Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4401/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 , Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-3432/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 530-VİQD saylı Qanununa əsasən bu qanun qanuni qüvvəyə mindiyi gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 01 avqust 1979-cu il tarixdə Bakı şəhərində yerləşən 2 saylı “Bakı ayyaqqabı fabrikinin 1 saylı sexində 3-cü dərəcəli fəhlə işləməklə başlamışdır. Müxtəlif vəzifələrdə və peşələrdə işləmişdir. Belə ki, xx.xx.1979 - xx.xx.1979cu illərdə Bakı şəhərində yerləşən 2 saylı “Bakı ayaqqabı fabriki”ndə 3-cü dərəcəli fəhlə kimi (07 ay 02 gün), xx.xx.1979 - xx.xx.1981-ci illər Sovet Ordusunda əsgəri xidmət (02 il), 05,01.1982 - xx.xx.1984-cü illər 2 saylı “Bakı ayaqqabı fabrikində müxtəlif peşələrdə (02 il 09 ay 08 gün), xx.xx.1985-xx.xx.1988-ci illər Azon zavodunun 44 saylı sexində germetizasiva sahəsində təmizləyici vəzifəsində (03 il 06 ay 06 gün), xx.xx.1988xx.xx.1993-cü illərdə Azon zavodunun 55 saylı sexində ştamplayıcı vəzifəsində (04 il 06 ay 22 gün), xx.xx.1993-xx.xx.1995-cl illərdə Qala-4 Kommersiya istehsalat firmasında qalvanik vəzifəsində (02 il 02 ay 18 gün) işləmişdir. Həmin tarixdən Bakı Məişət Maşınları zavoduna köçürməyi ilə əlaqədar işdən xaric edilmişdir. xx.xx.1995- xx.xx.1998-ci İllərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində qalvanik sexində 2-ci dərəcəli qalvanik vəzifəsində (03 il 04 ay), xx.xx.1998 - xx.xx.2003-ci illərdə Pərviz-2 Şirkətində cilingər vəzifəsində (05 il 01 ay 20 gün), xx.xx.2003 - xx.xx.2023-cü il tarixədək və hal-hazırda Azərbaycan Dövlət Dəmir X1 Deposunda vaqonyığma sexində təmirçi çilingər, pərçimləmə çilingəri peşəsində və yük vaqonlarının təmiri peşəsində işləmişdir (22 il 11 ay). Hal-hazırda da Azərbaycan Dövlət Dəmir X1 Deposunda işləyir. Beləlilklə, fasiləsiz olaraq 44 il əmək stajı var. Həmin stajın 13 il 7 ayı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası'’ hüququ verən sahələrə aiddir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Azon zavodu MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli, 03/224 saylı arayışa əsasən, onun xx.xx.1985xx.xx.1988-ci illərdə Azon zavodunun 44 saylı sexində germetizasiya sahəsində təmizləyici vəzifəsində işlədiyi İllər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 2 nömrəli siyahısının 16-cı bölgüsünə, şifrə 2170500a, kod 12255-ə və xx.xx.2007-ci İl tarixli 12 saylı qərarının 13.3 (a) bölməsinə daxildir (03 il 06 ay 06 gün), Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Azon zavodu MMC-nin verdiyi 03/224 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən onun xx.xx.1988-08.02,1993-cü illərdə Azon zavodunun 55 saylı sexində ştamplayıcı vəzifəsində işlədiyi illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının 16-cı bölgüsünə, şifrə 2160000a, kod 19700-ə və 23.01,2007-ci il tarixli 12 savlı qərarının 12 (a) bölməsinə daxildir (04 il 06 ay 22 gün), xx.xx.1993-xx.xx.1995-ci illərdə fəaliyyət göstərmiş Qala-4 Kommersiya İstehsalat firmasında 2-ci dərəcəli qalvanik vəzifəsində işlədiyi illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü İl tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş ümumi peşələr səh. 199 plassmas tökücüsü ixtisası 1 saylı siyahı üzrə 2150500a-11629 güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanır (02 il 02 ay 18 gün). Qala-4 kommersiya istehsalat firması 1995-ci ildən fəaliyyətini dayandırdığına və arxiv sənədlərinin yerini müəyyən etmək mümkün olmadığına və həmin firmada 2-ci dərəcəli qalvanik peşəsində işlədiyini təsdiq edən arayışı təqdim edə bilmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin illəri əmək stajına hesablamamışdır. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 4/1442 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən Qala-4 kommersiya istehsalat firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməməsi ilə bağlı rəsmi cavab verilmişdir. Qala-4 kommersiya İstehsalat firması fəaliyyətini dayandırdıqdan sonra həmin iş yerləri və İstehsalat sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərkibinə keçirilmişdir. Bundan sonra da o, Qala-4 kommersiya istehsalat firmasında yerinə yetirdiyi əmək funksiyasını yerinə yetirməyi davam etdirmişdir. Yəni həmin sahə ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi xx.xx.2022-ci il tarixli, 02/06 saylı arayışa əsasən onun xx.xx.1995 - xx.xx.1998-ci illərdə Bakı Məişət Maşınları” ASC-nin qalvanik sexində 2-ci dərəcəli qalvanik vəzifəsində işlədiyi illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş ümumi peşələr səh. 199 piassmas tökücüsü ixtisası 1 saylı siyahı üzrə 2150500a-l 1629 güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanır (03 il 04 ay). Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. Ancaq qanunun tələblərini bilmədiyinə görə həmin vaxt yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 36 il 8 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay 20 gün (01.08 1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 2 ay), güzəştli iş stajı isə 3 il 4 ay (xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı "xxxx" kommersiya firmasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə məlumatların əks olunduğu iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilməyib. Həmçinin sözügedən müəssisədə adıçəkilən şəxsin işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də İddiaçı həmin dövr ərzində işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Eyni zamanda bildirilir ki, yuxarıda qeyd olunmuş Qərarla təsdiq edilmiş Siyahının elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin (12) fəhlələr bəndində (a) izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcılar vəzifəsi, elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13) Radiohissələrin istehsalı (13.3) bəndinin fəhlələr yarımbəndində (a) isə təmizləyicilər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin ona dair xx.xx.2022-ci il tarixli 03/224 nömrəli arayışında onun xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində germetizasiya sahəsində təmizləyici, xx.xx.1988xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə ştamplayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi germetizasiya sahəsi həmin arayışda istinad olunan, sözügedən Siyahıda nəzərdə tutulan elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı sahəsinə, çalışdığı müəssisənin fəaliyyət sahəsi isə elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid deyil. Göstərilən səbəblərdən də xx.xx.1985-xx.xx.1988- ci il, xx.xx.1988-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrləri onun güzəştli ış stajına daxil etmək mümkün olmamışdır. Buna görə də İddiaçı güzəştli iş stajı 3 il 4 ay (xx.xx.1995-xx.xx.1998- ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, “Azon zavodu" MMC-nin fəaliyyət sahəsi sözügedən Siyahıda nəzərdə tutulan elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri (12) sahəsinə deyil, elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı (13) sahəsinə aiddir. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-3432/2025 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2- 1(112)-3432/2025 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, cavabdeh vətəndaşın ümumi stajını mübahisələdirmir. Belə ki, vətəndaşın ümumi iş stajı 36 il 8 ay 20 gün təşkil edir. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş edir. Vətəndaşın güzəştli iş stajı mübahisələdirilir. İnzibati orqan yalnız vətəndaşın güzəştli iş stajı kimi 3 il 4 ayı - 1995-1998 illər ərzindəki dövrü nəzərə alırq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarına əsasən appelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının "xxxx" kommersiya firmasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə olması, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.barədə məlumatların əks olunduğu iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilməmişdir. Bunun nəticəsində biz vətəndaşın həmin illər ərzindəki iş stajının güzəştli olub-olmamasını müəyyən etməl mümkün deyil. Həmçinin iddiaçının işlədiyi müəssisəni - "xxxx" firması araşdırmışdır. Sözügedən müəssisə isə həmin səhifədə aşkar edilmədiyindən həmin müəssisənin məcburi dövlət sosial sığorta haqqını ödəmədiyinə görə Fond həmin dövrü güzəştli iş stajına hesablamırıq. Daha sonra qeyd edirik ki, əsas olan məsələlərdən biri sahə və vəzifə meyarlarıdır. Vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim "xxxx" MMC-nin ona dair xx.xx.2022-ci il tarixli 03/224 nömrəli arayışında onun xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində germetizasiya sahəsində təmizləyici, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə ştamplayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Cavabdeh vətəndaş İddiaçı işlədiyi germetizasiya sahəsini elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı sahəsinə, çalışdığı müəssisənin fəaliyyət sahəsini isə elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid edilməsini qəbul etmir. Göstərilən səbəblərdən də xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il və xx.xx.1993xx.xx.1995-ci il tarixləri arasındakı dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də İddiaçı güzəştli iş stajı 3 il 4 ay (xx.xx.1995xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Düzdür, birinci instansiya məhkəməsi sorğu vermiş və sorğuya cavaba münasibətdə isə bildiririk ki, "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən Siyahıda nəzərdə tutulan elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri (12) sahəsinə deyil, elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı (13) sahəsinə aiddir. Bunu müəsssisə özü də arayışında qeyd etmişdir. Göstərilən səbəblərdən də, İddiaçı ümumi iş stajı 36 il 8 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay 20 gün (xx.xx.1979- xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2003- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 2 ay), güzəştli iş stajı isə 3 il 4 ay (xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Bundan başqa bildiririk ki, məhkəmə araşdırma zamanı iddiaçının "xxxx" MMC-də işlədiyi vəzifələrin güzəştli hesab edilib-edilməməsi məsələsini müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyinin müəyyən etməmişdir. Bundan başqa iddiaçınım "xxxx" kommersiya firmasında işlədiyini iddia etdiyi xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövlərin güzəştli staja daxil edilməsinə dair arayışın olmamasını nəzərə almamış, həmin dövrün ümumi staja deyil məhz güzəştli iş stajına daxil edilməsi istiqamətində araşdırma aparmamış, cavabdehin inzibati orqanın təqdim etdiyi sübutlara əhəmiyyət vermədən yanlız əmək kitabçasındakı qeydlərə əsasən həmin dövləri güzəştli iş stajına daxil edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmiş və qanunvericiliyin normalarını pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsində bir ilə yaxın araşdırılma aparılmışdır. Cavabdeh qurum ilk əvvəl lap "xxxx" kommersiya firmasının bir vaxtlar mövcudluğuna və fəaliyyətinə şübhə ilə yanaşmışdır. Daha sonra məhkəmənin Ədliyyə Nazirliyinə və Dövlət Vergi Xidmətinə ünvanladığı sorğuları əsasında kommersiya firmasının mövcudluğu barədə məlumatlar əldə edilmişdir. Kommersiya şirkəti tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi vətəndaşın zərərinə şərh edilməməlidir. Bu vətəndaşın təqsiri deyil. Vətəndaşın mübahisəli olan iş staj dövləri əmək kitabçasında qeyd edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, vətəndaş tərəfindən təqdim edilmiş sənəd, dəlil və ya digər sübutların mötəbərliyi əgər cavabdeh tərəfindən əksi sübut olunmadığı təqdirdə mötəbər qəbul edilməlidir. Hazırki halda vətəndaşın işləməsi bir faktdır. İddiaçı xx.xx.1995xx.xx.1995-ci il tarixləri arasındakı dövrdə “Bakı-Məişət Maşınları” zavodunda qalvanik vəzifəsində işləmişdir. Bu zavod elə "xxxx" kommersiya firmasıdır, sadəcə sonradan adı dəyişdirilmişdir. Müəssisənin adı dəyişəndən sonra iddiaçının nə fəaliyyəti, nə də ki, heç oturduğu yer də dəyişməmişdir. Cavabdeh qurum vətəndaşın eyni müəssisədə və eyni vəzifədə işlədiyi müəyyən dövrləri nəzərə alır, digərlərini yox. Bunu isə vətəndaş tərəfindən həmin müəssisənin arayışını təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-A-8xx-xx/2024 saylı məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğuna əsasən xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" İstehsalat kommersiya firması 11976 nömrə ilə xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyata alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli,01/66 saylı məktubuna İddiaçı aid arayış iş materiallarına əlavə edilmişdir. Arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən (Əmr №18 xx.xx.1985) xx.xx.1993-cü il tarixinədək (Əmr№107 xx.xx.1993) “Azon” zavodunda işləyib. xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək 44 saylı sexin qermetizasiya sahəsində təmizləyici vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2170500a, kod 12255-ə və xx.xx.2007ci il tarixli 12 saylı qərarının 13.3 (a) bölməsinə daxildir. Germetizasiya sahəsində daimi olaraq, müxtəlif kimyəvi maddələrdən, o cümlədən xlorid, selen, nitrat, sulfat, ftorit, fosfat turşularından, qələvilərdən, butilasetat, dimetilformamid, dibutilftalat, dəmir-xlorid, qliserin, qalay, toluol, aseton, üzvi həlledicilər və b. kimyəvi maddələrdən istifadə edilib. xx.xx.1988ci il tarixdən xx.xx.1993-cü ilədək 55 saylı sexdə ştamplayıcı vəzifəsində işləyib. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№li siyahısının XVİ bölgüsünə, şifr: 2160000a, kod 19700-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 12 (a) bölməsinə daxildir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01/67 saylı məktubunda qeyd edilmişdir ki, zavodun sabiq işçisi İddiaçı aid arayışda güzəştli şərtlərlə pensiya hüququ verən peşələr və həmçinin “Azon zavodu" MMC-nin fəaliyyətinin Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri" və “Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı sahəsinə aid olması ilə əlaqədar nəzərinizə çatdırırıq ki, 1967-ci ildə keçmiş SSRİ Elektron Sənayesi Nazirliyinin əmri ilə, əsas məqsədi inteqral mikrosxemlərin xüsusi və texniki təyinatlı məmulatların, digər xalq istehlakı mallarının istehsal edilməsini nəzərdə tutan “Azon” zavodu yaradılmışdır. “Azon" zavodunun əsas istehsal sahələri və həmçinin bu sahələrdə çalışan işçilərin peşə və vəzifələri arayışda qeyd edilən İddiaçı peşəsi də daxil olmaqla Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı 13.3 (a) bölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2170500a, kod 12255 bölməsinə və daxildir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə müvafiq olaraq, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən ... xx.xx.2022-dək qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli,17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci maddəsinə müvafiq olaraq, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qaydaların 4.1.10-cu maddəsinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: iddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; iddiaçının xx.xx.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdehin imtina məktubunda, etirazında mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının tamamlanmaması ilə bağlıdır. Etirazdan məlum olur ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi 3 il 4 ay (xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) müddət güzəştli iş stajına hesablanmışdır. Cavabdeh tərəfindən nəzərə alınmayan iddaçının "xxxx" MMC-də xx.xx.1985xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində germetizasiya sahəsində təmizləyici, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə ştamplayıcı vəzifəsində, "xxxx" kommersiya firmasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində qalvanik vəzifəsində işlədiyi müddətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən (Əmr №18 xx.xx.1985) xx.xx.1993-cü il tarixinədək (Əmr№107 xx.xx.1993) “Azon” zavodunda işləyib. xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək 44 saylı sexin qermetizasiya sahəsində təmizləyici vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2170500a, kod 12255-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 13.3 (a) bölməsinə daxildir. Germetizasiya sahəsində daimi olaraq, müxtəlif kimyəvi maddələrdən, o cümlədən xlorid, selen, nitrat, sulfat, ftorit, fosfat turşularından, qələvilərdən, butilasetat, dimetilformamid, dibutilftalat, dəmir-xlorid, qliserin, qalay, toluol, aseton, üzvi həlledicilər və b. kimyəvi maddələrdən istifadə edilib. xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü ilədək 55 saylı sexdə ştamplayıcı vəzifəsində işləyib. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2160000a, kod 19700-ə və xx.xx.2007- ci il tarixli 12 saylı qərarının 12 (a) bölməsinə daxildir. "xxxx" kommersiya firmasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrdə işlədiyi qalvanik vəzifəsinə münasibətdə birinci instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qurumun qeydiyyat qovluğuna əsasən xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" İstehsalat kommersiya firması 11976 nömrə ilə xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyata alınmışdır. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. "xxxx" kommersiya firmasının mövcud olması və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı işlədiyi dövr cavabdeh tərəfindən güzəştli iş stajına hesablanmışdır. Həmin dövr "xxxx" ASC-də qalvanik sexində qalvanik vəzifəsində işlədiyi dövrdür. Belə ki, iddiaçı sadəcə iş yerini dəyişdirərək eyni vəzifəni icra etmişdir. "xxxx" kommersiya firması fəaliyyət göstərmədiyinə görə həmin dövr üzrə arayış təqdim edə bilməməsi iddiaçının təqsiri deyildir. Bir halda ki, cavabdeh tərəfindən sonrakı müəssisədə eyni vəzifədə işlədiyi dövr güzəştli staja daxil edilir, bu o deməkdir ki, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr də eyni kodlar əsasında nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, "xxxx" kommersiya firmasının mövcud olması və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı işlədiyi dövr cavabdeh tərəfindən güzəştli iş stajına hesablanmışdır. Həmin dövr "xxxx" ASC-də qalvanik sexində qalvanik vəzifəsində işlədiyi dövrdür. Halbuki, iddiaçı sadəcə iş yerini (*müəssisənin adı) dəyişdirərək eyni vəzifəni icra etmişdir. "xxxx" kommersiya firması fəaliyyət göstərmədiyinə görə həmin dövr üzrə arayış təqdim edə bilməməsi iddiaçının təqsiri deyildir. Bir halda ki, cavabdeh tərəfindən sonrakı müəssisədə eyni vəzifədə işlədiyi dövr güzəştli staja daxil edilir, bu o deməkdir ki, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr də eyni kodlar əsasında nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-3432/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov