Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4400/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı MMC-nin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar üçün yaradılmış məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı MMC-nin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar aparılan zaman yaradılmış bütün məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizliyin cavabdeh Dövlət Vergi Xidmətinə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabında müəyyən problemlər yaranmışdır. Naməlum səbəbdən Cəmiyyətin ƏDV depozit hesabı üzərindən əməliyyatların aparılması məhdudlaşdırılmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi problemin hansı səbəbdən olmasını araşdırmağa çalışmasına baxmayaraq, vergi orqanlarından əsaslandırılmış məlumat ala bilməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinə, Dövlət Vergi Xidmətinin Idxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsinə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə sorğu verilmişdir. X2 Xidmətinin Idxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən cavab verilsə də, Dövlət Vergi Xidməti tərəfindən heç bir cavab verilməmişdir. Bundan sonra Bakı Inzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasında tərəflərin mütəxəssislərinin iştirakı ilə iddiaçının əməliyyatlarının həyata keçirilməsinə mane olan səbəbin müəyyən edilməsi üçün əyani olaraq bir əməliyyat icra edilmiş və bununla da heç bir məhdudiyyətin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmədən mübahisənin olmamasını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə işə xitam verilmişdir. Hətta elə məhkəmə iclasında bir neçə əməliyyat aparmışlar və pullar hesaba köçürülmüşdür, lakin elə bir əməliyyatı məhkəmənin gözünün qarşısında edə bilmişlər. Bu günədək hesab və əməliyyatları aparmaq mümkün deyil. Yenidən eyni problemlə Dövlət Vergi Xidmətinə, Cavabdeh Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsinə və Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinə müraciət etmişlər. Hər üç idarə qeyd olunan məsələ ilə əlaqədar olaraq vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanının nəzərdə tutulmadığını bildirir. Iddiaçı artıq buna inanmır. «Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ##.##.2007-ci il tarxli qərarının 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; - dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; -ƏDV sub-uçot hesablarına. Bakı Inzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli ilə iddia təmin edilmiş, İddiaçı MMC-nin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar aparılan zaman yaradılmış bütün məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizlik Dövlət Vergi Xidmətinə qadağan edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ƏDV depozit hesabında olan mövcud maneələrin aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir maneənin mövcudluğunu, eləcə də bu maneənin vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin iddia olunan maneə ilə bağlı vergi orqanının hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə qərarının əsaslandırılmasındakı mövqeyə görə, iş materiallarından müəyyən edilir ki, iddiaçının subuçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, elektron xidməti üzrə əməliyyatlara dair çıxarışlardan ƏDV köçürmə əməliyyatının uğurla icra edilmədiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir. Məhkəmənin qeyd olunan əsaslandırması ilə əlaqədar bildirilir ki, məhkəmə iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatların vergi orqanları tərəfindən tam təmin edilməməsinin davamlı xarakter daşıdığını hansı qaydada müəyyən etdiyini və məhdudiyyətin nədən ibarət olduğunu açıqlamamış, həmin məhdudiyyətin məhz cavabdehin hansı hərəkətləri və ya hərəkətsizliyinin nəticəsində yaranmasına dair heç bir əsaslandırma aparmamışdır. Başqa sözlə, məhkəmə xüsusi bilik tələb edən sahə üzrə müvafiq məhkəmə ekspertizasını təyin etmədən subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Iddiaçının ərizəsində qeyd olunan “ƏDV sub-hesabına əməliyyatların aparılmasında yaradılmış məhdudiyyət” ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı hərəkətlər edilməmiş, bu barədə hər hansı inzibati akt qəbul edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan məsələlərə aydınlıq gətirmədən, dəlilləri tam və hərtərəfli araşdırmadan iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi iş üzrə əsassız və qanunsuz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələbini araşdırmadan yalnız iddiaçının subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. Iddiaçı öz iddia ərizəsini öhdəliyin icrası haqqında iddia növünə aid etmişdir. Belə ki, Inzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin iddiaçı öz iddia ərizəsində məhz cavabdeh Dövlət Vergi Xidməti tərəfindən onun qanunla qorunan hansı hüquqlarının və ya maraqlarının pozulduğunu, hansı nəticəyə gətirib çıxardığını aydın ifadə etməmişdir. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğunu göstərir ki, bu da iddianın mümkün sayılmaması üçün əsasdır. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində göstərilmiş inzibati orqanın iddiaçının hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verdiyi hallar aydın ifadə edilməli, həmin hərəkətlərə dair sübutlar təqdim edilməli və iddia əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi öz qərarında qanunvericiliyin müvafiq normalarının tətbiqi məsələsinə hər hansı hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir və məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı MMC-nin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar aparılan zaman iddia tələbində qeyd olunan bütün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə yuxarıda adıçəkilən Qaydalarla tənzimlənir. Istər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Iş materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır. Iş materiallarında olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır. Iş materiallarında olan Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ƏDV sub-uçot hesabında üçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatların aparılması Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir. Bu Qaydalarda, Vergi Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında Dövlət Vergi Xidmətinin ƏDV sub-uçot hesabına hər hansı məhdudiyyət tətbiq edilməsi səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.40. ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. 175.8. ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»: 1.2. Əlavə dəyər vergisinin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X9 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. 1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsində başqa hal nəzərdə tutulmadıqda ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına və ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. 3.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür: - əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün; - vergi ödəyicisinin rəsmi müraciətinə əsasən. 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; – dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; - ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “HYPERLINK "http://e-qanun.az/framework/5916" \o "Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli 602-IIQ nömrəli Qanunu"Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/13127" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il ## ###### tarixli ** nömrəli qərarı"2006-cı il ## ###### tarixli ** nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan Internet Vergi Idarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə Internet Vergi Idarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. 4.3-1. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər: 4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri; 4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər). 4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən Internet Vergi Idarəsində yaradılmış “Səlahiyyətlərin idarə edilməsi” menyusundan istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir. 4.4. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər. 4.5. Ödəniş tapşırığında satıcının VÖEN-i düzgün göstərilmədiyi halda alıcı Internet vergi idarəsinə daxil olaraq, ƏDV-nin “naməlum sub-uçot hesabı” ndan satıcıya ünvanlanan vəsaitləri onun VÖEN-i göstərməklə köçürmə əməliyyatları aparmalıdır. Ödəniş tapşırığının “B2. Vəsaiti alan” bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda və vəsaiti ödəyən ƏDV qeydiyyatında olmadıqda, həmin vəsait ƏDV-nin “naməlum sub-uçot hesabı”na mədaxil edilməklə dövlət büdcəsinə köçürülür və həmin məbləğ vəsaiti ödəyən vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir. Işin hallarından müəyyən olunur ki, iddiaçı onun ƏDV depozit hesabında problem yarandığı, müvafiq əməliyyatların aparılmasının mümkün olmadığı, bu səbəbdən də hazırda faktiki olaraq müəssisənin fəaliyyəti üçün yaranmış problemin aradan qaldırılması məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublarda həm Vergi Məcəlləsində, həm yuxarıda qeyd olunan Qaydalarda, həm də Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında Dövlət Vergi Xidmətinin ƏDV sub-uçot hesabına hər hansı məhdudiyyət tətbiq edilməsi səlahiyyətinin müəyyən edilmədiyi, aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır, ƏDV sub-uçot hesabı isə DVX-də açılmış uçot vərəqələridir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı gücləndirilmiş elektron imza vasitəsilə cavabdehin rəsmi internet səhifəsi olan Internet Vergi Idarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə Internet Vergi Idarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2011-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının “Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” ## ###### 2012-ci il tarixli **************** saylı Qərarının 1-ci bəndinə əsasən Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilmişdir. 1.1. “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (* nömrəli əlavə); 1.2. “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament (* nömrəli əlavə); 1.3. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament (* nömrəli əlavə). Məhkəmə kollegiyası qeyd edir ki, ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə cavabdeh məsuliyyəti daşıyır. ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab-fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, elektron xidməti üzrə əməliyyatlara dair çıxarışlardan ƏDV köçürmə əməliyyatının uğurla icra edilmədiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı bildirilsə də, “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti vasitəsi ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparılması təmin edilməmişdir. Halbuki cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli sayıla bilməz, həmin müraciətdən sonra cavabdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının vergi borcunun olması, onun barəsində əlavə vergi məbləğinin hesablanması ilə əlaqədar qərarın qəbul edilməsi, eləcə də iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi halları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi əyani şəkildə vergi ödəyicisinin cavabdehin Internet Vergi Idarəsi Portalı vasitəsilə yaradılmış elektron xidmətdən iddiaçının istifadə edə bilməməsini nümayiş etdirmiş, ƏDV köçürmə əməliyyatlarını icra etmək üçün bütün zəruri hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmişdir. Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında cavabdeh tərəfindən vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyət qoyulmasının hüquqi əsasları ümumiyyətlə nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı bildirilsə də, qeyd olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi və müəyyən edilmiş bu nasazlığın səbəblərini açıqlaya bilmədi. Beləliklə, cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarında «İddiaçı MMCnin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar aparılan zaman yaradılmış bütün məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizlik Dövlət Vergi Xidmətinə qadağan edilsin» kimi qeyd edilmişdir. Qeyd olunan nəticə düzgün olsa da, ifadə formasında «…məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizlik Dövlət Vergi Xidmətinə qadağan edilsin» əvəzinə «…məhdudiyyətin aradan qaldırılması öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun» kimi qeyd olunması iddiaçının hüquqi marağına və mübahisənin mahiyyətinə uyğun hesab edilir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarı, qərara aldı hissədə «…məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizlik Dövlət Vergi Xidmətinə qadağan edilsin» ifadəsi «…məhdudiyyətin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun» ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı, qərara aldı hissədə «…məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizlik Dövlət Vergi Xidmətinə qadağan edilsin» ifadəsi «…məhdudiyyətin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun» ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4400/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4400/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver