Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-44/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 6563/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-2002-ci illər ərzində müxtəlif vaxtlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi dövrlərin hər biri iddiaçının əmək kitabçasında qeyd olunmuşdur. 66 yaşı olduğundan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı AR ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqanın 01 aprel 2021-ci il tarixli, **********5 nömrəli cavab məktubunda iddiaçının ümumi iş stajının 25 ildən az olduğu göstərilmişdir. Əlavə olaraq xx.xx.1992-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi müəssisələrin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilmədiyi qeyd olunmuşdur. Sorğuya verilən cavabda 1972-1988-ci illər ərzində olan fəaliyyəti isə ümumiyyətlə nəzərə alınmamışdır. İddiaçı xx.xx.1972-ci il tarixində “İnşaat” şirkətində presçi kimi işə götürülmüş, xx.xx.1973-cü il tarixində texniki baxım şöbəsinə keçirilmiş, xx.xx.1973-cü il tarixində isə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1973-cü il tarixində P/Kalona 2708 BAK PATO 3-cü dərəcəli sürücü kimi təyin edilmiş, xx.xx.1974cü il tarixində işdəna zad olunmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. 14 mart 1977-ci il tarixində Şamxor rayon Geofizika sahəsinə 3-cü dərəcəli sürücü kimi qəbul olunmuş, 28 mart 1977-ci il tarixində rayonlara sahələrə göndərilmiş, 31 dekabr 1977-ci il tarixində işdən azad olunmuşdur. 09 mart 1978-ci il tarixində Şamxor rayon geofizika partiyasına üçüncü sinif sürücü kimi təyin olunmuş, 01 avqust 1978-ci il tarixində ikinci dərəcəli sürücülüyə keçirilmiş, xx.xx.1978-ci il tarixində işdən azad olunmuşdur. 14 mart 1979-cu il tarixində iş sahədə işləmək üçün Şamxor rayon geofizika partiyasına 2-ci dərəcəli sürücü təyin olunmuş, xx.xx.1980-ci il tarixində sahədə iş bitdiyi üçün işdən azad olunmuşdur. 01 mart 1980-ci ildə yenidən Şamxor rayon geofizika partiyasına 2-ci dərəcəli sürücü kimi işə qəbul olunmuş, 16 yanvar 1981-ci il tarixində işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixində Şamxor rayon geofizika partiyasına 2-ci dərəcəli sürücü kimi işə qəbul olunmuş, 01 yanvar 1983-cü ildə 3-cü dərəcəli avtoçilingər kimi, 01 mart 1983-cü ildə yenidən sürücü kimi təyin edilmiş, 01 may 1983-cü ildə qazma işləri üçün 2-ci dərəcəli sürücü təyin edilmiş, 01 oktyabr 1983-cü ildə isə 3-cü dərəcəli avtoçilingər işinə keçirilmişdir. 15 dekabr 1987-ci il tarixinə qədər həmin müəssisədə müzxtəlif vəzifələrdə çalışmışdır. Qeyd edilən tarixdə işdən azad edilmişdir. 22 dekabr 1987-ci il tarixində maşın təsərrüfatı ekspedisyasına 2-ci dərəcəli sürücü kimi qəbul edilmişdir. xx.xx.1988-ci il tarixində ixtisar nəticəsində işdən azad olunmuşdur. xx.xx.1988-ci il tarixində Şamxor rayon geofizika sahəsində sürücü kimi təyin olunmuş, xx.xx.1988-ci ildə sahədə işlər yekunlaşdığından işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixində Şamxor rayon geofizika sahəsində sürücü kimi təyin olunmuş, xx.xx.1989-cu il tarixində mövsumu işlərin yekunlaşması ilə əlaqədar işdən azad olunmuşdur. 28 mart 1990-cı ildə Mərkəzi İdarəyə sürücü təyin olunmuş, 09 yanvar 1992ci ildə işdən azad edilmişdir. 22 yanvar 1992-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində 3-cü dərəcəli sürücü kimi təyin olunmuş, 30 sentyabr 1988-ci il tarixində işdən azad olunmuşdur. xx.xx.1999-cu il tarixində "xxxx" X1 3-cü dərəcəli sürücü kimi işə qəbul edilmiş, 2006-cı ildə isə öz xahişi ilə işdən azad olunmuşdur. Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, İddiaçı xx xxxx 1955-ci ildə andan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda – 03 yanvar 2020-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq filial tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda iddiaçının “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından imtina cavabı verilmişdir. İddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilmiş xx.xx.1988-ci il tarixində tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçasına əsasən M.Verdiyevin ümumi iş stajı xx.xx.2006-cı il tarixinə kimi 18 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək sizin fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin imtina cavabında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövlər sığorta stajına daxil edilməmişdir. Beləliklə təqdim edilən sənədlərə əsasən iddiaçının sığorta stajı 18 il təşkil edir. Bu müddət də ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” AR qanununun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajı müddətindən azdır. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6563/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6563/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş, xx.xx.1974-cü il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasına haqqında” məktuba əsasən bildirilmişdir ki, təqdim edilən xx.xx.1988-ci il tarixində tərtib edilmiş İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixinə kimi 18 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yaranan tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 avqust 2021-ci il tarixli, **********984900 nömrəli Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı məktuba əsasən bildirilmişdir ki, idarədə olan reyestrə əsasən “X2” ASC xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış və hüquqi varislik barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 iyul 2021-ci il tarixli, 05/10xx-xx-1885 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı məktuba əsasən, İddiaçı əmək fəaliyyəti ilə bağlı Nazirliyin arxivində sənədlər aşkar edilmədiyindən bu barədə müvafiq məlumatın verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 27 iyul 2021-ci il tarixli, 4/1413 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı məktuba əsasən, sorğuda qeyd olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. Qanuna əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinın 17 nömrəli, 11 dekabr 2017ci il tarixli qərarı ilə təsdiq edilmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.-ci bəndinə əsasən,sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. İnzibati icraat zamanı cavabdeh inzibati orqanın əldə etdiyi sübutlara- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 avqust 2021-ci il tarixli, **********984900 nömrəli, Kənd Təsərrüfatı Nazirliyinin 30 iyul 2021-ci il tarixli, 05/10- xx-xx-1885 nömrəli, Milli Arxiv İdarəsinin 27 iyul 2021-ci il tarixli, 4/1413 nömrəli məktublarında əks olunmuş məlumatlara- əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək dövrlərdə işləməsi təsdiq edilməmişdir. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 14 mart 2022-ci il tarixli MİHO/12-2-2022- 1422 saylı məhkəməyə ünvanladığı məktubda bildirilmişdir ki, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 4 nömrəli X3 sənədləri mühafizə olunmaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin arxivinə verilmədiyindən Nazirliyin arxivində vətəndaş İddiaçı əmək fəaliyyəti ilə bağlı sənədlər aşkar edilməmişdir, bu səbəbdən də müvafiq məlumatların təqdim edilməsi imkan xaricindədir. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 05 mart 2022-ci il tarixli, **********061200 nömrəli məhkəməyə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, idarədə olan reyestrə əsasən “X2” ASC xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və eyni tarixli nizamnaməsinə əsasən “X2” ASC X2 Müəssisəsinin çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir. Bununla yanaşı, apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********79 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli, 398 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrotexservis” Respublika İstehsalat Birliyinin "xxxx" İxtisaslaşdırılmış Nəqliyyat müəssisəsinin bazasında “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda, Xidmətin arxivində olan “X2” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilmə planında (emissiya prospektində) əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. “X2” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) əmək kollektivinin siyahısında İddiaçı adının olmaması xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi dövrə dair həmin əmək kitabçasındakı qeydlərin mötəbər olmadığına dəlalət edir. Beləliklə, İddiaçı "xxxx" X1 xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək işləməsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyil. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən azdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi ilə bağlı isə qeyd edilməlidir ki, 2006-cı il tarixdən sonra iddiaçının hər hansı vəzifədə çalışması iş materiallarında olan sənədlər ilə müəyyən olunmamışdır, odur ki, imtina məktubunda qeyd edildiyi kimi xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapmadığından, o cümlədən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddiaçının tələbi əsassızdır, odur ki, rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6563/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-44/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-44/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver