Məhkəmə qərarları › İş №2-1(103)-44/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-44/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-44/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********492900 nömrəli 30 iyun 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində aprel 2022-ci il üzrə əlavə dəyər vergisi 47018.95 manat hesablanmışdır.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********131700 nömrəli 12 avqust 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində may 2022-ci il üzrə əlavə dəyər vergisi 19385.15 manat hesablanmışdır.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********560300 nömrəli 20 sentyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində iyul 2022-ci il üzrə əlavə dəyər vergisi 49626.53 manat hesablanmışdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********542200 nömrəli 24 sentyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********492900 və xx.xx.2022-ci il tarixli **********131700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmənin 2-1(112)-1752/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 iyul 2023-cü il tarixli 9/3777 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən 30 iyun 2022- ci il tarixli, **********492900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 12 avqust 2022-ci il tarixli, **********131700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin may ayı üzrə 19385,15 manat məbləğində ƏDV-nin və 20 sentyabr 2022-ci il tarixli, **********560300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin iyul ayı üzrə 49.626,53 manat məbləğində ƏDV-nin Vergi Məcəlləsinin 12-ci maddəsində göstərilən verginin müəyyən edilməsi üçün nəzərdə tutulmuş bir neçə vergitutma elementlərinin tələblərinə və həmin məcəllənin yuxarıda qeyd edilən digər maddələrində göstərilən tələblərinə uyğun olmamışdır. Yəni vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 2022-ci ilin iyul ayı üzrə 49626,53 manat məbləğində ƏDV-nin və 2022-ci ilin may ayı 19385.15 manat məbləğində ƏDV- nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.

6. Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının 2-1(103)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçın təsərrüfat subyektindəki nəzarət kassa aparatlarına əsasən vergi ödəyıcısinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə apardığı nağd satış əməliyyatlarına əsasən ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyələr ilə nəzarət kassa aparatlarının aylar üzrə göstəriciləri arasında kənarlaşmanın olması müəyyən olunurmu (müəyyən olunursa ayrı-ayrılıqda göstərilsin.) sualı qoyulmuşdur.

7. Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 noyabr 2024-cü il tarixli, 9/3947 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa) sənədi ilə ƏDV bəyannamələrinin müqayisəsinə əsasən iddiaçının təsərrüfat subyektindəki nəzarət kassa aparatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən 31 05.2022-ci il tarixədək olan dövr üzrə apardığı nağd satış əməliyyatlarına əsasən ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyə üzrə nəzarət kassa aparatlarının aylar üzrə göstəriciləri arasında kənarlaşma aşağıdakı kimi müəyyən olunur. O cümlədən: 2021 Aprel - ƏDV-siz kassa ödənişi -0,00, Bəyannamələr -262,34, Fərqlər +262,34 2021 May- ƏDV-siz kassa ödənişi -0,00, Bəyannamələr -0,00 Fərqlər -0,00 2021 İyun-ƏDV-siz kassa ödənişi -0,00, Bəyannamələr -91,61, Fərqlər +91,61 2021 iyul -ƏDV-siz kassa ödənişi- 0,00, Bəyannamələr-262,37, Fərqlər +262,37 2021Avqust-ƏDV-siz kassa ödənişi-71872,94, Bəyannamələr-69615,38, Fərqlər- 2257,56. 2021Sentyabr-ƏDV-siz kassa ödənişi-82113,94,Bəyannamələr-68876,78, Fərqlər - 13237,16. 2021Oktyabr-ƏDV-siz kassa ödənişi-143891,11, Bəyannamələr-123146,31, Fərqlər - 20744,80. 2021Noyabr-ƏDV-siz kassa ödənişi-141039,35, Bəyannamələr-128345,50, Fərqlər - 12693,85. 2021Dekabr -ƏDV-siz kassa ödənişi-132418,70, Bəyannamələr-175409,85, Fərqlər +42991,15. 2022 Yanvar- ƏDV-siz kassa ödənişi-141985,61, Bəyannamələr-28859,33, Fərqlər - 113126,28 2022 Fevral - ƏDV-siz kassa ödənişi-143957,03, Bəyannamələr-246,63, Fərqlər - 143710,40. 2022 Mart- ƏDV-siz kassa ödənişi-1708.34,20, Bəyannamələr-171620,17, Fərqlər+785,97 2022 Aprel--ƏDV-siz kassa ödənişi-159954,36, Bəyannamələr-159954,33, Fərqlər- 0,03 2022 May ƏDV-siz kassa ödənişi-99403,31, Bəyannamələr-72.818,72, Fərqlər- 26584,59

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin aprel 2022-ci il ƏDV dövrü üzrə 30 iyun 2022-ci il tarixli, **********492900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq bildirirlər ki, aprel 2022-ci il ƏDV dövrü üzrə 30 iyun 2022-ci il tarixli, **********492900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 47.018,95 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzlq məktublarına tərəfimizdən aşağıdakı kimi cavablar təqdim edilmişdir: tərəflərindən xx.xx.2022-ci il tarixli **********599800 nömrəli məktubunda qeyd olunan uyğunsuzluqlar araşdırılmış və tərəflərindən 2022-ci il mart ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixli **********739600 nömrəli məktubda qeyd olunan uyğunsuzluqlar araşdırılmış və tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göndərilmişdir. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarlarla razılaşmırlar və hesab edirlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərarlar ləğv olunmalıdır. Cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli **********739600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”na cavab olaraq bildirilmişdir ki, tərəflərindən məktubda qeyd olunan uyğunsuzluqlar araşdırılmış və tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göndərilmişdir. Vergi orqanına təqdim edilən ƏDV bəyənnamələri əsasında cavabdeh vergi orqanı tərəfindən göndərilən uyğunsuzlarda qeyd olunan vergi orqanının məlumat bazasındakı NKA vasitəsilə müəyyən edilmiş pərəkəndə satış məbləğləri hər ay vergi orqanına təqdim edilmiş və qəbul olunmuşdur. Buna baxmayaraq, aprel ayı üzrə pərakəndə satış məbləğləri arasında kənarlaşma aşkar olunmuş və əlavə 47.018,95 manat kameral hesablama aparılmışdır. Yaranmış uyğunsuzluq tamamilə əsassızdır. Lakin, vergi orqanı müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar, cavabdehə dəfələrlə müraciət etmişlər. Lakin, müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdikləri xüsusatlara əsasən razılaşmırlar və hesab edirlər ki, qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır

10. Sonuncu dəfə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin 30 iyun 2022-ci il tarixli **********492900 saylı, 12 avqust 2022-ci il tarixli **********131700 saylı və 20 sentyabr 2022-ci il tarixli **********560300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə məhkəmənin 2-1(112)-10812/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 212509 87 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə iddiaçının təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3 +3 01.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 47232.61 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********038200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsi üzrə 47018,95 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********492900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Eyni zamanda bildirirlər ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.

12. Sonradan cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsinə əlavə təqdim edilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2019cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2021-ci il tarixdən ƏDVnin məqsədləri üçün könüllü qeydiyyata alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkarın xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında ümumi sahəsi 80 kv.m. olan "3 Qardaş marketi" adlı təsərrüfat subyektinin vergi orqanında **********-20001 kod ilə qeydiyyata alındığı, **********- 20001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində “X4" markalı, SA**********102020 və SA**********102020 zavod nömrəli nəzarət kassa aparatlarının qeydiyyata olduğu, xx.xx.2021-ci il tarixdən **********-20001 kodlu təsərrüfat subyektində “X5 Box” markalı, AFB********** və AFB********** zavod nömrəli nəzarət kassa aparatlarının qeydiyyata qoyulduğu müəyyən edilmişdir. Bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2022 dövrü ərzində vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən cəmi ƏDV məbləğinin 212509,87 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi ƏDVbəyannamələrin(301. 1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301. 1.2 .5+301 1.2.6+301.1 2.7+301.1.2.8+301 1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 47232.61 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********038200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 47018.95 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022ci il tarixli **********492900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020- xx.xx.2022 dövrü ərzində vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən cəmi ƏDV məbləğinin 225617,24 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi ƏDV bəyannamələrin(301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301. 1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 60339,98 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********246000 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 19385.15 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022ci il tarixli **********131700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020- xx.xx.2022 dövrü ərzində vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən cəmi ƏDV məbləğinin 294673,00 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi ƏDV bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3 +3 01.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 244819,00 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 49854,00 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********180100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-cİ ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 49626,53 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022ci il tarixli **********560300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Beləliklə, fərdi sahibkarın təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən onlayn nəzarət kassa aparatlarının quraşdırıldığını, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aparılmış nağd satış əməliyyatlarına əsasən ƏDV tutulan dövriyyəsinin 1605064,32 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 244836,03 manat olmasına baxmayaraq, bu dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV tutulan əməliyyatların həcminin 1169719,94 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 178431,86 bəyan edildiyini, fərdi sahibkarın müraciəti əsasında xx.xx.2022- xx.xx.2022-ci il tarixədək olan dövr üzrə nəzarət kassa aparatının məlumatlarının kargüzarlıq vasitəsi ilə vergi ödəyicisinə təqdim edildiyini, təqdim edilmiş məlumatlar ilə fərdi sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyələr arasında kənarlaşmanın olmasına baxmayaraq bununla bağlı vergi ödəyicisi tərəfindən hər hansı məlumat və izahatın təqdim etməmişdir. Eyni zamanda araşdırma zamanı fərdi sahibkarın **********-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatlarının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə göstəricilərinin ƏDV daxil 1605064,32 manat (ƏDV-si 244836,03 manat) olduğu, lakin fərdi sahibkar tərəfindən bu dövr üzrə təqdim edilmiş cari və ya dəqiqləşdirilmiş ƏDV bəyannamələrində ƏDV daxil dövriyyə məbləğinin 1169719,94 manat (ƏDV-si 178431,86) bəyan edildiyi, bununla da 66404,17 manat ƏDV məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir. Onuda qeyd edirlər ki, vergi ödəyicisi 2022-ci İlin aprel və may ayları üçün hesablanmış vergi məbləğləri ilə bağlı İnzibati qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayət etmiş, şikayətin nəticəsi olaraq 24 sentyabr 2022-ci il tarixli **********542200 nömrəli İnzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən qərarların düzgünlüyünün yoxlanılması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3777 nömrəli 17 iyul 2023cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 2022-ci ilin iyul ayı üzrə 49626,53 manat məbləğində ƏDV-nin və 2022-ci ilin may ayı 19385.15 manat məbləğində ƏDV-nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.

15. Məhkəmə həmin ekspert rəyini mötəbər sübut qismində qəbul edir. Belə ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, fərdi sahibkarın təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən onlayn nəzarət kassa aparatlarının quraşdırıldığını, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aparılmış nağd satış əməliyyatlarına əsasən ƏDV tutulan dövriyyəsinin 1605064,32 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 244836,03 manat olmasına baxmayaraq, bu dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV tutulan əməliyyatların həcminin 1169719,94 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 178431,86 bəyan edildiyini, fərdi sahibkarın müraciəti əsasında xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan dövr üzrə nəzarət kassa aparatının məlumatlarının kargüzarlıq vasitəsi ilə vergi ödəyicisinə təqdim edildiyini, təqdim edilmiş məlumatlar ilə fərdi sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyələr arasında kənarlaşmanın olmasına baxmayaraq bununla bağlı vergi ödəyicisi tərəfindən hər hansı məlumat və izahatın təqdim etməmişdir. Eyni zamanda araşdırma zamanı fərdi sahibkarın **********-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatlarının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə göstəricilərinin ƏDV daxil 1605064,32 manat (ƏDV-si 244836,03 manat) olduğu, lakin fərdi sahibkar tərəfindən bu dövr üzrə təqdim edilmiş cari və ya dəqiqləşdirilmiş ƏDV bəyannamələrində ƏDV daxil dövriyyə məbləğinin 1169719,94 manat (ƏDV-si 178431,86) bəyan edildiyi, bununla da 66404,17 manat ƏDV məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir. Uçot baza məlumatlarının araşdırılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixdə **********517800 nömrəli məktuba cavab olaraq xx.xx.2022xx.xx.2022-ci il tarixədək olan dövr üzrə vergi orqanının uçot-baza məlumatlarında olan nəzarət kassa aparatının günlər üzrə yekun dövriyyəsi əks olunmaqla məlumatlar xx.xx.2022-ci il tarixli **********954300 nömrəli məktubla fərdi sahibkara göndərilmişdir. Təqdim edilmiş məlumatların araşdırılması zamanı fərdi sahibkarın xx.xx.2022xx.xx.2022-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergi cəlb edilən dövriyyələrlə ilə nəzarət kassa aparatının aylar üzrə göstəriciləinin arasında fərqin olmasına, göndərilmiş açıqlama məktubunun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmasına baxmayaraq 2022-ci ilin yanvar-may ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələr təqdim edilmədiyi və mövcud kənarlaşmaların aradan qaldırılmadığı müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkarın təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən onlayn nəzarət kassa aparatlarının quraşdırıldığını, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aparılmış nağd satış əməliyyatlarına əsasən ƏDV tutulan dövriyyəsinin 1605064,32 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 244836,03 manat olmasına baxmayaraq, bu dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV tutulan əməliyyatların həcminin 1169719,94 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 178431,86 bəyan edildiyini, fərdi sahibkarın müraciəti əsasında xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan dövr üzrə nəzarət kassa aparatının məlumatlarının kargüzarlıq vasitəsi ilə vergi ödəyicisinə təqdim edildiyini, təqdim edilmiş məlumatlar ilə fərdi sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyələr arasında kənarlaşmanın olmasına baxmayaraq bununla bağlı vergi ödəyicisi tərəfindən hər hansı məlumat və izahat təqdim edilməmişdir. Həmçinin məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3777 saylı ekspert rəyinə istinad edərək qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallarla əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz əksini tapmışdır.Ekspert cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazı köçürərək hesablanmış vergilərin düzgün olmadığı qənaətə gəlmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı mülahizə daxil olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23-cü maddəsi (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... 37-ci maddəsinə əsasəən (kameral vergi yoxlaması): 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrəməlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:

27. Hazırki işin hallarından müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 212509 87 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə iddiaçının təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3 +301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 47232.61 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********038200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisinin məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahatı, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən iddiaçıya kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsi üzrə 47018,95 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə iddiaçıya xx.xx.2022-ci il tarixli **********492900 nömrəli qərar göndərilmişdir. Sonradan iddiaçı barədə 2022-ci ilin may ayı üçün ƏDV məbləği üzrə xx.xx.2022-ci il tarixli **********131700 nömrəli və 2022-ci ilin iyul ayı üçün ƏDV məbləği üzrə xx.xx.2022-ci il tarixli **********560300 nömrəli qərarlar da, qəbul edilmişdir.

28. Sözügedən qərarların düzgünlüyünün yoxlanılması məqsədilə 1-ci instansiya məhkəməsində icraat zamanı iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3777 nömrəli 17 iyul 2023cü il tarixli ekspert rəyinə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 2022-ci ilin iyul ayı üzrə 49626,53 manat məbləğində ƏDV-nin və 2022-ci ilin may ayı 19385.15 manat məbləğində ƏDV-nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.

29. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3777 saylı ekspert rəyinə istinad edərək qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallarla əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz əksini tapmışdır.Ekspert cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazı köçürərək hesablanmış vergilərin düzgün olmadığı qənaətə gəlmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının 2-1(103)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının təsərrüfat subyektindəki nəzarət kassa aparatlarına əsasən vergi ödəyıcısinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə apardığı nağd satış əməliyyatlarına əsasən ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyələr ilə nəzarət kassa aparatlarının aylar üzrə göstəriciləri arasında kənarlaşmanın olması müəyyən olunurmu (müəyyən olunursa ayrı-ayrılıqda göstərilsin.) sualı qoyulmuşdur.

31. Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 noyabr 2024-cü il tarixli, 9/3947 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa) sənədi ilə ƏDV bəyannamələrinin müqayisəsinə əsasən iddiaçının təsərrüfat subyektindəki nəzarət kassa aparatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən 31 05.2022-ci il tarixədək olan dövr üzrə apardığı nağd satış əməliyyatlarına əsasən ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyə iddiaçının nəzarət kassa aparatlarının aylar üzrə göstəriciləri arasında kənarlaşma aşağıdakı kimi müəyyən olunur. O cümlədən: 2021 Aprel - ƏDV-siz kassa ödənişi -0,00, Bəyannamələr -262,34, Fərqlər +262,34 2021 May- ƏDV-siz kassa ödənişi -0,00, Bəyannamələr -0,00 Fərqlər -0,00 2021 İyun-ƏDV-siz kassa ödənişi -0,00, Bəyannamələr -91,61, Fərqlər +91,61 2021 iyul -ƏDV-siz kassa ödənişi- 0,00, Bəyannamələr-262,37, Fərqlər +262,37 2021Avqust-ƏDV-siz kassa ödənişi-71872,94, Bəyannamələr-69615,38, Fərqlər- 2257,56. 2021Sentyabr-ƏDV-siz kassa ödənişi-82113,94,Bəyannamələr-68876,78, Fərqlər - 13237,16. 2021Oktyabr-ƏDV-siz kassa ödənişi-143891,11, Bəyannamələr-123146,31, Fərqlər - 20744,80. 2021Noyabr-ƏDV-siz kassa ödənişi-141039,35, Bəyannamələr-128345,50, Fərqlər - 12693,85. 2021Dekabr -ƏDV-siz kassa ödənişi-132418,70, Bəyannamələr-175409,85, Fərqlər +42991,15. 2022 Yanvar- ƏDV-siz kassa ödənişi-141985,61, Bəyannamələr-28859,33, Fərqlər - 113126,28 2022 Fevral - ƏDV-siz kassa ödənişi-143957,03, Bəyannamələr-246,63, Fərqlər - 143710,40. 2022 Mart- ƏDV-siz kassa ödənişi-1708.34,20, Bəyannamələr-171620,17, Fərqlər+785,97 2022 Aprel--ƏDV-siz kassa ödənişi-159954,36, Bəyannamələr-159954,33, Fərqlər- 0,03 2022 May ƏDV-siz kassa ödənişi-99403,31, Bəyannamələr-72.818,72, Fərqlər- 26584,59

32. Məhkəmə həmin ekspert rəyini mötəbər sübut qismində qəbul edir. Belə ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapmışdır.(İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən.)

33. Beləliklə, ekspert rəyinə əsasən rəyin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 26 noyabr 2024-cü il tarixli, 9/3947 saylı ekspert rəyinin nəticə hissəsi üzrə müəyyən edilir ki, mübahisələndirilən 3 hesabat ayının 2-si əhatə edilib, digəri isə ümumiyyətlə apellyasiya şikayətində qeyd edilmədiyi üçün, ekspertiza mərkəzinə bu barədə sual qoyulmamışdır. Əhatə edilən 2022-ci il aprel ayı üzrə rəyin nəticə hissəsinə əsasən 0.03 manat, may 2022-ci il üzrə isə dövriyyə fərqi 26584.59 manat olduğu göstərilmişdir.

34. Buradan belə aydın olur ki, 2022 aprel ayı üzrə vergi yayınması (0.03 manat) yuvarlaq götürülərsə müəyyən edilmir, 2022 may ayı üzrə 4785,23 manat (26 584, 59 *18% = 4785,23) ƏDV məbləği təşkil etmişdir. Beləliklə ekspert rəyi ilə də göründüyü kimi 2022-ci il aprel ayı üzrə 47018.95 manat ƏDV hesablaması, 2022 may ayı üzrə kameral hesablama qərarında göstərilmiş 19 385,15 manat ƏDV məbləği müəyyən edilməmişdir. İyul 2022-ci il üzrə isə apellyasiya şikayətinin dəlillərində göstərilmədiyi üçün ümumiyyətlə 2-ci ekspertiza üçün bu barədə sual qoyulmamışdır.

35. Lakin, 1-ci ekspertiza zamanı, iş Bakı İnzibati Məhkəməsinin icraatında olarkən 2- 1(112)-1752/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 iyul 2023-cü il tarixli 9/3777 nömrəli ekspert rəyi ilə 30 iyun 2022-ci il tarixli, **********492900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2022-ci ilin aprel ayı üzrə hesablanmış 47018,95 manat məbləğində ƏDV-nin, 12 avqust 2022-ci il tarixli, **********131700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin may ayı üzrə 19385,15 manat məbləğində ƏDV-nin və 20 sentyabr 2022-ci il tarixli, **********560300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin iyul ayı üzrə 49.626,53 manat məbləğində ƏDV-nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.”

36. Vergi Məcəlləsinin: 94.0.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.

37. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

38. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. cavabdehin etirazında və apellyasiya şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar