6 arasında bağlanmış xx.xx.2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, X6 cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında xx.xx.2010-cu il tarixdə saxta tərtib edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər X5 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin olunmuş, cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqısatqısına dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Qərarda qeyd olunmuşdur ki, 15 oktyabr 2020-ci il tarixli hökmlə müəyyən olunmuşdur ki, MTK-nın təsisçilərindən biri və faktiki direktoru olan Azad Nağıyev 16 avqust 2006-cı il tarixli müqaviləyə əsasən mübahisəli qeyri-yaşayış sahəsini Məhəmməd Cahangirzadəyə 600000 ABŞ dollarına satmasına baxmayaraq 01 noyabr 2010-cu il tarixdə həmin qeyriyaşayış sahəsini təkrar İddiaçı satmaqla sonuncuya məxsus ******* manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmiş və eyni zamanda M.Gahangirzadənin aldığı əmlakdan sərbəst istifadə etmək hüququna və qanuni istifadəsinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hərəkətlərinə görə A.Nağıyev Azərbaycan Respublikası CM-nin 178-3.3,308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələrin bağlandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. M.Cahangirzadə qanunun göstərilən normasına əsasən mübahisəli əmlaka faktiki mülkiyyət hüququ əldə etməsinə baxmayaraq həmin əmlakın İddiaçı satılması Mülki Məcəllənin müddəalarına zidd olduğundan məhkəmə kollegiyası İddiaçı ilə bağlanmış müqaviləni Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlcə M.Cahangirzadəyə satılması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olduğundan, həmin hal işə baxan məhkəmə üçün məcburi olmuşdur. Göstərilən vəziyyətdə M.Cahangirzadə ilə bağlanmış müqavilənin etibarsız sayılması üçün əsaslar olmadığından İddiaçı iddiasının rədd edilməsi qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, iddiaçının iddiasının əsası olaraq istinad etdiyi "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqısatqısına dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınaraq, buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün əsas olmadığından, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin etibarsızlığı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunduğundan cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bütün hüquqi nəticələrin ləğvi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi, icra hərəkətinin yerinə yetirilməsi üçün əsas olmuş qərar ləğv edilənə qədər özgəninkiləşdirilmiş və hazırda iş üzrə tərəf olmayan X8 adına qeydiyyatdan keçmişdir. Odur ki, həmin qərar ləğv edilsə də, hazırkı icraat çərçivəsində onun icrasında dönüşün edilməsi yalnız iddiaçıya münasibətdə tətbiq edilə bilər. Hüquqi nəticələrin ləğvi iş üzrə tərəf olmayan şəxsə münasibətdə tətbiq edilə və onun adına aparılmış qeydiyyatın və bunun əsasında verilmiş müvafiq çıxarışın ləğvi üçün əsas ola bilməz. Yaranmış vəziyyət maraqlı şəxslərin hüquqlarına toxunursa, əvvəlki qeydiyyatın bərpasına yönəlmiş iddia ilə müvafiq məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 1995/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-44/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-44/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver