Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-441/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “İddiaçı İİ qrup əlilliyin təyin edilməsi ilə bağlı və ödənişlərinin bərpa edilməsi üçün sənədlərinin Tibbi-Sosial Ekspert Komisiyyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2- 1(112)-1783/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “İddiaçı İİ qrup əlilliyin təyin edilməsi ilə bağlı və ödənişlərinin bərpa edilməsi üçün sənədlərinin Tibbi-Sosial Ekspert Komisiyyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdi Daxili İşlər Nazirliyində işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar Daxili İşlər Nazirliyinin Hospitalında müalicə almışdır. Aldığı müalicə nəticəsində sənədləri TSEK-a göndərilmiş və ona 2009cu ildən 2-ci qrup əlillik təyin edilmişdir. Artıq uzun müddətdir ki, 2-ci qrup əlillik ilə əlaqədar ödənişləri alırdı. Bir müddət bundan əvvəl 2-ci qrup əlillik üzrə ödənişlərin ona məlum olmayan səbəblərə görə kəsilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və rəsmi qaydada cavab almışdır. Həmin cavabda qeyd olunmuşdur ki, əlilliyin təyin edilməsi ilə bağlı xəstəxanaya müraciət etməlidir. İddiaçı həmin cavaba uyğun olaraq Bakı şəhəri 29 nömrəli birləşmiş şəhər xəstəxanasına müraciət etmiş və müayinələrdən keçmişdir. Lakin həmin xəstəxana iddiaçının müayinə sənədlərini TSEK-a göndərməkdən imtina edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1783/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1783/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin olunmuş tibbi ekspertiza iddiaçının diabet xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq onun gözlərini, böyrəklərini və sinir sistemini müayinə etməmişdir. Halbuki, iddiaçı sonuncu iş yerindən məhz xəstəliyinə görə ikinci qrup əlil kimi azad edilmişdir. Hal-hazırda isə yaşla əlaqədar xəstəliyi daha da şiddətlənmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1783/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. - Xəstəlik haqqında şəhadətnaməyə əsasən, xəstəliklər və fiziki çatışmamazlıqlar cədvəlin (Azərbaycan Respublkası DİN-nin 23.01.02-ci il tarixli, 25 nömrəli əmr) 2-ci qrafasının “43b” maddəsinə əsasən DİO-da xidmətə yararsızdır. Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Səbail Rayon X4 Xidmətinin 343 nömrəli, 12.07.2005-ci il tarixli Azərbaycan Respublikası DİN-BDYPTİ-nin Mİİ-nin rəisinə ünvanladığı məktuba əsasən, Səbail rayon DYTX-nin yanğınsöndürəni daxili xidmət serjantı İddiaçı müalicə üçün əlavə pul vəsaiti verilməsi ilə əlaqədar müraciətini nəzərə alaraq onun raportu, tibbi arayışı və protokolu göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İddiaçı ünvanladığı 16.10.2007-ci il tarixli məktuba əsasən, ona ödənilən pensiya məbləğinə yenidən baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından DİN-nə daxil olmuş ərizəyə Maliyyə Plan İdarəsində baxılmış, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert komissiyası tərəfindən iddiaçıya müəyyən edilmiş 2-ci əlillik (DİO-da xidmət keçmə dövründə alınmış) qrupu nəzərə alınaraq xidmət etdiyi vəzifənin hazırki vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq əvəzi pul kompensasiyası nəzərə alınmaqla müvafiq təminat xərcliyinin 55 faizi hesabı ilə pensiya hesab ödənilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respuiblikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. - 24.06.2005-ci il tarixli, 576 nömrəli tibbi arayışa əsasən, AR DİN BDYTİ-nin Səbail rayon DYTX-nin sürücüsü D/X serjantı İddiaçı poliklinikada 24.05.1989-cu ildən tibbi qeydiyyatdadır və 30.05.2005-ci ildən “Hipertoniya xəstəliyi İİ st” diaqnozu ilə nəzarətdədir. Əməkdaş 24.06.2005-ci ildə poliklinikaya müraciət etmiş və həmin müayinəsindən keçirilərək ona “Hipertoniya xəstəliyi İİ st” diaqnozu qoyulmuşdur. İddiaçı hazırki xəstəliyi ilə əlaqədar zəruri tibbi müalicəyə ehtiyacı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 40 nömrəli, 02 fevral 2006-cı il tarixli əmrinə əsasən, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilsin. 135-ci maddənin 6-cı bəndi ilə (səhhətinə görə) daxili xidmət serjantı İddiaçı, Azərbaycan Respublikası DİN-in BDYTİ-nin Bakı şəhəri Səbail rayon DYTX-nin növbətçi yanğınsöndürmə xidmətinin sürücüsü “istefada olan daxili xidmət serjantı” sayılmaqla 03 fevral 2006-cı il tarixdən 01 fevral 2006-cı il tarixə xidmət müddəti: təqvimi hesablama ilə 11 il, 03 ay, 09 gün, imtiyazlı hesablama ilə 17 il, 02 ay, 24 gün təşkil edir. - Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi Səbail rayon X4 Xidmətinin 489 nömrəli, 16.02.2006-cı il tarixli arayışına əsasən, İddiaçı rütbəsi daxili xidmət serjantı, xidməti vəzifəsi AR DİN BDYTİ-nin Səbail rayon DYTX-nin sürücüsü, xidmət dövrü 16.12.2004-cü ildən 03.02.2006-cı ilədək, tərxis olunduğu tarix 02.02.2006-cı il tarixli, 40 nömrəli əmr. - 29.06.2005-ci il tarixli raporta əsasən, iddiaçı 31 may 2005-ci il tarixdən 20 iyun 2005-ci il tarixədək DİN-nin Hospitalında müalicə olunduğuna görə ona əlavə pul müavinətlərinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. - 07.08.2020-ci il tarixli İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı şikayət ərizəsinə əsasən, O, uzun illərdi Daxili İşlər Nazirliyində işləmişdir. Səhhətində yaranmış problemlər ilə əlaqədar Daxili İşlər Nazirliyinin Hospitalında müalicə almışdır. Aldığı müalicə nəticəsində sənədləri TSEK-a göndərilmiş və ona 2009-cu ildən 2-ci qrup əlillik təyin edilmişdir. Artıq uzun müddətdir ki, 2-ci qrup əlillikdən əlaqədar pensiya ödənişləri alırdı. Bir müddət bundan əvvəl 2-ci qrup əlillik üzrə ödənişlərin ona məlum olmayan səbəblərə görə kəsilmişdir. Əvvəl ona 2-ci qrup əlilliyin təyin edilməsi ilə bağlı bütün sənədlərin surətlərinin ərizəsinə əlavə etmişdir. Qeyd olunanlara əsasən iddiaçının 2-ci qrup əlilliyi ilə bağlı ödənişlərinin kəsilməsi səbəbini və mövcud problemi həll edərək onun 2-ci qrup əlilliyi ilə bağlı ödənişləri bərpa edilməsini xahiş etmişdir. - İddiaçı yuxarıda sadalanan sənədlərdən əlavə iddia tələbini təsdiq edən sübutlar qismində əlillərin müayinədən keçmə barədə arayışlarını, xəstəlik tarixindən çıxarış epikrizləri, Səhiyyə Nazirliyi Akad.C. Abdullayev adına X1 rəyini, xəstəlik haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. - Cavabdeh 29 No-li Birləşmiş Şəhər Xəstəxanasının İddiaçıün iddiası ilə bağlı Bakı İnzibati Məhkəməsinə ünvanladığı 538 saylı 14.10.2020-ci il traixli məktubuna əsasən, İddiaçı 02.06.2020-ci il tarixdə həmin X3 həkim-terapevt R.Xəlilovaya müraciət edib, həkim terapevt tərəfindən ona “UİX gərginlik stenokardiyası İİ funksional sinif”. Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk. Şəkərli diabet tip 2 ağır forma. Ensefalopatiya”diaqnozu qoyulub. İddiaçı 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına stasionar müalicəyə göndərilib və orada 02.06.2020 - 11.06.2020-ci il tarixlərində müalicə alıb. 12.06.2020-ci il tarixində ambulator nəzarətə yazılıb. Stasionradan evə yazılandan sonra eyni diaqnozu qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müddəlarına uyğun gəlmədiyi üçün (bələ ki, 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının verdiyi epikrizdə xəstəliyin ağırlaşması olmadığı üçün) TQS No 088 saylı Forma yazıb online sistemə daxil etmək mümkün olmamış, bu səbəbdən də İddiaçı adına həmin forma yazılmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi-Eksperiza və X5” publik hüquqi şəxsin T18/2021 nömrəli, 02.03.2021-ci il tarixli ekspert rəyinə əsasən, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiyanın gəldiyi nəticəsi: 1.2. vətəndaş İddiaçı 26.01.2021-ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçərkən şikayətləri ilə əlaqədar Elmi-Tədqiqat Kardiologiya instituna göndərilmiş və konsultativ poliklinika şöbəsində 27.01.2021-ci il tarixdə müayinəsi zamanı ona “gərginlik stenokardiyası (İİ sinif), hipertoniya xəstəliyi İİ dərəcə, İV risk, ürək çatmamazlığı Ə faza” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəliyin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin meyarlarına uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2, 2.1, 2.2, 2.3, 3.7-ci bəndlərini, Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.1, 1.2, 1..3, 1.4, 1.5, 2.1, 2.2, 2.3-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı İddiaçı İİ qrup əlilliyin təyin edilməsi ilə bağlı və ödənişlərinin bərpa edilməsi üçün sənədlərinin Tibbi-Sosial Ekspert Komisiyyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə edilməsi hаqqındа iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. - Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiyanın gəldiyi nəticəsi: 1.2. vətəndaş İddiaçı 26.01.2021ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçərkən şikayətləri ilə əlaqədar Elmi-Tədqiqat Kardiologiya instituna göndərilmiş və konsultativ poliklinika şöbəsində 27.01.2021-ci il tarixdə müayinəsi zamanı ona “gərginlik stenokardiyası (İİ sinif), hipertoniya xəstəliyi İİ dərəcə, İV risk, ürək çatmamazlığı Ə faza” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəliyin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarına uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndində nəzərdə tutulmuş əsasların olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1783/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-441/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-441/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver