Məhkəmə qərarları › İş №2-1(103)-4407/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4407/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4407/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iş üzrə (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi və müddətsiz əlilliyin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X6 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentilyi” X10rşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi və müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-5886/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinin 2021-ci ilin dekabrından müddətsiz təyin edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

2. 27.08.2025-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əyyub Yadulla oğluna 2 il müddətinə “ümumi xəstəlik səbəbilə” İİ dərəcə əlilliyin təyin olunması barədə xx.xx.2025- ci il tarixli Qərarının dəyişdirilərək, təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar” dəyişdirilməsi və iddiaçıda olan şəkər xəstəliklərinin ağırlaşmaları nəzərə alınaraq ömürlük İİ qrup əlilliyinin təyin edilməsi barədə yeni qərar qəbul edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, dövlət qulluğunun kiçik müşaviridir. Uzun illər MTN (hazırda DTX) orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə medal və digər mükafatlarla təltif olunmuşdur. 2011-ci ildə şəkər xəstəliyi səbəbindən səhhətində yaranmış ciddi problemlərdən ötrü ehtiyata buraxılmış və həmin dövrdən (10 ildən artiq fasiləsiz) 2-ci qrup əlil kimi, yəni orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə təqaüd almışdır. 2022- ci ilin yanvar ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinin tələblərinə uyğun olaraq müvafiq sənədlərlə TƏBİB-in Ərazi Bölməsinə müraciət edib tibbi komissiyadan keçmiş və sənədləri komissiya tərəfindən xx.xx.2022-ci ildə 0215003AAEU1 № li bildiriş əsasında Nazirliyin sisteminə elektron qaydada yüklənmişdir. Əlilliyinin yenidən müəyyən edilməsinin nəticələri ilə bağlı Nazirliyin qaynar xəttinə çoxsaylı müraciətlər etsə də, “müraciətiniz baxılmaqdadır” cavabını almışdır. Lakin artıq bu proses 3 ildir ki, davam edir. Heç bir cavab ala bilmir və gedişatın bu qədər ləngiməsi ona çətinliklər yaradır. Onun başqa gəlir yeri yoxdur. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdir. Lakin nəticəsiz qaldığı üçün artıq məhkəməyə üz tutmaq məcburiyyətində qalmışdır. Eyni zamanda Dövlət Tibbi SosialEkspertiza və Reabilitasiya Agentliyə etdiyi müraciətinə rəsmi cavab gəlməsə də “e-gov.az” hökumət portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixində məktubla imtina cavabı verilmişdir. Məktubda əlillik vəziyyətinin dövlət tibb müəssisəsi tərəfindən verilmiş göndəriş əsasında qiymətləndirildiyi və dəyərləndirilmiş göndərişin natamam doldurulması səbəbi ilə onun tibb müəssisəsinə geri qaytarıldığı qeyd edilmişdir. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi bunu diaqnozu təsdiq edən funksional-diaqnostik müayinələr barədə məlumatların ətraflı olmaması ilə əsaslandırmışdır. Lakin qurum bununla öz vəzifə səlahiyyətlərinin icrasından boyun qaçırır. Onun hüquqlarının pozulmasına açıq-aşkar şərait yaradır. Həmin sənədlər əlilliyinin qiymətləndirilməsi üçün kifayət edə biləcək səviyyədə olan məlumatlardır. Bununla yanaşı Agentlik tərəfindən hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənədin əsas götürüldüyünü qeyd etmiş və əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə barəsində göndərilən göndərişin daxil olmadığını bildirmişlər. Halbuki əlillik qrupunun müəyyənləşməsi üçün lazımi sənədləri var. Lakin proses qəsdən 3 ildir ki, yubadılır. Bu isə qanunverciliklə müəyyən edilmiş müddətlərlə ziddiyyət kəsb edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə etdiyim müraciətimə 10 ildən çox fasiləsiz 2- ci qrup əlil olmasına baxmayaraq xx.xx.2024-cü il tarixli müraciətinə rəsmi poçt vasitəsi ilə cavab gəlməsədə e-gov.az hökumət portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə əldə etdiyi məktubda imtina cavabı verilmişdir.

4. Cavabdehin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-5886/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əyyub Yadulla oğluna 2 il müddətinə “ümumi xəstəlik səbəbilə” İİ dərəcə əlilliyin təyin olunması barədə xx.xx.2025-ci il tarixli Qərarının dəyişdirilərək, təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” dəyişdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

9. Cavabdeh verilmiş apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavbdehin nümayəndəsi S.Nəsibov tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı verilmiş xx.xx.2011-ci il tarixli 23/1-512 nömrəli xəstəlik haqqında Şəhadətnamədən görünür ki, həmin şəhadətnamədə “Üçüncü dərəcəli alimentar piylənmə (boyu-178 sm, çəkisi-122 kq). Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan xroniki persistəedici hepatit. Şəkərli diabet ikinci tip, yüngül forma. Funksiya pozğunluğu olmadan diffuz zob. Funksiya pozğunluğu olmadan onurğanın döş və bel hissələrinin osteoxondrozu. Xroniki' tonzillit kompensə forma” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir.

13. İddiaçı aid: xx.xx.2014-cü il tarixli xxxxxxx0001 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqozun mətni: Şəkərli diabet 2 tip insulinə ehtiyacı var Diabetik angiopatiya hər 2 a/ə diabetik polineyropatiyası.diabetik retinopatiya Ou.Xr hehatoxolesistit.Miokardiodistrofiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə. Təyinat tarixi: xx.xx.2014; Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Müddət: 1 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2015. xx.xx.2015-ci il tarixli xxxxxxx0005 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; diaqnozun mətni: Şəkərli diabet İİ tip insulinə ehtiyacı olan.Periferik qan dövranının pozğunluğu ilə.Diabetik angiopatiya. Gözlərin zədələnməsi ilə.Diabetik retinopatiya.Nevroloyi ağırlaşmalarla.Diabetik neyropatiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə. Təyinat tarixi: xx.xx.2015; Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Müddət: 1 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2016. xx.xx.2016-cı il tarixli xxxxxxx0003 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: V Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqozun mətni: Şəkərli diabet İİ tip insulinə ehtiyacı olan.Periferik qan dövranının pozğunluğu ilə.Diabetik angiopatiya. Gözlərin zədələnməsi ilə.Diabetik retinopatiya.Nevroloyi ağırlaşmalarla.Diabetik neyropatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə. Təyinat tarixi: xx.xx.2016; Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Müddət: 5 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2021-ci il. xx.xx.2022-cı il tarixli xxxxxxx0004 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet, tip 2. Çoxsaylı ağırlaşmalarla; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2012-2021-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.

14. xx.xx.2023-cü il tarixli xxxxxxx0005 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ Çoxsaylı ağırlaşmalarla. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik angiopatiya Diabetik polinevropatiya(E10- 14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəyləri və instrumental müayinərlə ilə öz təsdiqini tapmır. İxtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə və müalicə olunması tövsiyə olunur. 2012-2023-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.

15. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-20565/2025 №-li məktubunda göstərilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, İddiaçı xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə 2 il müddətinə (xx.xx.2027-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məktuba aşağıdakı sənədlər əlavə edilmişdir: Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-4464/2025 №-li qərarında göstərilmişdir ki; “- Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli A00129950NSK nömrəli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaş 3-17-4/1-13273/2025 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5886/2025 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. - Vətəndaşın məhkəmə qərardadı əsasında xx.xx.2025-ci il tarixində əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 23/1-512 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Üçüncü dərəcəli alimentar piylənmə (boyu-178 sm, çəkisi-122 kq). Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan xroniki persistəedici hepatit. Şəkərli diabet ikinci tip, yüngül forma. Funksiya pozğunluğu olmadan diffuz zob. Funksiya pozğunluğu olmadan onurğanın döş və bel hissələrinin osteoxondrozu. Xroniki' tonzillit kompensə forma” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "İnsulındən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ Çoxsaylı ağırlaşmalarla. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə). Diabetik polineyropatiya” diaqnozu araşdırılmışdır. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yaddaş zəifliyindən, tez-tez gozünə “çiban” çıxmasından, prostat vəzi ilə bağlı narahatlıqlarının olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında özünü 2005-ci ildən xəstə hesab etdiyini, təxminən 15 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Mediakmentoz preparatlardan “Qlükovans”, "Forxiga”, "İnsulin” inyeksiyası qəbul etdiyini söyləmişdir. Müayinə zamanı çəkisi 107 kq, boyu 175 sm, BKİ=34,93 müəyyənləşdirilmiş, hər iki ön və arxa qamış arteriyaları üzərində nəbz hiss edilmişdir. - Bakı Respublika Endokrinoloji Mərkəzin xx.xx.2023-cü il tarixli 2690004ABİAN nömrəli Tibbi rəyində diaqnoz “Şəkərli diabet tip 2. İnsulin tələbli. Diabetik polineyropatiya” kimi qeyd edilmişdir. - ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi "Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. - ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Sol mədəciyin diastolik boşluq ölçüsü böyüməyib, sistolik ölçüsü böyüyüb, sistolik funksiyası (LVEF=34%) azalıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. İAS anevrizmatik formadadır (soldan sağa deviasiya). Seqmentar divar hərəkət qüsuru-anteriorun bazalı və midi hipikonetik, anteroseptum, inferoseptum, apeks və bütün seqmentlərin apikalları ciddi hipokinetikdir. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də patoloji axın qeyd edilmir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. - Akademik C.Abdullayev adına X8 İnstitutunun xx.xx.2025-ci il tarixli Tibbi Rəyində diaqnoz "ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. İnfarktdan sonrakı kardiosleroz .Arterial hipertoniya İİİ dərəcə. Şəkərli diabet tip 2. Xroniki ürək çatışmazlığı İV fs İİİ dərəcə. LVEF=25%” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. - ƏMAS-da xx.xx.2020-ci il tarixindən “Direktor, müəssisə/kommersiya xidməti” kimi əmək müqaviləsi aktiv olmuşdur. - Qeyd etməliyik ki, xəstəlik haqqında Şəhadətnamədə qeyd olunan diaqnozlar əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəbəlaqəsi öz təsdiqini tapmamışdır. Həmçinin xəstəlik haqqında şəhadətnamədə diffuz zob diaqnozu qeyd edildiyi üçün vətəndaş ƏƏSMN tabeliyində DTSERA-da Transtorakal Exokardioqrafiya müayinəsinə yönləndirilmiş, nəticəyə əsasən ürək fəaliyyətində funksiya pozğunluğu aşkarlanmış (ürəyin atım fraksiyası LVEF=34%), 187 nömrəli qərar əsasən əlillik təyinatına əsas vermişdir. - Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir.”

16. “Tibbi-Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair məlumatın verilməsi”ndən müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “essensial hipertenziya. şəkərli diabet tip İİ, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbindən 2 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

19. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.5. “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetini 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.

23. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, 2012-2013-ci illərdə, 2013- 2014-ci illərdə, 2014-2015-ci illərdə, 2015-2016-ci illərdə və 2016-2021-ci illərdə “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəli ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin iddiaçıya xx.xx.2025-ci il tarixdə isə iddiaçıya “ümumi xəstəlik” səbəbilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

24. Belə ki, cavabdeh ilkin əlillik təyinatı və sonrakı təyinatlar zamanı adıçəkilən xüsusi səbəbdən əlillik təyinatını aparmış olsa da, sonrakı təyinat zamanı əlillik ümumi səbəblərlə əlaqədar, ümumi xəstəliklə bağlı olmuş, göstərilən xüsusi səbəb növbəti əlillik təyinatında öz əksini tapmamışdır.

25. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya ilkin əlillik təyinatında olduğu kimi “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbli əlaqəsi ilə əlillik təyinatının növbəti dəfə aparılmalı olub-olmaması ilə əlaqədardır.

26. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.5-ci bəndində şəxsin “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbinin müəyyən edilməsi əsasları təsbit edilmişdir.

27. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

28. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.3cü bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyə əsasən müəyyən edilir.

29. Həmin Qaydanın 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda Əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.

30. Bununla bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı verilmiş xx.xx.2011-ci il tarixli 23/1-512 nömrəli xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, həmin şəhadətnamədə “Üçüncü dərəcəli alimentar piylənmə Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan xroniki persistəedici hepatit. Şəkərli diabet ikinci tip, yüngül forma. Funksiya pozğunluğu olmadan diffuz zob. Funksiya pozğunluğu olmadan onurğanın döş və bel hissələrinin osteoxondrozu. Xroniki' tonzillit kompensə forma” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir.

31. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası qərarı qəbul edilən zaman qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər).

32. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

33. İddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri HHK tərəfindən tərtib edilmiş şəhadətnamə əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur.

34. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir.

35. Göründüyü kimi həm hərbi-həkim komissiyasının rəyində, həm də səhiyyə müəssisəsinin göndərişində əlilliyin yaranma səbəbi və diaqnoz eyni olmuşdur.

36. Əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir.

37. Beləliklə, iddiaçının göndərişdə qeyd olunan əsas diaqnozu və onun ağırlaşmalarının səbəb əlaqəsinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar olması Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının şəhadətnaməsində və işdə olan digər sənədlər ilə öz təsdiqini tapır.

38. Əlavə olaraq məhkəmə qeyd edir ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya eyni diaqnoz ilə “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəli ikinci qrup əlillik dərəcəsi təyin edilməsinə baxmayaraq, sonuncu təyinat zamanı eyni diaqnoz ilə “ümumi xəstəlik” səbəbilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

39. Bununla bağlı isə məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

40. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İş materiallarında göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

41. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

42. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəliklər ona “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçıya “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə əlillik təyin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır.

45. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əlilliyin müddətsiz təyin edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.

46. 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir

47. Beləliklə, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

48. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

50. Hazırkı işin müəyyən edilmiş hallarına görə, xx.xx.2023-cü il tarixli xxxxxxx0005 saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ Çoxsaylı ağırlaşmalarla. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik angiopatiya Diabetik polinevropatiya(E10- 14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəyləri və instrumental müayinərlə ilə öz təsdiqini tapmır. İxtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə və müalicə olunması tövsiyə olunur. 2012-2023-ci illər ərzində əsas xəstəlik (eyni xəstəlik) üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmuşdur. “Tibbi-Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair məlumatın verilməsi”ndən müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “essensial hipertenziya. şəkərli diabet tip İİ, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbindən 2 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

51. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya Azərbaycan Respublikasının hərbi xidmət dövrü ilə əlaqədar olaraq müddətsiz əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

52. Hazırki işdə iddiaçıda qeyd edilən diaqnoz olduğuna görə ona müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi qanuni və əsaslıdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə müddətsiz əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

55. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Əyyub Yadulla oğluna 2 il müddətinə “ümumi xəstəlik səbəbilə” İİ dərəcə əlilliyin təyin olunması barədə xx.xx.2025-ci il tarixli Qərarının dəyişdirilərək, təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” dəyişdirilməsi və müddətsiz İİ dərəcə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-5886/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əyyub Yadulla oğluna 2 il müddətinə “ümumi xəstəlik səbəbilə” İİ dərəcə əlilliyin təyin olunması barədə xx.xx.2025-ci il tarixli Qərarının dəyişdirilərək, təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” dəyişdirilməsi və müddətsiz İİ dərəcə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyul üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar